Dərslik Naxçıvan Universiteti Elmi şurasının qərarı ilə nəşr olunur



Yüklə 3,98 Kb.
Pdf görüntüsü
səhifə52/60
tarix30.12.2017
ölçüsü3,98 Kb.
#18417
1   ...   48   49   50   51   52   53   54   55   ...   60

 
 
164 
 
davam etmişdi. XIII əsrdə  monqollarla birgə hərəkət edən türk tayfalarının 
böyük bir qismi Azərbaycanda məskunlaşmışdı.
 
Tədqiqatçıların fikrinə görə, 
“Qarabağlar”  sözü  qədim  türk  tayfası  olan  kəngərlərin  bir  qolunun  adı  ilə 
bağlı  olub.  X  əsr  müəllifi  Konstantinin  Sibirdə  yaşayan  kəngərlərin  bir 
tayfasının  “qarabay”  adlandığını  qeyd  edib.  Beləliklə,  Qarabağlar  tayfası 
Kəngərlərin  bir  qolu  hesab  edilir.  Bu  tayfaların  Azərbaycan  xalqının 
formalaşmasında böyük rolu olub.  
 
                     
 
 
        Şəkil 101. Qarabağlar türbəsinin sərdabəsi. 
 
Evliya Çələbi “Səyahətnamə” əsərində Qarabağlar kəndini belə təsvir 
edir:  “Bu  şəhərin  özülünü  Mənüçöhr  qoyub.  Şəhər  çox  qədimdir.  İndi 
Naxçıvan  torpağında  ayrıca  sultanlıq  təşkil  edir.  III  Mehmet  zamanında 
Türklərin  əlindən  çıxaraq  farsların  ixtiyarına  keçib.  Əmir  Teymur 
Qarabağlarda  böyük  bir  qoşun  ilə  beş  ay  qışlağa  qalıb.  Şəhər  çox  abaddır, 
ətrafında  ucsuz  –  bucaqsız  münbit  düzənlik  yerləşir.  Bizim  xidmətçilər 
şəhərin içində 40-a qədər minarə sayıblar. Şükür Allaha, bu şəhərdə iqlimin 
və suyun yaxşılığı bizim əhvalımızı qaydaya saldı. Deyilənlərə görə, burada 
bağı  və  üzümlükləri  olan  10  000-ə  qədər  ev,  70  mehrab,  minarəli  40  cami 
var.  Karvansaray,  hamam  və  bazarlar  da  çoxdur.  Onların  sayı  artmaqda 
davam  edir.  Bura  bolluq  diyarıdır.  Şəhərdə  gəzərkən  bir  bağban  bizə  25 
çeşid dadlı armud gətirdi. Bunları yeyərkən ağzında dondurma hiss edirsən. 
Yaqut rəngli nar yetişir. İrəvan düyüsündən bişirilən plov çox dadlıdır”.  


 
 
165 
 
 
  
 
Şəkil 102. Qarabağlar türbəsində təkrarlanan kitabə. 
 
Qarabağlar  Türbə  Kompleksi  qoşa  minarə,  onlar  arasındakı  bas  tağ, 
qoşa  minarələrə  birləşən  dini  binanın  qalıqları  və  türbədən  ibarətdir. 
Mütəxəssislər  qoşa  minarələrin  XII-XIII  əsrlərdə,  baş  tağın  isə  XIV  əsrdə 
tikildiyini qeyd etmişlər. Qoşa minarələrin və baş tağın müxtəlif dövrlərə aid 
olması  onların  tikinti  texnikasından  da  aydın  görülür.  Baş  tağın  minarələrə 
sonradan əlavə edildiyi aydın şəkildə seçilir. “Naxçıvan Tədqiq və Tətəbbö 
Cəmiyyəti ”nin elmi katibi M. Mirheydərzadənin fikrinə görə, qoşa minarəli 
baş tağın üzərində ərəb dilində “Allahın bu nişanəsi türkmən Quti xatındır” 
sözləri  yazılmışdır. Bəzi əsərlərdə Quti xatının Hülaku xanın arvadı olduğu 


 
 
166 
 
qeyd edilmişdir.  Lakin tədqiqatçıların fikrinə görə baş tağda adı xatırlanan 
Qudi  xatın,  yaxud  Qoday  xatın,  ola  bilsin  ki, Abaqa  xanın  (1265-1282) 
arvadı olmuş Qoday xatındır. Üslub və tikinti texnikası xüsusiyyətlərinə görə 
türbənin tikilmə tarixi Elxani hökmdarı Əbu Səid Bahadır xanın hakimiyyət 
illərinə  (1319-1335-cu  illər)  aid  edilir.  Son  araşdırmalar  Qarabağlar 
türbəsinin Qudi xatının əmri ilə tikildiyini deməyə imkan verir. 
 Qarabağlar  türbəsi  sərdabə  və  yerüstü  xatirə  abidəsindən  ibarətdir. 
Sərdabə  on  iki  bucaqlı  olub  divarları  daşdan,  günbəzi  isə  kərpicdən  inşa 
edilmişdir.  Türbənin  yerüstü  hissəsi  daş  kürsülük  üzərində  inşa  olunan  12 
yarım  silindrdən  ibarətdir.  Türbənin  səthi  firuzəyi  rəngli  kaşılarla  həndəsi 
ornamenti  xatırladan  kitabələrlə  bəzədilmişdir.  Yarım  silindrlərin  üzərində 
içərisində  ərəb  əlifbası  ilə“lə  iləhə  illəllah  Məhəmmədən  Rəsulallah” 
(Allahdan  başqa  Allah  yoxdur,  Məhəmməd  (s.ə.v.)  onun  rəsuludur)” 
kəliməsi  həkk  edilən  kvadratlar  dəfələrlə  təkrar  olunmuşdur.  Bu  tip 
ornamentdən  1322-ci  ildə  inşa  olunan  Bərdə  türbəsində  də  istifadə 
olunmuşdur. Elə buna görə də bəzi tədqiqatçılar Qarabağlar türbəsi ilə Bərdə 
türbəsinin  memarının  eyni  şəxs  olduğunu  qeyd  etmişlər.  Lakin  qeyd 
etməliyik  ki,  Qarabağlar  türbəsi  konstruksiyasının  ilə  fərqlənir.  Türbəbin 
özünəməxsus memarlıq xüsusiyyətlərindən biri 4 baş tağlı olmasıdır. Bu baş 
tağlar  şimal,  cənub,  qərb  və  şərq  istiqamətlərinə,  dünyanın  dörd  tərəfinə 
yönəlmiş və türbənin görünüşünün mükəmməlliyini təmin etmişdir. Ehtimal 
ki,  türbənin  dörd  baş  tağlı  quruluşu  əski  inanclarla  bağlı  olmuşdur.  Baş 
tağların  səthi  kaşılar  vasitəsi  ilə  həndəsi  və  nəbati  üslubda  naxışlanmışdır. 
Türbənin gövdəsini təşkil edən yarım silindrlərin yuxarı hissəsində kaşılarla 
işlənmiş  kitabələrin  qalıqları  saxlanmışdır.  Ehtimal  ki,  bu  kitabələr  Qurani 
Kərimdən  götürülmüş  kəlmələrdir.  Memarlıq  abidələrində  və  qəbirüstü 
monumental  tikintilərdə  bu  tip  kitabələrə  rast  gəlinir.  Qarabağlar  türbəsi 
konusvari  örtüyə  sahib  olmuşdur.  Mütəxəssislərin  fikrinə  görə  bu  örtük 
türbənin quruluşuna uyğun olaraq on iki yarım silindrin birləşməsi şəklində 
olmuşdur.  
Gilаn  şəhərinin  xarabalıqları.  Оrdubаd  rаyоnu  ərаzisində  yerləşən 
şəhər, Gilаnçаyın sоl sаhilində 100 hеktаrdаn аrtıq sаhəni əhаtə еdir. Şəhər 
nаrınqаlа və оnu əhаtə еdən məhəllələrdən ibаrətdir. Həm nаrınqаlа, həm də 
məhəllələr  dаşdаn  inşа оlunmuş  müdаfiə divаrı  ilə əhаtə  оlunmuşdur. Qаlа 
divаrlаrı  dаirəvi  və  dördkünc  bürclərlə  möhkəmləndirilmişdir.  Аrхеоlоji 
tədqiqаtlаr  zаmаnı  şəhərin  ərаzisində  kаrvаnsаrа,  su  hоvuzlаrı  və 
sərdаbələrin  qаlıqlаrı  аşkаr  оlunmuşdur.  Müəyyən  оlunmuşdur  ki,  şəhərin 
içərisindən  kеçən  çаyın  kənаrlаrı  dаşlа  hörülərək  düzəldilmişdir.  Şəhərin 
хаrаbаlıqlаrındаn  su  tünglərinin  qаlıqlаrınа  rаstlаnmаsı  vахtilə  su 


Yüklə 3,98 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə