www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
626
özü də o, hissi olanın, yəni gözönü idrakın mükəmməliyi anlayışından çıxış edirdi. Amma bu
anlayışı müəyyən edərək, o, dərhal subyektiv hissəni bitirir və obyektiv hissəyə və onunla bağlı
praktiki məsələlərə keçir. – Kantınsa qismətinə elə burada da, nəticəsində onu doğuran obyekti
gözəl adlandırdığımız həyəcanlandırmanın özünün ciddi və dərin tədqiqini aparmaq xidməti
düşmüşdür, – onun ruhumuzdakı element və şərtlərini mümkün qədər kəşf etmək üçün. Buna
görə onun tədqiqatı büsbütün subyektiv yönüm almışdır. Bu yol, aşkardır ki, düz olmuşdur:
çünki əgər biz öz təsirlərində verilmiş olan hansısa bir hadisəni izah etmək istəyiriksə, onda
onun səbəbini əsaslı surətdə öyrənmək üçün öncə bu təsirin özünü öyrənmək gərəkdir. Amma
burada Kantın xidməti düz yolu göstərməkdən və onunla təxminən necə getmək lazım
olduğunun nümunəsindən o yana keçmir. Zira onun verdiyi şeyə obyektiv həqiqət və real əldə
etmə kimi baxmaq olmaz. O, tədqiqat metodu vermiş, yol açmışdır, amma qalan şeylərdə lazımi
məqsədə gəlib çatmamışdır.
Estetik mühakimə qabiliyyətinin tənqidi zamanı hər şeydən öncə o xüsusat özünü
göstərir ki, o burada da bütün fəlsəfəsinə xas və yuxarıda müfəssəl incələdiyim metodu
saxlamışdır: mən onu nəzərdə tuturam ki, o, gözönü idrakı izah etmək üçün mücərrəd idrakdan
çıxış edir, çünki birincisi ona ikncini tutmaq və gözdən keçirmək üçün kamera–obskura rolunu
oynayır. “Xalis zəkanın tənqidi”ndə mühakimə formaları bizim bütün gözönü dünyamızı izah
etməli olduqları kimi, testetik mühakimənin bu tənqidində də Kant gözəlliyin özündən, gözönü,
bilavasitə gözəl olandan deyil, bu qədər pis “zövq mühakiməsi” adlandırılan gözəllik barədə
mühakimədən çıxış edir. Onun problemi də elə odur. Onun diqqətini xüsusən o xüsusat cəlb edir
ki, bu cür mühakimə aşkar surətdə subyektdəki hansısa prosesin ifadəsidir, amma bu zaman
sanki obyektin bəlli xassələrinə aid imiş kimi bu qədər ümumi bir önəmə malik olur. Onu
heyrətləndirən budur, gözəlliyin özü deyil. O, daim gözəlliyin özündən yox, yalnız başqalarının
fikirlərindən, gözəllik barədə mühakimələrdən çıxış edir. Elə çıxır ki, sanki o, onu bilavasitə
tanımır, yalnız haqqında eşitmişdir. Təxminən elə bu cür iti ağıla malik kor eşitdiyi dəqiq
göstəricilər əsasında rənglər nəzəriyyəsini kombinə edə bilərdi. Və həqiqətən, biz Kantın gözəllik
barədə filosofemlərini təxminən yalnız bu ölçüdə gətirməli oluruq. Biz onda görərik ki, onun
nəzəriyyəsi xeyli itizəkalıdır, orada və burada sərrast və doğru fikirlər səpələnmişdir: amma
problemin həllinin özü onda o qədər altıboş, predmetin mühümlüyündən o qədər aşağıdadır ki,
biz heç cür onu obyektiv həqiqət saya bilmərik; ona görə mən özümü hətta onun təkzibindən
belə azad edirəm və burada da əsərimin müsbət hissəsinə istinad, yön verirəm.
Onun bütün kitabının forması barədə demək lazımdır ki, o, gözəllik probleminin açarını
məqsədəuyğunluq anlayışında tapmaq tühaflığından ortaya çıxmışdır. Bu tühaflıqsa, Kantın
xələflərində gördüyümüz kimi, ümumiyyətlə qolay bir iş olan deduksiya ilə təyin olunur.
Beləliklə, gözəlliyin dərkilə təbii cisimlərin məqsədəuyğunluğunun dərkinin mühakimə
qabiliyyəti adlandırılan bir dərketmə qabiliyyətinə qəribə birləşməsi baş verir və hər iki ayrıcinsli
predmet bir kitabda şərh olunur. Bu üç dərketmə qabiliyyəti – zəka, mühakimə qabiliyyəti və
dərrakə – ilə sonradan cürbəcür simmetrik –arxitektonik əyləncələr düzəldilir ki, bu sayaq
əyləncə şakəri bu kitabda, –hər şeydən öncə, “Xalis zəkanın tənqidi”nin ona zorla biçilmiş
biçimində, xüsusən də, saçlarından tutulub sürülən “estetik mühakimə qabiliyyətinin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
627
antinomiyası”nda ümumiyyətlə müxtəlif surətlərdə özünü göstərir. Kantı həmçinin o böyük
qeyri-ardıcıllıqda da qınamaq olar ki, “Xalis zəkanın tənqidi”ndə durmadan təkrar edildikdən
sonra ki, dərrakə–mühakimə qabiliyyətidir və onun formaları bütün fəlsəfənin künc daşıdır, –
indi hansısa, ondan tamamilə fərqli bir mühakimə qabiliyyəti peyda olur. “Mühakimə qabiliyyəti
adlandırdığım şeysə, –yəni məhz gözönü idrakı mücərrəd idraka keçirmə və mücərrədi
gözönüyə tətbiq etmə qabiliyyəti, –bu əsərimin müsbət hissəsində şərh edilmişdir.
Estetik mühakimə qabiliyyətinin tənqidində ən üstün şey ülvilik nəzəriyyəsidir: o, gözəllik
nəzəriyyəsindən müqayisəyəgəlməz dərəcədə yaxşı alınmışdır və o biri kimi təkcə ümumi
tədqiqat metodu vermir, həm də məsələnin həlli mənasında nəsə verir: onda məsələnin bitirici
həlli olmasa da, hər halda o, ona olduqca çox yaxınlaşır.
Teoloji mühakimə qabiliyyətinin tənqidində, materialın sadəliyi sayəsində, haradasa
olduğundan daha artıq, Kantın bundan bütöv bir kitab alınanadək onu müxtəlif tərzlərdə
deyərək, bəlli bir fikri hər cür fırlatmaq heyrətamiz talantı özünü göstərir. Kitabın bütün içəriliyi
aşağıdakından ibarətdir: təşkil olunmuş cisimlər bizə zəruri olaraq, sanki ilkin bir plan üzrə
qurulmuş kimi görünsələr də, biz buradan bunu obyektiv qəbul etmək hüququ əldə etmirik. Zira
şeylər ona kənardan və dolayı verilən və deməli, onların təsiri üzündən meydana gəlib mövcud
olduqları iç özəyini deyil, yalnız zahiri tərəfini dərk edən intellektimizin özü üçün təbiətin üzvi
məhsullarına xas olan bəlli xarakteri, onu, insanın xassələri məqsəd və özü barədə anlayışla
təyin edilən önniyyətli əsərləri ilə müqayisə edərək, analogiya vasitəsilə dərk edilə bilən
etməkdən savayı yolu yoxdur. Orqanizmin hissələrinin bütövə münasibətdə harmoniyasını
bizimçün dərk edilə bilən etmək və hətta onların tədqiqi üçün ipucu göstərmək üçün bu
analogiya yetərlidir: amma onu əsla bu cisimlərin mənşəyi və varlığının izahı üçün həqiqi bir
prinsip dərəcəsinə qaldırmaq olmaz. Zira onları belə başa düşmək zərurəti subyektiv mənşəlidir.
Kantın bu təliminə mən təxminən belə bir özət, xülasə verərdim. Əsas şeylərdə o onu artıq
“Xalis zəkanın təniqidi”ndə, səh. 692-702; V, 720–730-da verir. Amma bu həqiqətin dərkində də
Kant özünün “Təbii din haqqda dialoqlar”ının ikinci hissəsində göstərilən analogiyanın fərz
edilməsini elə bu qədər kəskinliklə mübahisələndirən David Hyumun şəxsində şanlı bir sələfə
malikdir. Bu fərzetmənin Hyum tənqidi ilə Kant tənqidi arasındakı əsas fərq ondan ibarətdir ki,
Hyum onu empirik olaraq, Kantsa aprior olaraq tənqid etmişdir. Hər ikisi haqlıdır və onların
mülahizələri bir-birini tamamlayır. Hərçənd ki, bu barədə Kant təliminin məğzi artıq Simplisinin
Aristotel “Fizika” –sının təfsirində deyilmişdir: “Onların yanılması ondan ortaya çıxmışdır ki,
onlar düşünürdülər ki, bəlli bir məqsəd xatirinə baş verən hər şey niyyət və zəkalılığın gücü,
təsirilə vaqe olur, –halbuki onlar görürdülər ki, təbiətdə belə olmur (“Schol. in Arist. ex. edit.
Berol.”, p. 354). Kant tamamilə haqlıdır : bütövlükdə necə varsa, təbiətə səbəb və təsir anlayışını
tətbiq etməyin mümkün olmadığını göstərdikdən sonra onu da göstərmək lazım idi ki, onun
xarakterinə uyğun olaraq, onu motivləri (yəni məqsəd anlayışlarını) rəhbər tutan hansısa
səbəbin təsiri kimi də düşünmək olmaz. Hətta Volterin belə təkzibolunmaz saydığı fiziki –
teleoloji sübutun böyük illüzorluğu halında, idrakımızın ona Kantın məkanı, zamanı və nədənliyi
aid etdiyi subyektiv tərəfinin bizim təbiət cisimlərini anlamağımıza da şamil edildiyini və buna
görə onları ilkin plan, niyyət nəticəsində məqsəd anlayışlarından yaranmış olaraq, yəni onlar
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
628
barədə təsəvvürün onların varlığından əvvəl olmuş kimi düşünməyə hiss etdiyimiz zərurətin elə
bizə bu qədər obyektiv görünən məkanın intuisiyası qədər subyektiv olduğunu, deməli, onun
obyektiv həqiqət əhəmiyyəti kəsb etmədiyini göstərmək ali dərəcədə vacib idi. İşin kantsayağı
izahı – yorucu çoxdanışanlığı və təkrarları kənara qoysaq – əladır. O haqlı olaraq iddia edir ki,
onların altında təbiətin bütün ümumi qüvvələrinin önniyyətsiz və qanunauyğun təsirini başa
düşdüyü tək bircə mexaniki səbəblərə istinadən biz heç vaxt üzvi cisimlərin xassələrini izah edə
bilməyəcəyik. Bununla belə mən burada daha bir boşluq görürəm. Yəni məhz –o, bu cür izahın
mümkünlüyünü yalnız üzvi cisimlərdəki məqsədəuyğunluq və görünən önniyyətlilik baxımından
inkar edir. Amma biz görürük ki, məqsədəuyğunluq olmayan yerdə izah prinsipləri təbiətin bir
sahəsindən başqa bir sahəsinə keçirilə bilməz; biz yeni bir sahəyə daxil olan kimi onlar bizi tərk
edir və onların yerinə əvvəlki sahənin qanunlarından tamamilə izah oluna bilməyən yeni əsas
qanunlar ortaya çıxır. Beləki, özlüyündə mexaniki olan sahəsində özləri (bütün təbiət qüvvələrini
mənim iradənin obyektivasiyasının ən aşağı pillələri kimi başa düşməyimdən asılı olmayaraq)
daha sonra izah oluna bilməyən qüvvələrin təzahürləri kimi çıxış edən, yalnız hadisələri,
təzahürləri bu qüvvələrə müncər etməkdən ibarət olan hər cür daha sonrakı izahın prinsipləri
olan ağırlıq, ilişmə (sürtünmə), ətalət, axıcılıq, elastiklik qüvvələri ağalıq edir. Əgərçi, biz bu
sahəni tərk edir və kimyəvilik, elektriklik, maqnetizm, kristallaşma hadisələrinə keçiriksə, onda
göstərilən prinsiplər artıq yaramır, əvvəlki qanunlar daha əhəmiyyət kəsb etmir, əvvəlki
qüvvələr başqaları tərəfindən dəf edilir və hadisələr onlarla birbaşa ziddiyyətdə, elə birincilər
qədər əzəli və izaholunmaz olan, yəni hansısa daha ümumi qanunlara müncər edilə bilməyən
yeni əsas qanunlar üzrə gedir. Beləki, məsələn, mexanika qanunları ilə, artıq heç daha
mürəkkəb kimyəvi hadisələri demirəm, heç olmasa duzun suda həll olunmasını belə izah etmək
heç vaxt mümkün olmayacaq. Bütün bunlar artıq bu əsərin ikinci kitabında daha narınca
göstərilmişdir. Belə bir analiz, mənə elə gəlir ki, “Teleoloji mühakimə qabiliyyətinin tənqidi”ndə
xeyli faydalı olar və orada deyilənlərə çoxlu işıq salmış olardı. O, Kantın o çox gözəl bir fikri üçün
xüsusilə əlverişli olardı ki, şeylərin, təzahürləri əslində elə təbiətdəki şeylər olan iç özlüyünün,
məğzinin daha dərin bir dərki bizə təbiətin həm mexaniki (qanunauyğun), həm də yalançı
önniyyətli təsirində hər ikisinin izahına xidmət edə biləcək eyni bir son prinsipi açmış, üzə
çıxarmış olardı. Ümidvaram ki, əsl özündə şey kimi iradəyə göstərgə, işarə edərək, mən bu
prinsipi vermişəm; bax elə buna görə ikinci kitabda və onun tamamlamalarında, xüsusən də
“Təbiətdə iradə” qoşmasında (əsərində) deyilənlər, ola bilsin, təbiətin görünən (xəyali)
məqsədəuyğunluğunun, harmoniya və uzlaşmasının iç özlüyünün daha aydın və daha dərin
anlaşımını verir. Ona görə burada mən daha heç nə deməyəcəyəm.
Kant fəlsəfəsinin bu təniqidi onda maraq yaratmış oxucu, yəqin ki, mənim “Parerga et
Paralipomena” əsərimin birinci cildinin ikinci mühakiməsində “Kant fəlsəfəsinə dair daha bir
neçə izah” başlığı altında verilmiş ona aid tamamlamanı oxumamış saxlamaz. Zira nəzərə almaq
lazımdır ki, nə qədər az olsalar da, əsərlərim dərhal yox, tədricən, uzun ömür boyu və böyük
fasilələrlə yazılmışlar; buna görə gözləmək lazım deyil ki, mənim hansısa bir predmet barədə
dediklərim tək bir yerdə olsun.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
629
Artur Şopenhauer (22.2.1788, indiki Qdansk-21.9.1860, Frankfurt-Mayn) – dahi alman
filosofudur.
Ali təhsilini Berlin universitetində almışdır. 1819-cu ildən Berlin universitetinin dosenti
olmuşdur.
“Dünya iradə və təsəvvür kimi” adlı möhtəşəm əsərini də bu şəhərdə yazmışdır. Lakin,
müasirləri tərəfindən qəbul olunmayan Şopenhauer 1831-ci ildə Frankfurt-Mayna köçmüş və
ömrünün sonuna kimi burada zahid ömrünü yaşamışdır. Müasirləri tərəfindən bir dahi olaraq yalnız
ömrünün son illərində tanınmışdır. Şopenhauer Frankfurt-Maynda vəfat etmiş və dəfn olunmuşdur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
630
İÇƏRİK
DÜNYA İRADƏ VƏ TƏSƏVVÜR KİMİ
(BAŞLIQLARLA UYĞUNLAŞDIR)
BİRİNCİ KİTAB. Dünya haqqında Birinci düşüncə: əsas qanununa tabe olan təsəvvür:
təcrübənin və elmin obyekti.......................................................................
İKİNCİ KİTAB. Dünya haqqında iradə kimi. Birinci düşüncə: iradənin obyektivasiyası
.......................................
ÜÇÜNCÜ KİTAB. Dünya haqqında təsəvvür kimi. İkinci düşüncə: əsas qanunundan asılı
olmayan təsəvvür: Platon ideyası: incəsənətin obyekti .......................................
DÖRDÜNCÜ KİTAB. Dünya haqqında iradə kimi. İkinci düşüncə: əldə edilmiş özünüidrak
halında həyata yönümlü iradənin təsdiqi və inkarı .................................
Qeydlər (A.A.Çanışev tərəfindən hazırlanmış mətn əsas götürülmüşdür)....................
Əlavə: Kant fəlsəfəsinin tənqidi............. Rus dilindən çevirəni:
....................... Yusif OBAÇI (Rəhimoğlu)
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
631
Fяlsяfяsevяr fиkиr adamlarыnыn nяzяrиnя
‖Zяkиoьlu‖ nяшrиyyatы юz fяalиyyяtиnя dцnya fяlsяfяsиnиn яn gюrkяmlи nцmayяndяlяrиnиn
яsяrlяrиnиn nяшrи иlя baшlamышdыr. 100 cиldlиk ―Fиkиr‖ antologиyasы serиyasыndan nяшr
edиlяcяk bюyцk fиlosoflarыn aшaьыdakи яsяrlяrиnиn чapы planlaшdыrыlыr.
O. Haksli, ―Yeni cяsur dцnya‖;
Heydяr Camal, ―Иslamыn xиlasы‖;
O. Шpenqler,
―Qяrbиn qцrubu‖
v
ə baшqalarы
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
632
Şopenhauer,”Dünya- iradə və təsəvvür kimi”, «Zəкиоğlu»
nəşriyyatı, Bakı, 705 səh.
Təsisçi: Səxavət Zəkioğlu
Nəşriyyat redaktoru: Nurlan Umud
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
633
Dostları ilə paylaş: |