“Dövlət qeydiyyatına alınmışdır”
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi
Mərkəzi Bankının İdarə Heyəti
Qeydiyyat № 3118
Protokol № 05
“18” mart 2005-ci il
“03” mart 2005-ci il
Nazir
İdarə Heyətinin sədri
____________ F.F.Məmmədov
______________ E.S.Rüstəmov
Bank sistemində pulların ekspertizasının təşkili və aparılması
Q A Y D A L A R I
(23.12.2005-ci il və 15.04.2010-cu il tarixli əlavə və dəyişikliklərlə)
Bakı 2005
2
1.
Ümumi müddəalar
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”,
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanunlarına, habelə Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və
pulların saxtakarlıq əlamətlərini, onların saxta olub-olmamasını və səthi tam
olmayan əskinasların səthini müəyyən etmək məqsədi ilə Azərbaycan
Respublikasının bank sistemində pulların ekspertizasının təşkili və aparılması
qaydalarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi
Bank) milli pul nişanlarının həqiqiliyi (saxta olub olmaması) və səthi tam olmayan
əskinasların səthi, xarici pul nişanlarında isə saxtakarlıq əlamətləri haqqında
ekspert rəyini verir.
1.3. Mərkəzi Bank:
1.3.1. həqiqiliyi şübhə doğuran və səthi tam olmayan milli pul nişanlarının;
1.3.2. xarici valyuta ilə əməliyyat aparmaq hüququ olan bankların,
Azərbaycan Respublikasının müvafiq dövlət və digər səlahiyyətli orqanlarının
təqdim etdikləri və Mərkəzi Bank tərəfindən milli valyutaya nisbətən rəsmi
məzənnələri
müəyyənləşdirilən
xarici
valyuta
əskinaslarında
saxtakarlıq
əlamətlərini müəyyən etmək məqsədi ilə onların ekspertizasını təşkil edir.
1.4. Banklar səthi tam olmayan milli pul nişanlarının səthini və həqiqiliyi
şübhə doğuran pul nişanlarında saxtakarlıq əlamətlərini müəyyən etmək məqsədi
ilə onların ekspertizasını keçirir.
1.5. Ekspertizanın aparılması üçün minimal texniki tələblərə cavab verən
zəruri avadanlıq və cihazların siyahısı Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir
və bu barədə banklara məlumat verilir.
2. Anlayışlar
2.1. Pulların ekspertizası – xüsusi avadanlıq və vasitələrdən istifadə
etməklə pul nişanlarının səthinin, qüsurlu, saxtakarlıq əlamətlərinin və saxta olub-
olmamasının müəyyən edilməsi.
3
2.2. Nümunə – ödəniş vasitəsi olmayan, tədavülə buraxılmayan, istehsalçı
tərəfindən emitentin sifarişinə əsasən hazırlanmış, üzərində xüsusi qeydiyyatı olan
pul nişanları.
2.3. Qüsurlu pullar – istehsal prosesində Mərkəzi Bankın hər bir nominal
üçün müəyyən etdiyi parametrlərdən fərqlənən və ya hər hansı dəyişikliyə (vizual
görünüşü, ölçüləri və s.) məruz qalan pullar.
2.4. Saxta pullar – istehsal və hazırlanma üsulundan asılı olmayaraq
bank–emitent tərəfindən tədavülə buraxılmış pul nişanlarını imitasiya edən
(oxşadan, bənzədən), həqiqi pul nişanlarının hissələrindən istifadə edilərək
hazırlanmış (yapışdırılmış) və ya həqiqi pul nişanlarının nominalının və digər
parametrlərinin dəyişdirilməsi nəticəsində düzəldilmiş pullar.
2.5. Tədavülə yararlı olan pullar:
2.5.1. həqiqiliyinə şübhə olmayan;
2.5.2. dizaynına və ölçülərinə görə Mərkəzi Bankın müəyyən etdiyi
standartlara uyğun olan (əskinasların ölçüləri standartdan 1-2 mm fərqlənə bilər);
2.5.3. səthi tam və bütöv olan;
2.5.4. nominalı aydın və tam müəyyən edilən;
2.5.5. vizual görünüşünü itirməyən;
2.5.6. qüsurlu olmayan.
2.6. Tədavülə yararsız olan pullar – bu Qaydaların 2.5-ci bəndində
göstərilən əlamətlərə uyğun olmayan pullar.
3.
Banklarda pulların ilkin ekspertizasının təşkili və aparılması
3.1. Banklarda səthi tam olmayan milli pul nişanlarının və həqiqiliyi şübhə
doğuran pulların saxtakarlıq əlamətlərinin müəyyən edilməsi məqsədi ilə ilkin
ekspertiza aparılır.
3.2. Sayılma və çeşidlənmə zamanı tədavülə yararsız və həqiqiliyi şübhə
doğuran pul nişanları aşkar edildikdə onları:
3.2.1. müştəriyə qaytarmaq;
3.2.2. tədavülə buraxmaq;
3.2.3. məhv etmək;
4
3.2.4. tədavülə yararsız və ya saxta olması barəsində pul nişanlarının
üzərində ştamp vurmaq və ya hər hansı bir fiziki dəyişiklik etmək (yazılı işarə
qoymaq, kəsmək, cırmaq, deşik açmaq və s) qadağan olunur.
3.3. Banklar məhdudiyyət qoyulmadan tədavülə yararlı, tədavülə yararsız
və həqiqiliyi sübhə doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət səthinin
60%-dən az olmayan hissəsini saxlamış milli pul nişanlarını qəbul etməli və
dəyişdirməlidir.
3.4. Banklar bir neçə hissədən ibarət olan səthinin 100%-ni saxlamış milli
pul nişanları hissələrinin eyni əskinasa məxsus olmasını müəyyənləşdirmək
məqsədilə bu Qaydaların 3.7-ci və 3.8-ci bəndlərinə müvafiq olaraq qəbul edir və
Mərkəzi Banka ekspertizaya təqdim edirlər. Ekspertiza rəyi müsbət olduqda pul
nişanlarının dəyəri ödənilir.
3.5. Səthi tam olmayan əskinasların səthini müəyyənləşdirmək üçün
xüsusi 200 damalı cədvəllərdən istifadə olunur (Əlavə № 1, 2, 3).
3.6. Əskinasların saxlanılan hissəsinin sahəsi aşağıdakı kimi müəyyən
edilir:
3.6.1. zədələnmiş əskinasın saxlanılan hissələri damalı cədvəlin üzərinə
qoyulur, sol yuxarı künclə uyğunlaşdırılır və perimetr boyu qırmızı qələmlə
konturu çəkilir;
3.6.2. konturun daxilində qalan tam damalar sayılır, konturun xətti ilə
kəsilmiş damaların sayı yarı bölünüb tam damaların sayı ilə toplanılır. Alınan
damaların sayı 120 - dən az olmadıqda əskinasın nominal dəyəri ödənilir.
3.7. Fiziki və hüquqi şəxslər milli pul nişanlarını ekspertizadan keçirmək
məqsədi ilə onları banklara, Mərkəzi Banka və ya onun qurumlarına əlavə haqq
ödəmədən təqdim edə bilərlər.
3.8. Ekspertiza üçün pullar fiziki və hüquqi şəxslərdən ərizə əsasında
(Əlavə №4) qəbul edilir. Ərizə üç nüsxədən ibarət tərtib edilir. Onun bir nüsxəsi
müvafiq qeydlə müştəriyə qaytarılır, biri kassa sənədlərində saxlanılır, biri isə pul
nişanı ilə birlikdə ekspertiza üçün Mərkəzi Banka və ya onun qurumlarına təqdim
edilir.
5
3.9. Banklar aşkar etdiyi səthi müəyyənləşdirə bilinməyən, bir neçə
hissədən ibarət olan səthinin 100%-ni saxlamış, həqiqiliyi şübhə doğuran,
ekspertiza üçün qəbul etdiyi milli pul nişanlarını (ərizənin bir nüsxəsi ilə birlikdə)
üç iş günündən gec olmayaraq Mərkəzi Banka və ya onun qurumlarına ərizə ilə
(Əlavə №5) təqdim edirlər.
3.10. Qüsurlu pullar yalnız bütöv bir hissədən ibarət səthinin 60%-dən az
olmayan hissəsini saxladıqda nominal dəyəri ödənilir. Pulların qüsurlu olub-
olmaması Mərkəzi Bank tərəfindən müəyyən edilir.
3.11. Müvəkkil banklar zədələnmiş xarici valyuta pul nişanlarını dəyişdirə
bilərlər.
4.
Mərkəzi Bankda və onun qurumlarında pulların ekspertizasının təşkili
və aparılması
4.1. Mərkəzi Bank tədavülə yararlı, tədavülə yararsız və həqiqiliyi sübhə
doğurmayan (saxta olmayan), bütöv bir hissədən ibarət səthinin 60%-dən az
olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət olan səthinin
100%-ni saxlamış milli pul nişanlarını qəbul edir və dəyişdirir. Hissələrin eyni
əskinasa məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyən edilir.
4.2. Mərkəzi Bankın struktur bölmələrində və qurumlarında hüquqi və
fiziki şəxslərdən ekspertiza üçün qəbul edilmiş və çeşidlənmə zamanı aşkar edilmiş
həqiqiliyi şübhə doğuran və səthi tam olmayan milli pul nişanların ekspertizası
təşkil edilir.
4.3. Həqiqiliyi şübhə doğuran milli pul nişanlarının ekspertizası
keçirildikdə onlarda mühafizə elementlərinə görə saxtakarlıq əlamətləri müəyyən
edilir və ekspertiza aktı tərtib edilir (Əlavə №7). Aktın bir nüsxəsi kassa
sənədlərində saxlanılır, bir nüsxəsi isə pul nişanı ilə birlikdə həqiqiliyi barədə rəy
verilmək üçün bu Qaydaların 4.8-ci bəndində göstərilmiş qaydada Mərkəzi Bankın
müvafiq struktur bölməsinə təqdim edilir.
4.4. Səthi tam olmayan əskinasın səthi bu Qaydaların 3.5-ci və 3.6-cı
bəndlərinə uyğun müəyyən edilir.
6
4.5. Ekspertizası keçirilmiş səthi tam olmayan əskinasın dəyəri
ödənildikdə, onun üzərinə “DƏYƏRİ ÖDƏNİLİB” ştampı vurulur.
4.6. Səthi tam olmayan əskinasların saxlanılmış hissəsi səthinin 60%-dən
az
olduqda
onun
üzərinə
“TƏDAVÜLƏ
YARARSIZDIR.
DƏYƏRİ
ÖDƏNİLMİR” ştampı vurulur, üç nüsxədən ibarət akt tərtib olunur (Əlavə №6) və
dəyəri ödənilmir. Aktın bir nüsxəsi pulu təqdim edən tərəfə verilir, digər nüsxəsi
isə kassa sənədlərində saxlanılır.
4.7. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən əskinaslar akt
və doldurulmuş damalı cədvəllə birlikdə saxlanılmaq üçün Mərkəzi Bankın
müvafiq struktur bölməsinə təqdim edilir.
4.8. Mərkəzi Bankın struktur bölmələri və qurumları tərəfindən həqiqiliyi
şübhə doğuran, səthi tam olmayan və dəqiq müəyyənləşdirilə bilinməyən milli pul
nişanları ərizə ilə (Əlavə №5) son ekspertiza üçün Mərkəzi Banka təqdim edilir.
5.
Mərkəzi Bankda pulların son ekspertizasının təşkili və aparılması
5.1. Mərkəzi Bankda pulların son ekspertizasını Mərkəzi Bankın mərkəzi
aparatının müvafiq struktur bölməsi həyata keçirir, həqiqiliyi (saxta olub
olmaması) və ödənilməsi barəsində son ekspert rəyini verir.
5.2. Ekspert rəyinin verilməsi üçün daxil olmuş pulların ekspertizası on iş
günündən gec olmayaraq keçirilir və müvafiq ekspertiza aktı tərtib edilir. Xüsusi
hallarda (pulların dəqiq ekspertizasını keçirmək üçün lazımi texniki avadanlıqların
və cihazların olmadağı və ya pulların istehsalçıya göndərilməsi zərurəti yarandığı
hallarda) pulları ekspertiza üçün təqdim edənə yazılı şəkildə məlumat verməklə bu
müddət artırıla bilər.
5.3. Ekspertizanın nəticəsi pulları təqdim edənə bildirilir və müvafiq
qaydada ekspertiza aktı göndərilir. Ekspertizadan keçirilmiş dəyəri ödənilməmiş
pullar müvafiq qaydada Mərkəzi Bankda saxlanılır.
5.4. Pulun ekspertizası nəticəsində onun nominal dəyərinin ödənilməməsi
barəsində rəy verildikdə, müvafiq aktın bir nüsxəsi pulları təqdim edənə göndərilir,
iki nüsxəsi isə Mərkəzi Bankda saxlanılır.
7
5.5. Səthi tam olmayan əskinasın təqdim olunduğu hissəsinin səthinin
60%-dən az olması müəyyən edildikdə, əskinasın üzərinə “TƏDAVÜLƏ
YARARSIZDIR. DƏYƏRİ ÖDƏNİLMİR” ştampı vurulur, müvafiq qaydada
ekspertiza aktı tərtib olunur (Əlavə №6) və bu Qaydaların 5.3-cü bəndində nəzərdə
tutulmuş qaydada rəsmiləşdirilir.
5.6. Həqiqiliyi şübhə doğuran pulların ekspertizası zamanı onların saxta və
ya həqiqi olması müəyyən edilir. Ekspertiza zamanı həqiqi pulların mühafizə
elemenlərinin mövcudluğu, pullar saxta olduqda isə onların hər bir mühafizə
elementləri üzrə imitasiya olunması faktları və həqiqi mühafizə elementlərindən
fərqləri müəyyən edilir. Ekspertizanın nəticəsi üzrə akt tərtib olunur (Əlavə №8).
5.7. Ekspertiza nəticəsində pulun həqiqi olması müəyyən edildikdə, o aktla
birlikdə pulu təqdim edənə qaytarılır.
5.8. Həqiqiliyi şübhə doğuran pulların saxta olduğu müəyyən edildikdə
əskinasların üzərinə “SAXTA” yazısı olan ştamp vurulur, sikkələr isə müvafiq
qaydada nişanlanır (deşilir, kəsilir və s.).
5.9. Saxta pullar ekspertiza aktı ilə birlikdə hüquq-mühafizə orqanlarına
göndərilir.
5.10. Hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüldükdən
sonra qaytarılmış saxta pullar müvafiq qaydada Mərkəzi Bankda saxlanılır.
5.11. Saxta pulların məhv edilməsi barədə qərar müvafiq struktur bölmənin
təqdimatı əsasında Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilir. Belə pullar
Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təyin edilən komissiya tərəfindən məhv
edilir.
6.
Xarici valyutaların (əskinasların) ekspertizası
6.1. Mərkəzi Bank bu Qaydaların 1.3-cü bəndinə müvafiq olaraq yalnız
həqiqiliyi şübhə doğuran xarici valyuta əskinaslarını banklardan və müvafiq dövlət
və digər səlahiyyətli orqanlardan ekspertiza üçün qəbul edir.
6.2. Ekspertiza onun keçirildiyi tarixə müvafiq əskinasların Mərkəzi
Banka məlum olan saxtalaşdırma əlamətləri barədə məlumatlara və bu Qaydaların
8
5.1-ci və 5.2-ci bəndlərinə müvafiq olaraq aparılır və nəticəsi barədə ekspertiza
aktı tərtib olunur (Əlavə №9).
6.3. Xarici valyuta əskinasında saxtalaşdırma əlamətləri müəyyən
edilmədikdə həmin əskinas aktla birlikdə təqdim edənə qaytarılır.
6.4. Xarici valyuta əskinasında saxtalaşdırma əlamətləri müəyyən
edildikdə, əskinasın üzərinə “SAXTALAŞDIRMA ƏLAMƏTLƏRİ” yazısı olan
ştamp vurulur və bu Qaydaların 5.9-cu bəndinə müvafiq tədbir görülür.
7. Yekun müddəalar
7.1
Mərkəzi Bank ekspertizası keçirilən milli və xarici pulların seriya və
nömrələrinin mərkəzləşdirilmiş uçotunun aparılmasını təşkil edir.
7.2
Bu Qaydalar 1 aprel 2005-ci ildən qüvvəyə minir.
9
Bank sistemində pulların
ekspertizasının təşkili və aparılması
Qaydalarına Əlavə №1
1, 5, 10, 50, 100, 250, 500 və 1 000 nominallı əskinasın
sahəsinə bərabər olan 200 damalı
C Ə D V Ə L № 1
1 2 3 4 5 6 7 8 9 10
10
9 8 7 6 5 4 3 2 1
10
Bank sistemində pulların
ekspertizasının təşkili və aparılması
Qaydalarına Əlavə №2
10 000 nominallı əskinasın
sahəsinə bərabər olan 200 damalı
C Ə D V Ə L № 2
1 2 3 4 5 6 7 8 9 10
10
9 8 7 6 5 4 3 2 1
11
Bank sistemində pulların
ekspertizasının təşkili və aparılması
Qaydalarına Əlavə №3
50 000 nominallı əskinasın
sahəsinə bərabər olan 200 damalı
C Ə D V Ə L № 3
1 2 3 4 5 6 7 8 9 10
10 9 8 7 6 5 4 3 2 1
12
Bank sistemində pulların
ekspertizasının təşkili və aparılması
Qaydalarına Əlavə №4
_________________________________
Pulları ekspertiza üçün qəbul edən bank,
_________________________________
Mərkəzi Bankın struktur bölməsi və ya qurumu
_________________________________
Pulların ekspertizaya təqdim edilməsi barədə
Ə R İ Z Ə
Pulları təqdim edən __________________________________________________
Hüquqi şəxsin rekvizitləri (fiziki şəxs olduqda isə səxsiyyəti təsdiq edən sənədin
rekvizitləri)
__________________________________________________________________
__________________________________________________________________
__________________________________________________________________
Pulların siyahısı (əlavə siyahı şəklində təqdim edilə bilər)
Nominal
Seriya №-si
1.
2.
3.
Ümumi məbləği
Təqdim edən
____________________________
_______
S.A.A.
imza
Qəbul edən
____________________________
_______
S.A.A.
imza
Tarix ________
13
Bank sistemində pulların
ekspertizasının təşkili və aparılması
Qaydalarına Əlavə №5
Azərbaycan Respublikası Mərkəzi
Bankının
______________________
______________________
Ə R İ Z Ə
_____________________________________________
milli valyuta pul nişanları
həqiqiliyi şubhəli olan və/və ya səthi müəyyənləşdirilə bilinməyən
ekspertiza üçün göndərilir.
Pul nişanları Mərkəzi Bankın _________________ _________________ vasitəsi ilə
göndərilir.
(MB struktur bölməsi)
Pullar aşağıdakı siyahı üzrə (əlavə tərtib olunmuş şəkildə təqdim edilə bilər) cəmi
______________________________
məbləğində əlavə edilir.
(rəqəm və sözlə)
Nominal
Seriya №
1.
2.
3.
Məbləğ
Pulu təhvil verən
______________________________________________________
Hüquqi şəxsin rekvizitləri (fiziki şəxs olduqda isə səxsiyyəti təsdiq
edən sənədin rekvizitləri)
Pulların ekspertizaya təqdim edilməsinin səbəbləri ___________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
Rəhbər
____________________
Baş mühasib
____________________
Kassa müdiri
____________________
Tarix ________
14
Bank sistemində pulların
ekspertizasının təşkili və aparılması
Qaydalarına Əlavə №6
Əskinasın səthini təyin etmək üçün
__№ li ekspertiza AKTI
Əskinasın nominalı
Seriya nömrəsi
__________
Əskinas ______ hissədən ibarətdir
Hissələri ___________ əskinaslara məxsusdur
eyni və ya fərqli
Tam örtülmüş damaların sayı
___________
ədədlə
Tam örtülməmiş damaların sayı
___________
ədədlə
Əskinasın saxlanılan hissəsinin
ümumi sahəsi (% ilə)
____________
RƏY
“Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydalarının”
3.5
və 3.6
bəndlərinə əsasən əskinasın nominal dəyəri _________.
Əlavə ___ damalı cədvəl ( 1 səhifə)
Xəzinədar (ekspert)
Kassa müdüri (şöbə rəisi)
15
Bank sistemində pulların
ekspertizasının təşkili və aparılması
Qaydalarına Əlavə №7
Milli pul nişanlarının saxtakarlıq əlamətləri barədə
__ №-li ekspertiza AKTI
___________
_______
Pul nişanının növü
–
Nominal
–
Seriya nömrəsi
–
Ölçüsü
–
Ümumi təsvir və texniki xüsusiyyətləri
__________________________________________________________________
__________________________________________________________________
Müəyyən edilmiş saxtakarlıq əlamətləri
__________________________________________________________________
__________________________________________________________________
__________________________________________________________________
__________________________________________________________________
__________________________________________________________________
NƏTİCƏ
_____________________________________________________________________________
____________________________________________________________________________
Xəzinədar (ekspert)
Kassa müdüri (şöbə rəisi)
16
Bank sistemində pulların
ekspertizasının təşkili və aparılması
Qaydalarına Əlavə №8
Milli pul nişanlarının həqiqiliyi barədə
__ №-li ekspertiza AKTI
___________
_______
Pul nişanının növü
–
Nominal
–
Seriya nömrəsi
–
Ölçüsü
–
Ümumi təsvir və texniki xüsusiyyətləri
__________________________________________________________________
__________________________________________________________________
Mühafizə elementləri
Kağızın mühafizə elementləri __________________________________________
_____________________________________________________________________________
Çap mühafizə elemenlətri __________________________________________
_____________________________________________________________________________
Digər mühafizə elementləri __________________________________________
_____________________________________________________________________________
NƏTİCƏ
_____________________________________________________________________________
____________________________________________________________________________
RƏY
_____________________________________________________________________________
_____________________________________________________________________________
Ekspert
Şöbə rəisi
17
Bank sistemində pulların
ekspertizasının təşkili və aparılması
Qaydalarına Əlavə №9
Xarici valyuta əskinaslarında saxtakarlıq əlamətləri barədə
__ №-li ekspertiza AKTI
___________
_______
Valyutanın növü
–
Emitenti
–
Nominalı
–
Seriya nömrəsi
–
Ölçüsü
–
Ümumi təsvir və texniki xüsusiyyətləri
__________________________________________________________________
__________________________________________________________________
______________________________________________________________
Mühafizə elementləri
Kağızın mühafizə elementləri __________________________________________
_____________________________________________________________________________
Çap mühafizə elementləri __________________________________________
_____________________________________________________________________________
Digər mühafizə elementlər __________________________________________
_____________________________________________________________________________
NƏTİCƏ
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
RƏY
_____________________________________________________________________________
_____________________________________________________________________________
_____________________________________________________________________________
Ekspert
Şöbə rəisi
18
Bank sistemində pulların
ekspertizasının təşkili və aparılması
Qaydalarına Əlavə №10
1 Manat nominallı əskinasın sahəsinə bərabər olan 200 damalı
C Ə D V Ə L № 4
19
Bank sistemində pulların
ekspertizasının təşkili və aparılması
Qaydalarına Əlavə №11
5 Manat nominallı əskinasın sahəsinə bərabər olan 200 damalı
C Ə D V Ə L № 5
20
Bank sistemində pulların
ekspertizasının təşkili və aparılması
Qaydalarına Əlavə №12
10 Manat nominallı əskinasın sahəsinə bərabər olan 200 damalı
C Ə D V Ə L № 6
21
Bank sistemində pulların
ekspertizasının təşkili və aparılması
Qaydalarına Əlavə №13
20 Manat nominallı əskinasın sahəsinə bərabər olan 200 damalı
C Ə D V Ə L № 7
22
Bank sistemində pulların
ekspertizasının təşkili və aparılması
Qaydalarına Əlavə №14
50 Manat nominallı əskinasın sahəsinə bərabər olan 200 damalı
C Ə D V Ə L № 8
23
Bank sistemində pulların
ekspertizasının təşkili və aparılması
Qaydalarına Əlavə №15
100 Manat nominallı əskinasın sahəsinə bərabər olan 200 damalı
C Ə D V Ə L № 9
Dostları ilə paylaş: |