“Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikası
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin
Ədliyyə Nazirliyi “11” noyabr 2002-ci il
Qeydiyyat № 2941 tarixli qərarı ilə təsdiq
edilmişdir
“18” noyabr 2002-ci il Protokol № 26
Nazir İdarə Heyətinin sədri
_____________F.F.Məmmədov ____________E.S.Rüstəmov
AZƏRBAYCAN RESPUBLİKASINDA FƏALİYYƏT
GÖSTƏRƏN BANKLAR ARASINDA
HESABLAŞMALARIN APARILMASI
QAYDALARI
(15.04.2010-cu il tarixli dəyişikliklərlə)
Bakı 2002-ci il
2
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında",
"Banklar
haqqında"
Azərbaycan
Respublikası
qanunlarına,
Azərbaycan
Respublikasının
Mülki
Məcəlləsinə,
Azərbaycan
Respublikasının
digər
qanunvericilik aktlarına, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının
(bundan sonra “Mərkəzi Bank”) “Azərbaycan Respublikasında nağdsız
hesablaşmalar və pul köçürmələri haqqında Təlimatı”na, digər normativ aktlarına
müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında fəaliyyət göstərən
banklar arasında milli valyutada hesablaşmaları tənzimləyir.
1.2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə
olunur:
1.2.1. AZIPS – Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar
Sistemidir.
1.2.2. SWIFT – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya
Sistemidir.
1.2.3. XÖHKS – Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemidir.
1.2.4. BMS – Mərkəzi Bankın Baş Mühasibatlıq Sistemidir.
1.2.5. İştirakçı –AZIPS və/və ya XÖHKS-ə dair Kollektiv Sazişə qoşulmuş
(müvafiq sistemə münasibətdə) bankdır (müstəsna hallarda digər hüquqi şəxsdir).
1.2.6. Autsayder – AZIPS və/və ya XÖHKS-in İştirakçısı olmayan
(müvafiq sistemə münasibətdə) bankdır (müstəsna hallarda digər hüquqi şəxsdir).
1.2.7. Emitent İştirakçı – vəsaiti göndərən İştirakçıdır.
1.2.8. Benefisiar İştirakçı – vəsaiti alan İştirakçıdır.
1.2.9. Valyutalaşma tarixi – ödəniş sənədinin icra olunma tarixidir.
1.2.10. Kod – banka (müstəsna hallarda digər hüquqi şəxsə) Mərkəzi Bank
tərəfindən verilmiş altı rəqəmli identifikasiya nömrəsidir.
3
1.2.11. SWIFT BİK-i – banka (müstəsna hallarda digər hüquqi şəxsə)
SWIFT tərəfindən verilmiş identifikasiya nömrəsidir.
1.2.12. Paket ödənişləri – XÖHKS-də İştirakçılar tərəfindən qruplaşdırılan
ödəniş tapşırıqlarıdır.
1.2.13. Klirinq hesabı – İştirakçıya XÖHKS-də açılmış hesabdır.
1.2.14. Klirinq sessiyası – XÖHKS-də gün ərzində İştirakçıların Paket
ödənişlərinin qəbul edilməsi, icra olunması və nəticədə hesablaşmalar üzrə xalis
mövqelərin (Klirinq hesabına daxil olan ödənişlərin cəmi ilə Klirinq hesabından
silinən ödənişlərin cəmi arasındakı fərq) müəyyənləşdirilməsi dövrüdür.
1.2.15. Klirinq – XÖHKS-də Klirinq sessiyası ərzində İştirakçıların xalis
mövqelərinin müəyyənləşdirilməsi prosesidir.
1.2.16. Müxbir subhesab – İştirakçının XÖHKS-də əməliyyatlar aparmaq
məqsədi ilə BMS-də açılmış subhesabıdır.
1.2.17. Ümumi fayl (MT150) – Paket ödənişləri əsasında İştirakçı
tərəfindən yaradılan və XÖHKS-ə göndərilən fayldır.
1.3. Banklar arasında milli valyutada hesablaşmalar Mərkəzi Bankda açılmış
Müxbir hesab vasitəsi ilə həyata keçirilir.
1.4. Mərkəzi Bank aşağıdakı tələblərə riayət olunduqda ödəniş tapşırığını
qəbul edərək icra edir:
- bankın Müxbir hesabı üzrə əməliyyatlar Azərbaycan Respublikasının
müvafiq normativ hüquqi aktlarına uyğun olaraq dayandırılmadıqda;
- ödəniş tapşırığı Azərbaycan Respublikasının müvafiq normativ hüquqi
aktlarının tələblərinə cavab verdikdə;
- ödəniş tapşırığının icrası üçün bankın hesabında kifayət qədər vəsait
olduqda.
4
1.5. Bank (müstəsna hallarda digər hüquqi şəxs) tərəfindən göndərilən
ödəniş tapşırığı onun geri çağırılmayan və şərtsiz tapşırığıdır.
1.6. Mərkəzi Bank onun İdarə Heyəti tərəfindən təsdiqlənmiş tariflərə uyğun
olaraq aparılmış əməliyyatlara görə xidmət haqqı tutur.
1.7. Bankın (müstəsna hallarda digər hüquqi şəxsin) müvafiq hesabından
çıxarış və digər məlumatlar ona Mərkəzi Bank tərəfindən elektron və ya kağız
daşıyıcılarda təqdim edilir.
1.8. Mərkəzi Bank AZIPS və XÖHKS-in texniki xüsusiyyətlərini müəyyən
edir.
1.9. Mərkəzi Bank banklarla aparılan əməliyyatlara dair bank hesabı
müqaviləsi bağlayır.
2. AZIPS-DƏ HESABLAŞMALAR
2.1. AZIPS İştirakçılar arasında real vaxt rejimində hesablaşmaların
aparılması üçün istifadə olunur.
2.2. AZIPS-də hesablaşmalar Azərbaycan Respublikasının müvafiq
normativ hüquqi aktlarının və SWIFT-in tələblərinə cavab verməlidir.
2.3. AZIPS-in İştirakçısı aşağıdakı tələblərə cavab verməlidir:
- SWIFT-də qeydiyyata alınmalı;
- SWIFT-in AZM qrupunun üzvü olmalı;
- SWIFT-in Y-Copy rejimində işləməli;
- AZIPS-ə dair Kollektiv Sazişin İştirakçısı olmalıdır.
2.4. AZIPS-də hesablaşmalar Mərkəzi Bankda yerləşdirilmiş Mərkəzi
Hesablaşmalar Sistemi vasitəsi ilə həyata keçirilir.
5
2.5. İştirakçı aşağıdakı ödəniş tapşırıqlarını SWIFT vasitəsi ilə AZIPS-ə
göndərə bilər:
- MT100, MT103 müştəri ödənişləri;
- MT205 bank ödənişləri.
2.6. İştirakçı ödəniş tapşırığını Valyutalaşma tarixindən əvvəl 10 (on)
təqvim günü tarıxı ilə AZIPS-ə göndərə bilər. Bu halda həmin ödəniş tapşırığı
haqqında məlumat AZIPS-də saxlanılır və Valyutalaşma tarixində icra olunur.
2.7. İştirakçının Valyutalaşma tarixində göndərdiyi ödəniş tapşırığı AZIPS
tərəfindən aşağıdakı qaydada qəbul edilir:
- müştəri ödənişləri üçün saat 10
00
-dan 16
30
-dək;
- bank ödənişləri üçün saat 10
00
-dan 17
00
-dək.
2.8. Hesablaşmaların aparılması üçün İştirakçının hesabında kifayət qədər
vəsait olmadıqda ona həmin günə Valyutalaşma tarixi olan icra olunmayan müştəri
ödənişlərinin icrası məqsədi ilə 30 dəqiqə ərzində (saat 16
30
-dan 17
00
-dək) vəsait
tapmaq imkanı verilir.
İştirakçı vəsait tapmaq üçün aşağıdakı mənbələrdən istifadə edə bilər:
- Azərbaycan Respublikası qanunvericiliyinə, o cümlədən Mərkəzi Bankın
normativ aktlarına uyğun olaraq banklararası kreditlərdən;
- Azərbaycan Respublikası qanunvericiliyinə, o cümlədən Mərkəzi Bankın
normativ aktlarına zidd olmayan digər mənbələrdən.
İştirakçı vəsait tapmadıqda onun Valyutalaşma tarixi həmin günə olan icra
olunmayan ödəniş tapşırıqları ləğv olunur və bu barədə AZIPS tərəfindən
İştirakçıya MT019 göndərilir.
6
2.9. Mərkəzi Bank İştirakçının apardığı əməliyyatlara görə saat 17
00
-dan
17
20
-dək onun Müxbir hesabından xidmət haqqı tutur və bu barədə AZIPS
tərəfindən İştirakçıya MT900 göndərilir.
2.10. Müstəsna hallarda Mərkəzi Bank İştirakçılara rəsmi xəbərdarlıq
etməklə bu Qaydaların 2.7-2.9-cu bəndləri ilə müəyyən edilmiş vaxtları dəyişə
bilər.
2.11. AZIPS-də hesablaşmalar başa çatdıqda AZIPS tərəfindən İştirakçıya
Hesabdan Çıxarış MT950 göndərilir.
2.12. İştirakçı AZIPS-ə göndərdiyi ödəniş tapşırığının Başlıq hissəsinin
(Message Header) 103-cü sahəsində (FIN Copy Service) “AZM” seçməlidir.
2.13. Benefisiar İştirakçı AZIPS-dən aldığı ödəniş tapşırığının Başlıq
hissəsinin 103-cü sahəsində “AZM” və Tamamlama hissəsində (Message Trailer)
“PAC” qeydinin olduğunu yoxlamalıdır. Kənarlaşma olduqda Benefisiar İştirakçı
ödənis tapşırığını icra etməməli, bu barədə Mərkəzi Banka və Emitent İştirakçıya
dərhal rəsmi məlumat (elektron və ya kağız daşıyıcılarda) verməlidir.
2.14. AZIPS-dən istifadə ilə bağlı texniki problem yarandıqda İştirakçı
Mərkəzi Banka rəsmi müraciət (elektron və ya kağız daşıyıcılarda) etməlidir. Bu
halda Mərkəzi Bank həmin İştirakçının AZIPS-də iştirakını müvəqqəti dayandırır
və bu barədə AZIPS tərəfindən digər İstirakçılara MT298 SMT700 göndərilir.
Həmin İştirakçının hesablaşmaları bu Qaydaların 4-cü bəndinə uyğun olaraq
həyata keçirilir.
2.15. Problem aradan qaldırıldıqda İştirakçı Mərkəzi Banka rəsmi məlumat
verir, Mərkəzi Bank onun AZIPS-də iştirakını bərpa edir və bu barədə AZIPS
tərəfindən digər İştirakçılara MT298 SMT700 göndərilir.
2.16. Vəsaiti alan AZIPS-in İştirakçısı olmadıqda Emitent İştirakçı ödəniş
tapşırığını Mərkəzi Bankın SWIFT ünvanına (SWIFT BİK-inə) göndərir.
7
2.17. Emitent İştirakçı tərəfindən göndərilmiş ödəniş tapşırığının aşağıdakı
rekvizitləri AZIPS-də saxlanılır:
- nömrəsi;
- məbləği;
- valyuta kodu;
- göndərilmə tarixi;
- Valyutalaşma tarixi;
- vəsaiti göndərənin SWIFT BİK-i;
- vəsaiti alanın SWIFT BİK-i;
- ödənişin növü (müştəri və ya bank).
2.18. SWIFT tərəfindən AZIPS-ə ödəniş tapşırığının qəbul edilməsi
haqqında MT096 göndərilir və AZIPS ödəniş tapşırığını icraya qəbul edərək
aşağıdakıları yoxlayır:
- ödəniş tapşırığının nömrəsinin təkrarlanmamasını;
- Valyutalaşma tarixinin günün tarixinə uyğunluğunu.
Kənarlaşma olduqda ödəniş tapşırığının icrası imtina olunur və Emitent
İştirakçıya səbəbi göstərilməklə SWIFT tərəfindən MT019, AZIPS tərəfindən isə
MT298 SMT701 göndərilir.
Kənarlaşma olmadıqda:
- Emitent İştirakçının hesabı debetləşdirilir və Benefisiar İştirakçının hesabı
kreditləşdirilir;
- AZIPS tərəfindən SWIFT-ə ödənişin icra olunması haqqında MT097
göndərilir;
8
- SWIFT tərəfindən ödənişin icra olunması haqqında Emitent İştirakçıya
onun tələbindən asılı olaraq MT012, Benefisiar İştirakçıya isə ödəniş tapşırığı
göndərilir.
2.19. Ödənişlərin növbəliyini göstərmək məqsədi ilə Emitent İştirakçı
ödəniş tapşırıqlarının Başlıq hissəsində onların icra olunma ardıcıllığını əks etdirən
1-dən 99-dək Prioritet nömrəsini qeyd edə bilər. Emitent İştirakçı tərəfindən
göndərilən ödəniş tapşırığında Prioritet nömrəsi qeyd olunmadıqda AZIPS onun
Prioritet nömrəsini 98 kimi qəbul edir.
2.20. Emitent İştirakçı tərəfindən göndərilən və həmin günə Valyutalaşma
tarixi olan ödəniş tapşırığı aşağıdakı hallarda icra olunmadan “Gözləmə rejimində”
saxlanılır:
- Emitent və ya Benefisiar İştirakçının hesabı üzrə əməliyyatlar müvəqqəti
dayandırıldıqda;
- Emitent İştirakçının hesabında kifayət qədər vəsait olmadıqda;
- AZIPS müvəqqəti dayandırıldıqda;
- Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər
hallarda.
Bu halda AZIPS tərəfindən Emitent İştirakçıya MT298 SMT700 göndərilir.
2.21. Emitent İştirakçı Gözləmə rejimində olan ödəniş tapşırığının Prioritet
nömrəsini dəyişə bilər. Bu halda Emitent İştirakçı tərəfindən AZIPS-ə MT298
SMT202 göndərilir.
2.22. Prioritet nömrəsini hər hansı səbəbdən dəyişmək mümkün deyilsə,
AZIPS tərəfindən İştirakçıya səbəbi göstərilməklə MT298 SMT252 göndərilir.
2.23. Emitent İştirakçı Gözləmə rejimində olan ödəniş tapşırığını ləğv edə
bilər. Bu halda Emitent İştirakçı tərəfindən AZIPS-ə MT298 SMT200 göndərilir.
9
2.24. Ödəniş tapşırığının hər hansı səbəbdən ləğv edilməsi mümkün deyilsə,
AZIPS tərəfindən İştirakçıya səbəbi göstərilməklə MT298 SMT250 göndərilir.
2.25. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq
İştirakçının hesabı Mərkəzi Bank tərəfindən debetləşdirildiyi halda AZIPS
tərəfindən İştirakçıya MT900, kreditləşdirildiyi halda isə MT910 göndərilir.
2.26. İştirakçı hesabı haqqında ümumi məlumat (hesab üzrə debet və kredit
əməliyyatlarının ümumi məbləği və hesabın qalığı) almaq üçün AZIPS-ə MT920
göndərə bilər. Bu sorğuya cavab olaraq AZIPS tərəfindən İştirakçıya MT941
göndərilir.
2.27. İştirakçı hesabı üzrə Aralıq Çıxarış almaq üçün AZIPS-ə MT920
göndərə bilər. Bu sorğuya cavab olaraq AZIPS tərəfindən İştirakçıya MT942
göndərilir.
2.28. İştirakçı hesaba daxil olan, hesabdan silinən, habelə daxil olması və
silinməsi gözlənilən ödəniş tapşırıqları haqqında məlumat almaq üçün AZIPS-ə
MT298 SMT800 göndərə bilər. Bu sorğuya cavab olaraq AZIPS tərəfindən
İştirakçıya MT298 SMT850 göndərilir.
2.29. İştirakçı Gözləmə rejimində olan ödəniş tapşırıqları və Müxbir
hesabının vəziyyəti haqqında ümumi məlumat almaq üçün AZIPS-ə MT298
SMT801 göndərə bilər. Bu sorğuya cavab olaraq AZIPS tərəfindən İştirakçıya
MT298 SMT851 göndərilir.
2.30. İştirakçı Gözləmə rejimində olan ödəniş tapşırıqları haqqında
təfərrüatlı məlumat almaq üçün AZIPS-ə MT298 SMT804 göndərə bilər. Bu
sorğuya cavab olaraq AZIPS tərəfindən İştirakçıya MT298 SMT854 göndərilir.
2.31. İştirakçının sorğuları düzgün doldurulmadıqda AZIPS tərəfindən
İştirakçıya səbəbi göstərilməklə MT298 SMT900 göndərilir.
10
2.32. Mərkəzi Bank və diqər İştirakçılar AZIPS-də hesablaşmaların
aparılmasına
dair
məlumatları
Azərbaycan
Respublikasının
müvafiq
qanunvericiliyinə uyğun olaraq arxivləşdirir.
3. XÖHKS-DƏ HESABLAŞMALAR
3.1.
XÖHKS İştirakçıların Paket ödənişlərinin Klirinqi üçün istifadə olunur.
3.2. XÖHKS-də hesablaşmalar Azərbaycan Respublikasının müvafiq
normativ hüquqi aktlarının tələblərinə cavab verməlidir.
3.3. XÖHKS-in İştirakçısı aşağıdakı tələblərə cavab verməlidir:
- Mərkəzi Bank tərəfindən müəyyən edilən provayderlə ayrılmış xəttin
verilməsi haqqında müqaviləni bağlamalı;
- XÖHKS üzrə tələb olunan “Əməliyyatçının iş yeri”, “Açar meneceri”,
“Paket yoxlayıcısı” və “Fayl adapteri” modullarından ibarət olan proqram
təminatlarına malik olmalı;
- Mərkəzi Bankın XÖHKS-ə dair informasiya təhlükəsizliyi tələblərinə
cavab verməli;
- XÖHKS-ə dair Kollektiv Sazişin İştirakçısı olamalıdır.
3.4. Mərkəzi Bank XÖHKS-də gün ərzində Klirinq sessiyalarının sayını və
vaxtını, habelə XÖHKS-də qəbul edilən bir ödəniş tapşırığının maksimal
məbləğini müəyyən edir.
3.5. XÖHKS-dən istifadə ilə bağlı texniki problem yarandıqda İştirakçı
Mərkəzi Banka rəsmi müraciət (elektron və ya kağız daşıyıcılarda) etməlidir. Bu
halda həmin İştirakçı Mərkəzi Bankda ayrılmış xüsusi iş yeri vasitəsi ilə XÖHKS-
də iştirakını təmin edir.
3.6. Problem aradan qaldırıldıqda İştirakçı Mərkəzi Banka rəsmi məlumat
(elektron və ya kağız daşıyıcılarda) verir.
11
3.7. XÖHKS-də hesablaşmalar Klirinq hesabı vasitəsi ilə həyata keçirilir.
3.8. İştirakçı MT205-dən istifadə edərək AZIPS vasitəsi ilə Müxbir
hesabından Müxbir subhesabına vəsait köçürməklə Klirinq hesabının debet limitini
müəyyən edə bilər. İştirakçı Klirinq hesabının debet limitini gün ərzində dəyişə
bilər:
- Klirinq hesabının debet limitini artırdıqda İştirakçı Müxbir hesabından
Müxbir subhesabına vəsait köçürür. Bu halda XÖHKS tərəfindən İştirakçıya
MTn99 göndərilir;
- Klirinq hesabının debet limitini azaltdıqda İştirakçı tərəfindən XÖHKS-ə
MTn99 göndərilir. Bu halda İştirakçının həmin vaxta olan Klirinq hesabının
mövqeyi XÖHKS tərəfindən onun yeni müəyyən edilən debet limiti ilə müqayisə
edilir:
- İştirakçının həmin vaxta olan Klirinq hesabının mövqeyi yeni müəyyən
edilən debet limitindən azdırsa, XÖHKS tərəfindən İştirakçıya debet limitinin
azaldılması üzrə prosesin başlanması haqqında MTn99 göndərilir. İştirakçının
Klirinq hesabının debet limiti azaldıqda AZIPS vasitəsi ilə İştirakçıya MT910
göndərilir;
- İştirakçının həmin vaxta olan Klirinq hesabının mövqeyi yeni müəyyən
edilən debet limitindən artıqdırsa, XÖHKS tərəfindən Klirinq hesabının debet
limitinin dəyişməsi imtina olunur və bu barədə İştirakçıya MTn96 göndərilir.
3.9. İştirakçı ödənış tapşırıqları əsasında Paket ödənişlərini aşağıdakı
qaydada yarada bilər:
- “Əməliyyatçının iş yeri” modulu vasitəsi ilə;
- “Paket yoxlayıcısı” modulu ilə İştirakçının Mühasibatlıq Sistemi arasında
əlaqə interfeysi olduqda Mühasibatlıq Sistemi vasitəsi ilə.
