61
dına qoĢulub topluluq bildirən ar/ər, but, bi sözcüklərinin güneydə, həm
də
quzeydə geniĢ yayıldığını görmək olur: subar, azər, daqar, qızılbut,
sanqibut, karsibut, suvbi (subi), lulubi,
ellibi, kasbi
və
sair.
62
2. TARIXI COĞRAFIYA COĞRAFĠ DĠLÇĠLĠK
ĠġIĞINDA
Qədim
çağlarda
coğrafiya
və
tarixə aid yazılmıĢ əsərlərdə yeradı,
boyadı, dağadı və çayadı kimi məsələlərdən də bəhs olunmuĢ, onların
dil mənsubiyəti
haqqında
bəzən
ötəri
məlumatlar verilmiĢdir ki
,
bu da
coğrafi-dilçilik elminin ilk örnəkləridir. Lakin coğrafi dilçilik yalnız XX
əsrin ortalarından sonra özəl metodları ilə bir elm sahəsi kimi formalaĢa
bildi və linqvogeoqrafiya adı altında ciddi tədqiqatlar ortaya çıxdı.
Burada
tarixi coğrafiyanın müxtəlif sahələrindən deyil, ancaq mövzumuzla bağlı
areal izoqlosları (bölgəsəl sözlər), xalq coğrafi terminləri, paleotoponi-
miya adı altında qədim oykonimlər (yaĢayıĢ yeradı), hidronimlər (çayadı),
oronimlər (dağadı), yeri və adı dəyiĢən toponimlərdən bəhs olunacaqdır.
Dilçilik
elmi
baxımından
areal
izoqlosları geniĢ
sahəni
əhatə etsə də,
coğrafi məzmunlu vahidləri,
toponimiya
yaradıcılığında iĢtirak
edən söz
və
Ģəkilçiləri
«bölgəsəl
sözlər»
adı altında tədqiq
etmək mümkündür.
Bu termin
elmi ədəbiyatda iĢlənən
areal izoqlosları
anlamını tam
ifadə etmir, lakin dilimiz üçün daha uyumludur. Ön Asiyanın bölgəsəl
sözləri dedikdə ilk ağla gələn bu regionda iĢlənmiĢ ortaq sözlərdir ki,
bunların da ön sırasında tanrıadları durur. Belə teonimlərdən sonrakı
bi-
tiklərdə
geniĢ
bəhs
olunacaq
,
burada yalnız
bir neçə ortaq «tanrı» anlamlı
sözə, tanrıadına diqqəti çəkməkdə məqsəd prototürk etnosunun ilkin
coğrafi yurduna iĢıq tutan yardımçı faktların üzə çıxarılmasıdır.
Bəllidir ki,
Tanrıçılıq dininə tapınan türk etnosu heç vaxt çoxallahlı
xalqlarda olduğu kimi, tanrılara bütlər qoymamıĢ, bir neçə tanrıya sitayiĢ
etməmiĢdir.
Qədim türklər
Yeri-Göyü yaradana «Bir
Tanrı»,
«Tək Tanrı»,
«Xan Tanrı» deyimi ilə tapınmıĢlar. Lakin bütün yaĢamı ilə təbiətə, coğ-
rafi duruma köklənən türk etnosu təbii varlıqların qutsal hamisi, yiyəsi
(iyəsi) və ruhu (qutu) olması inancına da sahib olmuĢ, bu iyələrə Asar,
Araz, Alpan, Albasdı, Baba, Bağa, Qut, Humay, Erlik, Kambar, Zəngi və
sair adlar verilmiĢdir. Bu sözlərə tanrıadı anlamında teonim kimi deyil
,
iyəadı kimi baxmaq daha doğru olardı. Belə ki,
qırğız-qazax ellərində
qaramal iyəsi kimi Zənqi-Ata adının teonim kimi verilməsi düzgün deyil,
yəni qırğızlar
içində yayğın
olan Oysulata (dəvə
iyəsi)
,
Çolponata
(qoyun
iyəsi)
,
Zəngibaba (sığır
iyəsi)
,
Kambarata (ilxı iyəsi), bütöv Qırğız elini
himayə edən Kırqızata kimi iyəadları və Koçkor-Ata,
Çolpon-Ata,
Isık-
Ata kimi
qutsal yeradları çoxtanrılı etnosların teonimlərindən fərqlənir.
Bölgəsəl
sözlər
63
Göydəki
Yaradıcı
prototürk dilində
«tanrı»
anlamında
*Teñeri (Ten-
geri) adı ilə adlanmıĢ, bu tanrı sözü qədim çağlardan bugünə qədər ayrı-
ayrı türk dialektləri üzrə Tañrı, Tenqeri, Tenqri,
Tenqer,
Dingir, Tārı fo-
netik variantları ilə iĢlənmiĢdir. Azərbaycanda Dingir-bulaq, Dingir-dağı
toponimləri deyimində hətta [cingir] forması yaranmıĢdır. Ġkiçayarasına
IV minildə gələn sumerlər yerli türk boylarından eĢitdiyi *Teñer (Tenqer)
deyimini mixi yazı yarananda
DĠNGĠR
loqoqramı
ilə vermiĢ, sonralar bu
yazı sistemini qəbul edən elam, akad-asur, het, hurri, urartu xalqları yazı
vasitəsilə yayılan həmin loqoqramı «tanrı» determinativi kimi iĢlətmiĢlər.
Beləliklə, prototürk teonimi həmin xalqların
yazısında tanrı adları-
nın qarĢısında iĢlənməklə bütöv Ön
Asiyaya yayılmıĢdır. Lakin hər xalq
onu öz dilindəki «tanrı» sözü ilə oxumuĢdur, yalnız sumerlər bu sözü türk
xalqlarında olduğu kimi, sağır nun-u iki samitə (ñ
>
ng) ayırıb, dingir Ģək-
lində yazıb-oxumuĢlar.
1
Tanrı sözündə göy-səma və tanrı anlamı olması
bu sözün çin dilinə keçmiĢ variantında da
özünü
göstərir. Çin
dilində
«r»
səsi
olmadığından
onlar
bu
türk
sözünü «göy»
və
«tanrı» anlamında
t`ien
Ģəklində iĢlətmiĢ,
Tanrı dağı adını T`ien-ġan formasında vermiĢlər. Et-
rusklar da «tanrı» anlamlı Ten (ten-ri) sözünü Ġtaliyaya aparmıĢlar. Hətta,
bu dildə
[Tinas-oklenar] kimi oxunan «Tinoğulları» deyimi (Tinasclenar)
vardı.
Sonrakı bitiklərdə tanrı sözünün geniĢ yozumu (VI Bitik) və etimo-
logiyası (VII Bitik) verilsə də, onun Ön Asiya izoqlosu olmasını, Azərbay-
candan doğu və batı ölkələrə aparılmasını göstərən bir-iki örnəyi Urmu
teoriyasının bəlgəsi kimi burada təkrarlamaq gərəkir:
teñri damğasının oxunuĢu - [teñ//tiñ, tañ//dañ, teñri//tengri]
Tanrı sözünün ilkin forması: *teñ-ir-i > teñri
Tanrı sözünün müxtəlif dillərdə deyiliĢi: monqol [tengeri], sumer
[dingir], cin [t`ien, tienli] > kore [tienli], yapon [ten], etrusk [ten//tin] və s.
Ön Asiyada Tengir türk sözü yalqız deyildir, burada çoxlu türk-hat,
türk-sumer, türk-elam, türk-het, türk-urartu qutsal söz paralelləri də vardır
və bu areal izoqlosları prototürk etnosunun həmin xalqlarla olan qədim
1
Mahmud
KaĢğari
teñri sözünü izah edərkən bilgin adama
teñrigen deyildiyini qeyd
edir və «Gecə-gündüz Tanrıya tapın, Ondan qorxub çəkin, utan, oynama» mənasında
iĢlənən beyti misal çəkir:
Tün-kün tapun Teñrigə, boynamağıl,
Korkup añar eymənü, oynamağıl (MK, III, 376-377).
Dostları ilə paylaş: |