Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə130/191
tarix17.09.2017
ölçüsü3,93 Mb.
#21
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   191

446

Uşağın maraqlandığı, onun üçün mühüm əhəmiyyət kəsb edən

materiallar uzun illər onun hafizəsində hifz oluna bilir.

Təsadüfi deyildir ki, ən dəqiq və aydın təəssürat, xatirə həmin

dövrə aid olur. 

Bağça yaşı dövründə uşaq təxəyyülü də özünəməxsus

xüsusiyyətləri ilə fərqlənir.  Bağça yaşının birinci yarısında

uşaqlarda təxəyyül reproduktiv xarakter daşıyır.  Uşaqların

təxəyyül surətləri əldə etdikləri təəssüratların obrazlar şəklində

mexaniki canlandırmaları şəklində özünü göstərir.    Bu cür

təxəyyül surətləri əqli deyil,  emosional əsaslar,  emosional

təəssürat əsasında yaradılır.  Bütövlükdə bağça yaşlı uşaqların

təxəyyülləri

olduqca


zəif

olur.  Təxəyyülün

ayrı-ayrı

xüsusiyyətləri böyük bağça yaşı dövründə daha səmərəli

şəkildə inkişaf etməyə başlayır.  Bağça yaşı dövründə

bərpaedici təxəyyül surətləri xeyli inkişaf etsə də hələ solğun

olur, uşaq qarşıya qoyulmuş məqsədə uyğun, dəqiq surətlər ya-

ratmaqda çətinlik çəkir. Bu da uşağın həyat təcrübəsinin azlığı, 

təəssüratlarının zəifliyi,  müvafiq biliklərin məhdudluğu ilə

bağlıdır.

Bağça yaşı dövründə uşaqlarda yaradıcı təxəyyülün

inkişafı da özünü göstərir.  Uşaqlarda ilkin yaradıcı təxəyyül

surətlərinin meydana gəlməsi onların fəaliyyəti ilə sıx bağlı

olur.  Onlar oyun zamanı,  hər hansı bir nağılı və ya hekayəni

söyləyərkən buraya özlərinin əlavələrini də edirlər.

Bağça yaşlı uşaqların təfəkkürü əsasən əyani-əməli xa-

rakter daşıyır, icra etdikləri işlərlə, dərk etdikləri konkret cisim

və hadisələrlə bağlı olur. Uşaqlar ilk ümumiləşdirmələri əsasən

zahiri oxşar əlamətlərə görə aparırlar.  Nitqin inkişafı ilə

əlaqədar olaraq ümumiləşdirmələri mühüm əlamətlər əsasında

aparmaq meyli yüksəlir.  Bağça yaşı dövrünün əvvəllərində

uşaqlar hadisənin mahiyyətini başa düşə bilmədiklərinə görə

bəzən qəribə,  həqiqətə uyğün olmayan hökmlər irəli sürür, 

düzgün olmayan nəticələr çıxarırlar.  Bu dövrdə uşaqlarda

təfəkkürün inkişafı əyani-əməli, əyani-obrazlı və sözlü-məntiqi



447

təfəkkür istiqamətində gedir. Bağça yaşının sonunda uşaqlarda

sözlü-məntiqi təfəkkürün inkişaf etməyə başlaması artıq onlar-

da sözlərə istinad etməyin və mühakimə məntiqini anlamağın

meydana gəldiyini göstərir.

Bağça yaşı dövrdə uşağın nitq inkişafında da əsaslı

irəliləyiş baş verir. 

Bağça yaşı dövründə uşaqların nitqi daha əlaqəli xarakter

daşımaqla dialoq forması əldə edir. Erkən uşaqlıq dövrü üçün

xarakterik olan nitqin situativliyini bu dövrdə kontekstli nitq

tutmağa başlayır ki,  bu da dinləyicidən situasiya haqqında

müvafiq izahat tələb etmir. Əvvəlki dövrə nisbətən bağça yaşlı

uşaqlarda daha mürəkkəb, müstəqil nitq forması olan müfəssəl

(geniş) monoloji ifadə forması təzahür və inkişaf edir.

Bu dövrdə nitq inkişafının digər sahələrində də irəliləyiş

baş verir. Hər şeydən əvvəl uşağın söz ehtiyatı artır, təxminən

3000-4000-ə çatır.  Bunlardan xeyli hissəsi (təxminən 1500) 

passiv söz ehtiyatı olur. Uşaqlarda nitqin fonetik və qrammatik

cəhətdən inkişafı baş verir.  Bütün bunlara baxmayaraq həmin

dövrdə bəzi uşaqlar bəzi səsləri,    məsələn,  r ,  l,  ş səslərini

tələffüz etməkdə çətinlik çəkirlər.  Belə qüsurlar uşağın nitq

orqanları inkişaf etdikcə,  düzgün təlim-tərbiyə sayəsində

tədricən aradan qalxır.

Məktəbəqədər yaş dövründə dialoji nitqin inkişafı və

təkmilləşməsi ilə yanaşı,  monoloji nitq də inkişaf etməyə

başlayır.



VI.19.3.Uşağın məktəbə psixoloji hazırlığı

Yuxarıda qeyd edilənlərdən göründüyü kimi,  məktəb

yaşına çatmış uşaqlar gerçəkliyi dərk etmək, idrak proseslərinin

inkişafı cəhətdən kifayət qədər irəli getmiş olurlar.  Bunlar

tədris proqramlarını mənimsəmək üçün lazımi imkan yarada



448

bilirlər.  Lakin uşağın məktəbə psixoloji hazırlığını təkcə bun-

larla məhdudlaşdırmaq olmaz.  Uşaqda qavrayışın,    diqqətin, 

təxəyyülün,  hafizə,  təfəkkür və nitqin inkişafı ilə yanaşı onun

müxtəlif fəaliyyət növlərini,    xüsusilə təlim fəaliyyətini

müvəffəqiyyətlə yerinə yetirməsi üçün bir sıra keyfiyyətlərə

yiyələnməsi də zəruridir. 

Həmin tələblərə aşağıdakıları aid etmək olar:  uşağın

ümumi fiziki inkişafı,  kifayət qədər bilik ehtiyatına malik

olması,  özünəxidmət «məişət»  vərdişlərinə yiyələnməsi, 

ünsiyyətə girə bilmək bacarığı,  mədəni davranış,  sadə əmək

vərdişlərinə,  nitqə,  əsas psixi funksiyaların zəruri inkişaf

səviyyəsinə,  koqnitiv və əqli inkişaf səviyyəsinə yiyələnmək, 

əməkdaşlıq etməyi bacarmaq,  davranışın ixtiyariliyi, oxumağa

arzu və maraq.

Burada qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, iradə və s. 

kimi əsas psixi funksiyaların inkişaf səviyyəsi xüsusi yer tutur. 

Bəs məktəbə psixoloji hazırlıq üçün bütün bu qeyd

olunanların inkişaf səviyyəsi necə olmalıdır?

Burada birinci növbədə sensor (duyğu və qavrayışın) 

inkişafının müvafiq səviyyədə olması zəruridir.  Uşağın

qavrayışının

seçiciliyi,  mənalılığı,  predmetliliyi

lazımi


səviyyədə olmalıdır.  Məktəbə daxil olan uşaq cisimlərin və

onların xassələrinin identikliyini müəyyənləşdirməyi bacar-

malıdır.  Uşaq rəngləri,  cisimlərin forma və həcmini fərq-

ləndirməyi bacarmalıdır. Təcrübə göstərir ki, çox vaxt məktəbə

daxil olan uşaqlarda bu cür bacarıq,  başqa sözlə,  qavradıqları

cisimləri məqsədəuyğun təhlil və fərqləndirmə bacarığı

formalaşmadığına görə təlimdə ciddi çətinliklərlə qarşılaşırlar. 

Ona görə də təlim fəaliyyəti prosesində uşaqlarda həmin

bacarıqları formalaşdırmaq, onları müşahidə etməyə alışdırmaq

zəruridir. Uşağın qavrayışının seçiciliyi, mənalılığı, predmetli-

liyi lazımi səviyyədə olmalıdır.

Məktəbə daxil olan vaxt uşağın diqqəti artıq ixtiyari xa-

rakter daşımalı,  onun həcmi,  davamlılığı,  paylanması və



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə