«Dövlət qeydiyyatına alınmışdır» «Təsdiq edilmişdir» «Razılaşdırılmışdır»



Yüklə 413,9 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix31.08.2018
ölçüsü413,9 Kb.
#65782
1   2   3   4   5   6   7   8   9   10

 

16

10.3.  Bank  rəhbərliyi  daxili  nəzarətin  təşkilini  və  normal  fəaliyyət  göstərməsini  təmin 



etməlidir. Bank rəhbərliyi mühasibat uçotunun vəziyyətini ümumi müşahidə etməklə 

yanaşı, balans və hesabatların vaxtlı-vaxtında tərtib olunmasını yoxlamalı, vəsaitlərin 

müştərilərin  hesabına  vaxtında  və  tam  şəkildə  daxil  edilməsinə,  bank  sənədlərinin 

təyinatı üzrə  göndərilməsinə  vaxtaşırı  nəzarət  etməli, habelə möhürlərin,  ştampların 

və  bankın  adı  həkk  olunmuş  müvafiq  blankların  itirilməsinə,  yaxud  sui-istifadə 

hallarına  yol  verməmək  məqsədilə  onların  saxlanılmasına  və  istifadəsinə  nəzarəti 

təmin etməlidir.  

10.4.  Bankın  möhürlərinin  və  ştamplarının  uçotu  onların  saxlandığı  şəxslərin  (kimin 

istifadəsində  olmasına  icazə  verilən  şəxslərin)  adı,  soyadı  və  vəzifəsi  göstərilməklə 

xüsusi  kitablarda  aparılır  və  həmin  şəxslərə  imza  etdirməklə  təqdim  olunur.  Bu 

kitablar xüsusi odadavamlı seyflərdə bank rəhbərində və  ya onun göstərişinə əsasən 

digər  məsul  şəxsdə  saxlanılır.  Bankın  adı  əks  olunan  blanklar  etibarlı  şəkildə 

qorunmalı və onların istifadəsinə nəzarət təmin olunmalıdır. 

10.5.  Bank  işçilərinin  iş  yerləri  elə  qurulmalıdır  ki,  müştərilərin  və  digər  kənar  şəxslərin 

bankın  möhürünə,  ştamplarına,  sənədlərinə  və  kompüterlərinə  (kompüter 

sistemlərinə) müdaxilə etmək imkanı olmasın.  

10.6.  Bankın  rəhbərliyi  tərəfindən  texniki  vasitələrin  tətbiqi  zamanı  aşağıdakılar  təmin 

olunmalıdır: 

 

əməliyyatlara müdaxilənin məhdudlaşdırılması; 



 

tətbiq olunan parolların və kodların məxfiliyi;  



 

elektron  imzadan  aidiyyəti  olan  şəxslərdən  başqa  digər  şəxslərin  istifadə 



etməsinin qeyri-mümkünlüyü;  

 



icazəsiz  müdaxilə  cəhdlərini  vaxtında  aradan  qaldırmağa  imkan  verən  proqram 

təminatının tətbiq edilməsi. 

10.7.  Banklarda  daxili  nəzarət,  hesabların  açılması,  bank  sənədlərinin  icraya  qəbul 

edilməsi,  habelə  uçotun  aparılmasının  bütün  mərhələlərində  və  onların  mühasibat 

uçotunda  əks  olunması  zamanı  həyata  keçirilməlidir.  Daxili  nəzarətin  həyata 

keçirilməsində  istifadə  olunan  metodlar  və  texniki  vasitələr,  habelə  nəzarət  obyekti 

olan  hesab  və  əməliyyatların  siyahısı  bankın  iş  şəraiti,  əməliyyatların  xarakteri  və 

həcmi nəzərə alınmaqla bankın daxili qaydaları ilə müəyyən olunur.  




 

17

10.8.  Daxili 



auditi  (nəzarəti) 

həyata  keçirən  bank  əməkdaşı  aşağıdakılar  üzrə  bank 

sənədlərini yoxlamalı və imzalamalıdır: 

 



digər  bankın  hesabına  köçürülməsi  üçün  bankın  müştərilərinin  hesabından 

vəsaitlərin silinməsi; 

 

kreditlər üzrə əsas borc və faizlərin müştərilərin hesablarından silinməsi;  



 

bank  əməkdaşlarının  hesabına  vəsaitin  daxil  olması  və  banka  olan  borcunun 



silinməsi; 

 



müştərilərə pul çek kitabçalarının və əmanət kitabçalarının verilməsi;  

 



müştərilərin  tapşırığı  (tələbləri)  və  sərəncamları  olmadan  hesablaşmaların  və 

kreditləşdirmə ilə nəzərdə tutulmuş kredit əməliyyatlarının aparılması; 

 

hesablaşma 



əməliyyatlarının 

aparılması 

qaydalarının 

pozulmasına 

görə 

müştərilərdən cərimələrin və peniyaların tutulması; 



 

affinaj  olunmuş  (saflaşdırılmış)  qiymətli  metallar,  bankın  əsas  vəsaitləri,  bankın 



debitorları  və  kreditorları,  təsərrüfat  malları,  gələcək  dövrlərin  xərcləri,  digər 

gəlirləri  və  xərcləri,  inzibati  idarəetmə  xərcləri,  müxtəlif  qiymətlilərin  və  ciddi 

hesabat blanklarının hərəkəti; 

 



əmanətlərin (depozitlər) hesablanması və ödənilməsi; 

 



bankın  daxili  qaydalarına  görə  müəyyən  olunmuş  nəzarət  tələb  edən  digər 

əməliyyatların aparılması. 

10.9.

 

Aparılan  nəzarət  çərçivəsində  şəxsi  hesablar  üzrə  bütün  yazılışların  müvafiq 



sənədlərlə  təsdiq  olunması,  əməliyyatların  aparılması  üçün  onların  bankın 

səlahiyyətli  nümayəndələri  tərəfindən  imzalanması,  müvafiq  rekvizitlərin  və 

sənədlərin  şəxsi  hesablarda  düzgün  əks  olunması,  əvvəlki  günün  giriş  və  çıxış 

qalığının  əks  olunması  və  onların  qalıq  cədvəli  ilə  uyğunluğu,  əməliyyatların 

hesablarda  əks  olunmasına  əsas  verən  sənədlərin  düzgün  tərtibatı,  hesablardan 

çıxarışın  müştərilərə  verilmə  qaydasına  riayət  olunması, həyata  keçirilən  mühasibat 

yazılışlarının  düzgünlüyü  yoxlama  aparan  şəxs  tərəfindən  yoxlanılmalı  və  bu 

yoxlamanın nəticələri müəyyən olunmuş qaydada rəsmiləşdirilməlidir. 

10.10.

 

Nəzarət,  bir  qayda  olaraq,  kağız  daşıyıcılarda  rəsmiləşdirilmiş  sənədlərin  vizual 



şəkildə yoxlanılması debet və kredit üzrə dövriyyələrin bərabərliyinin tutuşdurulması 

yolu ilə həyata keçirilir. 




 

18

10.11.



 

Əlavə nəzarət tələb edən əməliyyatlar üzrə (kredit, depozit, valyuta və s.) mühasibat 

yazılışları  müvafiq  debet  və  kredit  hesablarının  uçotunu  aparan  mühasibat  işçiləri 

tərəfindən,  yalnız  həmin  sənədin  nəzarətçi  tərəfindən  yoxlanılmasından  sonra 

aparılır. Bu zaman sənədin rəsmiləşdirilməsi və onun yoxlanması mühasibat işçisinin 

və  nəzarətçinin öz  imzaları  ilə,  zəruri hallarda  isə  - digər  vəzifəli  şəxslərin imzaları 

ilə  təsdiqlənir.  Bankın  daxili  qaydalarına  uyğun  olaraq  imza  möhürlə  təsdiq  oluna 

bilər. 


10.12.

 

Bankdaxili  nəzarət  informasiya  sistemləri  vasitəsilə,  habelə  kodların,  parolların  və 



digər  vasitələrin  tətbiqi  ilə  təmin  oluna  bilər.  Tətbiq  olunan  elektron  imzalar 

mühasibat  işçisinin,  nəzarətçinin,  habelə  sənədi  rəsmiləşdirmiş,  onu  yoxlamış  və 

əməliyyatın  aparılmasını  sanksiyalaşdırmiş  və  mühasibat  uçotunda  əks  olunmasını 

həyata  keçirmiş  digər  məsul  şəxsin  imzalarının  eyniliyini  təmin  etməlidir.  Hər  bir 

halda  əlavə  nəzarət  tələb  edən  əməliyyatların  yalnız  bir  nəfər  mühasibat  işçisi 

tərəfindən aparılmasına yol verilmir. 

10.13.

 

Bank  ehtiyatlarının,  xarici  əməliyyatların,  affinaj  edilmiş  qiymətli  metalların,  yolda 



olan  vəsaitlərin  və  kassa  qalıqlarının,  gəlir  və  xərclərin,  zərərə  silinmiş  borcların 

balansdankənar  hesabları  üzrə  orderlər,  habelə  bank  hesabı  müqavilələrinin  ləğv 

edilməsi  üçün  orderlər  və  mühasibat  uçotunda  yol  verilmiş  səhvlərin  aradan 

qaldırılmasına  dair  orderlər  baş  mühasib  və  ya  onun  müavini  tərəfindən  nəzarət 

məqsədilə  imzalanmalıdır.  Xarici  valyuta  ilə  əməliyyatlar  üzrə  orderlər  xarici 

əməliyyat  aparmaq  üçün  nəzərdə  tutulmuş  müvafiq  bank  bölməsinin  rəhbərlərinin 

nəzarət imzaları ilə təsdiqlənir. 

10.14.


 

Xəzinədə  saxlanılan  pulların  və  digər  qiymətlilərin  qəbul  edilməsi  və  göndərilməsi 

üçün  orderlər,  ehtiyatlar  üzrə  əməliyyatlara  dair  orderlər,  icraçılardan  və  baş 

mühasibdən  başqa,  həmçinin  bankın  rəhbəri  və  xəzinə  müdiri  tərəfindən 

imzalanmalıdır.  

10.15.


 

Nağdsız  bank  əməliyyatları  aparılarkən,  sənədlər  dövriyyəsinin  və  nəzarətin 

aşağıdakı əsas prinsiplərindən istifadə olunmalıdır: 

Hesabın 


debeti 

üzrə 


əməliyyat 

aparan 


əməliyyatçı 

sənədin 


düzgün 

rəsmiləşdirilməsini yoxladıqdan sonra sənədi icraya qəbul edir. Bu yoxlamanı təsdiq 

etmək  üçün  əməliyyatçı  sənədin  və  onun  surətinin  (surətlərinin)  uyğunluğuna  əmin 

olduqdan  sonra  onları  imzalayır.  Əlavə  nəzarət  tələb  etməyən  əməliyyatlar  və 




Yüklə 413,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə