Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə22/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

82
 
 
IV
Biotexnologiya
və bionika
  LAYİHƏ


83
 

 
Biologiyanın inkişafı

 
Biologiya və texnika

 
Mikroorqanizmlərin seleksiyası. Biotexnologiya

 
Bitkiçilik və heyvandarlıqda istifadə olunan müasir metodlar

 
Canlılarda klonlaşdırma

 
Biotexnologiya həyatımızda

 
Bionika 
  LAYİHƏ


84
 
23.  Biologiyanın inkişafı
Elm və texnikanın sürətlə inkişaf etdiyi müasir dövrümüzdə biologiya elmi bö-
yük  nailiyyətlər  qazanaraq  ən  əhəmiyyətli  elm  sahələrindən  birinə  çevrilmişdir. 
İnsanlar müxtəlif texniki və elmi araşdırmalar, kəşflər nəticəsində müasir yaşam 
tərzinə nail olmuşlar. 
►  
Biologiya  sahəsində  XX–XXI  əsrlərdə  hansı  əhəmiyyətli  elmi  kəşflər  ol-
muşdur? 
► 
Onların əhəmiyyəti nədir?
Sualları oxuyun və fikirlərinizi bölüşün.
•  
Yuxudan  oyandığınız  andan  yatana  qədər  fəaliyyətinizdə  nələrin  biologiya 
elmi ilə əlaqəli olduğunu düşünün.
•  
Məşhur  bioloqla  rastlaşsanız,  ona  sizi  ən  çox  maraqlandıran  hansı  sualları 
verərdiniz?
•  
Ətrafınızdakı hansı problemlər bioloji biliklərin zəifliyi və təbii qanunauyğun-
luqları pozmaq nəticəsində baş verir?
• 
Xəstəlikdən qorunma yollarını müzakirə edin.
Biotexnologiyanın inkişafında xidmətləri olan alimlər:
1.  Vidadi Yusubov – ABŞ-ın Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzi-
nin icraçı direktoru.
2.  Qərib Mürşüdov – Böyük Britaniyanın Kembric Universitetinin professoru, 
struktural biologiya sahəsində çalışan, bu sahədə müxtəlif riyazi proqramlar 
hazırlayan alimimiz.
Doğulandan ölənə qədər sağlam yaşamaq, iqtisadi inkişafla ayaqlaşmaq, ət-
raf  mühiti  korlamamaq,  onu  qorumaq,  istehsalın  keyfiyyət  və  miqdarını  artır-
maqda bioloji biliklər çox mühüm yer tutur.
Təbiətdə  canlıları  öyrənən  biologiya  elmi  insanlar  üçün  daima  araşdırma 
mənbəyi olmuşdur. İnsan daima təbiəti izləmiş, onda gedən prosesləri öyrənməyə 
can atmışdır. Ancaq təbiətin qanunlarını pozmaq, ondan kortəbii istifadə etmək 
insanın həm özü, həm də digər canlılar üçün böyük problemlər yaratmışdır.
Biologiya ilə texnikanı birləşdirən biotexnologiyanın inkişafı, xüsusən isteh-
sal qalıqlarını son parçalanma məhsullarına qədər parçalayan mikroorqanizmlər-
dən istifadə bu problemlərin bir çoxunun aradan qaldırılmasında əsas rol oyna-
yacaqdır.
Biologiyanın son nailiyyətlərinin əldə olunmasında əvəzsiz rolu olan biotex-
nologiyanın əsas məqsədlərindən biri bir canlının genlərinin digər canlıya köçü-
rülməsidir. Belə canlının DNT-də baş verən dəyişiklik ona yeni bir orqanizmin 
xüsusiyyətlərinə malik olmağa imkan yaradır.
F
M
  LAYİHƏ


85
Son  illərdə  biotexnologiyanın  ən  əhəmiy-
yətli  nailiyyətlərindən  biri  hər  hansı  bir  canlı-
nın  genlərinin  digər  canlıya  köçürülməsidir. 
Belə canlının DNT-də baş verən dəyişiklik ona 
geni  köçürülmüş  orqanizmin  xüsusiyyətlərinə 
malik olmağa imkan yaradır. 
Biotexnologiya sahəsində XXI əsr də gözlə-
nilən nailiyyətlər:
• 
İnsanların irsiyyəti ilə bağlı bir çox xəstəliklərə səbəb olan genlərin sağlam 
genlərlə dəyişdirilməsi nəticəsində xərçəng, qan təzyiqi, şəkərli diabet, cırtdanboy-
luluq və s. xəstəliklərin qarşısının alınması;
• 
Qocalığa səbəb olan genlərin nəzarət altına alınması və ya dəyişdirilməsi nə-
ticəsində uzunömürlülüyün yaranması (1996-cı ildən başlayaraq hələ ana bətnində-
ki rüşeymin ilkin inkişafına əsasən insan ömrünün nə qədər olacağının təxmin edil-
məsi sahəsində ciddi tədqiqatlar aparılır);
• 
Bir  canlıda  olan  əlamətlərin  meydana  çıxmasını  təmin  edən  genlərin  digər 
orqanizmlərə köçürülməsi nəticəsində onda olan qüsurlu əlamətlərin aradan qaldı-
rılması,  bəzi  yeni  xüsusiyyətlərin  isə  qazandırılması  (məsələn,  əgər  C  vitaminini 
qaraciyər sintez edərsə, qidada onun olması vacib olmayacaqdır);
• 
Bitki və heyvanlarda məhsuldarlığın artırılması və bir 
çox maddələrin sintezinin məhz mikroorqanizmlərin payına 
düşməsi;
• 
Genlərin dəyişdirilməsi nəticəsində yeni cins və sortla-
rın meydana çıxması;
• 
Yeni texnologiyaların tətbiqi nəticəsində toxuma və or-
qan ların bərpası. 
Artıq  bir  çox  toxuma  və  orqanların  saxlandığı  banklar 
yaradılmışdır. Lazim gəldikdə onlardan istifadə olunur. An-
caq bəzən sümük, dəri və s. istifadə olunarkən toxuma uyğunsuzluğu (histokimyə-
vi) nəticəsində problemlər yaşanır. Yaxın gələcəkdə əksər toxuma və orqanlar bü-
tövlükdə qorunub saxlanacaq və lazım gəldikdə istifadə olunacaqdır. 
Genlərin kataloqlarına uyğun banklar yaradılacaq, dərman sənayesi biotexnolo-
ji qaydalara əməl edərək ucuz məhsul istehsal edəcəkdir.
Ancaq bütün bunlarla yanaşı, geni dəyişdirilmiş orqanizmlərdən alınan qidala-
rın ziyanlı olması, mikroorqanizmlərin yeni təhlükəli xəstəliklərə səbəb olacağı və 
s. bu kimi təhlükələrlə də qarşılaşa bilərik.
Hazırda  dünya  ciddi  təhlükə  qarşısındadır.  Çünki  təbii  birliklərin  çoxu  məhv 
edilmiş, ətraf mühit – atmosfer, hidrosfer və torpaq çirklənmiş, torpaq sahələrinin 
bir  çox  hissəsi  yararsız  hala  salınmışdır.  Bu  problemlərin  aradan  qaldırılmasında 
biologiya elminin aparıcı rol oynayacağı şübhəsizdir. 
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə