Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə224/248
tarix11.05.2022
ölçüsü2,19 Mb.
#86675
növüDərs
1   ...   220   221   222   223   224   225   226   227   ...   248
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
 
 
 ___________________________ 217 ____________________________ 
böyük  diqqət  verməyə  və  qərar  qəbulunun  hazırlanması 
prosesində onların bir-biri ilə müqayisə edilməsinə kömək edir. 
Lakin belə operativ analitik işlənmə hələ bütün prosesləri əhatə 
etməmişdir.  Digər  olduqca  əhəmiyyətli  məsələ  verilənlərin 
intellektual  təhlili  (
Data  Mining) sisteminin  köməyi  ilə  həyata 
keçirilən  qanunauyğunluqlar  axtarışıdır.  Hələlik  çoxölçülü 
verilənlərin  operativ  analitik  işlənməsi  (
OLAP)  və  verilənlərin 
intellektual təhlili (
Data Mining) sistemləri hərəsi özünəməxsus 
inkişaf yolu ilə getməkdədir. Bu, onunla bağlıdır ki, verilənlərin 
operativ analitik  işlənməsindən  fərqli  olaraq 
Data  Mining 
birölçülü verilənlərlə işləyir. Çoxölçülü təhlil üçün başqa yanaş-
ma  tələb  olunur.  Lakin  bu  iki  sistemin  inteqrasiyası  problemi 
artıq  öz  həllini  bütün  kəskinliyi  ilə  ortaya  qoymuşdur.  Bu 
inteqrasiyanı ifadə etmək üçün K.Parsaye “
OLAP Data Mining” 
termini daxil etmişdir.  
 
OLAP    Data  Mining  sistemlərinin  inteqrasiyasının 
müxtəlif  variantları  mümkündür.  Bir  variantda  kublardakı 
təhlilin  nəticələri  intellektual  təhlillə  tamamlanır.  Digər 
variantda  verilənlərin  intellektual  təhlilinin  nəticələri  kubların 
yartadılması  üçün  istifadə  edilir  və  sonra 
OLAP-təhlil  aparılır. 
Ən  yaxşı  inteqrasiya  variantı  çevik  təhlil  sxemi  yaratmaqdan 
ibarətdir  ki,  burada  da  ümumiləşdirmənin  bir  səviyyəsindən 
digərinə  və  ya  başqa  kub  kəsiyinə  keçid  zamanı  tipik 
intellektual emal mexanizmləri 
OLAP-təhlil sisteminə qoşulur. 
Verilənlərin  çoxölçülü  intellektual  təhlilinin  inteqrasiya 
edilmiş sisteminin arxitekturası şəkil 27-də verilmişdir. 


 

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə