70
dirilərə əziyyət verməyəsiniz!” (Tirmizi 4/353 Bax; “Səhih ət-
Tirmizi” 2/190 Bu hədisi Əhməd də rəvayət etmişdir.)
ALLAH VƏ FILANKƏS ĐSTƏSƏ və ya ALLAH VƏ
FILANKƏS OLMASAYDI demək
Huzeyfə (Allah ondan razı olsun!) peyğəmbərin (s) belə
buyurduğunu rəvayət edir: “Allah və fılankəs istəsə - deməyin!
Lakin, Allah istəsə, sonra fılankəs istəsə - deyin!” (Əbu
Davud 4980, 4/295 Əhməd “Müsnəd” 5/384 və başqaları)
Yalnız “Allah istəsə” və ya “Allah istəməsəydi” demək
ən gözəl deyiliş formasıdır. “Allah istəsə sonra fılankəs istəsə”
və ya “Allah istəməsəydi, sonra fılankəs olmasaydı” deməkdə də
heç bir qəbahət yoxdur. Lakin, “Allah və fılankəs istəsə” və ya
“Allah və fılankəs olmasaydı” demək qadağandır.
OLMUŞ HADISƏLƏRI ALLAHIN QƏDƏRINƏ
BURAXMAMAQ
Əbu Hureyrə (Allah ondan razı olsun!) rəsulullahın (s)
belə buyurduğunu rəvayət edir: “Güclü mömin zəif mömindən
xeyirlidir. Bütün xeyir işlərdə sənə nə fayda verir, ona can
at! Allahdan kömək dilə! Aciz olma! Sənə bir bəla üz
verdikdə, “belə etsəydim, bu cür olardı” demə! Lakin,
“Allahın qədəridir, istədiyini edər” de!” (Müslim 2664,
4/2052)
ĐNSANLAR MƏHV OLUB demək
Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət
olunan hədisdə peyğəmbər (s) buyurur: “Əgər insan “camaat
məhv olub” deyərsə, (bilsin ki) o, insanların ən çox məhv
olanıdır”. (Müslim 2623, 4/2024) Hədisin mənasına görə, belə
71
deyən insan məhvə məhv olmuşların ən pisidir. Alimlərin yekdil
fikirlərinə əsasən, peyğəmbərin (s) bu kəlamı insanlara xor
baxan, onları pisləməklə alçaldıb özünü yüksəltmək istəyənlər
barəsindədir. Heç bir insan Allahın öz məxluqatı barəsindəki
sirlərini bilə bilməz. Lakin, özünün və camaatın vəziyyətinin pis
olduğunu görüb onların halına acıyan kimsələrin belə ifadələr
işlətməsi qəbahət sayılmaz. (Bax; Nəvəvi “Səhih Müslimin
şərhi” 16/175) Məhv olanların ən pisi kimi vəsf edilən insanlara,
bu sözü deməklə başqalarını eyibləyən, insanların qüsurlarını
biabır etmək məqsədi ilə yayanlar aid edilir. Həmin insanlar ən
pis vəziyyətdə olanlardır. Bu cür ifadələrlə insan özünü
yüksəlmək istədiyi halda, Allah qatında kiçilir və hörmətsiz
olur.
MUSĐQĐ VƏ QADAĞAN OLUNMUŞ ŞER
Allah taala Qurani-Kərimdə buyurur: “
İnsanlar
içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu
işin günahını anlamadan xalqı) Allah yolundan (islam
dinindən) döndərmək və bu minvalla onu məsxərəyə
qoymaq üçün mə’nasız (oyun-oyuncaq) sözləri satın
alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir. Və
ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş,
qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə
arxasını çevirər. (Ya Rəsulum!) Sən də ona şiddətli bir
əzabla (axirətdə cəhənnəm odunda yanacağı ilə) müjdə
ver!”. (Loğman, 6-7) Səhabələr (Allah onlardan razı olsun!)
Allahın kitabını ən gözəl bilənlərdir. Đbn Məsud bu ayənin təfsiri
barəsində üç dəfə bu sözləri deyir: “Ondan başqa ibadətə layiq
ilah olmayan Allaha and olsun ki, bu musiqidir. (Đbn Cərir bunu
öz təfsirində qeyd etmişdir. Bax; “Təfsir Đbn Kəsir” 3/442)
72
Peyğəmbər (s) buyurur: “Ümmətimdən elə bir qövm
olacaq ki, onlar ipəyi, içkini və çalğını halal hesab
edəcəklər”. (Buxari “Fəthul Bari” 5590, 10/51) Allah taala
buyurur: “
İndi siz bu kəlama (Qur’ana) təəccübmü
edirsiniz? Həm də gülürsünüz, heç ağlamırsınız! Siz
(qəflət içində) oynayır-əylənirsiniz”. (ən-Nəcm, 59-61)
Şer isə iki cürdür:
Birincisi, Đslamı, müsəlmanları, haqqı və onun
tərəfdarların mədh etməkdir ki, bu da icazə veriləndir. Ikincisi
isə batil fikri və onu təstəkləyənləri mədh etməkdən və ya
başqalarını haqsız olaraq təhqir və məzəmmət etməkdən
ibarətdir. Bu isə haram və dilin törətdiyi ən böyük bəlalardandır.
Allah taala buyurur: “(Müşrik və kafir) şairlərə
gəlincə, onlara yalnız azğınlar uyar. Məgər görmürsənmi ki,
onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə
meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv
edirlər!) Və onlar etmədikləri şeyləri deyirlər! (Onların
dediklərinin əksəriyyəti yalandır!) Ancaq iman gətirib yaxşı
işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra
intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən
sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını,
aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını)
mütləq biləcəklər”. (əş-Şuara, 224-227)
YALANÇI VƏD
Peyğəmbər (s) buyurur: “Münafiqin əlaməti üçdür:
Danışanda yalan danışar, vəd edəndə vədinə xilaf çıxar, ona
bir şey əmanət olunduqda əmanətə xəyanət edər”. (Buxari
“Fəthul Bari” 1/89 Müslim 1/78) Başqa bir hədisdə rəsulullah
(s) buyurur: “Kimdə bu dörd şey olsa, o, əsl münafiqdir.
Kimdə bu dörd şeydən əlamət varsa, onu tərk edənə kimi
onda nifaqın əlamətləri qalar: Ona bir şey əmanət ediləndə,
73
əmanətə xəyanət edər, danışanda yalan danışar, vəd edərkən
vədini yerinə yetirməz, münaqişə etdikdə çirkin əmələ əl
atar”. (Buxari “Fəthul Bari” 1/89 Müslim 1/18)
YAXŞI ĐŞLƏRĐ ƏMR ETDĐYĐ HALDA ƏMƏL
ETMƏMƏK, PĐS ĐŞLƏRDƏN ÇƏKĐNDĐRDĐYĐ
HALDA ÇƏKĐNMƏMƏK
Usəmə bin Zeyddən (Allah ondan razı olsun!) rəvayət
olunur ki, peyğəmbər (s) buyurur: “Qiyamət günü bir kişi
gətiriləcək və oda atılacaq. Od əhli onun başının üstünə
yığışacaq və ona deyəcəklər: Ey fılankəs, sən nə etmisən ki,
bura düşmüsən? Sən deyilmiydin ki, bizə yaxşılıqları əmr
edib, pisliklərdən çəkindirən? Deyəcək: Mən sizə yaxşılığı
əmr edirdim, amma özüm əməl etmirdim. Pisliklərdən
çəkindirirdim, amma özüm onları edirdim”. (Buxari 4/90
Müslim 4/2290 Bax; “əl-Lulu val Mərcan” 3/325)
Burada hədisin mənası o demək deyil ki, insan yalnız
kamil səviyyəyə çatdıqdan sonra, yaxşı işləri əmr edib pis
işlərdən çəkindirməlidir. Müsəlmanın üzərinə düçən iki vacib
əməl var. Birincisi, yaxşı işləri özünə əmr etməli və nəfsini pis
işlərdən çəkindirməlidir. Edilməsini vacib bildiyi əməlləri yerinə
yetirməlidir. Ikincisi isə başqalarını bildiyi şeylər barəsində
yaxşı işlərə çağırmalı, pis işlərdən çəkindirməlidir. Əgər insan
xalis niyyət olmaq şərti ilə bu iki vacib əməldən birini yerinə
yetirib, digərini tərk etsə, yerinə yetirdiyi qalar, tərk etdiyi ilə isə
mühakimə olunar. Allah ən gözəl biləndir.
ƏRLƏ ARVADIN SĐRRĐNĐ AÇMAQ
Peyğəmbər (s) buyurur: “Qiyamət günü Allah qatında
insanların ən şərlisi qadını ilə yaxınlıq etdikdən sonra,
74
sirrini başqasının yanında danışandır”. (Müslim 2/1060) Bu
əmanətə ən böyük xəyanətdir. (Bax; “Səhih Müslim” 2/1061)
ĐSLAMDAN QEYRĐ BĐR MĐLLƏTƏ AND ĐÇMƏK
Sabit bin Dahhak peyğəmbərin (s) belə buyurduğunu
rəvayət edir: “Kim yalandan Đslamdan qeyri bir millətə and
içərsə, o, dediyi kimidir. Adəm övladına bacarmadığı
şeylərdə nəzir yoxdur. Kim bir şeylə özünü öldürsə, onunla
da Cəhənnəm odunda ona əzab olunar. Möminə lənət
oxuyan onu öldürmüş kimidir. Məminə küfr etmək onu
öldürmək kimidir”. (Buxari “Fəthul Bari” 10/464, 10/514
Müslim 1/105)
GÜNAHKARI ƏZĐZLƏMƏK
Bureydədən (Allah ondan razı olsun!) rəvayət olunan
hədisdə peyğəmbə (s) buyurur: “Münafiqə ağa deməyin! Əgər
o, rəhbər olsa, Rəbbiniz Azzə və Cəllanı qəzəbləndirmiş
olarsınız!” (Əbu Davud 4/295 ən-Nəsai, Əhməd “Müsnəd”
3/346-347 Bax; “Səhih əl-Cami” 6/170)
QIZDIRMANI SÖYMƏK
Cabir bin Abdullah rəvayət edir ki, rəsulullah (s) Ummu
Saibin (və ya Museyyib) yanına gəlir və deyir: “Sənə nə olub,
niyə titriyirsən, ey Ummu Saib? (və ya Museyyib) Qadın
cavab verdi: Qızdırmadır, Allah onu bitirsin! Peyğəmbər (s)
buyurdu: “Qızdırmanı söymə! O, adəm övladının xətalarını
aparır”. (Müslim 4/1993)
75
DĐLĐ QORUMAĞIN VACĐBLĐYĐ
Imam Nəvəvi (Allah ona rəhmət etsin!) buyurur: “Bil ki,
hər kəs dilini lazım olan şeylər danışmaqdan başqa bütün
danışıqlardan qorumalıdır. Fayda və xeyir olan söhbətlər etmək,
faydasız və xeyri olmayan söhbətləri tərk etmək peyğəmbərin
(s) sünnətindəndir. Dili hər danışıq üçün istifadə etmək olmaz.
Hətta, günah olmayan danışıq hərdən harama və ya xoşa
gəlməyən bir hadisəyə gətirib çıxarır. Bu hamımızın eşitdiyi və
şahidi olduğu bir məsələdir”. (Nəvəvi “Zikrlər” səh 284)
peyğəmbər (s) buyurur ki, Insana aid olmayan bir şeyi tərk
etmək onun islamının gözəlliyindəndir”. (Tirmizi 4/558 Đbn
Macə 2/1316 Bax; “Səhih Tirmizi” 2/269)
Şair deyir ki, ey insan dilini qoru ki, səni sancmasın! O,
bir ilandır. Qəbirlərdə dili onun qatili olduğu nə qədər insan
yatır. Cavan dilinin büdrəməsi ilə ölür, ayağının büdrəməsindən
ölmür. Dili ucbatından başını itirənlər gördüm, ayağı ilə canını
qurtaranlar.
Müsəlman gərək, onun dininə xeyir və fayda olan
şeylərdən başqa dilindən boş və faydasız sözlər çıxartmasın!
Danışmaq istəsə, baxsın ki, bunda xeyir var, yoxsa yox! Görsə
ki, xeyir və fayda yoxdur, dilini danışmaqdan saxlasın! Dil
qəlbinin aynasıdır. Insan istəsə də, istəməsə də qəlbini
dediklərində əks etdirir. Yəhya bin Muaz deyir ki, qəlb dolub
daşan qazan kimidir. Insan danışarkən ona fikir versən onun
qəlbinin nə olduğunu biləcəksən. Onun dili qəlbindən xəbər
verir. (“Hilyətul Övliya” 10/63)
Təəccüblüdür ki, insan haram yemək, zülm, zina,
oğurluq, içki içmək, harama baxmaq və bu kimi əməllərə biganə
yanaşır. Buna görə də dilini pis danışıqlardan çəkindirməkdə
acizlik çəkir. Hətta, bu hal dindar və ibadət əhlində də müşayət
olunur. Insan Allahın ona olan qəzəbindən elə sözlər danışır ki,
ağlına gəlmədiyi halda bir sözə görə Cəhənnəmin məşriqlə
76
məğribin arasındakı məsafədən də uzaq bir yerinə daxil olur. Nə
qədər insan var ki, dilləri yalanla, zülmlə, çirkinliklərlə,
söyüşlərlə, lənətlərlə doluduğu halda özlərindən xəbərləri
yoxdur. Bilmirlər ki, Allah taala onları dedikləri bir sözə görə
əməllərini puç edər və Cəhənnəmə daxil edər. Müslimdə
Cundubdan (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə
peyğəmbər (s) buyurur: “Bir kişi “vallahi, Allah fılankəsi
bağışlamayacaq” dedikdə, Allah Azzə və Cəlla buyurar: “O
kimdir ki, mənim adımdan fılankəsi bağışlamayacağımı
söylədi. Mən onu bağışladım, ancaq sənin əməlini puç
etdim”. (Müslim 4/2023) Bunu deyən Allaha ibadət edən biri
idi. Allah isə onun bircə sözünə görə bütün əməllərini zay etdi.
Bir dəfə dünyasını dəyişmiş elm adamlarından birini
yuxuda görürlər. Onun halı barəsində soruşanda deyir: Mən hələ
bir vaxtı “Đnsanların yağışa necə də ehtiyacı var!” dediyimə
görə sorğu-sual edilirəm. Məndən soruşuldu: “Sən nə bilirsən
ki, qullarıma nə xeyirdir? Onu yalnız mən Mən bilirəm”.
Səhabələrdən biri cariyəsinə deyir: “Süfrə aç, vaxtımızı
keçirək!” sonra isə səhv etdiyini başa düşərək deyir: “Allah
məni bağışlasın! Bu nə sözdür mən işlədirəm? Bu mənim
iradəsizliyimdən irəli gəldi”. (Bax; Đbn Qeyyim “Tutarlı cavab”
səh 276/281)
Đbn Bureydə rəvayət edir ki, Đbn Abbas (Allah ondan və
atasından razı olsun!) dilini tutaraq belə deyir: “Vay sənin
halına! Ya xeyir söylə ki, mükafatlanasan, ya da sus ki, salamat
qalasan! Əks təqdirdə bil ki, peşman olacaqsan!” Đbn Abbasdan
niyə belə dediyi barəsində soruşulanda belə cavab verdi:
“Qiyamət günü bədənin əzaları içərisində insana ən çox əzab
gətirəcək olanı dildir. Dilindən yalnız xeyir üçün istifadə edənlər
isə istisnadır”. (Đbn Rəcəb əl-Hənbəli “Camiul ulum vəl hikəm”
səh 241)
77
Đbn Məsud (Allah ondan razı olsun!) Allaha and içərək
bildirir ki, yer üzərində ən çox həbsə möhtac bildiyim şey dildir.
(Đbn Rəcəb əl-Hənbəli “Camiul ulum vəl hikəm” səh 242)
Yunis bin Ubeyd deyir: Elə bir insan görmədim ki, dili
güclü iradəyə malik olsun. Güclü iradəni yalnız başqa
əməllərində gördüm. (Đbn Rəcəb əl-Hənbəli “Camiul ulum vəl
hikəm” səh 242)
Bilmək lazımdır ki, əzaların ən yüngül hərəkət edəni
dildir. Eyni zamanda dil insana ən zərərli əzadır. Alimlər
ağızdan çıxan hər sözün, yoxsa təkcə savabın və günahın
yazıldığı barəsində ixtilaf etmişlər. Daha doğru olan fikir
birincisidir.
Dilin törətdiyi iki böyük bəla var. Onların birindən xilas
olsan, digərindən xilas ola bilməyəcəksən: birincisi, batil
danışmaq, ikincisi isə haqqı danışmamaqdır. Ayrı-ayrı vaxtlarda
biri digərindən daha böyük günah olur. Haqqı danışmayıb onun
barəsində susan adam lal şeytan kimi təsəvvür olunur. O, Allaha
asi, riyakar, yaltaq və qorxaq olar. Batil fikirlər söyləyən isə
danışan şeytandır. O, Allaha üsyankar olar. Insanlar onun
dilindən zərər çəkərlər. Bu dində sabit olanlar isə dillərini batil
sözlərdən qorumuşlar. Onu yalnız axirətləri üçün faydalı işlərdə
sərf etmişlər. Onlar boş yerə və mənasız danışmazlar. Qiyamət
günü dağlar boyda yaxşılıqlarla gələn insanlar olacaq. Lakin,
baxıb görəcək ki, dili onun bu yaxşılıqlarının hamısını aparıb.
Həmçinin, Qiyamət günü dağlar boyda günahla gələn insan
olacaq ki, onları dili Allahı çoxlu zikr etdiyinə görə yuyub
aparacaq. (Đbn Qeyyim “Tutarlı cavab” 276-281)
Həqiqətən də qul qeyd olunan bu tövsiyyələrə qulaq asıb
əməl etsə, nicat tapacaq. Uqbə bin Amir (Allah ondan razı
olsun!) soruşur: Ya rəsulullah, nicat nədir? Rəsulullah (s)
buyurur: “Dilini möhkəm tut, günahların üçün ağla! (Tirmizi
4/605 Bax; “Səhih əl-Cami” 1388)
78
NƏTICƏ
Allaha həmd olsun ki, haqqında danışdığımız mövzu
sona çatdı. Bacardığımız qədər dəqiq və diqqətli olmağa
çalışdıq. Mövzu çox əhəmiyyətə malikdir. Gərək ki,
tədqiqatçıların marağını cəlb etsin. Əgər dil ümməti cəm etmək
və haqqı yaymaq üçün istifadə olunsa, onda bu müsəlmanların
xeyrinədir, onunla yaxşı işlər əmr olunar, pis işlərdən
çəkindirilər. Əgər dil Đslam ümmətini parçalamaq üçün istifadə
olunursa, onda bu cəmiyyət və fərd üçün zərərlidir. Dilin
törətdiyi bəlalar özünü müsəlman cəmiyyətlərində və ailələrdə
təhlükəli şəkildə birüzə verir. Dilin vasitəsi ilə ərlə arvad,
qaldaşlar, dostlar, hətta dövlətlər arasında münaqişə yarana
bilər.
Bu mövzunu yazarkən elmi əmanəti qoruyub saxladıq.
Belə ki, rəy sahiblərini adları ilə qeyd etdik, hədislərin
mənbələrini göstərdik, bacardığımız qədər zəif hədisə yer
verməməyə çalışdıq. Imam Şafi (Allah ona rəhmət etsin!)
buyurur ki, Qurandan başqa bütün elmlər bir məşğələdir. Hədis
və dini fiqh elmi isə istisnadır. Əsl elmə nail olmaq “fəlankəs
rəvayət edir ki” deməklə mümkündür. Qalanları isə şeytan
vəsvəsəsindən başqa bir şey deyil.
Allahdan gözəl ad və sifətləri ilə bizim əməllərimizi
ixlaslı etməsini, bizə faydalı elm, saleh əməl bəxş etməsini
diləyirəm. O, hər şeyə qadirdir, dualari cavablandırandır. Đzzət
və Cəlal sahibi olan rəbbimiz vəsf olunanlardan ucadır,
nöqsansızdır. Göndərilmiş bütün elçilərə salam olsun! Həmd
aləmlərin rəbbi olan Allaha məxsusdur. Qulu, rəsulu və
yaratdıqlarının ən xeyirlisi olan Məhəmmədə, onun ailəsinə,
səhabələrinə və Qiyamət gününə kimi onlara gözəl şəkildə tabe
olanların üzərinə Allahın salavatı, salamı və bərəkəti olsun!
Dostları ilə paylaş: |