~~~ 66 ~~~
NƏTİCƏ
“Böyük azərbaycanşünas alim professor Mirəli Seyidovun
ədəbi-nəzəri görüşləri” mövzusunda yazılmış bu araşdırma
göstərdi ki, XX əsrdə zəngin inkişaf yolu keçmiş Azərbaycan
ədəbiyyatşünaslığının yaradıcıları arasında professor Mirə-
li Seyidovun rolu və xidməti əvəzsizdir. Onun ədəbi əlaqələr,
mifologiya, folklorşünaslıq, etimologiya, etnogenez məsələləri
ilə bağlı tədqiqatları bu gün də azərbaycanşünaslıq üçün həm
ədəbi-nəzəri, həm də mədəni-siyasi baxımdan müasir və aktual
məsələlərdir. Alim milli bədii təfəkkürün çox müxtəlif sahələri
ilə məşğul olmuş və tədqiq etdiyi problemlərin hamısında ciddi
uğur qazanmaqla filologiyada yeni elmi istiqamətlərin yaran-
masına nail olmuşdur. Mövzu ətrafında tədqiqatları ümumiləş-
dirərək bu nəticəyə gəlmək olar ki:
1.
M.Seyidovun yaradıcılığının iki mərhələsi bir-birin-
dən fərqlənir. Alimin elmi fəaliyyətinin birinci mərhələsi
1940-cı illərdən başlanır və 1970-ci illərə qədər davam edir.
1950-ci illər ədəbi-nəzəri fikrində olduğu kimi, M.Seyidovun
da yaradıcılığında sovet rejiminin siyasi kursunun, stalinizm
dövrünün təsiri var: alimin bu dövrdə yazdığı tədqiqat əsər-
lərində xalqlar dostluğu, qarşılıqlı ədəbi-mədəni əlaqələr
məsələsinə geniş yer verilir; alim orta əsrlər Azərbaycan
ədəbiyyatına, xalq yaradıcılığına və tədqiq etdiyi sənətkar-
ların əsərlərinə sovet ədəbiyyatşünaslığının, nəzəri-ideoloji
fikrin normativləri ilə yanaşır. Eyni zamanda, mənsub oldu-
ğu xalqa, millətə xidmət işini özünə tale yolu seçən M.Seyi-
dov həmişə elmi həqiqəti ortaya qoymaqla tarixi təhrifləri
aradan qaldırmağa, xalqın yaddaşını dəyişmək istəyən qüv-
vələrin səylərini zərərsizləşdirməyə, ədəbi-nəzəri düşüncə-
ni siyasi buxovlardan azad etməyə çalışırdı. Yaradıcılığının
birinci mərhələsində xalqlar dostluğu, qarşılıqlı ədəbi-mə-
~~~ 67 ~~~
dəni əlaqələr istiqamətində olan araşdırmalarında, əslində,
alimin məqsədi bu yolla, yəni qarşılıqlı münasibətləri tədqiq
etməklə, ədəbi müqayisələrlə oxşar mətləblərin türk et-
nik-mədəni sisteminin öyrənilməsində əhəmiyyətini vurğu-
lamaq idi. Digər bir tərəfdən də, M.Seyidov bu kontekstdən
çıxış edərək, Azərbaycan ədəbiyyatının bədii özəlliklərini
aydnlaşdırmış, elmi-nəzəri düşüncəsini və tədqiqatçılıq fəa-
liyyətini Azərbaycan-türk söz sənətinin özüəməxsusluğunun
elmi şəkildə sübutu işinə yönəltmişdir.
2.
Alimin, xüsusilə, “Sayat Nova”, “Azərbaycan-erməni
ədəbi əlaqələri” monoqrafiyaları da bu baxımdan maraqlı
və əhəmiyyətli göründü. Tədqiqat göstərdi ki, əsərlərini üç
dildə yazan Sayat Nova yaradıcılığına müraciət etməsi alimə
Azərbaycan türkcəsinin və poetik fikrinin Qafqazdakı hakim
mövqeyini, ortaq ünsiyyət, həm də poetik özünüifadə va-
sitəsi olmasını, nüfuz dairəsini əyaniləşdirmək üçün lazım
olmuşdur. Eyni zamanda, ermənilərin bütövlükdə Azərbay-
can-türk söz sənətinin təsiri altında olması, məhz Azərbay-
can dilində yazıb-yaratmağa üstünlük vermiş erməni aşıqları
vasitəsilə M.Seyidov tərəfindən onların bədii təfəkkürünün,
həyat və düşüncə tərzinin formalaşmasında türk etnik ele-
mentlərinin iştirakının müəyyənləşdirməsi yalnız elmi uğur
deyil, həm də ictimai-siyasi əhəmiyyətli nailiyyətdir. Digər
bir tərəfdən M.Seyidovun bu tipdə olan araşdırmaları milli
ədəbiyyat tariximizin başqa dildə yazılmış elmi materiallar
əsasında öyrənilməsinin əhəmiyyətinin vacibliyini göstərir.
Bir sözlə, alimin bu sahədəki xidmətlərini milli mənlik şüu-
ru, milli ədəbiyyatın özünəməxsusluğunu və təsir dairəsini
obyektiv qiymətləndirmək, alim-vətəndaş mövqeyi kimi
dəyərləndirmək lazımdır.
3.
Yaradıcılığının birinci mərhələsində M.Seyidov həm
də XVII-XVIII əsrlər milli bədii düşüncəsinə məxsus ədəbi-ta-
~~~ 68 ~~~
rixi prosesi tədqiq etmişdir ki, bunlar da öz əksini alimin üç-
cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildində çap
olunmuş “Şifahi xalq ədəbiyyatı təsiri ilə yaranan şeir”, ”Mə-
sihi”, “Qövsi Təbrizi”, “Vidadi” kimi elmi icmal və oçerklərdə
tapmışdır. Bunlar milli filoloji fikrimizin ciddi uğurları hesab
edilə biləcək əsərlər idi. Alimin oçerklərinin təhlili onu İnti-
bah dövrü Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçıla-
rından biri kimi təsdiqlədi. Bu oçerklər sonrakı tədqiqatlar
üçün bünövrə daşı olmuş və öz elmi- nəzəri dəyərini bu gün
də saxlayır.
Bütün qeyd olunan müddəalar təsdiq edir ki, çoxşaxə-
li yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatşünaslığında
özünəməxsus yer tutan böyük ədəbiyyatşünas alim, prof.
M.Seyidovun folklor, mifologiya, etimologiya və etnogenez
məsələləri ilə yanaşı ədəbiyyat tarixçiliyi ilə bağlı tədqiqatla-
rı da məhz azərbaycanşünaslığın ən vacib ədəbi-nəzəri prob-
lemlərinin həllinə yönəlmişdir. Elmi-nəzəri qənaətlər göstə-
rir ki, M.Seyidov tarix, etnoqrafiya, toponomika, mifologiya,
folklor, dilçilik kimi elm sahələrinə yaxından bələd olan və
öz tədqiqatlarında bu elmlərin nailiyyətlərindən məharətlə
bəhrələnən, özünəxas fərdi və orijinal baxışlar sistemi, təhlil
və ümumiləşdirmə metodu, nəzəri-fəlsəfi məntiqi ilə seçilən
filoloq alimdir. Onun yaradıcılığı Azərbaycan xalqının mənə-
vi mədəniyyət xəzinəsini zənginləşdirən qiymətli incilər sı-
rasına daxil olub, öz nəzəri və praktik əhəmiyyəti baxımın-
dan bu gün də aktualdır.
Dostları ilə paylaş: |