Dris qruplarına r



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix24.02.2018
ölçüsü0,87 Mb.
#27726
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

 

 

əllimlərin tədris qruplarına rəhbərlik. Fasilitatorun təlimat kitabçası



 

                

Səhifə 27

 

VIII  faza: Dərsin müzakirəsi 



 

Müəllim  dərsin plana müvafiq olaraq həyata keçirilməsinə nail ola bildimi?  



 

Dərsin hansı hissəsini müvəffəqiyyətlə həyata keçirdi? 



 

Dərsin hansı hissəsini daha effektiv həyata keçirmək olardı? 



 

Şagirdlərin gözləntiləri doğruldumu,yoxsa yox?  



 

Hansı gözlənilməz  çətinliklər  yarandı?  



 

Əgər birgə dərs prosesini yenidən başlamış olsaydınız,  nəyi əvvəlkindən fərqli planlaşdırardınız?  



 

                                                                                                                                                                                       

IX  faza : Təcrübələrin  yekunlaşdırılması  

 



Bu  dərs bizə nədə yardım etdi? Nə  öyrəndik? Dərs hansı peşə qabiliyyətlərinin 

yaxşılaşdırılmasında bizə kömək etdi?  

 

Həyata keçirilmiş birgə dərsin nəticəsindən sonra sinif otağımızda nəyi başqa cür edəcəyik?  



 

Bizim sonrakı addımlarımız nədir?  



 

Birgə dərsin sessiyasının təşkili  

 



 



Fasilitator müəllimləri birgə dərsin sessiyasında iştirak etmək üçün dəvət edir. Orada 3-8  

müəllim iştirak edə bilər. Dərsin sessiyasının məzmunundan irəli gələrək, eyni 

və ya müxtəlif fənn müəllimləri iştirak edə bilərlər;  

 



Fasilitator  görüş  üçün  lazımi  resursları  hazırlayır:  Milli  Tədris 

planı, dərs planı, dərsliklər, manipulyativlər, əyani vasitələr və s. 

;

 



 

Fasilitator birgə dərsin planlaşdırma sessiyasını çağırır. Müəllimlər birlikdə dərsin planını işləyib  

hazırlayırlar;

 



 

Fasilitator və müəllimlər birgə planlaşdırdıqları dərsin nə vaxt, harada və kimin tərəfindən 

keçilməsini 

 

razılaşdırırlar;



 

 



Lazım gəldiyi halda, fasilitator cədvəlin dəyişdirilməsinin qayğısına qalır,çünki, müəllimlər öz 

 

dərslərindən azad olsunlar və sessiyada iştirak edə bilsinlər; 



 

 



Fasilitator müəllimləri dərsi dinləmək üçün dəvət edir; 

 



 

Fasilitator refleksiya sessiyasını planlaşdırır və müəllimləri dəvət edir



 



Fasilitator refleksiya sessiyasını keçir



 

Sessiya qurtardıqdan sonra fasilitator görüşün əsas məsələləri haqqında məlumatı yazır və onu 

fasilitatorun hesabat qovluğuna yerləşdirir. 

  

 




Səhifə 28          

əllimlərin tədris qruplarına rəhbərlik. Fasilitatorun təlimat kitabçası

 

   


 

Başlıq 3.3. Tədris situasiyasının  analizi 

 

Tədris situasiyasının analizi nə deməkdir?  



 

Göstəricilərin analizi və birgə sessiyalara uyğun olaraq, tədris situasiyasının  analizi  

müəllimlərin məktəb bazasında peşəkar inkişafının effektiv  mexanizmlərindən biridir. Tədris 

situasiyasının təhlili zamanı müəllimlər müxtəlif real sinif situasiyasını, müəllimlərin və 

şagirdlərin qarşısında duran tipik və ya qeyri- tipik çətinlikləri və səbəblərini birlikdə öyrənir və 

onların həlli yolları haqqında müzakirələr aparırlar.                                                                                                     

Tədris situasiyasının məzmunundan və xüsusiyyətindən irəli gələrək, onun təhlilində  eyni 

fənnin və ya pillənin müəllimləri iştirak edə bilərlər.  

 

 

Tədris situasiyasının analizi  nə üçün vacibdir?  



 

Tədris situasiyalarının  analizi 

müəllimlərə kömək edir ki, təlim-

tədrislə əlaqədar çətinliklərə və 

şagirdlərin tipik səhvlərinə diqqət 

yönəltsinlər, təlim və tədris prosesinə 

şagirdlərin perspektivlərindən baxsınlar 

və  onların necə təhsil aldıqlarını  və 

necə düşündüklərini  analiz etsinlər 

                                                                          

Tədris situasiyasının analizi: Əsas fazalar 

 

Tədris 



situasiyasının 

analizi 


müəllimlərin tədris qruplarının başqa fəallıqlarına uyğun olaraq bir neçə mərhələdən 

ibarətdir və fasilitator tərəfindən əvvəlcədən planlaşdırmanı və hazırlığı tələb edir.  

 

 

 



 

I faza 


 

Tədris situasiyasının 

məqsədləri  

 



Fasilitator müəllimlərin və şagirdlərin maraqlarını və ehtiyaclarını 

nəzərə alaraq  tədris situasiyasını  seçir və hazırlayır ; 

  



 



Tədria situasiyasının seçilməsi üçün fasilitator müəllimlərdən xahiş edə 

bilər ki,öz təcrübələrindən maraqlı hadisəni ona çatdırsınlar və ya 

internetdən ,treninq –materiallardam ,maarif mətbuatlarından  

axtarsınlar;  

 

Fasilitator tədris situasiyasının müzakirə məqsədini və əsas məsələləri 



müəyyənləşdirir.  

 

 



II faza 

 

Tədris situasiyası  ilə 



tanışlıq 

 



 

Fasilitator tədris situasiyasını müəllimlərə əvvəlcədən  verir ki,tanış 

olsunlar və ya görüşün başlanğıcında müəllimləri  tədris situasiyası ilə 

tanış edir (yaxşı olardı ki,yazılı şəkildə paylasın); 

 

Qrupun üzvləri fasilitatorla birlikdə və ya müstəqil şəkildə oxuyurlar 



və  situasiyanın  əsas detallarını  ayırd edirlər. 


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə