Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə9/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   5   6   7   8   9   10   11   12   ...   175

22 

 

Türk dünyasında XVIII və XIX yüzilliklərdə yalnız Osmanlı dövləti ilə bu 



günkü Ġran torpaqlarında yenə bir türk dövləti olan Qacarlar sülaləsi müstəqil idi. 

Bunun  xaricindəki  türk  qövmləri,  boyları,  cəmiyyətləri  və  soyları  Rusiya  və  Çin 

dövlətlərinin  idarəçiliyi  altında  idi.  Dünyada  XIX  yüzillikdə  baĢlayan  milli 

cərəyanlar  qısa  müddətdə  türk  dünyasında  da  yayılmağa  baĢladı.  Ġstanbulda 

yaranan və qısa müddətdə  yayılan milli oyanıĢ, türk dünyasının ziyalıları arasında 

da sürətlə tərəfdar tapdı. Krımda Qaspiralı Ġsmayıl, Kazanda ġahabəddin Mərcani, 

Ġstanbulda  Cəmaləddin  Əfqani,  ġəmsəddin  Sami,  Vələd  Çələbi,  Əhməd  Midhət, 

Özbəklər  ġeyxi  Süleyman  əfəndi,  Nəcib  Asim,  Əmrullah  Əfəndi,  Bursalı  Tahir 

bəy,  Rifat  Fuad,  Əhməd  Hikmət,  Süleyman  paĢa,  Əhməd  Cövdət  PaĢa,  Əhməd 

Vəfiq  paĢa,  Mehmet  Əmin,  Ziya  Göyalp,  Yusif  Akçura,  Sədri  Maqsudi  Arsal, 

Əhməd Cavad kimi ziyalılar dil, tarix, sosial tərbiyə, siyasət, türkçülük və türk dili 

mövzusunda əhəmiyyətli iĢlər gördülər. 

Türkiyədə  kök  salmağa  baĢlayan  dil,  tarix  və  kimlik  Ģüuru  türkçülük 

cərəyanına  çevrildi  və  bu  cərəyanın  siyasi  təĢkilatlanması  da  Ġttihad  və  Tərəqqi 

Cəmiyyəti  Ģəklində  ortaya  çıxdı.  Bu  üzdən  1908-ci  ildə  elan  edilən  II 

MəĢrutəçilikdən  sonra  sürətlə  yayılan  hürriyyət  havası  türk  dünyasının  hər 

tərəfindəki  ziyalıları  Ġstanbula  çəkirdi.  Ġttihad  və  Tərəqqi  Cəmiyyəti  tərəfindən 

Selanik  (Saloniki)  və  Ġstanbul  kimi  mədəniyyət  və  sənət  mərkəzlərində  jurnallar 

çıxarılırdı.  Ġstər  Türkiyədəki  və  istərsə  də  türk  dünyasındakı  ziyalılar,  yazıçılar, 

türkçü  və  turançılar  bu  cəmiyyətin  çıxardığı  və  ya  dəstəklədiyi  jurnalların 

ideologiyasını  təyin  edən  Ziya  Göyalpdan  çox  təsirlənmiĢdilər.  Ziya  Göyalp  və 

Həmdullah  Sübhinin  bu  jurnallardakı  yazıları  ilə  Türk  Ocaqlarında  verdikləri 

konfranslar hər bir türk ziyalısına yeni üfüqlər qazandırmıĢdır. 

Türkiyədəki milli cərəyanlardan Azərbaycanın da təsirlənməsi təbiidir. XIX 

yüzillik  boyu  bir  çox  türk  ziyalısı  Ġstanbul  və  bəzi  mərkəzlərlə  sıx  fikir  alıĢ-

veriĢində  olmuĢdular.  Bu  ziyalıların  bir  tərəfdən  ölkələrində,  digər  tərəfdən  də 

Ġstanbul  mərkəzli  inkiĢaf  edən  milli  cərəyanlara  əhəmiyyətli  qatqıları  olmuĢdur. 

Azərbaycanlı  türklərdən  Mirzə  Fətəli  Axundzadə  (1811-1878)  türkçülük  və  türk 

dili  sahəsində  önəmli  iĢlər  görmüĢdü.  M.F.Axundzadə  türkçülük  və  türk 

milliyyətçiliyi duyğusu ilə dil, tarix, siyasət və ədəbiyyat üzərində çalıĢmıĢ, ədəbi 

əsərlər yazmıĢdır. 1863-cü ildə Ġstanbula gedərək hazırlanacaq yeni türk əlifbasının 

türk  xalqları  arasında  ortaq  istifadəsini  təmin  etmək  üçün  Sədrəzəm  Keçəçizadə 

Fuad PaĢaya  bir əlifba  layihəsi təqdim  etmiĢdi.  Bu cür çalıĢmalarıyla,  xüsusən də 

ədəbi sahədə türkçülüyə böyük xidmət göstərmiĢdir. Məlikzadə Həsən bəy Zərdabi 

1875-ci  ildə  Bakıda  "Əkinçi"  adlı  ilk  türk  qəzetini  çıxardı.  Kənd  təsərrüfatı 

mühəndisi  olan  Həsən  bəy  əkinçiliyin  inkiĢafı  sahəsində  yazılarla  baĢladığı  türk 

qəzetində dil və sosial mövzulara yer verməyə baĢladı. Azərbaycan, Krım, Kazan, 

Dağıstan  və  Rusiyada  yaĢayan  bütün  türklərin  eyni  dildə  danıĢmasını,  eyni 




23 

 

əlifbadan  istifadə  etməsini,  eyni  elm  və  ədəbiyyat  əsərlərini  oxumasını  və 



yazmasını  müdafiə  edirdi.  Çar  idarəçiliyi  1877-1878-ci  ildə  Osmanlı-Rusiya 

müharibəsi baĢlayan kimi bu qəzeti bağladı. 

Əli bəy Hüseynzadə 1864-cü ildə Azərbaycanın Salyan Ģəhərində dünyaya 

gəldi. Atası Tiflisdəki müsəlman (türk) məktəbində müəllim iĢləyirdi. Bu məktəbi 

bitirdikdən  sonra  əvvəlcə  rus  liseyinin,  sonra  Peterburq  Universitetinin  Fizika-

kimya  fakültəsinin  məzunu  oldu.  Daha  sonra  Ġstanbula  gedərək  Hərbi  Tibb 

Məktəbinə qəbul olundu. UĢaqlığından babası ġeyx Əhməd Salyani və onun dostu 

M.F.Axundzadənin  söhbətlərinə  qulaq  asdı.  Bu  söhbətlərdə  əsasən  türklük,  türk 

dili və Türkiyə kimi  mövzular danıĢılırdı. Ġstanbulda Hərbi Tibbiyyəni bitirdikdən 

sonra  Osmanlı  ordusu  sıralarında  Yunan  müharibəsinə  qatıldı.  Daha  sonra  Hərbi 

Tibbiyyədə  bir  müddət  müəllimlik  etdi.  Dərslərində  türkçülük  və  milli  oyanıĢ 

haqqındakı  nitqlərinə  görə  təqibə  uğrayınca  Azərbaycana  qaçdı.  Bakıda 

Zeynalabdin  Tağıyev,  Əhməd  Ağaoğlu,  Əlimərdan  bəy  TopçubaĢov  kimi  dostları 

ilə türkcə nəĢr olunan "Həyat" qəzetini çıxartdı. Əli bəy bu qəzetin ilk nömrəsindən 

etibarən  türklər  kimdir,  türk  boyları,  yazı  dili  kimi  bir  çox  milli  mövzularda 

məqalələr yazdı. Osmanlı dövlətində II MəĢrutəçilik elan edilincə, 1910-cu ildə o 

yenidən Ġstanbula döndü. 

Əhməd  Ağaoğlu  1869-cu  ildə  Qarabağın  böyük  Ģəhərlərindən  olan  ġuĢada 

doğuldu.  Ailəsi  üləma  sinfindən  olan  Ağazadələr  idi.  Ġlk  təhsilini  mədrəsədə 

aldıqdan  sonra  ġuĢadakı  rus  məktəbinə  getdi.  Ermənilərin  çoxluq  təĢkil  etdiyi  bu 

məktəbdə  təhsilini  böyük  sıxıntı  içərisində  davam  etdi  və  bu  məktəbə  girən  beĢ 

türk  Ģagirdindən  yalnız  o,  məktəbi  bitirə  bildi.  1877-ci  ildə  rus  liseyini  bitirdi  və 

yüksək təhsil üçün Parisə getdi. Parisdə olarkən Bakıda rusca nəĢr olunan "Kaspi" 

qəzetində məqalələri nəĢr olundu. Əhməd Rza və ġeyx Cəmaləddin Əfqani ilə tanıĢ 

oldu. Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu - bu iki türk milliyyətçisi Qafqazda 

milliyyətçilik uğrunda çalıĢmaq üçün qollarını çırmaladılar. Türk dili və türkçülük 

sahəsində  əhəmiyyətli  iĢlər  gördülər.  Azərbaycanda  "Fədailər"  adlı  gizli  bir 

cəmiyyət qurdular, ancaq ruslar bundan xəbər tutanda o da 1908-ci ildə Türkiyəyə 

qaçdı.  Türkiyədə  də  milli  və  siyasi  mövzularda  iĢlərə  baĢladı.  Yusif  Akçura 

tərəfindən baĢlanan türkçülük hərəkatının qısa müddətdə fəal bir üzvü halına gəldi. 

28 may 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətində müxtəlif vəzifələr aldı. 

Azərbaycan,  Sovet  Rusiyası  tərəfindən  iĢğal  olunduqda  yenidən  Türkiyəyə  qaçdı 

və  Mustafa  Kamal  paĢanın  baĢlatdığı  Milli  Mücadilə  heyyətlərində  müxtəlif 

vəzifələr  tutdu.  Qars  millət  vəkili  olaraq  1939-cu  ilə  qədər  siyasi  fəaliyyətinə 

davam etdi. 

Osmanlı  dövlətində  Ġstanbul  Sirkəzi  Dəmirqapıda  yerləĢən  Hərbi 

Tibbiyyənin  (Tibbiyyəyi  ġahanə)  Ģagirdləri  3  iyun  1889-cu  ildə  öz  aralarında 

"Ġttihadi  Osmani"  adlı  bir  cəmiyyət  qurdular.  Həmin  il  Parisdə  olan  Jön  türklərin 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə