235
problemini, prototürk və protoazərlərin Atayurdu məsələlərini Ģərh edər-
kən bilgi və xəritələr vermiĢdik.
Bir daha dövlət və etnik coğrafiya məsələsinə qayıdıb, qeyd etmək
lazım gəlir ki, kənar dövlətin sınırları daxilinə düĢən etnik coğrafiyanın
müəyyən bölgələrinə baĢqa etnosların köçürülməsi olayı və yaxud yerli
etnosun bu bölgələrdən deportasiya edilməsi siyasəti olmayanda etnik
demoqrafiya pozulmur. Belə ki, m.ö. 2200-2109-cu illər arasında bir əsrə
yaxın Güney Azərbaycanda Qut dövlətini quran prototürklər artıq bir neçə
ildən sonra Akad, Elam və Sumer kimi qüdrətli dövlətləri də özünə tabe
etmiĢ və bu ölkələri Qut dövlətinin sınırları içinə almıĢdır. Lakin qutlar
həmin ölkələrdən yalnız vergi almaqla kifayətlənmiĢ və yerli əhalinin
demoqrafiyasını poza bilən olaylara rəvac verməmiĢlər.
Sonralar Azərbaycanın qonĢu-
luğunda qurulan bir sıra dövlətlər isə
azər etnik coğrafiyasının sınırlarını
daraldan siyasət aparsalar da, yalnız
periferik bölgələrdə bu sınırların içəri
çəkilməsinə nail ola bilmiĢlər. Bütöv-
lükdə isə etnik coğrafiyanın mərkəzi
bölgələri demoqrafik dəyiĢikliyə heç
uğramamıĢdır. Hətta sasani Ģahlarının
Güney Qafqaza
köçürdüyü irandilli
tayfalar və türk hökmdarlarının saray
dili kimi fars dilinə verdiyi üstünlük
də xalqın danıĢıq dilini və etnik özəl-
liyini poza bilməmiĢdir. Örnəyin, 5-6
minil əvvəlki Təbriz türklərinin antro-
poloji tipi bugüngü təbrizlilərdən fərqlənmir. Qut və lulu boylarının Qa-
rabağ türklərilə eyni antropoloji tipə aid olduğunu hələ yüz il öncə yazan
fransız uzmanın fikrilə razılaĢan Ġ. M. Dyakonovun özü də Azərbaycanda
əhalinin dəyiĢmədən davamlı yaĢadığını göstərən bəlgələrin müqayisəsini
vermıĢdır.
122
Xilafət çağında Azərbaycana köçürülən ərəblər isə sayca az oldu-
ğundan yerli azərlərin içində əriyib
dillərini itirmiĢlər.
Azərbaycana köçən
və
ya
köçürülən digər azsaylı xalqlar da burada türklərin əsas toplum kimi
tanınmasına, əsas ünsiyət vasitəsi kimi azər türkcəsinin statusuna mane
122
Дьяконов, 1956, 104, 116.
236
olmamıĢ, azər dilini könüllü olaraq, ikinci dil kimi mənimsəmiĢlər. Yerli
azərlərin etnik özəlliyi olan tolerantlıq müxtəlif dilli etnosların azər etnik
coğrafiyasında bərabərhüquqlu yurddaĢ kimi yaĢamasına Ģərait yaratmıĢ-
dır.
123
Ərəblərin assimilyasiya olunma səbəbini isə onların azsaylı olma-
sı ilə izah edən P. K. Jüzenin fikrinə haqq qazandıran akad. Z. Bünyadov
yazır: «Azərbaycandakı ərəblər
ərəb mədəniyəti mərkəzləri ilə
əlaqəni itirdikdən sonra tədricən
ana dili və adətlərini unutmağa
baĢlayıb, yerli türk əhalinin di-
lində danıĢmağa keçdilər».
124
Azərbaycanın etnik coğ-
rafiyasını m.ö. III minildən is-
lamaqədər yazılı qaynaqlar üzrə
izləmək mümkündür. Prototürk
boylarının Quzey Ġkiçayarasında
Subar ölkəsi adlanan ərazilərdə
kiçik bəylikləri, Azərbaycanın
mərkəzi və güney-batı bölgələ-
rində Aratta, Lulu, Qut və Turuk dövlətləri, protoazər boylarının Subar,
Kuman bəylikləri haqqında mixi yazılarda verilən bəlgələrdən III bitikdə
söhbət açılacaqdır. Burada adı çəkilən siyasi qurumların yalnız bəzi etnik
123
Əlbəttə, qədim türk yurdu olan Ermənistandan XX əsrdə azərlərin bir neçə dəfə
deportasiya olunması, Güney Azərbaycanda azər türkcəsinin iĢlənməsinə rəsmi dairələr-
də qadağa qoyulması azər etnik coğrafiyası daxilində baĢ verən tarixi ədalətsizlikdir və
vaxtilə azərlərin öz yurduna buraxdığı gəlmə hay və farsların nankorluğudur. Bugün
Quzey Azərbaycan dövlətinin sınırlarından kənarda yalnız qardaĢ Türkiyə ərazisində
yaĢayan azər türkləri türk soydaĢları içində sıxıntı keçirmir. Dərbənddə azər türkləri öz
dillərində təhsil ala bilmir, Güney Azərbaycanda isə azər türkləri nəinki öz dillərində
təhsil almır, Həmədan, Qəzvin, Zəncan, Sulduz kimi bölgələrdə demoqrafik dəyiĢmə
siyasəti aparılır, hətta Arazboyu kəndlərdə baĢqa dilli xalqlar yerləĢdirilir və yeradları
dəyiĢdirilir. Vaxtilə Gürcüstanın Kaspi Ģəhərində yaĢayan azərlər artıq dillərini unutmaq
üzrədir, azərlər Bolnisidən, Axıska türkləri (qədim ağ saqa boyu) Axıska bölgəsindən
zorla köçürülmüĢlər.
Vaxtilə azər türkcəsi böyük bir regionun ümumi ünsiyət dili idi, lakin Azərbaycanı
Güney və Quzey hissələrə parçalayandan sonra azər dilinin bu funksiyasını quzeydə rus
dili, güneydə fars dili əvəz etməyə baĢladı. Ancaq bütün bu təzyiq və təpkilərə bax-
mayaraq, azər türkcəsində danıĢanların sayı bugün 50 milyondan artıqdır.
124
Бцнйадов, 1989, 171.
237
özəlliyinə diqqəti çəkmək lazım gəlir. Belə ki, prototürk boylarından olan
subarlar sonrakı çağlarda təkcə azər və türkmənlərin deyil, bulqar (tatar),
karaçay-balkar, baĢqord, qırğız-qazax xalqlarının da tərkibində görünür.
Eyni durumu müəyyən fərqlərlə lulu, qut, turuq, kuman boylarına da aid
etmək olar.
Hələ 1937-də mixi yazılar üzrə görkəmli alim Benno Landsberger
böyük ehtimalla qutlari qədim türk boyu kimi gündəmə gətirmiĢdir. Bu
münasibətlə o yazırdı: «Gutium yaxud Kutium xalqının adındakı akadca
nisbət Ģəkilçisi olan qismini ayırsaq, kut qalır. Əgər çox mühüm olan əla-
mətlər bizi aldatmırsa, tarixdə türklərlə ən yaxın bir surətdə münasibətdə
olan, hətta bəlkə də, eyniyət göstərən tayfa budur».
125
Adın kut-(ium) Ģəklində ayrılmasını düzgün sayan K. Balkan sami
dilinə aid -ium Ģəkilçisinin akad-asur yazılarında geniĢ iĢləndiyini qeyd
edir. O, mixi yazılı qaynaqlarda kut (qut) dilindən qalmıĢ sözlərin böyük
bir siyahısını vermiĢdir.
126
K. Balkanın məqaləsində verilən siyahıdakı
adların bir qismi qut sözü olmasa da, Akan, Arıç (ArıĢ), Arıçkan, Daban,
Gaqani, Xuxan, SaruĢ, Saratiqubisin, Sarualsin, Mekan (Mokan?), Ġgiman,
Binqanu, Ġkkizan, Tukkizan adları diqqəti çəkir. Son adlarda (
Ġ
Ġk-ki-za-
an, Tu-uk-ki-iz-za-an) isə ekiz, doqquz sözləri görünür. Əski Babil çağında
yazıya alınmıĢ Bi-ga-an (Bican) Ģəxsadının qutca olması isə Ģübhə doğur-
mur, çünki qaynaqda ŠÀ.ERĠN qu-ti-ú
KĠ
«qut ərəni Biqan» deyimi ilə
verilmiĢdir.
127
Əski Akad çağına aid bir yazıda isə qut Ģəxsadındakı ilk
heca (və ya səs) pozulsa da, sonrakı [x]-ušš-du-ga-an (…uşduqan) hissəsi
türkcə səslənir.
128
Qut dövlətinin qurulmasında böyük xidməti olan qut
elbəylərindən Erridupizirin
(Enridapizir)
Ģərəfinə Sumerdə
qoyulan yazıda
deyilir: da-núm šàr gu-ti-im ù ki-ib-ra-tim ar-ba-im «qüdrətli kişi, Qutiu-
mun və cahanın dörd bucağının çarı».
129
125
Landsberger, 1992, 8; B. Landsberger və K. Balkanın qut boyu haqqında yazıları ilə
(bu yazıların surətini mənə verən III Bitiyin elmi redaktoru Mirheydər Mirzəyevə təĢək-
kür edirəm) tanıĢ olmamıĢdan əvvəl mən də
quti boyadının qut sözündən yarandığını
yazmıĢdım
(Ъялилов, 1988 a; Azər xalqı, 2000, 245-246); Yeri gəlmiĢkən qeyd
edək ki, bu adın qut (kut) Ģəklində yazılması daha doğrudur, lakin saq, man, mad
boyadlarının saqa, mana, mada kimi yazılması elmi ədəbiyatda gələnəyə çevrildiyi
üçün bu adın da bəzi məqamlarda quti Ģəklində yazılıĢı da mümkündür.
126
Balkan, 1992;
127
Eyni qaynaq, 27.
128
Gelb, I. 383.
129
Balkan, 1992, 27.
Dostları ilə paylaş: |