Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə25/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   21   22   23   24   25   26   27   28   ...   81

 
102 
PİS NİYYƏT 
Niyyət dedikdə məqsəd və iradə başa düşülür. İslam 
dini öz ardıcıllarını - nəinki insanlara, hətta heyvanlara 
və  təbiət  aləminə  qarşı  -  xoş  münasibətə  çağırır.  İnsan 
hamı  üçün  xeyir  və  səadət  istəməli,  imkan  daxilində 
xalqın  çətinliyini  aradan  qaldırmağa  çalışmalıdır.  Xoş 
niyyət  o  qədər  dəyərlidir  ki,  onun  müqabilində  böyük 
mükafatlar və’d edilir. 
İmam Sadiq (ə) buyurur: «Fəqir mö’min belə dua edir: 
«Pərvərdigara,  mənə  ruzi  əta  et  ki,  xeyir  işlər  görə 
bilim».  Əgər  onun  niyyəti  xalis  olsa,  hələ  heç  bir  xeyir 
iş görməmiş onun əməl naməsinə savab yazılar ...»
90
  
Rəvayət  olunur  ki,  çınqıllı  yerdən  keçən  bir  ac  kişi 
«əgər  bu  çınqıllar  təam  olsaydı,  onları  xalq  arasında 
bölərdim» deyə düşünür. Allah öz peyğəmbərinə vəhy 
edir ki, bu şəxsə «sədəqən qəbul olundu və mükafatına 
çatdın» - söylə».
91
 
İnsan bütün ətrafdakılara münasibətdə pis niyyətdən 
çəkinməlidir.  Pis  niyyət  insanın  qəlbini  qaraldır,  onu 
çirkləndirir və günah üçün şərait yaradır. 
GİZLİ VƏ ÇİRKİN SİFƏTLƏR 
Nifaq,  bədgümanlıq,  kin,  eqoizm,  riya,  təkəbbür, 
lovğalıq,  paxıllıq,  xəsislik,  tamah,  həsəd,  Allah 
düşməninə  məhəbbət  olduqca  təhlükəli  günahlardır. 
Bu  günahların  dünyəvi  və  üxrəvi  əzabından  əlavə’ 
duanın qəbulunu əngəlləməyi də var. 
                                                 
90
 «Məhəccətul-bəyza» 8-ci cild, səh-106. 
91
 «Məhəccətul-bəyza» 8-ci cild, səh-104. 


 
103 
İmam  Baqir  (ə)  münafiq  haqqında  buyurur:  «Pis  o 
bəndədir  ki,  eyib  axtarır,  pis  danışır,  abır  aparır,  dost 
kimi gəlib, düşmən kimi arxa çevirir».
92
 
BƏDGÜMANLIQ (SUİ-ZƏNN) 
Allaha,  Onun  övliyalarına,  müsəlman  xalqa  qarşı 
bədgümanlıq  çox  ağır  günahlardandır.  Bu  günahlar 
insanın qəlbində gizli olsa da, sətir-sətir əməl naməsinə 
yazılır.  Bədgümanlıq  edən  şəxs  dünyadan  gedənədək 
tövbə  etməzsə,  axirət  əzabına  düçar  olar.  «Hücurat» 
surəsinin  12-ci  ayəsində  buyurulur:  «Ey  iman 
gətirənlər!  Çox  zənnə-gümana  qapılmaqdan  çəkinin. 
Şübhəsiz ki, zənnin bə’zisi günahdır». 
İslam  Peyğəmbəri  (s)  buyurmuşdur:  «And  olsun 
pərəstişə  layiq  olana,  Allah-Taala  heç  bir  mö’mini 
tövbədən  sonra  əzaba  düçar  etməz.  İnsan  o  zaman 
əzaba  düçar  olur  ki,  Allaha  bədgüman,  Onun 
rəhmətindən  ümidsiz,  pis  əxlaqlı  olub,  mö’min 
şəxslərin qeybətini etsin».
93
 
Batini  imanla  bəzənmiş,  zahiri  saleh  əməllərə  bağlı 
insan  Allahın  rəhmət  və  mükafatından  ümidini 
üzməyib nikbin olmalıdır. Əgər tövbə qapısı açıqdırsa, 
günahları  yumaq  mümkündürsə  və  Allah  bağışlamaq 
və’di  vermişdirsə  insan  nə  üçün  naümid  olmalıdır?! 
Əksinə 
insan  nikbin  olub,  Allahın 
rəhmətinə 
inanmalıdır. 
Mərhum Əllamə Məclisi bədgümanlıq haqqında olan 
hədisin  şərhində  deyir:  «İnsan  bağışlanmaq  istədiyi 
                                                 
92
 «Səvabul-ə’mal», səh-269. 
93
 «Kafi», 2-ci cild, səh-71. 


 
104 
vaxt  Allahın  onu  bağışlaması  üçün  nikbin  olmalıdır. 
İnsan  tövbə  edərkən  əmin  olmalıdır  ki,  tövbəsi  qəbul 
ediləcək.  Səmimi  qəlblə  dua  edirsənsə  inanmalısan  ki, 
duan  qəbul  olacaq.  Bir  işə  kömək  istədiyin  zaman 
Allahın  yardımına  şübhə  etmə.  Allaha  xatir  gördüyün 
iş  hökmən  qəbul  ediləcəkdir.  Bütün  bunların  ziddi 
Allaha  bədgümanlıqdır  və  bədgümanlıq  da  böyük 
günahdır. Onun müqabilində əzab və’d edilmişdir».
94
 
Əgər  mö’min  insanların  gördüyü  iş  zahirən  xoşa 
gəlmirsə,  pis  fikrə  düşmək  olmaz.  Mö’minin  işini 
imkan  qədərincə  düzgün  hesab  etmək  lazımdır. 
Məsələn,  mö’mini  qumar,  şərab,  musiqi  olan  günah 
məclisində  görən  insan  onun  haqqında  pis  fikrə 
düşməməlidir.  Bu yerdə bədgümanlıq Qur’an və Əhli-
beyt  nəzərindən  haramdır  və  cəzası  vardır.  Dini 
göstərişlərə  əsasən  mö’mini  günah  məclisində  görən 
insan  tam  sakitliklə  özünə  deməlidir:  «Xoş  bu 
mö’minin  halına  ki,  Allahın  yardımı  ilə  günah 
məclisində  islah  aparır,  günahkarlara  yol  göstərir.  Kaş 
bu  iş  mənə  də  qismət  olaydı,  şeytana  əsir  olanlara 
yardım əli uzada biləydim».  
KİN 
Allah  düşmənləri  istisna  olmaqla  insanlara  sevgi  və 
məhəbbət  vacibdir.  Yaxınları  yoxlamaq  (sileyi-rəhm) 
dində  vacib  buyurulmuş  xeyir  əməllərdəndir.  Kinli 
insan bu xeyir  işdən məhrum olur. Kin insanın qəlbini 
çirkləndirir,  onun  ruhunu  zülmətə  qərq  edir,  nəhayət 
insanı Allahın rəhmətindən uzaq salır. 
                                                 
94
 «Biharul-ənvar» 67-ci cild, səh-365. 


 
105 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  «Cənab  Cəbrayıl  hər 
dəfə  mənim  yanıma  gələndə  dedi:  «Ey  Məhəmməd, 
xalqla düşmənçilikdən çəkin.»
95
  
Həzrət Əli (ə) buyurmuşdur: «Nadanlığın başı xalqla 
düşmənçilikdir»;  «Xalqla  düşmənçilik  nadanların 
xüsusiyyətidir.»
96
  
İmam 
Sadiq 
(ə) 
buyurmuşdur: 
«Xalqla 
düşmənçilikdən  çəkin.  Bu,  həlakətə  və  eyiblərin 
açılmasına səbəb olar».
97
 
ÜCB (ÖZÜNDƏN RAZILIQ) 
Özünə  güvənmək,  öz  əməlindən  razı  qalmaq  çox 
çirkin  günahdır.  İnsan  Allahın  mülküdür,  onun  həyat 
və  ölümü  Allahın  əlindədir.  Ruzi,  ibadət  və  istənilən 
hər  hansı  bir  başqa  xeyir  iş  yalnız  Allahın  iradəsi  ilə 
mümkün  olur.  Əgər  insan  müstəqil  halda  heç  bir  iş 
bacarmırsa, hansı əsasla başını dik tutmalıdır?! 
İmam  Sadiq  (ə)  buyurur:  «Xudpəsəndliyə  düçar  olan 
şəxs  həlak  olasıdır.»
98
   «Alim  bir  şəxs  abidin  yanına 
gəlib  dedi:  Necə  namaz  qılırsan?  Abid  cavab  verdi  ki, 
mənim  kimidən  soruşursan  ki,  necə  namaz  qılırsan? 
Mən  elə  əvvəldən  Allaha  belə-belə  ibadətlər  edirəm. 
Alim soruşdu ki, ağlamağın necədir? Abid cavab verdi: 
Gözümdən  yaş  sellələnədək  ağlayıram.  Alim  dedi: 
Düzü,  ağlayıb  lovğalanmaqdansa,  gülüb  Allahdan 
                                                 
95
 «Kafi» 2-ci cild, səh-301. 
96
 «Ğurərul-hikəm», səh-461. 
97
 «İxtisas», səh-230. 
98
 «Kafi», 2-ci cild, səh-313. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə