102
Liderin nüfuzunun da əks olunduğu siyasi portreti
formalaşır:
Formalaşdırıcı vasitələr və istiqamətlər:
Daxili aləmin zənginliyi,
-təbii irsi-genetik amillər-gen sistemi ilə keçən tarazlı,
yetişkən kodlar;
Ətraf aləmin dəyərləri,
-ailə tərbiyəsi;
-məktəb-müəllim tərbiyəsi;
-təhsil amili;
-ictimai-siyasi təlimlər;
-cəmiyyət tərbiyəsi və cəmiyyət əxlaqı, cəmiyyət tövsiyyəsi
və qınağı;
-siyasi mühit;
Liderin etik keyfiyyətləri və nitq mədəniyyəti,
-morfoloji nitq;
-nitq mədəniyyətinin tərkibi olaraq lüzumsuz dialekt
sözlərindən, jarqon ünsürlərindən
təmizlənmiş nitq;
-düzgün seçilən, yerində işlədilən ifadəlilik vasitələri –
leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər,
ritorik suallar və s;
-nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi,
zənginliyi;
-nitqdə orfoepik, orfoqrafik, leksik, qrammatik, üslubların
yerində işlənilməsi və s;
-nitqin aydınlığını yaradan amillərdən biri də diksiyadır.
(Diksiya latınca dictio sözündən alınmışdır, mənası sözlərin
düzgün, səslərin öz məxrəcinə uyğun
şəkildə tələffüz olunması deməkdir)
-nitqin melodikliyi;
-bədii təsvir vasitələri (bura daxildir: məcazi mənada
işlədilən söz və ifadələr, təşbeh, metafora, mübaliğə və s.
müxtəlif üslubi priyomlar;
– sözlərin təkrarı və ya buraxılması, inversiya, ritorik-