Dəyanət Cümənov BÖYÜk azərbaycanşÜnas aliM, professor



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix05.10.2017
ölçüsü0,5 Mb.
#3432
1   2   3   4   5   6   7   8   9   10   ...   23

~~~ 21 ~~~

olunmuş, bununla da bu toponimin özündən əvvəlkini unut-

durmaq funksiyası reallaşdırılmağa başlamışdır. Maraqlıdır 

ki, indinin özündə də ictimai rəydə Ağrı dağla müqayisədə 

Ararat toponimi daha çox işlənilir və başa düşülür. Ağrı da-

ğının unudulması, daha doğrusu, unutdurulması isə tarixin 

müəyyən  bir  dövrünün,  bu  dövrlə  bağlı  müxtəlif  düşüncə 

faktlarının unudulması deməkdir. 

Elmi  axtarışlarının  birinci  mərhələsində  M.Seyidovun 

güzəştli mövqe tutduğunu görmək çətin deyildir. Müəllif “qə-

riblik mahnılarından” danışarkən M. Nalbandyandan belə bir 

sitat verir: “…bir sıra Azərbaycan xalq mahnıları ermənilər 

tərəfindən sevilə-sevilə ifa olunduğu kimi, erməni xalqının 

“Durna”  (“Krunk”)  mahnısı  da  azərbaycanlılar  tərəfindən 

oxunur” [106, 31]. Eyni sözləri “Cangülüm” mahnısı haqqın-

da da demək olar. “Durna” mahnısının erməni mahnısı ol-

duğunu M. Nalbandyana istinadla verən müəllif “Cangülüm” 

mahnısının ermənilərin olduğunu özü qeyd edir [106, 56].

Tədqiqatın bu hissələrində bir neçə məqama diqqət ye-

tirmək lazım gəlir: birincisi, nümunələrdən də göründüyü 

kimi, erməni mahnıları olaraq təqdim edilən hər iki mahnı-

nın adı təmiz türk-Azərbaycan sözlərindən ibarətdir. Ermə-

nilərin oxşar yolla milli musiqimizi, mətbəximizi, oyun hava-

larımızı,  mədəniyyət  abidələrimizi  mənimsəmələri  onların 

bu sahədə tarixi təcrübələrinin olduğundan xəbər verir. Əsas 

məsələlərdən biri də bundan ibarətdir ki, hələ indiyə kimi 

erməni  dilində  ola-ola  azərbaycanlıların  onlardan  nəyi  isə 

mənimsəməsi faktı qeydə alınmayıbdır. 



İkincisi

, durnalar mövzusunda xalqımızın yalnız şifahi 

ədəbiyyatında deyil, eyni zamanda, yazılı ədəbiyyatında ka-

mil poetik nümunələrin davamlı ədəbi təcrübəsi və ənənəsi 

mövcuddur. 

Üçüncüsü

 və ən başlıcası isə bundan ibarətdir ki, çox-

saylı erməni aşığı, şairi Azərbaycan dilində yazıb-yaratdığı 

halda, hələ indiyə kimi heç bir azərbaycanlı aşığı və ya şairi 




~~~ 22 ~~~

erməni dilində əsər qələmə almayıb. Təbii ki, Azərbaycan di-

lində yazıb-yaradan erməni əsilli sənətkarlar istər-istəməz 

həm dilimizin qanunlarına əməl etməyə, onun potensialın-

dan istifadə etməyə, həm də yazdığı dildə yaranan şifahi və 

yazılı  ədəbiyyatda  təkrarlanan,  bədii  mənalandırılmasında 

ənənəsi  olan  mövzulardan  yararlanmağa  məhkum  olublar. 

Deməli,  “Cangülüm”,  “Durna”  mahnıları  erməni  dilindən 

Azərbaycan  dilində  yazan  aşıq  və  şairlərin  sayəsində  milli 

mədəniyyət faktımıza çevrilə bilməzdi, əksinə, məhz onların 

sayəsində ermənilərin mahnısına çevrilə bilərdi. Tədqiqatda 

bu məsələlərin elmi yozumu əksini tapmayıbdır. Bunu M.Se-

yidovun  problemə  bələdsizliyi  və  ya  çəkingənliyi  ilə  deyil, 

bizcə, ilk növbədə, ermənilərlə müqayisədə oxşar məsələlər-

də azərbaycanlıların daha sərt və amansız senzor nəzarətinə 

məruz qalmaları ilə izah etmək mümkündür.

Monoqrafiyada maraq doğuran iki cəhətə də diqqət yetir-

mək zəruridir. Bunlardan biri erməni aşıqlarının Azərbaycan 

dilində şeir yazmaları və bu faktın erməni və Azərbaycan alim-

ləri tərəfindən mənalandırılması, digəri isə erməni aşıqları və 

dini etiqad məsələsinin qoyuluşu və onun erməni tədqiqatçı-

larının əsərlərində məqsədli yozumudur. Əsas məsələyə keç-

məmişdən əvvəl, ədəbiyyat tariximiz üçün önəmli bir məsələni 

nəzərdən keçirmək yerinə düşərdi. Elmi arqumentlərlə əsas-

landırılmış belə bir fikir həm erməni, həm də Azərbaycan alim-

ləri arasında geniş yayılıbdır ki, guya müxtəlif dövrlərdə çoxsay-

lı erməni aşıqları Azərbaycan dilində yazıb-yaradıblar. Məsələn, 

M. Seyidov bunların sayının 375 nəfərdən çox olduğunu fikrini 

irəli sürmüşdür [106, 84]. 

Zahirən  doğma  dilimizin  və  poetik  təfəkkürümüzün 

gücünün təsdiqi faktı kimi mənalalandırılmağa layiq müla-

hizənin  arxasında  əslində  məqsədyönlü  şəkildə  şişirdilmiş 

rəqəm  dayanır.  Şişirdilmiş  rəqəm  müəyyən  mənada  qane 

etdiyi üçün hər iki tərəfdən qəbul olunmuşdur. Azərbaycan 

alimlərinin  humanitar-filoloji  aspektdən  yanaşaraq  təhlil 



~~~ 23 ~~~

etdikləri problemi erməni alimləri ictimai-siyasi, etnik-milli 

maraqların təbliği vasitəsi kimi götürüblər. Erməni alimləri 

bu məsələyə münasibətdə vahid mövqedən çıxış etməyiblər. 

Onların mülahizələrində ümumi şəkildə razılaşdıqları ortaq 

cəhət bundan ibarətdir ki, erməni dilindən başqa Azərbay-

can dilində yazıb yaradan aşıqların sayının çoxluğu bir tərəf-

dən Zaqafqaziyadakı ermənilərin tarixinin qədimliyinin təs-

diqinin daha bir faktıdır, digər tərəfdən də onların sayını az 

olmadığının və poetik istedadlarının gücünün göstəricisidir. 

Lakin bu faktların ən böyük əhəmiyyəti milli söz sənətimizin 

tarixi ilə bağlıdır. Vaxtilə M.Təhmasib yazırdı: “Mirəli Seyi-

dovun “XIII əsrdə azərbaycanca yazılmış bir şeir haqqında” 

adlı  kiçik  həcmli,  lakin  böyük  əhəmiyyətli  məqaləsi  də  bu 

baxımdan maraqlıdır. Müəllifin verdiyi məlumata görə, XIX 

əsrin ədəbiyyatşünası Karapet Qosdanyan XIII-XVI əsrlərdə 

yaşamış şairlər haqqında danışarkən xüsusilə qeyd etmişdir 

ki, “Tlkuransı” hələ ruhaniliklə məşğul olana qədər gənc yaş-

larında peşəkar aşıq olmasa da, aşıq idi və bu sahədə şöhrət 

qazanmışdı. O, Şərq aşıqları kimi mahnılar, şeirlər demişdir. 

Deməli, xatırlanan əsrlərdə aşıq sənəti var imiş. Özü də bu 

sənət, xüsusilə Zaqafqaziyada o qədər şöhrətlənmiş və geniş 

yayılmışdı ki, hətta qardaş ermənilər içərisində də bu tərzdə 

yazanlar yetişmişdi” [117, 104-105].

Erməni alimlərinin bir qismi Azərbaycan dilində yazan 

aşıqları öz ədəbiyyat tarixlərinə daxil etməmişlər. Məsələn, 

Leo türkcə olduğu, onların böyük qismini məhz başqa, yad 

dildə yazıldığı üçün erməni ədəbiyyatı nümunəsi saymamış-

dır.  Həmin  müəllif  erməni  aşıqlarının  Azərbaycan  dilində 

yazmalarının səbəbini Azərbaycan dilinin “erməni xalq ləh-

cələrindən daha səlis, daha ifadəli və daha zəngin” [106,59] 

olması ilə əlaqələndirmişdir. Monoqrafiyada müəllif erməni 

aliminin bu mülahizəsinə qarşı çıxaraq, özünün siyasi təb-

liğat  xarakterli  arqumentini  irəli  sürmüşdür:  “Leo  bunun 

əsasını erməni və Azərbaycan xalqlarının dostluğunda, qar-



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə