Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə21/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   65

44 
 
bilər.  Mühazirə  müzakirə  obyekti  deyil,  haqqında  qərar  qəbul  olunmur.  O  oxunur, 
dinlənilir.  Mühazirəyə  aid suallar  verilə  bilər; 
4)  Mühazirə  növündən  asılı  olaraq  bir  fənnin  hansısa  mövzusuna,  ictimai  (sosial) 
və  siyasi  həyatla  bağlı  kütləvi  mövzuya  həsr  oluna  bilir.  Məruzə  isə,  adətən,  elmi 
və  siyasi  (prezidentə  məruzə  etmək,  onu  məlumatlandırmaq  mənasında)  olmaqla 
bir neçə problemi gündəmə  gətirir; 
5)  Mühazirədə  natiq  (lektor)  öz  mövqeyini,  siyasi  baxıĢını  bildirməkdə  azaddır, 
məruzədə isə müəyyən  ölçü gözlənilir. 
Sual və tapĢırıqlar 
1. Monoloji  nitqin  natiqlik  üslubunda ən çox yayılmıĢ növləri hansılardır? 
2.  Məsul  Ģəxs  qarĢısında  baĢqalarının  monoloji  nitqi  necə  adlanır?  Cavaba  uyğun 
nümunələr  gətirin. 
3. Natiqin  çıxıĢı, səsinin tonu, intonasiyası hansı hallarla  bağlıdır? 
4. ÇıxıĢın tərkib hissələri hansılardır? 
5. Ġfadəli  hərəkətlər  hansılardır və onlardan nə üçün istifadə olunur? 
6.  Ġfadəli  hərəkətlərdən  harada  istifadə  olunmur?  Belə  vaxtlarda  bəs  hansı  vasitələr 
onları əvəz edir? 
7. Məruzə nədir və onun çıxıĢdan fərqi nədir? 
8. Məruzə hansı üslublarda yazılır? Səbəbi nədir? 
9. Məruzələrin  növlərini  deyin və misallar  gətirin. 
10. Mühazirə  ilə  məruzə və çıxıĢ arasındakı fərqləri göstərin. 
 
ÇalıĢma  35.  Bir  hadisə  baĢ  vermiĢdir.  Siz  də  orada  olduğunuz  üçün  bu  haqda 
məlumat  yazın. 
ÇalıĢma  36.  Mətni  oxuyun,  monoloji  nitqin  hansı  növlərini  əks  etdirdiyini  izah 
edin; mövzuya ad verin: 
Tədbiri giriĢ  sözü ilə açan direktor Əhliman  Axundov dedi: 
-  Bu  bayramın  çox  qədim  tarixi  var.  O  bizə  ulu  keçmiĢimizdən  -  zərdüĢtlük 
dövründən  yadigar  qalıb.  Məlumdur  ki,  xalqımız  keçmiĢdə  zərdüĢtlük  dininə 
sitayiĢ  etmiĢ,  odu  müqəddəs  sanmıĢdır.  Bu  bayram  ərəfəsində  ilaxır 
çərĢənbələrində  qalanan  tonqallar  buna  misaldır.  "Ağırlığım,  uğurluğum  odda 
yansın",-deyib  tonqalın  üstündən  atlanan  insanlar  bununla  bəd  nəzərləri,  pislikləri, 
Ģər  qüvvələri odda yandırdıqlarına və yeni, tə-miz həyata baĢladıqlarına inanclarını 
ifadə  etmiĢlər.  Sonra  o,  sözü  əvvəlcə  qonaqlara  verdi.  Akif Kərimov, "Kür-Xəzər" 
xeyriyyə  cəmiyyətinin  sədri: 
-  Xalqımızı,  bütün  türk  dünyasını  bu  bayram  münasibəti  ilə  təbrik  edir,  insanlara 
sülh,  əmin-amanlıq,  gənclərimizə  vətən  sevgisi,  prezidentimizə  güclü  dövlət  və 
ordu  yaratmağı,  Qarabağ  probleminin  tez  bir  zamanda  həll  olunması  yolunda 
uğurlar  arzulayırıq.  Dünya  Azərbaycanlıları  Konqresinin  nümayəndəsi  Nadirə 
Orucova sözünə belə baĢladı: 
-  Bu  bayram  xalqımızın  yaddaĢında  bərəkət,  bolluq  rəmzi  kimi  qalmıĢdır.  Elə  bu 
bayramın  əsas  rəmzlərindən  sayılan  yaĢıl səməni də bunun ifadəsidir. Evdə səməni 
göyərdən  insanlar  bununla  yeni  ildə  məhsullarının  bol  olacağına  inanmıĢlar. 
Bayram  süfrəsi  də  bol  olmalıdır.  Ən  kasıb  ailədə  belə  bayram  süfrəsi  açılmalıdır. 


45 
 
Ləziz  yeməklər  biĢirilməli,  yumurta  boyanmalı,  süfrəyə  yeddi  növ  çərəz,  mer-
meyvə  düzülməli,  ailədəki  adamların  sayına  uyğun  Ģamlar  yandırılmalıdır.  Mən 
sizin  hamınıza  xalqımızın  ən  əziz  bayramında  əmin-amanlıq,  bərəkətli  torpaq,  can 
sağlığı,  iĢıqlı  gələcək  arzulayıram.  Məktəbin  ağsaçlı  müəllimi  Əziz  Rəhimov 
salona belə müraciət  etdi: 
-  Bu  bayram  ərəfəsində  ev-eĢikdə,  həyət-bacada  təmizlik  iĢləri  görülüb,  abadlıq 
yaradılmıĢdır,  hər  yanda  səliqə-sahman  göz  oxĢayır.  Bağbanlar  bağ-bağata  əl 
gəzdiriblər,  ağaclara  qulluq  göstərir,  yeni  tinglər  əkirlər.  Mən  sizin  hamınızı  bu 
gözəllik,  xeyirxahlıq,  ümidlər  və arzular  bayramı münasibəti  ilə  təbrik edirəm. 
 
ÇalıĢma  37.  Bir  nəfəri  yuxarı  vəzifəyə  irəli  çəkmək  üçün  səlahiyyətli  orqana 
təqdimat yazın. 
 
 
ZAHİRİ VƏ DAXİLİ (LAL)  NİTQ 
Ünsiyyət  Ģəraitindən  asılı  olaraq  Ģifahi  monoloji  nitq  zahiri  və  daxili  formalarda 
təzahür  edir.  Zahiri  nitq  danıĢıq  səsləri  ilə  ifadə  olunan,  baĢqalarına ünvanlanan və 
eĢidilmək  üçün  nəzərdə  tutulan  nitqdir.  Bu  nitqə  aydınlıq,  səlislik,  ardıcıllıq, 
təsirlilik,  ahəngdarlıq  kimi  keyfiyyətlər  xasdır.  Nitqin  bu  Ģərtləri  normal,  nitq 
qüsuru  olmayan,  necə  deyərlər,  ağlı baĢında olan hər adama aiddir. Ġnsan öz zahiri 
nitqində  cəmiyyətlə  "nəfəs  alır",  onun  bütün  qayğıları,  sosial  həyatı, siyasi baxıĢı, 
etnik  və  əxlaq  normaları  burada  özünü  göstərir.  Hər  kəs  Ģəraitdən,  harada 
olmasından,  kiminlə  danıĢmasından  asılı  olaraq  öz  nitqinə  düzəliĢ  edə  bilir.  Onun 
ailədə,  yaxın  ətrafı  arasında  olan  nitqi  ictimai  yerdə,  baĢ-qaları  ilə  danıĢığından 
ideya  və  məzmun  cəhətdən  fərqləndiyi  kimi,  quruluĢuna  görə  də  fərqlənir. 
Doğrudur,  zahiri  nitq  insandan  öz  fikrini  dilə  gətirərkən  məsuliyyət  hissini 
saxlamağı, ədəb-ərkan qaydalarını unutmamağı tələb edir. 
DAXĠLĠ  (LAL) nitq insanın öz-özünə danıĢması prosesidir. Bu tələffüz olunmayan 
səssiz  nitqdir.  Daxili  nitq  zahiri  nitqin  yaranmasına  xidmət  göstərir.  Ġnsan  əvvəlcə 
düĢünür,  fikirlərini  nizama  salır,  daxili  nitqini  hazırlayır,  yalnız  bundan  sonra 
zahiri  nitqə  keçir.  Beləliklə,  insanın  daxili,  öz-özünə  nitqi  yaranır.  O,  təfəkkürlə 
bağlı  olduğundan  onu  intellektual  nitq  də  adlandırırlar.  Ġnsan  daxili  nitqinin 
köməyi  ilə  olmuĢ  və  olacaq  hadisələri  fikrinə,  xəyalən  göz  önünə  gətirir,  nəyəsə 
təəssüflənir,  nəyisə  qürurla  yad  edir,  köks  ötürür,  bəzən  də  ah  çəkir,  onlara  öz 
münasibətini  bildirir,  özü  ilə  həsbi-hal  edir,  "necə  olsaydı,  daha  yaxĢı  olardı"  - 
fikrinin  üstündə  ani  olaraq  dayanır,  fərziyyələr  yürüdür.  Daxili  nitq  zamanı  insan 
sanki  özü  ilə  dialoqa  girir,  səssiz  cümlələrlə  monoloqunu davam etdirir. Fikir daxili 
nitqdə  formalaĢır,  dilə  gəlir,  sözlərlə  hazır  Ģəkil-də  zahiri  nitqə  çevrilir.  Zahiri 
nitqdə  təfəkkür  fəaliyyətdə  olub  müəyyən  məqsədə  xidmət  edir,  monoloji  formada 
Ģifahi  və  yazılı  nitqdə  təzahür  tapır.  Məktəbəqədər  yaĢlı  uĢaqlarda  daxili  nitq 
zəifdir.  Onlar  fikirləĢdiklərini  kiməsə,  nəyəsə  (kuklaya,  maĢina,  oyuncağa, 
heyvana, quĢa və s.) yaxud özü-özünə deyir, sual verir, onların əvəzinə cavabını da 
verir,  analiz-sintez  etməyə  çalıĢır,  lakin  bunları  az-az  hallarda  ucadan  söyləyir, 
əksinə,  alçaq  səslə,  pıçıltı  ilə  deməyə  səy  göstərir,  kiməsə  eĢitdirmək  iĢtəmir, 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə