Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə20/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   16   17   18   19   20   21   22   23   ...   175

45 

 

Ənvər  PaĢa  Birinci  Dünya  müharibəsindən  əvvəl  xüsusi  kəĢfiyyat  qrupları 



ilə  bərabər,  silahlı  qüvvələrin  strukturunda  da  Xüsusi  Xidmət  Qüvvələri  təĢkil 

etmiĢdi.


30

  Türk  BaĢ  Qərargahının  düĢüncəsinə  görə,  Qüvvəyi-Səfəriyyələrin 

vəzifəsi  qısıca  bundan  ibarət  idi:  Ġran,  Əfqanıstan  və  Türküstanda  ingilis  və  rus 

iĢğalı  altındakı  türk  və  müsəlman  xalqları  üsyana  qaldıracaqlar,  Ġrandan  Qafqaza 

da keçəcəklər və yenə Azərbaycanda üsyan baĢladaraq, rus ordusunun mühasirəyə 

alınmasına yardım edəcəkdilər.

31

 

Ənvər  PaĢa  5-ci  Qüvvəyi-Səfəriyyə  Komandanlığı  üçün  Ġstanbul  Mərkəz 



komandanı  yarbay  Xəlil  bəyə  vəzifə  vermiĢdi.  Məsələ  ilə  əlaqəli  vəzifələndirmə 

əmri belə idi: 



Köprüköy - 13.12.1914 

Ġstanbulda Mərkəz komandanı Yarbay Xəlil bəyə: 

1.

 

Vəzifəniz, firqənizlə Təbriz üzərindən Dağıstana hərəkət edərək, orada 



ümumi  bir  üsyana  əsas  olmaq,  yürüĢ  əsnasında  Rusiya  dəmir  yolu  və  teleqraf 

xətlərini,  xüsusilə  Bakı-Tiflis  xəttini  dağıtmaq,  rusları  qərbdən  qovmaq,  yol 

üzərindəki tayfaları ruslar əleyhinə müharibəyə təĢviq və sövq etməkdir. 

2.

 



Təbrizə  hərəkat  üçün  Urmiyə  gölünün  Ģimal  və  cənubundan  hərəkət 

etmək xüsusunu Van valisi və oradakı qüvvələr komandiri ilə xəbərləĢərək, Ģəxsən 

təyində sərbəstsiniz. 

3.

 



Hərəkatınız haqqında 3-cü Ordu Komandanlığına məlumat verin. 

4.

 



Sizin  firqənizin  nəqli  baĢa  çatdıqdan  sonra  yarbay  Kazım  bəy 

(Qarabəkir)  komandasında  mürəttəb  birfirqə,  Bağdad  üzərindən  Ġrana  hərəkət 

etmək  üzrə  nəql  edilməyə  baĢlanacaqdır.  Bu  firqəyə  verilən  tapĢırıq  Tehrana 

hərəkət  edərək  oranı  ruslardan  təmizləyib  iĢğal  etməkdir.  Bu  tümən  ilə  daima 

əlaqədə olun. Tehran səfirimiz ilə də xəbərləĢə bilərsiniz. 

5.

 



Firqənizin  iaĢəsini,  yollar  üzərindəki  mövqelərə  varmanızdan  əvvəl 

valilərə  məlumat  verərək,  müstəqil  təmin  etməniz  lazımdır.  ĠaĢənin  asan  olması 

üçün  bütün  firqənizin  cəm  halda  olmayaraq,  bir  neçə  kiçik  hissə  halında  hərəkət 

etməsi və ancaq düĢmənə yaxınlaĢıldığı zaman toplanılması tövsiyə olunur. 

6.

 

Ġrana  hakim  sifəti  ilə  deyil,  ancaq  Ġranı  rus  boyunduruğundan 



qurtarmaq  məqsədi  ilə  gəldiyinizi  və  rusların  Avropada  və  hər  tərəfdəki 

müharibələrdə heç nəyə müvəffəq olmadıqlarını söyləyin.

32

 

Qafqaz  Cəbhəsində  olan 3-cü Ordunun  qərargah  heyəti  isə bölgədəki  çətin 



qıĢ  Ģərtlərini  nəzərə  alaraq,  ruslara  qarĢı  baĢladılacaq  hücumun  bahar  aylarında 

olmasının  gərək  olduğunu  düĢünürdü.  Heç  olmazsa  1915-ci  ilin  fevral  ayının 

sonuna doğru hərəkətə keçilməsinin daha uyğun olacağını bildirirdi.

33

 



Ənvər  PaĢanın  3-cü  Ordu  komandiri  və  qərargah  heyətinin  görüĢlərinə 

etibar  etməməsi,  istiqamətləndirməyi  və  idarə  etməyi  üzərinə  götürərək  əsgərə 

hücum  əmri  verməsi,  bəzi  dairələr  tərəfindən  böyük  bir  hərbi  xəta  olaraq 



46 

 

dəyərləndirilir.



34

 Nəticədə  Ənvər  PaĢanın  Qafqaz Cəbhəsində  etmək istədikləri  və 

düĢüncələri  gerçəkləĢmədi.  Türk  ordusu  22  dekabr  1914-cü  ildə  baĢlayan 

hücumda,


35

  ruslara  olmasa  da  Allahuəkbər  və  Soğanlı  dağlarındakı  qar,  boran  və 

soyuq  havaya  məğlub  oldu.  Türk  əsgərlərinin  böyük  bir  hissəsi  donaraq  həyatını 

itirdi. 3-cü Ordu SarıqamıĢ hərəkatında 22 dekabrdan 19 yanvar  tarixinə qədər 90 

min əsgərini Ģəhid verdi.

36

 



Rus ordusu SarıqamıĢda türk qüvvələrini geri püskürtdükdən sonra 1915-ci 

ilin qıĢında qeyd olunmağa dəyən əhəmiyyətli bir hərəkat gerçəkləĢdirmədi. Yazın 

gəlməsi ilə birlikdə Murad Suyu vadisi, Malazgirt, Tortum və Vanı iĢğal etdi. Rus 

ordusunda  olan  erməni  batalyonları  Vanda  tarixdə  nadir  rast  gəlinən  bir  qırğın 

törətdilər. 

b.Erməni  təhciri:  Türkiyəni  təhcir  (təhcir:  sürgün,  küz)  qərarı  almağa 

vadar  edən  səbəblər  nə  idi?  Birinci  Dünya  müharibəsi  illərində  ermənilərə  qarĢı 

soyqırım  edilmiĢdimi?  Bu  mövzuların  dünya  ictimaiyyətində  həqiqətlər 

çərçivəsində  anlaĢılması  və  ortaya  çıxması  ilə  erməni  propaqandalarına  meydan 

verilməməsi  üçün  elm  adamlarının  daha  çox  səy  göstərməsi  Ģərtdir.  Mövzu 

haqqında Rusiya  sənədləri  hələ nəĢr olunmamıĢdır. Bunların dünya  ictimaiyyətinə 

açıqlanması halında həqiqətlər bütün çılpaqlığı ilə ortaya çıxacaqdır. 

Ruslar  əvvəlcə  Balkanlarda  baĢlatdıqları  quldur  dəstəsi  qurma  iĢlərini,  bu 

dəfə də ġərqi Anadoluya nəql etmiĢdilər. 

Eynilə  yunanlar,  serblər,  bolqarlar  kimi  balkan  xalqları  arasında  yaradılan 

bandaların  ən  böyük  dəstəkçiləri  ġərqdə  də  erməni  kilsələri  olmuĢdur.  Osmanlı 

ordusundakı  erməni  əsgərlər  ordudan  fərarilik  edərək  silahlarıyla  birlikdə  erməni 

bandalarına  qatılmağa  baĢlamıĢdılar.  Bu  gənclər  Varna,  Sulina,  Köstence  yoluyla 

Qafqaza sövq edilirdi. Erməni bandalarına ġərqi Rum gəncləri də qatılırdı. 

Ġstanbuldakı erməni DaĢnaksutyun partiyası, mərkəzini Ərzuruma köçürdü. 

Osmanlı  Məclisi-Məbusanının  üzvü  olan  üç  erməni  millət  vəkili  də  Ġstanbuldan 

ayrılaraq  Ərzuruma  getdilər  və  daĢnak  hərəkəti  ilə  bandaların  baĢına  keçdilər. 

Bunlar  Ərzurum  vəkili  Karakin  Pastırmacıyan  (ləqəbi  Garo),  Kozan  vəkili 

Ambarsum  BoĢyacıyan  (ləqəbi  Murad)  və  Van  vəkili  Vahan  Papazyan  adlı 

ermənilərdir.  DaĢnaklar  Ərzurumda  keçirilən  konqresdə  alınan  qərarların  tərsinə, 

yerləĢdikləri  bölgələrdə  silahlanıb  rus  ordularına  yardımçı  olmağa,  türk  və 

müsəlmanlara da hücum etməyə baĢladılar. 

Osmanlı  dövləti  bu  vəziyyət  qarĢısında  ilk  tədbir  olaraq  ordudakı  erməni 

əsilli əsgərləri döyüĢən hissələrdən çıxarıb, arxa xidmətlərə verdi. Daxiliyyə naziri 

Tələt  bəyin  imzasıyla  24  aprel  1915-ci  ildə  bir  təzkirə  yayınlanaraq  erməni 

militanlar haqqında əməliyyat baĢladıldı. Buna görə erməni komitələrinin baĢçıları 

həbs olunacaq və hərbi məhkəmələrə sövq ediləcəkdi. Bu dəyiĢikliklər nəticəsində 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə