71
Səhərin açılmasıyla Sofi də oyandı. Saata baxdı. 5 idi, 6- ya iki-üç
dəqiqə işləyirdi, amma onun yuxusu elə qaçmışdı ki, lap cin kimiydi,
qalxıb çarpayısında oturdu. Bu nədi, bayırlıq paltarı niyə əynindədi?
Birdən hər şey yadına düşdü.
Kətilin üstünə çıxıb şkafın yuxarı gözünü yoxladı. Hə, ordadı. Video
kaset arxada idi. Yuxuda görməmişdi.
Amma gördükləri əsl Platonla Sokrat ola bilməzdi... ee, eh! Onun
daha bu barədə fikirləşməyə enerjisi qalmamışdı. Bəlkə anası haqlı idi,
bəlkə bu günlərdə onun başı bir az xarab olmuşdu?
Hər halda o, yenidən yuxulaya bilməzdi. Bəlkə bayıra çıxıb xəlvəti
guşəsinə getsin, bəlkə labrador ora təzə məktub
qoyub? Sofi pilləkənlərlə düşdü, başmaqlarını cütlədi, geyinib bağa
çıxdı.
Bağda hər şey olduqca gözəl və təmiz idi. Quşlar elə ürəkdən
oxuyurdular ki, Sofi gülməyini güclə saxladı. Səhər şehi otların
üzərində büllur damcıları kimi görünürdü. Dünyanın inanılmaz
mənzərəsi onun ruhunu oxşadı.
Bağın qocaman ağaclıq-kolluq hissəsi də nəmişkənlik idi.
Filosofdan yeni məktub yox idi, ancaq Sofi yoğun kötüklərdən birini
silib üstündə oturdu.
Videodakı Platonun ona verdiyi sualları yada saldı.
Birincisi beləydi ki, çörəkçi əlli dənə bir-birinin eyni olan çörəyi necə
bişirir?
Sofi bu barədə ətraflı düşünməli oldu, çünki bu, asan işə bənzəmirdi.
Anası bəzən bir tava peçenye bişirirdi, amma o peçenyelər heç vaxt
eyni cür alınmırdı. Axı anası peşəkar biş- düş ustası deyildi. Həmin
vaxt mətbəx elə hala düşürdü ki, sanki içində bomba partlayıb. Amma
heç onların dükandan aldıqları bişmişlər də heç vaxt eyni cür olmurdu.
Adamşəkilli peçenyelərin hərəsi şirniyyatçının əlindən bir cür çıxırdı.
Birdən Sofinin sifətinə məmnun təbəssüm yayıldı. Yadına düşdü ki,
anası Yeni il bayramında adamşəkilli peçenye bişirirdi, o isə atasıyla
bazarlığa getmişdi. Onlar evə qayıdanda mətbəx masasına çoxlu
peçenye düzülmüşdü. Hamısı mükəmməl olmasa da, formaları eyni idi.
downloaded from KitabYurdu.org
72
Doğrudan, necə olmuşdu bu? Əlbəttə, anası onların hamısını eyni
qəlibdən çıxarmışdı.
Sofi birinci sualın öhdəsindən gəlməyə kömək edən o hadisəni
xatırladığına görə, özündən çox razı qaldı. Əgər şirniyyatçı əlli ədəd
bir-birinin eyni olan adamşəkilli peçenye bişirirsə, deməli, onları eyni
bir xəmir qəlibindən keçirir. Bunun başqa yolu yoxdu!
Sonra video-Platon kameraya baxaraq sual vermişdi ki, niyə bütün
atlar eynidir? Amma axı onların hamısı eyni deyil!
İki eyni adam olmadığı kimi, Sofi iki eyni at da yada sala bilmədi.
Peçenye haqda fikirləşdiyini atlara tətbiq edə bilərdi. Amma onların
heç biri o birinin eyni deyil. Bəziləri o arıqdır, bəziləri yorğa, bəziləri
kök. Lakin hər halda ilk baxışdan hamı görə bilər ki, atların hamısı
“eynidi”.
Platon əslində onu soruşurdu ki, niyə at həmişə atdır, məsələn, atla
donuzun qarışığı deyil. Çünki bəzi atlar ayılar kimi qəhvəyi, bəziləri
quzu kimi ağ olsa da, bütün atların ümumi bir cəhəti var. Məsələn, Sofi
heç vaxt altı, yaxud səkkiz ayaqlı ata rast gəlməyib.
Yəqin Platon elə düşünmür ki, atların bənzərliyinə səbəb onların
eyni bir qəlibdən çıxmasıdı.
Platonun növbəti sualı həqiqətən də çətin sual idi. İnsanın ölməz
ruhu varmı? Sofi bu sualın qarşısında özünü aciz hiss etdi. O, yalnız
bunu bilirdi ki, ölünü ya yandırırlar, ya da dəfn edirlər, onlar üçün heç
bir gələcək yoxdu. İnsanın ölməz ruhu olsaydı, adam bədəninin iki
hissəli olduğuna inanmalıydı. Bir neçə ildən sonra parçalanıb dağılan
bədən və bədənin başına nə gəlməsindən asılı olmadan, azad yaşayan
ruh. Nənəsi bir dəfə demişdi ki, elə bil qocalan yalnız bədənimdi, daxili
aləmimdə isə həmişə gənc qızam.
“Gənc qız” fikri Sofini sonuncu suala gətirib çıxardı: Qadınlarla
kişilər eyni dərəcədə həssasdırmı? Sofi bunun cavabını
dəqiq bilmirdi. Baxır, Platon “həssas” deyərkən nəyi nəzərdə tutur?
Bu filosofun Sokrat haqda dediyi bir söz Sofinin yadına düşdü.
Sokrat demişdi ki, fəlsəfi həqiqətləri sadəcə öz mühakiməsindən
istifadə etməklə hər kəs dərk edə bilər. Onu da demişdi ki, qulun və
downloaded from KitabYurdu.org
73
əsilzadənin mühakiməsi birdi. Sofi əmin idi ki, Sokrat bununla həm də
qadınlarla kişilərin eyni mühakiməyə malik olduqlarını deyirmiş.
Oturub fikirlərə qərq olan vaxt kol çəpərin içindən qəfil xışıltı
eşidildi, buxar mühərrikinin səsinə bənzər bir nəfəs səsi gəldi. Növbəti
an qızılı Labrador Sofinin xəlvəti guşəsinə sivişdi. Ağzında böyük bir
zərf vardı.
“Hermes! - Sofi çağırdı. - Gəl, at bura, gəl!” İt zərfi ağzından Sofinin
dizinin üstünə buraxdı. Sofi onun başını sığallamaq üçün əlini uzatdı.
Sən yaxşı oğlansan, Hermes! - dedi.
İt yerə uzandı və başının tumarlanmasına razı oldu. Amma bir neçə
dəqiqədən sonra qalxıb çəpərliyin ortasıyla, gəldiyi yollla da geri
qayıtdı... Sofi əlində qəhvəyi zərflə onun dalınca
düşdü. Bu sıx ağacların, kolların arasından sivişdi, - az sonra bağın o
tərəfində idi.
Hermes artıq meşəyə doğru götürülmüşdü, Sofi onun dalınca
qaçırdı. İt iki dəfə arxaya dönüb hürdü, amma Sofi vaz keçmədi,
dayanmadı.
Bu dəfə o, filosofu tapmağa qərarlı idi, hətta bunun üçün Afinaya
qədər qaçmaq lazım gəlsə də.
İt daha sürətlə qaçırdı və qəfildən başqa cığıra dönüb gözdən itdi.
Sofi yenə təslim olmadı, qaçmağa davam etdi, amma bir neçə
dəqiqədən sonra it geri dönüb onunla üz-üzə gəldi və bələdçi iti kimi
ucadan hürməyə başladı. Sofi hələ də təslim olmaq istəmirdi, buna görə
də vəziyyətdən istifadə edərək aralarındakı məsafəni azaltmağa çalışdı.
Hermes dönüb üzüaşağı sürət götürdü. Sofi ona heç cür çata
bilməyəcəyini anladı, bununla barışdı. Yerində dayandı, onun qaça-
qaça uzaqlaşdığını dinşədi, əbədiyyət qədər vaxt keçdi. Sonra sakitlik
çökdü.
Meşənin içində bir ağac parçasının üstünü xəfifcə təmizləyərək
oturdu. Qəhvəyi zərf hələ də əlindəydi. Onu açdı,
içindəki kağızları çıxardı və oxumağa başladı.
“Platonun Akademiyası
...ruhlar səltənətinə dönmək həsrəti...
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |