Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   36   37   38   39   40   41   42   43   44


 
Şumer  və  Akkad  abidələrini  öyrənmək,  onlara  aid  dünyadakı 
materialları  əldə  etmək,  minlərlə  gil  lövhələrin  foto  surətini,  ya  da 
mikrofilmlərini toplamaq 

 
Hələlik  bizə  bəlli  ən  qədim  abidələrimizdən  “Avesta”, 
“Oğuznamə”, “Kitabi Dədə-Qorqud”u dərindən tədqiq etmək 

 
Azərbaycanda mixi,  alban, hun,  ərəb əlifbalarında  olan əsərləri, 
abidələri axtarmaq 

 
Orta  əsrlərdə  məlum  səbəblərdən  ərəb  və  fars  dillərində 
yazmağa məcbur olan minlərlə şair, alim, həkim, hüquqşünas, astronom, 
ictimai xadimlərin əsərlərini tədqiq etmək 

 
Ən  əsası  bu  sahə  üzrə  məşğul  ola  biləcək  tədqiqatçıların 
yetişdirmək 
Çünki  Elçibəyə  görə  Azərbaycanın  öz  tarixi  qaynaqları  yetərincə 
işıqlandırılmayıb,  mövcud  olan  mənbələrin  bir  çoxu  müxtəlif  şəkildə 
yox edilib, əldə olunan tarix qaynaqları da düşmən əli ilə yazıldığından 
mühüm  problemlər  ortaya  çıxmışdır.  Bütün  bunları  hələ  Sovet 
dönəmindən  dərk  edən  Elçibəy  sonralar  ürək  ağrısı  ilə  yazırdı: 
“Dünyada  böyük,  tarixi  millətlər  arasında  türklərin  tarixi  qədər 
dolaşdırılmış,  türk  düşmənləri  tərəfindən  saxtalaşdırılmış,  türklərin 
özləri  tərəfindən  ən  az  araşdırılmış  ikinci  bir  millətin  tarixini  təsəvvür 
etmək belə mümkün deyildir. Tarix millətləri içərisində türklər qədər öz 
tarixinə  sayğısız  yanaşan  ikinci  bir  millət  yoxdur.  Tarixi  şəhid  qanı  ilə 
yaradan  bu  millət  unutmuşdur  ki,  qiyamət  günündə  gerçək  alimin 
mürəkkəbi şəhid qanından fəzilətli tutulacaq”.  
Bu  gün  Əbülfəz  Elçibəy  yaradıcılığına  nəzər  yetirdiyimizdə  onun 
Azərbaycan  tarixşünaslığındakı  aşağıdakı  xidmətləri  qeyd  etmək 
mümkündür: 

 
Əbülfəz  Elçibəy  Azərbaycan  tarixini  ənənəvi  Altay  nəzəriyyəsi 
çərçivəsində  deyil,  bilavasitə  qədim  İkiçayarası  ərazilərinin  tarixi  ilə 
əlaqəli şəkildə araşdırılmasının gərəkliliyini isbat etmiş oldu 

 
Zərdüştiliyin,  maniliyin,  məzdəkiliyin  bilavasitə  Azərbaycan 
türkləri 
ilə 
əlaqəli 
olduğunu, 
Avestanın 
türk 
dini-mifoloji 
dünyagörüşünün məhsulu olduğunu sübut etdi 



 
Azərbaycan  tarixşünaslığının  dolaşdırılmasında  və  çıxılmaz 
vəziyyətə  salınmasında  əsas  rol  oynayan  qüvvələrin  Rus  imperiya 
siyasəti və fars şovinizmi olduğunu isbatladı 

 
Dünyanın  ən  qədim  məskənlərindən  birinin  Azərbaycan 
olduğunu müxtəlif dəlillərlə sübut etdi 
Bütün  bunları nəzərə alaraq bu gün Azərbaycan  gəncliyi Elçibəyin 
tarixşünaslığımızda  böyük  zəhmətlər  bahasına  açdığı  cığırı  uğurlu  bir 
yola çevirməyi qarşılarına ən başlıca məqsəd kimi qoymalıdırlar. Çünki 
Elçibəyin  bir  zamanlar  qeyd  etdiyi  uzaqlarda  olan  yolumuzun 
başlanğıcında məhz tariximizin tədqiqi dayanır. 
 
XXIII yarpaq 
Petroqraddan Strasburqa İrene Melikof 
“1969-un  senyabrı  idi.  “Hacı  Bektaş  gecəsi”  elanını  gördüm.  Getməyə 
qərar  verdim.  Dostlarım  yığıncaq  məkanının  önünə  gəldiyimizdə:  “Biz 
buraya girə bilmərik. Bunlar ələvidirlər”- dedilər. “Qorxursunuzsa, mən 
yalnız  gedəcəyəm”-dedim.  O  gün,  30  illik  bir  yolçuluğun  başlanğıcı 
oldu.  Bir  həftə  sonra  Hacı  Bektaşın  türbəsini  ziyarət  etdim.  Sonra 
bilmədiyim bir  dünyanı  kəşf  etdim. Ələvi aşiqlərinin  dünyasını...Rəsmi 
Türkiyəni ayrı bir cizgidə yaşayan, bilinməyən bir Türkiyə kəşf etdim...” 
Bu  kəşf  böyük  türkoloq  İrene  Melikofu  türk  ələvi  dünyasının 
dərinliklərinə  doğru  aparacaq,  bu  yolçuluqda  neçə-neçə  məqalələr, 
kitablar  ərsəyə  gələcəkdi,  türk  sufilərinin, ozanlarının, ərənlərinin  ruhu 
bu işdə ona yardımçı olacaqdı.  
7  Noyabr,  1917-ci  ildə  Çar  Rusiyasının  Petroqrad  şəhərində  zəngin  bir 
ailədə sarışın bir qız dünyaya gəlir. Atası neft  ticarətçilərindən olan azər 
türkü  (İvan  Melikof),  anası  isə  rus  (Yevgeni  Nikiferovna  Mokşanova) 
olan  İrenenin  ailəsi  oktyabr  inqilabından  sonra  artıq  Rusiyada 
yaşamağın  mümkünsüz  olduğunu  görüb  1919-cu  ildə  Avropaya 


gedərək öncə Finlandiyaya, sonra isə Parisə yerləşirlər. Burada hələ uşaq 
ikən  İrene  atasının  zəngin  kitabxanasından  mütaliələr  edərək  Hafizin, 
Sədi  Şirazinin,  Ömər  Xəyyamın  dünyagörüşü  ilə  tanış  olur.  18  yaşında 
isə  Halide  Edibin  “Ateşden  gömlek”əsəri  vasitəsilə  böyük  öndər 
Atatürkü  tanımış  olur.  Sarbonna  universitetinin  ədəbiyyat  bölümünü 
bitirən  İrene  Melikof  məzun  olduqdan  sonra  Şərq  dilləri  məktəbində 
(Ecole  Nationales  des  Langues  Oriantales)  təhsilini  davam  etdirir. 
Burada  o,  Jean  Denydən  (türk  qrammatikasının  tədqiqatçılarından)  və 
sürgün  həyatı  yaşayan  Doktor  Adnan  Adıvardan  Türk  dilinin 
problemlərini,  ünlü  tarixçi  Claude  Cahendən  tarixi,  islam  tədqiqatçısı 
Louis Massiqnondan (1883-1962) isə sufiliyi öyrənir. “Danişmendnamə” 
üzərində  apardığı  tədqiqatdan  sonra  böyük  şöhrət  qazanan  İrene 
Melikof  türk  xalqlarının  kültürü  ilə  daha  yaxından  məşğul  olmağa 
başlayır.  1954-cü  ildə  Ənvərinin  Aydınoğulları  bəyliyinin  tarixinə  həsr 
etdiyi  mənzum  “Qazi  Umur  Paşa  dastanı”  üzərində  araşdırma  aparır. 
1957-ci  ildə  isə  Danişməndli  hökmdar  Məlik  Əhməd  Danişmənd 
Qazinin  Anadoluda  Bizansa  qarşı  apardığı  savaşa  həsr  edilmiş 
“Danişməndnamə” dastanı ilə əlaqədar olan “Məlik Danişmənd dastanı, 
Danişməndnamənin  tənqidi  incələnməsi”  adlı  tədqiqat  İreneye  doktor 
ünvanını  qazandırır.  Bunun  ardınca  1962-ci  ildə  Xorasanda  Əməvi 
Xilafətinə  qarşı  üsyan  qaldıran  və  Abbasilərin  xilafətə  gəlməsində 
önəmli  rol  oynayan  Xorasan  türkü  Əbu  Müslim  Xorasaniyə həsr  etdiyi 
əsəri  (Abu  Müslim:  Le  Porte-hache  du  Khorassan,  Paris  1962)  islamda 
heteredoks cərəyanlara olan marağı daha da artırmış olur. 
Bu illərdə İrene Melikof Avropada tanınmış türk elm xadimləri ilə yaxın 
münasibət  qurur,  Fuad  Köprülü  və  Ömər  Lütfi  Barkan  kimi  tanınmış 
insanlarla  əlaqə  yaradır.  1940-cı  ildə  Parisdə  ikən  tanınmış  türk 
riyaziyyatçısı  Salih  Zəki  Sayarın  oğlu  Faruk  Sayar  ilə  ailə  həyatı  qurur 
və bu evlilikdən Sonia, Laden və Şirin adlı 3 qızı olur. Lakin sonralar bu 
evlilik  yolunda  davam  etmədiyi  üçün  Faruk  Sayardan  ayrılır.  Sonralar 
İrenenin  qızı  Şirin  Sayar  anasının  yolunu  davam  etdirərək  ələvi-


bektaşiliklə bağlı tədqiqatlar aparır və ələvi-bektaşi dünyasının tanınmış 
şəxslərindən olan Kasım Yeşilgül ilə ailə həyatı qurur.  
II Dünya savaşı başladığında 1941-ci ildə İrene Melikof Türkiyəyə gəlir. 
Burada  ikən  İzmir  Amerika  kollecində müəllimlik  fəaliyyəti  ilə  məşğul 
olmaq  istəsə  də,  xarici  vətəndaş  olduğu  üçün  nazirlikdən  icazə  ala 
bilmir. Faruk Sayardan ayrıldıqdan sonra yenidən Avropaya qayıdır.  
Avropada  olduğu  müddətdə  İrene  xanım  bir  sıra  önəmli  vəzifələrdə 
çalışır.  İlk  əvvəl  Elmi  Araşdırmalar  Milli  Mərkəzində  (CNRS)  asistant 
kimi çalışan, 1968-ci ildə Strasburq Universitetində Türkologiya və İran 
İnstitutuna  rəhbərlik  edən  Melikof  1970-ci  ildə  türkoloji  dərgi  olan 
TURCICA  jurnalını  təsis  edir.  Bununla  yanaşı  Türkoloji  İnkişaf 
Dərnəyinin  sədri,  Osmanlı  dönəmi  öncəsi  və  Osmanlı  dönəmi  təhsil 
beynəlxalq komitəsinin (CIEPO) sədri və s. vəzifələrdə çalışır. 
Lakin  İrene  Melikofu  Türk  dünyasında  tanıdan  və  sevdirən  isə 
bektaşilik  və  ələviliklə  bağlı  araşdırmaları  olur.  Ələvi  mühitində 
həddindən  artıq  sevilən  və  ələvi  qadınların  “İrene  bacı”  dedikləri  dahi 
alim  Hacı  Bektaş  Vəli,  Əhməd  Yəsəvi,  Fəzlullah  Nəimi,  İmadəddin 
Nəsimi kimi tanınmış sufi alimlərini Avropaya tanıdır. Ən əsası bunları 
araşdırarkən  tədqiqatlarını  sadəcə  olaraq  elmi  əsərlər  üzərində  deyil, 
bilavasitə  həmin  toplumun  içərisində  aparır.  Ələvilərin  Cəm  evlərində, 
məclislərində  şəxsən  iştirak  edərək  öz  müşahidələrini  məqalələr  və 
kitablar şəklində bölüşür. 15 islami ensiklopediyada 70-dən çox məqaləsi 
dərc  edilən Melikof  ələvi-bektaşi  inancına bütünlükdə bu  kitabları həsr 
edir:  “Umur  Paşa  Dastanı”  (1954),  “Məlik  Danişmənd”  (1960),  “Əbu 
Muslim Xorasani” (1966), “Türk sufizminin izində” (1992 & 1995), “Uyur 
idik  uyardılar”  (1993),  “Əfsanədən  gerçəyə  Hacı  Bektaş”  (1998)  , 
“Kırklar Cəmində” (2001) 
Hacı  Bektaş  Vəlinin  “Elmlə  gedilməyən  yolun  sonu  qaranlıqdır”    fikri 
İrene  Melikofu  sirli  ələvi  dünyasına  daxil  olmasına  səbəb  olmuşdu.  Bir 
Cəm  mərasimində  türk  dostlarından  biri  “Bu  gördüklərinizə 


inanırsınızmı?”  sualına  İrene  xanım  “Mənim  işim  inanmaq  deyil, 
öyrənmək  və  anlamaya  çalışmaqdır”  söyləyir.  Yenə  bir  dostu  ilə 
söhbətində  İrene  Melikof  ərənlər  dünyasında  çıxdığı  bu  yolçuluğu 
barədə belə deyir: “Ələvilik-Bektaşilik artıq mənim bir parçam oldu. Hər 
halda mən də onların bir parçası oldum. Bu işə ilk başladığım illərdə bir 
fransız  müəllim  dostum  mənə  dodağını  büzdü.  Bu  işdən  çox  şey  əldə 
edə  bilməyəcəyim  düşüncəsindəydi.  Yaxşı  ki,  ona  qulaq  asmamışam. 
Mübarizə  apardım,  səbr  etdim  və  məqsədimə  çatdım”.  Avropada 
ehtiyacı  olan  türk  ailələrinə  maddi  və  mənəvi  yardım  göstərən  İrene 
Melikofun  türkologiya  sahəsində  bir  sıra  davamçılar  yetişdirmişdir. 
Fransız  türkologiyasının  önəmli  isimlərindən  Michel  Balvet,  Thierry 
Zarcone,  Stephan  de  Tapia  və  Catherine  Barlas  onun  ən  sadiq 
yetirmələrindəndirlər. Türkiyədə isə A.Yaşar Ocak, Refet Yınanç, Ahmet 
Saltık və Erdal Yavuz kimi davamçıları vardır.  
İrene  Melikofun  təriqətlərə  münasibəti  tamamilə  elmi  yanaşma 
çərçivəsində  idi.  Bir  dəfə  İranda  olarkən  oradakı  təriqət  ayininə 
qoşulduqdan  sonra  həm  ruhi,  həm  də  fiziki  cəhətdən  gümrahlıq 
tapmasına  baxmayaraq,  bu  adətlərin  siqaret  və  tiryək  kimi  insanı 
bağımlı  etməsini  bildirmiş  və  bunun  zərərli  olduğunu  açıqlamışdır. 
Xüsusilə  Nurçuluq  təriqətinin  Türkiyədə  təhlükəli  olduğunu  və  onun 
siyasiləşdiyini vurğulamışdır.  
İrene  xanım  Azərbaycana  ilk  dəfə  1988-ci  ildə  gəlmişdi.  1996-cı  il 
dekabrın  28-də  isə  Bakı  Dövlət  Universitetinin  fəxri  doktoru  ünvanını 
qazanmışdı.  Ümumilikdə  isə,  İrene  xanımın  yaradıcılığı  aşağıdakı 
mükafat, diplom və ordenlərlə təqdir edilmişdir: 
İran Milli Təhsil Nazirliyinin Onur Ödülü (1973), 
Türkiyə Dövlət Nazirliyinin Onur Diplomu (1973), 
Chevalier de Ordre des Palmes Academiques (1978), 
Officier de Ordre des Palmes Academiques (1983) 


Türk Tarix Qurumu Onur Medalı (1982), 
Mövlanəni Anma Törəni Onur Medalı (1982), 
Strasburq Universiteti Onur Medalı (1992), 
Chevalier de Ordre du Merite (Legion dHonneur) (1994), 
Bakı Dövlət Universitetinin fəxri doktoru (1996) 
Səlcuq Universitetinin fəxri doktoru 
TÜRSAK Vakfının Onur Ödülü  
Hacı Bektaş Vəli dostluq və Barış ödülü (1999) 
2009-un  yanvar  ayında  Avropa  Ələvi  Birlikləri  Konfederasiyası  və 
Fransa  Ələvi  Birlikləri  Federasiyası  (FUAF)  bütün  Türk  dünyasına  acı 
bir xəbər çatdırır:  
“2008-ci ilin noyabr ayından bəri Strasburq Haute Pierre xəstəxanasının 
reanimasiya şöbəsində müalicə alan, FUAF-ın fəxri başqanı və Ələvilik-
Bektaşilik  üzrə  tədqiqatçı,  hörmətli  professor  İrene  Melikof  cümə,  9 
Yanvar  2009  tarixində,  saat  21:30-da  haqqa  qovuşmuşdur.  Acımız 
böyükdür” 
Beləliklə,  oktyabr  inqilabı  günü  (yeni  təqvimlə  noyabrın  7-si)  doğulan 
İrene Melikof ələvilər üçün xüsusi önəm daşıyan Məhərrəm ayının 11-də 
vəfat edir. Yaranmasında böyük dəstəyi olan Strasburqdakı Azərbaycan 
Evində  doğmalarının  qatıldığı  bir  mərasimdən  sonra  Parisdə  ailə 
məzarlığında  dəfn  edilir.  Ərənlər  dünyasının  sevimli  alimi,  ələvi 
qadınların  “İrene  bacısı”,  ələvilərin  Ana  Sultanı  İrene  Melikofa  beləcə 
Gök Tanrıya qovuşmuş olur... 
 
 


XXIV yarpaq 
Gülümsəyir doğan günəş üzünə 
“Ey şanlı ölkənin şanlı ordusu 
Unutma Qafqaza gəldiyin günü 
Gəlirkən qovmağa Turandan rusu 
Ayağını Qara dəniz öpdümü” 
 
(Əhməd Cavad) 
15  sentyabr  1918-ci  il.  Qara  dənizin  çırpınaraq  Türkün  şanlı  bayrağına 
baxdığı, Xəzərin Türk ordusunu salamladığı bir günün tarixi.  
Hadisələrin  başlanğıcı  çar  Rusiyasının  paytaxtı  Peterburqda  1905-ci  il 
yanvarın  9-da  qanlı  bazar  günü  hadisələrinin  baş  verməsi  ilə 
əlaqədardır.  Məhz  bu  hadisədən  sonra  həmin  il  fevralın  6-da  ilk  dəfə 
türk-erməni  qarşıdurması  yaranır,  İrəvan,  Şuşa,  Gəncə  və  Tiflisdə 
toqquşmalar  baş  verir.  Bu  proseslərin  ardınca  Bakıda  milli  oyanış 
güclənir  və  müsəlmanların  hüquqlarını  qorumaq  məqsədilə  Difai, 
Hümmət,  daha  sonra  Müsavat  partiyası  (1911)  yaradılır.  Hadisələrin 
ikinci  dalğası  1917-ci  ilin  fevral  hadisələrindən  sonra  baş  verir  və  bu 
proseslərin  sonucu  olaraq  28  noyabr  1917-ci  ildə  türklər,  gürcülər  və 
ermənilər Zaqafqaziya Seymini yaradırlar. Lakin bir neçə ay sonra, seym 
üzvləri arasında baş verən anlaşılmazlıqlar, xüsusən ermənilərin 1918-ci 
ilin  mart  ayında  türklərə  qarşı  soyqırım  törətmələri  artıq  regionda 
müstəqil  dövlətlərin  yaradılmasının  vacibliyini  ortaya  çıxarır.  Məhz 
buna  görə  də  1918-ci  ilin  28  mayında  Azərbaycan  Xalq  Cumhuriyyəti 
elan olunur.  
Qafqazda  bu  hadisələr  baş  verərkən,  artıq  son  dönəmlərini  yaşayan 
Osmanlı  dövləti  I  Dünya  müharibəsinin  ən  qaynar  nöqtələrində 


mübarizə aparır, türk millətinin xilası üçün gərgin mücadilələr verilirdi. 
Bu  dövrdə  qardaş  Osmanlı  dövlətini  yalnız  buraxmayan  Azərbaycan 
maddi  və  mənəvi  yardım  göstərərək  türk  ordusunun  qələbəsi  üçün  öz 
qardaş köməyini əsirgəmir. Belə ki, 1912-13-cü illərdə baş verən Balkan 
savaşı zamanı Azərbaycanda Müsavat partiyası bildiriş  yayaraq, dünya 
türklərini  və  müsəlmanlarını  Osmanlıya  kömək  etməyə  səsləyir. 
Bildirişdə deyilirdi: “Dindaşlar, bilin ki, tək ümidimiz və qurtuluşumuz 
Türkiyənin  istiqlalını  qoruması,  yüksəlməsi  və  inkişaf  etməsindədir. 
Əgər keçmişdəki laqeydliyimizdən, nəyiməlazımlığımızdan indi də vaz 
keçməsək,  dünyanın  gözü  önündə  haqq  və  hüququmuzu  qoruya 
bilmərik.  Dinimiz  və  milliyətimizi  itirərik.  Bunun  nəticəsində  əsir 
olacağımızdan  heç  kimin  şübhəsi  olmasın.  Balkan  hərbinin  arxasında 
ruslar  durur.  Əsl  hədəfləri  də  türk  əsgərini  yox  edib,  türk  dövlətini 
yıxmaq  və  əsir  etməkdir”.  Bu  bildirişin  ardınca  Azərbaycanda  başda 
H.Z.  Tağıyev  olmaqla  Osmanlı  ordusuna  maddi    yardım  edilir,  daha 
sonra  Çanaqqala  savaşında  Osmanlıya  əsgəri  yardım  göstərilərək 
Türkiyə  uğrunda  şəhidlər  verilir.  Özü  də  nəzərə  almaq  lazımdır  ki, 
Rusiyanın tabeçiliyində ola-ola Rusiyanın düşməni Osmanlıya yardımın 
göstərilməsi  Azərbaycan  tərəfinin  misilsiz  bir  addımından  xəbər  verir. 
Bütün  bunlar  ondan  irəli  gəlir  ki,  artıq  həm  Türkiyə  tərəfi,  həm 
Azərbaycan  tərəfi,  həm  də  ki  çar  Rusiyasının  işğalındakı  digər  türk 
yurdlarında  yaşayan  türklər  yeni  dünya  düzəninin  başlandığını  dərk 
edir,  yeni  düzəndə  ancaq  milliyətçilik  üzərində  birləşmə  ilə  birliyə  yol 
açmağın  mümkünlüyünü  başa  düşürlər.  Məhz  buna  görədir  ki,  4  iyun 
1918-ci  ildə  Batumda  Osmanlı  dövləti  ilə  Azərbaycan  Cumhuriyyəti 
arasında  Dostluq  və  Əməkdaşlıq  müqaviləsi  imzalanır.  Bu  müqavilə 
əsasında  Azərbaycanda  türk  soyqırımının  qarşısının  alınması  və 
bolşeviklərin  Bakıdan  uzaqlaşdırılması  üçün  M.Ə.Rəsulzadə  yardım 
üçün Osmanlıya müraciət edir. Azərbaycan hökumətinin xahişinə cavab 
olaraq,  Osmanlı  hökumətinin  hərbi  naziri  Ənvər  paşa  ilk  yardım  kimi 
Azərbaycana 2 milyon türk lirəsi həcmində kredit  ayırır, onun göstərişi 
ilə  Osmanlı  ordusunun  beşinci  diviziyası  Azərbaycana  göndərilir. 


Diviziya Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçərək Gəncəyə, yeni 
yaranmış  Azərbaycan  hökumətinə  köməyə  gəlir.  Xalq  Osmanlı 
qoşunlarını  böyük  sevinclə  qarşılayaraq  onların  gəlişini  bayram  kimi 
qeyd  edir,  türk  əsgərlərinin  şərəfinə  şərqilər  yaradılır.  Bu  köməyin 
ardınca  Osmanlıların  beşinci  piyada  diviziyası  və  AXC-nin  hərbi 
nazirinin müavini, general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman 
milli korpusu əsasında Qafqaz-İslam Ordusu təşkil edilir. Nuru paşanın 
rəhbərlik  etdiyi  bu  orduya  türklərdən  və  azərbaycanlılardan  ibarət  18 
min  əsgər  və  zabit  daxil  idi.  Artıq  proseslərin  ciddi  hal  aldığını  dərk 
edən  Şaumyan  iyunun  10-da  Bakı  Sovetinin  ixtiyarında  olan  20  minə 
yaxın  qoşunla  Gəncə  istiqamətinə  yürüş  edir.  İyunun  12-də  Kürdəmiri 
işğal  edən  Bakı  Soveti  qüvvələri  Göyçaya  yaxınlaşır  və  burada  Nuru 
paşanın komandanlıq etdiyi Qafqaz-İslam Ordusu  ilə  daşnak qüvvələri 
arasında  qanlı  döyüş  baş  verir.  İki  həftə  sürən  döyüşlər  Qafqaz-İslam 
Ordusunun  qələbəsi  ilə  nəticələnir.  Bu  döyüşdən  sonra  Qafqaz-İslam 
Ordusu  bolşevik-daşnak  birləşmələrini  darmadağın  edərək  Bakı 
istiqamətində  azadlıq  yürüşünə  başlayır.  İyulun  20-də  Şamaxı  şəhəri 
azad edilir.  İyulun sonunda isə Şaumyanın rəhbərlik  etdiyi  Bakı Soveti 
istefa  versə  də,  avqustun  1-də  Bakıda  eser,  menşevik  və  daşnaklardan 
ibarət  yeni  bir  mürtəce  qurum  -  "Sentrokaspi"  diktaturası  yaradılır. 
Lakin  bütün  bunlara  baxmayaraq  Qafqaz-İslam  Ordusu  1918-ci  il 
sentyabrın 15-də Bakı üzərinə həlledici hücum edərək daşnak qoşunları 
darmadağın  edərək  Bakıya  daxil  olur.  Bununla  da  Bakı  şəhəri 
bolşeviklərdən azad edilir və paytaxt Gəncədən Bakıya köçürülür. 1918-
ci  il  iyun-oktyabr  aylarında  Azərbaycanın  istiqlalı  və  suverenliyi 
uğrunda  qəhrəmanlıq  mücadiləsində  Qafqaz-İslam  Ordusunun  4  min 
əsgər  və  zabiti  şəhid  olur.  Onların  1130  nəfəri  Osmanlı  əsgəri  idi.  O, 
əsgərlər ki, Azərbaycana gəldiklərində Əhməd cavad onlara “Ey əsgər” 
şeirini həsr etmişdi: 
 Bu qarşıdakı duman çıxan bacadan,  


 Sən gəlmədən iniltilər çıxardı!  
 Geciksəydin, məzlumların fəryadı  
 Yeri, göyü, kainatı yıxardı!  
 Yürü, yürü batan günün izinə,  
 Gülümsəyir doğan Günəş yüzünə!  
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə