9
vəziyyəti ilə müəyyən olunan enerji potensial enerji adlanır” cümləsinin
“Cisimlərin və ya onları təşkil edən zərrəciklərin qarşılıqlı vəziyyəti ilə müəyyən
olunan enerji potensial enerji adlanır” kimi verilməsi məsləhətdir.
Yenə həmin səhifədə (3.18) düsturundan sonra (3.20) düsturunun, daha sonra
isə “m kütləli cismin h hündürlükdə potensial enerji qəbul etsək:” ifadəsinin və
(3.19) düsturunun verilməsi məqsədəuyğundur. Bu ardıcıllığa “Kinetik enerji.
Kinetik enerji haqqında teorem” mövzusunda əməl olunmuşdur.
Səhifə 62-də sondan 2-ci abzasda verilmiş “Cismin verilmiş halda potensial
enerjisi E
p
onu həmin haldan sıfır səviyyəsinə aparmaq üçün konservativ
ağırlıq qüvvəsinin gördüyü işə bərabərdir: E
p
=A” cümləsinin “Cismin verilmiş
vəziyyətdə potensial enerjisi E
p
onu həmin vəziyyətdən sıfır səviyyəsinə aparmaq
üçün konservativ ağırlıq qüvvəsinin gördüyü işə bərabərdir: E
p
=A” kimi verilməsi
məqsədəuyğundur. Həmçinin, bundan əvvəl sıfır səviyyəsinin tərifi verilməlidir.
Səhifə 63-də şəkil 3.11.-də verilmiş
“E
el
” əvəzinə “
F
x,el
” yazılmalı, uyğun
olaraq (3.21) düsturu “
el
1
F = -kx
” deyil, “
x,el
1
F = -kx ” kimi verilməli və bu təklif
digər düsturlarda da nəzərə alınmalıdır.
Səhifə 65-də “Potensial enerji haqqında teorem. Potensial enerjinin
minimumluq prinsipi” mövzusu çox ağır verilmişdir. Belə ki, bu mövzunun
şəkil
3.13.-ə qədər olan hissəsinin §3.4-də (
“Potensial enerji. Konservativ qüvvələr”)
verilməsi, səhifə 66-da son abzas və səhifə 67-dəki hissəni saxlamaqla qalan
hissələrin çıxarılması məqsədəuyğundur.
Səhifə 67-də “Tam mexaniki enerji. Sürtünmə qüvvəsinin işi və enerjinin
dəyişməsi” mövzusunda sondan 2-ci cümlədə verilmiş “Təbiətin ən mühüm
qanunlarından biri olan enerjinin saxlanma qanunu” ifadəsinin “Təbiətin ən
mühüm qanunlarından biri olan tam mexaniki enerjinin saxlanma qanunu” kimi
verilməsi tövsiyə edilir. Həmçinin, mövzu başlığının “Tam mexaniki enerji.
Sürtünmə qüvvəsinin işi və enerjinin dəyişməsi” kimi deyil, “
Tam mexaniki
enerji. Sürtünmə qüvvəsinin işi və tam mexaniki enerjinin dəyişməsi” kimi
verilməsi məsləhətdir.
Səhifə 69-da son abzasdan başlayaraq
şəkil 3.18.-ə qədər olan hissənin
çıxarılması məsləhətdir. Material şagirdlər üçün çox ağırdır.
10
Səhifə 71-də (davamı səh.72-də) verilmiş “Mexaniki enerjinin saxlanma
qanununun axan maye və qazlara tətbiqi” mövzusu çox ağır yazılmışdır.
Burada, əvvəlki dərsliklərdə olduğu kimi, əsas nəticələri göstərmək kifayətdir.
Səhifə 73-də “İmpuls. Qüvvə impulsu” mövzusunda 3-cü abzasda cismə
sabit
F
qüvvəsinin təsir etdiyi verilmişdir. Lakin sonrakı abzasda göstərilən
misallarda
(“idmançı ayağı ilə futbol topunu, xokkey ağacı ilə şaybanı
vurduqda”) qüvvənin sabit olması mümkün deyil.
Səhifə 76-da sondan 2-ci abzasdakı fikrin “
Görüşənə qədər soldakı
arabacığın impulsunun X oxu üzərindəki proyeksiyası
x
mυ
, sağdakı arabacığınkı
isə
-
x
mυ
-dır. Görüşəndən sonra isə soldakı arabacığın impulsunun proyeksiyası
x
-mυ
, sağdakının impulsunun proyeksiyası isə
x
mυ
olmuşdur” kimi verilməsi
tövsiyə edilir.
Səhifə 77-də 2-ci abzasda qapalı olmayan sistemlərə aid verilmiş nümunə
(“Tüfəng və ondan üfüqi istiqamətdə atılmış güllə belə sistemə nümunədir”)
dəqiq deyil. Çünki tüfəng və güllə qapalı sistem təşkil edir.
Yenə həmin səhifədə (davamı səh. 78, 79, 80) verilmiş
“Cisimlərin
toqquşması” mövzusu şagirdlər üçün çox ağırdır. Bu mövzunun çıxarılması təklif
edilir. Yalnız xüsusi hal kimi mütləq qeyri-elastiki zərbəyə baxmaq olar. Həmçinin,
mətndə “
0
υ
” əvəzinə “
0x
υ
”, “
υ” əvəzinə “
x
υ
” verilməlidir.
Səhifə 82-də 2-ci abzasda verilmiş düstur
“
r
F = ma = -mu
” kimi deyil,
“
r
F = ma = - u
” kimi verilməlidir.
Səhifə 85-də 3-cü abzasda verilmiş
“Fırlanma hərəkətini §1.9-da, rəqsi
hərəkətləri isə VIII sinfin fizika kursunda öyrənmisiniz” fikri “
Fırlanma
hərəkətini VII
sinifdə §1.7
və §1.8
-də, rəqsi hərəkətləri isə VIII
sinfin fizika
kursunda öyrənmisiniz”
kimi ifadə edilərsə, daha düzgün olar.
Yenə həmin səhifədə sondan 3-cü abzasda rəqsi hərəkətlərin növlərə
bölünməsi aşağıdakı kimi verilərsə, daha yaxşı olar:
1)
Məcburi rəqslər;
2)
Məxsusi və ya sərbəst rəqslər;
3)
Sönən rəqslər.
Bu cür bölünmə rəqsi hərəkətin mətində verilən tərifinə daha uyğundur.