171
fərqliydi.
Bağışla, Coanna, amma bu ört-basdır əməliyyatında mənim də
payımın olmasını istədim.
Hara getmişdin, əvvəl-axır, mənə bu barədə danışmaq fikrin var?
Mənimlə bizə getsən, hə. Çünki danışacaqlarımı maliyyə müvəkkili
ilə onun Barbi gəlinciyi arvadı eşitməsə də olar.
Bəsdi görək, Sofi! Guya kişinin aylarla dənizdə qaldığı sarsaq
evliliklər bundan yaxşıdı!
Razıyam. Amma mən bu gecə az yatmışam. Üstəlik, məni narahat
etməyə başlayıb ki, görəsən, Hilde bizim etdiyimiz hər şeyi görürmü?
Onlar “Böyük mülklər” küçəsinə tərəf addımlamağa başladılar.
Demək istəyirsən, onun altıncı hissi var?
Bilmirəm. Bəlkə hə, bəlkə də yox.
Coanna bütün bu sirlər barədə bilməyə heç həvəsli deyildi.
Amma bu, onun atasının meşəlikdəki boş evə çoxlu axmaq
məktubları niyə göndərməsini izah etmir.
Hə, bunu izah etmək çox çətindir.
Harada olduğunu mənə deyəcəksən, nəhayət?
Beləcə, Sofi ona hara getdiyini dedi. Hər şeyi danışdı, sirli fəlsəfə
kursundan da. Amma əvvəlcə Coannanı and içdirdi ki, bütün bunlar
ikisinin arasında qalacaq.
Bir müddət onlar heç nə danışmadan getdilər. Böyük mülklər
küçəsinə yaxınlaşanda Coanna: “Mənim bütün bunlardan heç xoşum
gəlmir”,- dedi və Sofigilin darvazasında dayandı, çevrilib evlərinə
getməyə başladı.
Heç kəs sənə demir ki, xoşun gəlsin. Amma fəlsəfə adi əyləncəli
oyun deyil. Fəlsəfə bizim kim olmağımz və haradan gəlməyimizlə
bağlıdır. Səncə, bu barədə bizə məktəbdə kifayət qədər danışırlar?
Hər halda belə suallara heç kəs cavab verə bilməz.
Hə, amma bizə heç bu sualları soruşmağı da öyrətmirlər.
Sofi mətbəxə girəndə nahar masanın üzərində idi. Anası onun
Coannagildən niyə zəng etmədiyini soruşmadı.
Nahardan sonra Sofi bir az mürgüləmək istədiyini dedi. Coannagildə
downloaded from KitabYurdu.org
172
pis yatdığını söylədi. Başqasının evində yatanda belə şeylər olur.
Çarpayısına uzanmazdan əvvəl indi onun divarından asılan böyük
bürünc çərçivəli güzgünün önündə dayandı. Əvvəlcə öz rəngsiz və
yorğun sifətini gördü. Sonra... sonrasa öz sifətinin arxasında sanki
başqa bir solğun sifət peyda oldu. Sofi bir neçə dəfə dərindən nəfəs aldı.
Gözünə nəyinsə görünməyə başlaması yaxşı şey deyildi.
O, təbiətin öz üslubunda olan o ipə-sapa yatmaz saçının əhatələdiyi
solğun sifətinin cizgilərini süzdü. Lakin bu sifətin arxasında başqa bir
qız da vardı. Qəfildən həmin qız hər iki gözünü birdən qırpdı, sanki
həqiqətən də orada, o biri tərəfdə olmasına işarə verirdi. Bir neçə
saniyədən sonra yox oldu.
Sofi çarpayının kənarında oturdu. Qəti əmindi ki, güzgüdə gördüyü
Hilde idi. Onun şəklini mayorun evində məktəb vəsiqəsinin üstündə
görəndən yadında saxlamışdı. Güzgüdə gördüyü həmin qız olmalıydı.
Qəribə deyilmi, necə olur ki, belə sehrli şeylər həmişə son dərəcə
yorğun olanda başına gəlir? Ona görə də yorğunluğu keçəndən sonra
həmişə
bu
olanların xəyal məhsulu olduğunu düşünmək
məcburiyyətində qalırdı.
Sofi paltarlarını stulun üstünə atıb çarpayıya yayxandı. Dərhal
yuxuya getdi və qəribə canlı yuxu görməyə başladı.
Gördü ki, qırmızı rəngli qayıq tərsanəsinə açılan bir bağda dayanıb.
Sahildə sarı saçlı gənc qız oturub suya tamaşa edir. Sofi qıza tərəf
addımlayıb onun yanında əyləşir. Qız isə sanki onu görmürdü. Sofi
“Salam, mənim adım Sofidir” - deyib özünü tanıdır. Amma qız onu nə
görür, nə də eşidirdi. Birdən Sofi onu çağıran bir səs eşidir: “Hilde!”
Qız səsi eşidən kimi ayağa qalxıb bacardığı qədər sürətlə evə tərəf
qaçmağa başlayır. Deməli, qız nə kordur, nə də kar! Orta yaşlı bir kişi
evdən çıxıb iri addımlarla ona tərəf gəlirdi. O, xaki rəngli uniforma
geyinmişdi və başında mavi beret vardı. Qız qollarını açıb onun
boynuna tullanır və kişi onu bir neçə dəfə ətrafında fırladır. Sofi qızın
bayaq oturduğu yerdə kiçik qızıl xaçlı boyunbağı görür. Onu əlinə
götürüb baxır və yuxudan oyanır.
Sofi saata baxdı. İki saat yatmışdı. Qalxıb çarpayıdaca oturdu, qəribə
downloaded from KitabYurdu.org
173
yuxunu düşünməyə başladı. Elə aydın, elə parlaq idi ki, sanki yuxu
deyil, gerçək idi. Həmin evin və qayıq tərsanəsinin doğrudan da
haradasa olduğuna əmin idi. Bəlkə
mayorun evindəki rəsmdə gördüyü mənzərə qalmışdı yadında? Hər
halda qətiyyən şübhə yox idi ki, yuxuda Hilde Moller Knaqı görüb və
kişi onun Livandan qayıtmış atasıdır. Yuxuda gördüyü adam bir az da
Alberto Knoksa bənzəyirdi.
Sofi çarpayısını yığışdıranda balışının altında boyunbağı tapdı,
boyunbağının üstündə qızıl xaç kulon vardı. Xaçın arxasında üç hərf
döyülmüşdü: HMK.
Sofi əvvəllər də yuxuda qiymətli əşyalar tapmışdı. Amma belə bir
şeyi yuxusundan çıxarıb gətirə bilməsi ilk dəfə idi!
Dəhşət! - o, bağırdı.
Az qaldı ki, özündən getsin. Tez dolabın qapısını açdı, xaçı yuxarı
gözə ipək şarfın, ağ corabın və Livan açıqcalarının yanına atdı.
Ertəsi gün Sofi gözünü açıb, qarşısında isti bulkalar, portağal suyu,
yumurtalar, tərəvəz salatından ibarət böyük süfrə gördü. Sofinin
anasının bazar günləri adətən gec oyanırdı. Belə tez oyananda isə
bunun şərəfinə Sofini oyatmazdan əvvəl əla bir səhər süfrəsi
hazırlayırdı.
Yemək vaxtı anası dedi:
Həyətdə yad it var. Səhərdən çəpərlik tərəfdə gəzib ətrafı iyləyir. Nə
işi var onun bizim həyətdə, bilmirsən?
A, həə! - Sofinin ağzından çıxdı, amma dərhal peşman oldu.
Əvvəllər də bura gəlib?
Sofi artıq masadan qalxmış və bağa açılan pəncərədən baxmaq üçün
qonaq otağına getmişdi. Onun fikirləşdiyi kimi, Hermes çəpərin
yanında, onun gizli guşəsinin qarşısında uzanmışdı.
İndi nə desin? Anası gəlib onun qarşısında durana qədər
fikirləşməyə vaxtı olmadı.
Dedin, əvvəllər burda olub?
Məncə, orada torpağa sümük basdırıb və indi də öz xəzinəsinin
dalınca gəlib. İtlərin də yaddaşı olur...
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |