169
Mid bu vaxt Linin hücumunu gözləyirdi. Linkoln gileylənirdi ki, bizim
generallar onlara daim hücum edilməsini gözləyirlər. İlkin hücum etmək onların
təbiətinə uyğun deyildir.
Uğurlu döyüşlər aparan və qələbə çalan Uliss Qranta isə Linkolnun
silahdaşlarının münasibəti heç də bir mənalı deyildi. Syuard onu açıqca
sərxoşluqda günahlandırırdı. Belə deyirlər ki, Linkoln bu ittihamları eşitdikdə,
Qrantın hansı marka viski içdiyi ilə maraqlanmış və əlavə etmişdi ki, o biri
generallara da həmin viçkini içməyi məsləhət görərdi. Oxşar sözləri 1756–1763-cü
illərdəki Yeddiillik müharibədə Kanadada fransızlara qarşı böyük uğurla vuruşub,
axırda həlak olan ingilis generalı Vulf haqqında məşhur baş nazir böyük Uilyam
Pitt də demişdi. Paxılları məharətli sərkərdə Vulfu da sərxoşluqda ittiham edirdilər.
Belə çıxırdı ki, sərxoşluq qələbələr bəhrəsi gətirir.
Syuard ittihamını əsaslandırmaq üçün Qrant barədə şayiələrin doğru
çıxdığını, onun casuslarının bunu bilavasitə gördüklərini misal gətirmişdi ki, guya
23 iyulda o, sərxoş imiş. Prezident dedi ki, mən bunu eşitməmişəm. Həmçinin
şəxsən şəhadət verə
bilərəm ki, 31 iyulda o, ayıq idi.
Linkoln öz qədəhləri ilə oynayarkən buna belə cavab vermişdi:
– Mənə Qrant xoş gəlir. O, məni təşvişə salmır və cana doydurmur,
əlavə kömək verilməsi barədə heç vaxt haray çəkmir. Ona verilən qoşunları
götürür və bacardığı ən yaxşı şeyləri edir. Əgər o, Viksburqu götürübsə, biz ona
minnətdar olmalıyıq.
Syuardın Qrantı aşağılamaq cəhdi baş tutmadı, burada Linkoln özünü
müdrik bir prezident kimi göstərdi.
Pennsilvaniyada isə Li hücumunu davam etdirirdi. Mid isə olduğu yerdə
də dururdu. O, öz əməliyyatlarının müdafiə və ya hücum əməliyyatı olduğunu da
bilmirdi. Görünür, hər ikisini eyni vaxtda edir, qarışıq salırdı. Gecə düşəndə Li
qaçmağa məcbur oldu. Linkoln Midə xəbər göndərdi ki, düşmənin arxasına düşsün
və Potomak çayına çatmamışdan onların yolunu kəssin. General Middən alınan
xəbərdə o, düşmən qüvvələrinin sayca çox olduğunu, həmin ordunu məğlub edib,
məhv etməyə cəhd etdiyini yazırdı. Axırda isə əlavə edirdi ki, ordusu
«müdaxiləçiləri bizim torpaqdan qovmağa» çalışır. Bu sözlər Linkolnu
əsəbiləşdirdi. Düşünürdü ki, general Mid ona qulaq asmalıdır. O deyirdi ki,
qiyamçıları biz öz ağuşumuzda sıxacağıq. Biz əgər əllərimizi irəli uzatsaq, onlar
bizim olacaqlar. O, çox inandığı bu ümid barədəki sözlərini oğlu Robertə də
söyləmişdi.
Linkoln Viksburqun nə yolla tutulmasını bilmək istəyirdi. Qrant 30
minlik Konfederat qarnizonuna öz düşərgəsinə dönməyə imkan verməmişdi. Bu,
1863-cü il iyulun 4-də 18 günlük mühasirədən sonra baş vermişdi. Qrant şəhəri
zəbt etmişdi. Missisipi çayı Birliyin əlində idi. Bu olduqca böyük məsələ idi.
Linkoln bunu anlaya bilmədiyini deyirdi. Lakin Çeyz bildirdi ki, mən həmişə
inanırdım ki, tez ya gec biz bunu edəcəyik, Viksburqu götürəcəyik. Və müharibəni
udacağıq. Linkoln narazı qaydada dedi ki, onu başa düşə bilmir ki, niyə
müharibədəki bu ən böyük qələbəni çalan adam bu xəbəri mənə və millətə
verməmişdir. Mənim o biri generallarım adətən hələ döyüş gedən vaxt öz