12
3.10. İştirakçı “Paket yoxlayıcısı” modulu vasitəsi ilə Ümumi fayl yaradır və
həmin faylda Valyutalaşma tarixindən əvvəl 10 (on) təqvim günü tarixi ilə
istənilən sayda Paket ödənişlərini yerləşdirərək XÖHKS-ə göndərə bilər. Bu halda
həmin Paket ödənişləri XÖHKS-də saxlanılır və Valyutalaşma tarixində icra
olunur.
3.11. XÖHKS Ümumi faylı qəbul edərək aşağıdakıları yoxlayır:
- Ümumi faylda və Paket ödənişlərində Mərkəzi Bankın XÖHKS-ə dair
informasiya təhlükəsizliyi tələblərinə uyğun imzaların düzgünlüyünü;
- Ümumi faylın və Paket ödənişlərinin məcburi sahələrinin doldurulmasının
düzgünlüyünü;
- Paket ödənişlərini təşkil edən hər bir ödənış tapşırığının məbləğinin
XÖHKS-də qəbul edilən bir ödəniş tapşırığının maksimal məbləğini aşmamasını.
3.12. Kənarlaşma olduqda, yəni:
- Ümumi faylın imzalanmasında və məcburi sahələrin doldurulmasında
kənarlaşma olduqda Ümumi fayl XÖHKS tərəfindən geri qaytarılır və İştirakçıya
səbəbi qöstərilməklə MT158 göndərilir;
- Paket ödənişlərinin imzalanmasında və məcburi sahələrin doldurulmasında
kənarlaşma olduqda Paket ödənişləri XÖHKS tərəfindən geri qaytarılır və
İştirakçıya səbəbi göstərilməklə səhv Paket ödənişlərının siyahısını əks etdirən
MT158 göndərilir;
- Paket ödənişlərini təşkil edən bir ödəniş tapşırığının məbləği XÖHKS-də
qəbul edilən bir ödəniş tapşırığının maksimal məbləğini aşdıqda həmin ödəniş
tapşırığı XÖHKS tərəfindən geri qaytarılır və İştirakçıya səbəbi göstərilməklə
MT158 göndərilir.
3.13. Kənarlaşma olmadıqda:
13
- XÖHKS tərəfindən İştirakçıya Ümumi faylın icraya qəbul edilməsi
haqqında MT196 göndərilir;
- Paket ödənişlərini təşkil edən ödəniş tapşırıqları göndərilmə ardıcıllığı ilə
icra edilir.
3.14. Emitent İştirakçı tərəfindən göndərilən və həmin günə Valyutalaşma
tarixi olan Paket ödənişləri aşağıdakı hallarda icra olunmadan “Gözləmə
rejimində” saxlanılır:
- Emitent İştirakçının hesabında kifayət qədər vəsait olmadıqda;
- Emitent və ya Benefisiar İştirakçının hesabı üzrə əməliyyatlar müvəqqəti
dayandırıldıqda;
- XÖHKS müvəqqəti dayandırıldıqda;
- Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər
hallarda.
Bu halda XÖHKS tərəfindən İştirakçıya MT196 göndərilir.
3.15. Emitent İştirakçı Gözləmə rejimində olan Paket ödənişlərini və ya
Paket ödənişlərini təşkil edən ödəniş tapşırığını ləğv edə bilər. Bu halda Emitent
İştirakçı tərəfindən XÖHKS-ə MT192 göndərilir. Paket ödənişləri və ya Paket
ödənişlərini təşkil edən ödəniş tapşırığı ləğv olunduqda XÖHKS tərəfindən
İştirakçıya MT196 göndərilir.
3.16. Emitent İştirakçı Gözləmə rejimində olan Paket ödənişlərini və Paket
ödənişlərini təşkil edən ödəniş tapşırığını ləğv edə bilər. Bu halda Emitent İştirakçı
tərəfindən XÖHKS-ə MT198/192 göndərilir. Paket ödənişləri və Paket ödənişlərini
təşkil edən ödəniş tapşırığı ləğv olunduqda XÖHKS tərəfindən İştirakçıya MT198
göndərilir.
14
3.17. Paket ödənişlərini və ya Paket ödənişlərini təşkil edən ödəniş
tapşırığının hər hansı səbəbdən ləğv edilməsi mümkün deyilsə, XÖHKS tərəfindən
İştirakçıya səbəbi göstərilməklə MT196 göndərilir.
3.18. XÖHKS-də Klirinq sessiyaları aşağıdakı dövrlərə bölünür:
- Sənədlərlə mübadilə ;
- Klirinqqabağı ;
- Klirinq.
3.19. Klirinq sessiyası açıldıqda XÖHKS tərəfindən İştirakçılara MTn99
göndərilir. Bu andan etibarən Sənədlərlə mübadilə dövrü başlanılır və bu dövrdə
İştirakçı Ümumi faylları XÖHKS-ə göndərə bilər.
3.20. Sənədlərlə mübadilə dövrü qurtardıqda XÖHKS tərəfindən
İştirakcılara cari Klirinq sessiyasına Ümumi faylların qəbulunun dayandırılması
haqqında MTn99 göndərilir. Bu andan etibarən Klirinqqabağı dövr başlanılır və
İştirakçı tərəfindən bu dövrdə XÖHKS-ə göndərilən Ümumi fayllar günün növbəti
Klirinq sessiyasına saxlanılır.
3.21. Klirinqqabağı dövrdə XÖHKS tərəfindən hər bir İştirakçının Klirinq
hesabı üzrə ilkin xalis mövqeyi hesablanılır və İştirakcıya icra olunan və icra
olunmayan ödəniş tapşırıqlarını, habelə ödəniş tapşırıqlarının icra edilməsi üçün
çatışmayan məbləği əks etdirən MT986/INBP göndərilir. İştirakçının Klirinq
hesabında kifayət qədər vəsait
i
olmadıqda həmin günə Valyutalaşma tarixi olan
icra olunmayan ödəniş tapşırıqlarının icrası məqsədi ilə Klirinq hesabının debet
limitinin artırılması imkanı verilir.
3.22. Klirinqqabağı dövr qurtardıqda XÖHKS tərəfindən İştirakçılara
MTn99 göndərilir. Bu andan etibarən Klirinq dövrü başlanılır və bu dövrdə
İştirakçıların cari Klirinq sessiyasında Klirinq hesabları üzrə xalis mövqeləri
müəyyən edilir və İştirakçıya:
15
- Klirinq hesabının debet və ya kredıt edilməsini təsdiq edən MT900 və ya
MT910;
- cari Klirinq sessiyasında icra olunan və icra olunmayan ödəniş
tapşırıqlarını əks etdirən MT970;
- cari Klirinq sessiyasında Klirinq hesabı üzrə xalis mövqeyini əks etdirən
MT971 göndərilır.
3.23. XÖHKS-də cari Klirinq sessiyasında həmin günə Valyutalaşma tarixi
olan icra olunmayan Paket ödənişləri həmin günün növbəti Klirinq sessiyasına
keçirilir. Növbəti Klirinq sessiyası nəzərdə tutulmadıqda icra olunmayan
Paket ödənişləri ləğv edilir. Bu halda XÖHKS tərəfindən İştirakçıya MT158
göndərilir.
3.24. Klirinq sessiyası qurtardıqda XÖHKS tərəfindən İştirakçılara MTn99
göndərilir.
3.25. Klirinq sessiyasının sonunda İştirakçının Klirinq hesabı üzrə
əməliyyatlar
ı
İştirakçıların Müxbir subhesabında əks olunur. Günün sonunda
İştirakçının Müxbir subhesabının qalığı AZIPS vasitəsi ilə Müxbir hesabına
köçürülür.
3.26. İştirakçı Klirinq hesabı haqqında ümumi məlumat (hesab üzrə debet və
kredit əməliyyatlarının ümumi məbləği və hesabın qalığı) almaq üçün XÖHKS-ə
MT920 göndərə bilər. Bu sorğuya cavab olaraq XÖHKS tərəfindən İştirakçıya
MT941 göndərilir.
3.27. İştirakçı Klirinq hesabı üzrə Aralıq Çıxarış almaq üçün XÖHKS-ə
MT920 göndərə bilər. Bu sorğuya cavab olaraq XÖHKS tərəfindən İştirakçıya
MT942 göndərilir.
3.28. İştirakçı göndərdiyi Ümumi faylın, Ümumi faylı təşkil edən bir
Paket ödənişlərinin və ya Paket ödənişlərini təşkil edən bir ödəniş
16
tapşırığının icrası haqqında məlumat almaq ücün XÖHKS-ə MT195/STAT
göndərə bilər. Bu sorğuya cavab olaraq XÖHKS tərəfindən İştirakçıya MT196
/STAT göndərilir.
3.29. İştirakçı göndərdiyi Ümumi faylın, Ümumi faylı təşkil edən
Paket ödənişlərinin və Paket ödənişlərini təşkil edən bir ödəniş tapşırığının icrası
haqqında məlumat almaq ücün XÖHKS-ə MT198/195/STAT göndərə bilər.
Bu sorğuya cavab olaraq XÖHKS tərəfindən İştirakçıya MT198 göndərilir.
3.30.
İştirakçı
göndərdiyi
Ümumi
faylı
təşkil
edən
bir
neçə Paket ödənişlərinin icrası haqqında məlumat almaq üçün XÖHKS-ə
MT195/LİST göndərə bilər. Bu sorğuya cavab olaraq XÖHKS tərəfindən
İştirakçıya MT158 göndərilir.
3.31. İştirakçı göndərdiyi Paket ödənişlərini təşkil edən bir neçə ödəniş
tapşırığının icrası haqqında məlumat almaq üçün XÖHKS-ə MT195/LIST göndərə
bilər. Bu sorğuya cavab olaraq XÖHKS tərəfindən İştirakçıya MT198 göndərilir.
3.32. İştirakçı Ümumi faylın surətini almaq üçün XÖHKS-ə MT195/COPY
göndərə bilər. Bu sorğuya cavab olaraq XÖHKS tərəfindən MT156 göndərilir.
3.33. İştirakçı Paket ödənişlərinin və ya Paket ödənişlərini təşkil
edən ödəniş tapşırığının surətini almaq üçün XÖHKS-ə MT195/COPY göndərə
bilər. Bu sorğuya cavab olaraq XÖHKS tərəfindən İştirakçıya MT196
göndərilir.
3.34. İştirakçı Paket ödənişlərinin və Paket ödənişlərini təşkil edən ödəniş
tapşırığının surətini almaq üçün XÖHKS-ə MT198/195/COPY göndərə bilər.
Bu sorğuya cavab olaraq XÖHKS tərəfindən İştirakçıya MT198 göndərilir.
3.35. Mərkəzi Bank və diqər İştirakçılar XÖHKS-də hesablaşmaların
aparılmasına
dair
məlumatları
Azərbaycan
Respublikasının
müvafiq
qanunvericiliyinə uyğun olaraq arxivləşdirir.
17
4. KAĞIZ DAŞIYICILARDA HESABLAŞMALAR
4.1. Banklar ödəniş tapşırıqını Mərkəzi Banka kağız daşıyıcılarda təqdim
edə bilərlər.
4.2. Mərkəzi Bank kağız daşıyıcılarda təqdim olunmuş ödəniş tapşırığının
icrasını aşağıdakı sistemlər vasitəsilə həyata keçirir:
- vəsait alan bank AZİPS-in İştirakçısı olduqda AZİPS vasitəsi ilə;
- vəsait alan bank AZİPS-in Autsayderi olduqda BMS vasitəsi ilə.
4.3. Mərkəzi Bank təqdim olunmuş ödəniş tapşırığını bu Qaydaların 1.4-cü
bəndinə uyğun olaraq yoxlayır. Kənarlaşma olduqda ödəniş tapşırığı icra
olunmadan geri qaytarılır.
Kənarlaşma olmadıqda Mərkəzi Bank:
- ödəniş tapşırığı əsasında vəsaiti göndərən bankın hesabını debetləşdirir və
vəsait alan bankın hesabını kreditləşdirir;
- ödəniş tapşırığının bir nüsxəsində icra haqqında qeyd apararaq vəsaiti
göndərən banka təqdim edir;
- vəsaiti alan bank AZİPS-in Autsayderi olduqda ödəniş tapşırığını iki nüsxədə
Hesabdan Çıxarışla birlikdə vəsaiti alan banka təqdim edir.
4.4. Mərkəzi Bank və digər İştirakçılar kağız daşıyıcılarda hesablaşmaların
aparılmasına
dair
məlumatları
Azərbaycan
Respublikasının
müvafiq
qanunvericiliyinə uyğun olaraq arxivləşdirir.
5. YEKUN MÜDDƏALAR
Bu Qaydalar 2002-ci il “01” dekabr tarixindən qüvvəyə minir.
Dostları ilə paylaş: |