2.2.Bərk cisimlərdə kimyəvi rabitənin tipləri
Maddələrin kristallik vəziyyətində hissəciklər arasında qarşılıqlı təsir qüvvəsi ən böyük qiymətə malik olur. Kristal müstəvi izlərlə tamamlanır və bu üzlər bir biri ilə düz xəttlər üzrə, yəni tillər boyu kəsişir.
Ümumiyyətlə, maddələri təşkil edən hissəciklər arasındakı məsafədən və qarşılıqlı təsir qüvvəsindən asılı olaraq maddələr bərk, maye və qaz hallarında ola bilərlər. Maddənin bu və ya digər aqreqat halında olması onu əhatə edən mühitin temperaturu və təzyiqindən asılıdır. Çox aşağı temperaturlarda qaz halında olan maddə maye halına, maye halında olan maddə isə bərk hala keçir. Bərk cisimlərdə hissəciklər arasındakı məsafə hissəciklərin ölçüləri ilə eyni tərtibdə olur. Bərk cisimlərdə hissəciklərin sərbəst irəliləmə hərəkəti məhdudlaşır. Onlar müəyyən tarazlıq vəziyyəti ətrafında rəqsi hərəkət edirlər. Bərk cisimlər atomlardan, ionlardan, molekullardan təşkil oluna bilərlər. Kimyəvi rabitənin təbiətindən asılı olaraq bərk cisimləri aşağıdakı qruplara bölmək olar.
Dostları ilə paylaş: |