18.10. Faydalı model barəsində iddia sənədinin ixtira barəsində iddia sənədinə çevrilməsi
üçün - 7 manat.
18.11. apellyasiya şurasına etirazla müraciət edilməsi:
18.11.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina
qərarına qarşı - 10 manat;
18.11.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə
qarşı - 6 manat;
18.11.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı – 40 manat.
18.12. Ötürülmüş müddətlərin bərpası:
18.12.1. patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən apellyasiya
şurasına etirazla müraciət edilməsi üçün - 20 manat;
18.12.2. dərc olunmuş iddia sənədi üzrə daxil olan etirazla bağlı iddiaçının apellyasiya
şurasına cavab verilməsi üçün - 25 manat.
18.13.
İxtiranın, faydalı modelin, sənaye nümunəsinin
qeydiyyatı, patentin verilməsi
və dərc olunması ilə bağlı:
cxxviii[128]
18.13.1. ixtira üçün - 10 manat;
18.13.2. faydalı model üçün - 7 manat;
18.13.3. sənaye nümunəsi üçün - 7 manat;
18.13.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün - 1 manat.
18.14. Dərc olunduqdan sonra iddia sənədinin materialları ilə tanış olmaq üçün – 10
manat.
18.15. Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə
dair patentin verilməsi üçün – 7 manat.
18.16. Verilmiş patentdə dəyişikliklər edilməsi üçün - 7 manat.
18.17.
İxtira, faydalı model, sənaye nümunəsiilə
bağlı hüquqların verilməsi barəsində
müqavilələrin qeydiyyata alınması üçün:
cxxix[129]
18.17.1. bir ədəd ixtira, bir ədəd faydalı model və bir ədəd sənaye nümunəsinə dair iddia
sənədi üzrə, ayrılıqda hər biri üçün - 10 manat;
18.17.2. bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye
nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün - 25 manat;
18.17.3. ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən
artıq hər patent üçün) - 10 manat;
18.17.4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq
hər patent üçün) - 10 manat.
18.18. İxtira, faydalı model və sənaye nümunəsi obyektindən istifadə hüququnun
verilməsi barədə müqavilənin qeydiyyata alınması üçün:
18.18.1. bir iddia sənədi üçün - 10 manat;
18.18.2. bir neçə iddia sənədi üçün (hər əlavə iddia sənədi üçün) – 10 manat.
18.18-1. Patent hüququnun girov qoyulması barədə müqavilənin (bir ədəd ixtira
patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə,
ayrılıqda hər biri üçün) qeydiyyata alınması üçün - 50 manat;
cxxx[130]
18.19. Lisenziya müqavilələrinin qeydiyyata alınması:
18.19.1. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir ədəd patenti
üçün - 25 manat;
18.19.2. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir neçə patenti
üçün (birdən artıq nəzərdə tutulan hər patent üçün) – 20 manat.
18.20. İddia sənədi və ya patenti üzrə hüquqların verilməsinə dair qeydiyyata alınmış
müqavilələrdə və ya obyektin istifadəsi ilə bağlı qeydiyyata alınmış lisenziya müqavilələrində
dəyişikliklərin edilməsi üçün - 10 manat.
18.21. İlkin istifadəçinin hüquqlarının tanınması məqsədi ilə onun iddiasına baxılması
üçün – 25 manat.
18.22. İxtira patentinin qüvvədə saxlanması üçün:
18.22.1. 3-cü ildən 10-cu ilə kimi - 5 manat, hər artan il üçün 3 manat artırılmaqla;
18.22.2. 11-ci ildən 20-ci ilə kimi – 40 manat, hər artan il üçün 4 manat artırılmaqla.
18.22.3. 21-ci ildən 25-ci ilə kimi - 100 manat, hər artan il üçün 10 manat
artırılmaqla.
cxxxi[131]
18.23. Faydalı model patentinin qüvvədə saxlanılması üçün, 3-cü ildən 10-cu ilə kimi – 5
manat, hər artan il üçün 3 manat artırılmaqla.
18.24. Sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün:
18.24.1. 3-cü ildən 10-cu ilə kimi - 5 manat, hər artan il üçün 3 manat artırılmaqla;
18.24.2. 11-ci ildən 15-ci ilə kimi - 50 manat, hər artan il üçün 10 manat artırılmaqla.
cxxxii[132]
18.25. Patentin qüvvədə olma ilində illik rüsumun ödənilməsi ilə bağlı ötürülən müddətin
12 aya qədər verilməsinə görə, hər ay üçün - 3 manat.
18.26. Əmtəə nişanının və ya coğrafi göstəricinin qeydə alınması barəsində veri lən iddia
sənədi üçün (əmtəənin və ya göstərilən xidmətin 5-dən artıq olmayan sinifləri üçün):
18.26.1. iddia sənədinin ilkin ekspertizası üçün - 10 manat;
18.26.2. iddia sənədinin ekspertizası üçün - 50 manat.
18.27. Əmtəənin və ya göstərilən xidmətin 5-dən artıq hər sinfi üçün - 25 manat.
18.28. İddiaçının vəsatəti əsasında “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”
Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 12-ci hissəsinə uyğun olaraq, müddətin
əlavə 2 ay uzadılması üçün - 20 manat.
18.29. Əmtəə nişanına dair ilkinliyin istənilməsi üçün - 15 manat.
18.30. Əmtəə nişanına və coğrafi göstəriciyə dair verilmiş iddia sənədi materiallarında
düzəlişlərin, dəqiqləşdirmələrin aparılması, əlavələrin edilməsi üçün - 15 manat.
18.31. Ekspertizanın sorğusuna cavabın verilmə müddətinin uzadılması üçün - 25 manat.
18.32. Əmtəə nişanına və coğrafi göstəriciyə dair iddia sənədinin verilən tarixdən bir ay
ərzində ekspertizasının aparılması üçün - 45 manat.
18.33. Ötürülmüş müddətin bərpası ilə bağlı, iddia sənədi barədə ekspertizanın qərarı ilə
razı olmadıqda apellyasiya şurasına etiraz verilməsi üçün – 20 manat.
18.34. Apellyasiya komissiyasına etirazın verilməsi:
18.34.1. əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd
qərarına qarşı - 20 manat;
18.34.2. coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd
qərarına qarşı – 20 manat;
18.34.3. əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 60
manat;
18.34.4. coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 35
manat;
18.34.5. qeydə alınmış əmtəə nişanına qarşı - 80 manat;
18.34.6. qeydə alınmış coğrafi göstəriciyə qarşı – 45 manat.
18.34-1. Əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya şurasına ərizənin verilməsi
üçün - 150 manat.