Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə34/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   30   31   32   33   34   35   36   37   ...   216

Icnl coııl ödədi ilə ifadə olunur. 

İlkin  məhsul  sanki  iki  səviyyəyə  -  ümumi  və  təmiz  məhsula  bölünür. 

Ümumi  ilkin  (birinci)  məhsul  vahid  zaman  ərzində  fotosintezin  müəyyən 

sürətində  bitkilər  tərəfindən  yaranan  üzvi  maddələrin  ümumi  kütləsi  hesab 

olunur (tənəffüs sərfi də bura daxildir). Bitkilərin özlərinin həyat fəaliyyətini 

saxlamaq  üçün,  yəni  tənəffüsə  sərf  olunan  məhsul  kifayət  qədər  çox  olur. 

Meşə  bitkisi  tənəffüsə  ümumi  məhsulun  40...70%-ni  sərf  edir.  Plankton 

yosunları istifadə etdiyi ümumi enerjinin (yəni metabo- lizmə) yalnız 40%-ə 

qədərini  sərf  edir.  Yaranan  üzvi  maddə  kütləsinin  qalanı,  yəni  ümumi 

məhsulun  tənəffüsə  sərf  olunmayan  hissəsi  təmiz  birinci  (ilkin)  məhsul 

adlanır,  bu  bitkinin  artım  ölçüsüdür  və  ondan  kon-  sument  və  redusentlər 

istifadə  edir.  Deməli,  ilkin  təmiz  məhsul  konsu-  ment  və  redusentlər  üçün 

enerji  ehtiyatıdır.  Qida  zəncirlərində  dəyişilərək  (həzm  olunaraq)  heterotrof 

orqanizmlərin kütləsinin bərpasına sərf olunur. 

Vahid  zaman ərzində konsument  kütlə.sinin artımı qruplaşmanın  ikinci 

məhsulu  adlanır.  Lakin  ikinci  məhsul  ümumi  və  təmiz  məhsula  bölünmür, 

belə  ki,  konsumentlər  və  redusentlər,  yəni  heterotroflar  öz  kütləsini  birinci 

məhsulun hesabına artırır, yəni əvvəlcədən yaradılan məhsuldan istifadə edir. 

İkinci məhsul hər trofik səviyyə üçün ayrıca hesablanır, belə ki, o, özündən 

əvvəlki səviyyədən daxil olan enerjinin hesabına formalaşır. 

Ekosistemin 

bütün 

canlı 

komponentləri 



produsentlər, 

konsumentlər və redusentlər bütövlüklə qruplaşmanın və ya onun ayrı-ayrı 

hissələrinin ümumi biokütləsindən (canlı çəki) ibarətdir. Bioloji kütlə adətən 

onun yaş və ya quru çəkisi ilə ifadə olunur, o, enerji vahidi ilə də (kalori, coul 

və b.) ifadə oluna bilər. Bu, daxil olan enerji gücü və orta biokütlə arasında 

əlaqəni aşkar etməyə imkan verir. 

Bioloji kütlənin əmələ gəlməsinə enerjinin hamısı sərf olunmur, istifadə 

olunan enerji birinci məhsulu yaradır və müxtəlif ekosistemlərdə müxtəlif cür 

sərf oluna bilər. Əgər konsument tərəfindən enerjinin sərfi sürəti bitkinin artım 

sürətindən  geri  qalırsa,  produsentlərin  biokütləsinin  tədricən  çoxalması  baş 

verir  və  ölü  üzvi  maddənin  artığı  (bolluğu)  yaranır.  Bu  hal  bataqlıqların 

torflaşmasına, kiçik su hövzələrinin su bitkiləri ilə örtülməsinə, meşədə (məs., 

tayqada) qalın meşə döşənəyinin yaranmasına və s. səbəb olur. 

Stabil  (sabit)  qruplaşmalarda  bütün  məhsul  praktiki  olaraq  trofik 

şəbəkələrdə sərf olunur və bioloji kütlə dəyişməz qalır. 



78 


5.2.

 EKOLOJI 

PİRAMİDALAR 

Ekosistemdə canlı orqanizmlər arasında qarşılıqlı münasibəti öyrənmək 

üçün  təkcə  qidalanma  zənciri  sxemindən  deyil,  ekoloji  piramidalardan  da 

istifadə  edilip.  Funksional  qarşılıqlı  əlaqələri,  yəni  trofık  strukturu  qrafik 

şəkildə, ekoloji piramida adlı qrafiklərdə göstərmək olar. Piramidanın əsasını 

produsentlər səviyyəsi təşkil edir, sonrakı qidalanma səviyyələri piramidanın 

mərtəbələrini  və  zirvəsini  əmələ  gətirir.  Əsasən  üç  ekoloji  piramida  tipi 

məlumdur: 1) say (kəmiyyət) piramidası (Elton piramidası) - hər səviyyədə 

orqanizmlərin  sayı  ifadə  olunur;  2)  biokütlə  piramidası  -  canlı  maddənin 

kütləsini (ümumi quru çəki, kalori- lik və s.) səciyyələndirir; 3) Məhsul (və ya 



enerji)  piramidası  universal  xarakter  daşıyıb  ardıcıl  trofık  səviyyələrdə 

birinci məhsulun (və ya enerjinin) dəyişməsini göstərir. 

Enerji  əsasən  yırtıcı  -  şikar  əlaqəsi  ilə  ötürülən  trofık  zəncirlərdə  çox 

vaxt say piramidası qaydasına, yəni qida zəncirlərində iştirak edən fərdlə- rin 

ümumi say zəncirinin hər sonrakı həlqəsində produsentdən konsu- mentlərə 

doğru azalma qanunauyğunluğuna əməl olunur (şəkil 5.4). Bu hal bir qayda 

olaraq yırtıcıların qida obyektindən (şikardan) iri olması və yırtıcının birinin 

biokütləsini saxlamaq üçün bir neçə və daha artıq şikarın tələb olunmasıdır. 

Digər  tərəfdən  aşağı  trofık  səviyyədən  yuxarı  səviyyəyə  doğru  enerjinin 

miqdarının  itməsi  (hər  səviyyədən  sonrakı  səviyyəyə  10%  enerji  çatır)  və 

metobolizmin  fərdlərinin  ölçüsü  ilə  tərsinə  əlaqənin  olmasıdır  -  orqanizm 

kiçik  olduqca  maddələr  mübadiləsi  intensiv  gedir,  onun  sayının  və 

biokütləsinin artım sürəti yüksəlir. 

PRODUSENTLƏR 

1-ci SIRA 

 

3-cü SIRA 



KONSUMENTLƏR 

 

YOSUNLAR 



XƏRÇƏNGLƏR 

BALIQLAR 

YIRTICI 

BALIQLAR 



Şəkil 5.4. Su hövzəsinin qidalanma zənciri 

79 


Lakin  müxtəlif  ekosistemlərdə  say  piramidası  formasına  görə  olduqca 

fərqlənir, ona görə sayın cədvəl formasında verilməsi daha yaxşı olar. Bioloji 

kütlənin  isə  qrafik  şəklində  göstərilməsi  məqsədəuyğundur.  O,  müəyyən 

trofik  səviyyədə  canlı  maddənin  micıdanm  aydın  göstərir,  məsələn,  vahid 

kütlənin  vahid  sahədə  yerləşməsi  -  q/m -  və  ya  həcm  -  q/m'  və  s.  ilə  ifadə 

olunur. 


Yerüstü ekosistemlərdə biokütlənin aşağıdakı piramida qaydası fəaliyyət 

göstərir:  bitki  kütləsinin  cəmi  bütün  otyeyənlərin  kütləsindən  artıqdır, 

otyeyənlərin kütləsi isə bütün yırtıcıların biokütləsindən yüksəkdir. 

5.5


 

saylı şəkildə bəzi biosenozlarda biokütlə piramidaları göstərilir. 

ƏK 

BK 

 

ƏK 1 

 

BK 

 

z 



p 

F 

.

 



Koral mərcanı 

Dincə qoyulmuş 

torpaq 

Okeanın 

pelagialı 

Şəkil 5.5. Bəzi biosenozların biokütləsinin piramidası (F.Dre, 1976) P- 

produsentlər;  BK-bitki  konsumentləri;  ƏK-ətyeyən  konsumentlər:  F-fito- 

plankton; Z-zooplankton 

Şəkildən  görünür  ki,  yuxarıda  göstərilən  biokütlənin  piramida  qaydası 

okean üçün gerçək (uyğun) olmayıb çevrilmiş (döndərilmiş) şəkildədir. Okean 

ekosistemi  üçün  yırtıcıların  biokütləsinin  yüksək  səviyyədə  toplanması 

xarakterikdir.  Yırtıcılar  uzun  illər  ömür  sürür,  onların  generasiya 

dövriyyəsinin sürəti aşağıdır, lakin produsentlərin - fitoplankton yosunlarının 

dövriyyə qabiliyyəti biokütlənin ehtiyatını yüz dəfələrlə ötüb keçə bilər. Bu o 

deməkdir ki, təmiz məhsul burada da konsument- lərin yediyi məhsuldan da 

artıqdır, yəni produsentlər səviyyəsindən keçən enerji bütün konsumentlərdən 

keçən enerjidən yüksəkdir. 

Buradan  məlum  olur  ki,  trofik  əlaqələrin  ekosistemə  təsirinin  daha 

mükəmməl əksi məhsulun (və ya enerjinin) piramida qaydası olmalıdır: vahid 

zaman  ərzində  hər  özündən  əvvəlki  trofik  səviyyədə  biokütlənin  (və  ya 

enerjinin)  miqdarı  özündən  sonrakından  artıqdır.  Məhsul  piramidası  trofik 

zəncirlərdə  enerjinin  sərfi  qanununu  əks  etdirir.  5.6  saylı  şəküdə  enerji 

piramidası göstərilir (Y.Odum, 1986). 

Nəticədə, piramidanın hər üç qaydası ekosistemdə enerji əlaqələrini əks 

etdirir, məhsul (enerji) piramidası isə universal xarakter daşıyır. 

Təbiətdə stabil sistemlərdə biokütlə az dəyişir, yəni təbiət ümumi 



80 


Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə