|
Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI77MUASIR-INF.SIST .DERSLIK-PDFMÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI
___________________________ 11 ____________________________
Ken Tompson (ingiliscə Kenneth Thompson) 1943-cü ildə
anadan olmuşdur. Kompüter elminin pioneri sayılır, C
proqramlaşdırma dilinin və UNIX əməliyyat sisteminin
yaradıcısıdır.
Funksional altsistemlər və əlavələr dedikdə, seçilmiş
informasiya texnologiyası əsasında konkret funksional oblastda
qərar qəbulu və ya sənəd hazırlanması məqsədi ilə
informasiyanın təhlili və emalını təmin edən ixtisaslaşdırılmış
proqramlar nəzərdə tutulur. Müasir korporativ informasiya
sistemlərində istehsalat, maliyyə, mühasibat uçotu, marketinq
və satış, həmçinin kadr funksional altsistemləri fərqləndirilir.
Funksional altsistemin əsas predmeti daxil olan informasiyanı
təhlil edib sənəd hazırlamaqdan ibarətdir. Bu baxımdan,
funksional altsistemlər korporativ informasiya sistemlərinin
intellektual təməlini təşkil edir və interaktiv xarakter daşıyır,
|
|
|