Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə19/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   15   16   17   18   19   20   21   22   ...   216

raitində onların sitoplazması öz xassələrini saxlayır, digər bitkilərdə belə hal 

məhvedici  təsir  göstərir.  Sklerofıtlərin  mühüm  uyğunlaşması  onların 

köklərinin sorma gücü ilə bağlıdır, onun hüceyrə şirəsinin osmotik təzyiqi 60 

atmosferə  çatır.  Bu  rütubət  az  olduqda  da  torpaqdan  suyu  çəkməyə  imkan 

yaradır. Sklerofıtlər yüksək transpirasiya etmək qabiliyyətinə malikdir, lakin 

su ilə yüksək təmin olunduqda bu xassəyə malik olur. Su defisiti artdıqda isə 

transpirasiya aktiv surətdə tormozlanır. Bu isə quraq şəraitdə sudan istifadəni 

azaldır.  Sklerofıtlər  sərt  yarpaqlara,  bəzən  yüksək  xüsusi  çəkili  oduncağa 

malik  olur.  Bura  sklerohiqrofitlər  (məs.  mantar  palıdı,  daş  palıd),  bir  çox 

sklerokserofitlər  (məs.  saqqı-  zağac),  xüsusilə  yarınıkollar  (məs.  boyahcı 

ebelek) aiddir. 

lialofitlər  -  duzlu  bitmə  şəraitinə,  xlorlu,  kükürdlü  duzlarla  doymuş 

torpaq  məhlulundan  istifadə  etməyə  uyğunlaşan  bitkilərdir.  Bunlardan  bir 

hissəsi ətli-şirəli zoğları olan sukkulentlər (duzlaq soğanı, qaraşoran, bir sıra 

şorangələr)  olub  səhra  və  yarımsəhralarda  qrunt  suyu  səthə  yaxın  yerləşən 

şoran  torpaqlarda  bitir.  Digər  hissəsi  sukkulent  olmayan  bir  qədər 

kseromorlluq  əlaməti  olan,  qrunt  suyu  bir  qədər  dərində  yerləşən  sahələrdə 

bitən bitkilərdir (məs. sirkan bitkisinin bəzi növləri), bunlar hüceyrə şirəsində 

karbohidratlar toplayır. Bəzi halofıtlər xüsusi uducu vəziciklərin köməyi ilə 

artıq duzları ayıraraq hüceyrə şirəsinin osmotik qatdığını tənzimləyir (yulğun, 

dəvəayağı). Bunun nəticəsində onlar torpaqdan suyu effektiv sorur, izafi duz 

onlara ziyan yetirmir. 

Bütün halofıtlər torpağın duzluluq dərəcəsini göstərən indikatorlar hesab 

olunur.  Bir  çox  halofıtlər  (sirkan  növləri,  şorangələr,  yulğun)  yarımsəhra 

otlaqlarının quraqlığa və duzadavamh yem bitkiləridir. 



2.4.

 

EDAFİK FAKTORLAR 

Edafik  faktorlar  bitkilərin  böyümə  və  inkişafı  şəraiti  sayılır.  Onlar 



kimyəvi və fiziki faktorlara bölünür. Kimyəvi faktorlara - torpağın reaksiyası, 

duz rejimi, udma qabiliyyəti, torpağın elementar kimyəvi tərkibi və udulmuş 

kationların  tərkibi;  fiziki  faktorlara  torpağın  su  və  hava  rejimləri,  torpağın 

sıxlığı  və  qalınlığı,  qranulometrik  tərkibi,  strukturu  və  s.  aiddir;  bioloji 



faktorlar  da  ayırırlar  (Xrustalyev,  Matişev,  1996),  bura  torpaqda 

məskunlaşan bitki və heyvan orqanizmləri daxildir. 

Yuxarıda  göstərilənlərdən  torpağın  nəmliyi,  temperaturu,  strukturu, 

məsaməliyi,  torpaq  mühitinin  reaksiyası,  torpağın  duzluluğu  ən  mühüm 

ekoloji faktorlar hesab edilir. 

Torpaq  litosferin  əksər  süxurları  kimi  adi  bərk  cisim  olmayıb  bərk 

hissəcikləri  hava  və  su  ilə  əhatələnən  mürəkkəb  üçfazah  sistemdir.  Onun 

boşluqları qaz qarışıqları və su məhsulları ilə dolduğu üçün orada bir 



41 


çox mikro və makroorqanizmlərin həyatı üçün əlverişli olan olduqca müxtəlif 

şərait yaranmışdır. 

Yerüstü havaya nisbətən torpaqda temperatur dəyişkənliyi hamarlanmış 

(mülayimləşdirilmiş), qrunt suyunun mövcudluğu və yağıntıların hopması su 

ehtiyatı  yaradaraq,  su  və  yerüstü  mühit  arasında  rütubətlilik  rejimini  təmin 

edir.  Torpaqda  bitki  qalıqlarının  və  ölmüş  heyvanların  üzvi  və  mineral 

maddələri toplanır. Bütün bunlar torpaqda həyatın dolğunluğunu təyin edir. 

Torpaqda yerüstü bitkilərin kök sistemi yerləşir. Torpaqda bitki, göbələk, 

külli  miqdarda  göy-yaşıl,  yaşıl,  sarı-yaşıl  yosunlar  (2000  növdən  artıq) 

məskunlaşır. Onlar həm  torpağın  səthində,  həm  də üst  qatlarında  yaşayaraq 

üzvi  maddələri  fotosintez  edir,  torpağı  oksigenlə  zənginləşdirir,  göy-yaşıl 

yosunların  bəzi  növləri  isə  havadan  azotu  fiksə  edir.  Burada  həm  də  çoxlu 

miqdarda saprofıt göbələklər inkişaf edir. Bir qram qara torpaqda 10 milyarda 

(bəzən  artıq),  yaxud  10t//ha-dək  canlı  orqanizmlər  olur,  sporlu-sporsuz 

bakteriyalar,  ibtidailər,  aktinomisetlərə  təsadüf  edilir.  Bütün  bu  canlı 

orqanizmlər  torpaq  üçün  onun  cansız  komponentləri  kimi  xarakterikdir. 

V.İ.Vernadski  torpağı  təbiətin  biokos  cisminə  aid  edir  və  orada  həyatın 

dolğunluğunu canlı orqanizmlərin olması ilə izah edir. 

Torpaq litosferin süxurlarından bitkilərə həyat,  heyvanlara və in.sa- na 

qida  verən  münbitliyi  ilə  fərqlənir.  Torpağın  münbitliyi  -  onun  bitkilər 

tərəfindən  mənimsənilən  qida  maddələri,  rütubətlik  və  s.  ilə  təminetmə  və 

məhsulvermə qabiliyyətidir. Torpağın münbitliyi iki cür olur: təbii (potensial) 

və  süni  (effektiv).  Təbii  münbitlik  təbii  ekoloji  faktorlar  və 

torpaqəmələgətirən  proseslərin  kombinasiyasından  və  qarşılıqlı  təsirindən 

asılı  olur. Süni  münbitlik insanların  torpağa aqronomik təsirindən  yaradılır. 

Təbii  münbitlik  sabit  xassə  deyil,  dinamik  xassədir  və  torpaqdan  səmərəli 

istifadə olunduqda onun münbitliyi daha da arta bilər. 

Məlum odduğu kimi, torpaq bərk, maye və qazşəkilli komponentlərdən 

ibarət  olub  özündə  canlı  makro  və  mikroorqanizmləri  cəmləşdirir  (bitki  və 

heyvan). 

Bərk  komponentlər  torpaqda  üstünlük  təşkil  edib  mineral  və  üzvi 

hissələrdən  ibarətdir.  Torpağın  üzvi  hissəsi  mürəkkəb  üzvi  maddə  sayılan 

humusdan  ibarətdir.  Humus  torpağın  bitki  və  heyvan  qalıqlarının 

fıziki-biokimyəvi  çevrilməsi  nəticəsində  əmələ  gələn  tünd  rəngli  üzvi 

hissəsidir. Humusun tərkibinə humin turşuları (torpağın məhsuldarlığı üçün ən 

vacib olan) və fulfoturşular daxildir. Humusda mikroorqanizm- lərin köməyi 

ilə bitkilərin ala bildiyi əsas qida elementləri (azot, fosfor, kükürd, karbon və 

s.)  vardır.  Humus  torpağın  məhsuldarlığını  artırır,  onun  bioloji  aktivliyini 

yüksəldir. Torpaqda humusun miqdarı faizin 

42 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə