10
çiyi həyətdə gizlədilmiş əsanı çıxartdı və dedi:
- Get götür!
Əsa dərhal ləzzətli xörəklər gətirdi.
- Budur sənə lazım olan şey, - deyə qurbağa pıçıldadı.
Pəhləvanlar yedilər, içdilər, əsanı gizlədib getdilər.
Bu vaxt qurbağa əsanı axtarıb tapdı, onu götürüb yenə
də çalaya qayıtdı. Axşam pəhləvanlar qayıtdılar. Onlar yemək
istəyirdilər, lakin əsanı tapa bilmədilər.
- Dərdimiz artdı, - deyə onlar öz aralarında söhbətləş-
dilər.
- Bizim bütün möhtəşəmliyimiz bu əsada idi.
- İndi biz olduğumuz yerdən çıxmalıyıq? – deyə qurbağa
dilləndi. Gənclə birgə o çaladan çıxdı və ikisi bütün pəhlə-
vanları öldürdülər.
Bunu eşidən qonşu şəhərin sakinləri çox sevindilər. Bu
pəhləvanlar şəhərliləri incidir, onlara zülm edirdilər.
İndi şəhərlilər onları bəladan xilas edənlərin şərəfinə
bayram edirdilər. Şəhərin xanı bütün var-dövlətini gəncə
təklif etdi, o isə heç nə götürmədi.
Əsanı ələ keçirib, kasıb qurbağanın üstünə mindi və üç
gündən sonra onlar kasıbın qohumlarının yanına qayıtdılar.
Tezliklə oğlanın arvadı da bura uçub gəldi. Hamı sevindi. Öz
qohumlarının yanında qonaq olan kasıb və arvadı balaca xal-
çaya minib evə qayıtdılar.
Gənc əsanı xana verdi, o da kasıbı çoxlu ənamla mükafat-
landırdı. Xan bu gənc ailəni rahat buraxdı. Ər və arvad xoş-
bəxt ömür sürdülər.
11
canavar, ayı və tülKü
(Avar xalq nağılı)
Ayı, canavar və tülkü bütün yayı mehriban və yaxın dost-
lar kimi yaşadılar. Lakin qış gələndə hər yeri qalın qar örtdü
və aclıq başlandı.
Ayı çürük ağacların dalınca getdi. Bu vaxt tülkü canavara
dedi:
- Gəl ayını yeyək.
- Əgər ayı eşitsə ki, bunu sən demisən, o bizim hər iki-
mizi yeyər.
- Əgər sən mənə qulaq assan – deyə tülkü dilləndi, - biz
ayını aldadıb yeyə bilərik. Indi sən uzan və özünü ölülüyə
vur. Səni suya atsaq, özünü elə göstər ki, sən dirildin.
Ayı geri qayıtdı. O gördü ki, canavar ölüb. Ayı ağladı və
dedi:
-
Bizim yaxın dostumuz öldü.
Tülkü isə onu sakitləşdirib dedi:
-
Ağlama, mənə məlumdur ki, bu çayın suyu ölünü di-
rildir.
Ayı və tülkü canavarı çaya gətirib onu suya atdılar. Cana-
var “dirildi”. Onda tülkü ayıya dedi:
-
İcazə ver səni yeyək. Yazda biz səni suya atarıq və sən
dirilərsən. Buna görə sən iyirmi beş qoyun əldə edərsən.
Ayı razılaşdı. Tülkü və canavar onu yedilər.
12
əKİnçİ BəBİrə necə Dərs verDİ
(Ləzgi xalq nağılı)
Bir kəndin sakinləri meşənin kənarındakı tarlanı şum-
layırdılar. Torpaq münbit idi, buradan onlar bol məhsul
toplayırdılar. Budur, həmin yerdə bir bəbir peyda oldu. O,
meşədən çıxaraq burada işləyən əkinçini və onun öküzlərini
parçaladı. Belə hadisələr bir neçə dəfə təkrarlandı. Kənddə
hamı vahimə içində idi. Igid cavanlar bəbiri öldürməyə yol-
landılar. Lakin onlar da heç nə edə bilmədilər.
-
Deyəsən biz bu bəbirdən yaxa qurtara bilməyəcəyik,
- deyə ovçular dilləndilər.
Əkinçilər tarlanı tərk etdilər. Axı kim vəhşi heyvanın
caynağına keçmək istəyər? Onlar “ölməkdənsə, ac qalmaq
yaxşıdır”, - dedilər.
Yalnız bir kəndli qorxmadı.
-
Dayanın, - deyə o, dilləndi. – Mən bu bəbirə dərs
verərəm!
O,iki öküzünü cütə qoşdu, pişiyini səsləyib, tarlaya yol-
landı.
Qonşular işi belə görüb, onun hərəkətinə təəccüblən-
dilər və bir-birinə dedilər:
-
Görünür, qonşumuz dəli olub, həyatı onun üçün əziz
deyil.
Əkinçi isə tarlaya gələrək öküzləri cütdən açdı ki, şumla-
madan qabaq bir az dincəlsinlər. Elə təzəcə bir öküzü açmış-
dı ki, bu anda bəbir meşədən çıxdı, başını qaldırıb fısıldadı,
bığlarını tərpətdi. Onu görən öküz qorxaraq qaçdı.
Bu zaman o, pişiyi gördü. Bəbir onu nəzərdən keçirib
təəccüblə soruşdu:
-
Sən kimsən?
Pişik cavab verdi:
-
Mən sənin bacın oğlunam. Sən mənim dayımsan.
13
Bəbir pişiyə baxıb dedi:
-
Düzdür, sən bizim nəsildənsən, gözlərin, qulaqların,
pəncələrin, bığların, quyruğun bəbirlərdə olduğu kimidir.
Ancaq de görək, sən niyə bu qədər balacasan?
-
Bu ona görədir ki, məni o insan ələ keçirib. Onun
əlinə keçsən, sən də mənim kimi kiçilərsən, - deyə pişik ca-
vab verdi.
-
Deyirsən yəni o, çox güclüdür? – deyə bəbir fınxırdı.
– Ondan qorxmuram! Indi mən onun öküzlərini və özünü
yeyəcəyəm!
Pişik dedi:
-
Get, gücünü sına!
Bəbir əkinçinin üstünə atıldı və nərildədi:
-
Ey insan! Sən mənim bacım oğlunun başına nə oyun
açmısan? Buna görə mən səni parçalayıb yeyəcəyəm!
-
Qüdrətli bəbir! – deyə əkinçi sakit tərzdə cavab ver-
di. – Görürəm ki, mən səni qəzəbləndirmişəm, məni bağışla.
Istəyirəm ki, sənin şikarın çox olsun.
Bəbir təəccübləndi:
-
Bu, necə ola bilər? – deyə o, soruşdu.
Əkinçi dedi:
-
Mənim iki öküzüm var. Biri səni görüb, qorxudan qaç-
dı. Sən bu öküzü saxla, mən gedib o biri öküzü tapıb gətirim.
Onda sən bizim hamımızı yeyərsən.
-
Mən onu necə saxlaya bilərəm? – deyə bəbir soruşdu.
-
Gəl səni taxta boyunduruğa bağlayım, - deyə kəndli
cavab verdi.
-
Yaxşı, - deyə bəbir razılaşdı və özü başını boyunduru-
ğa keçirdi.
Onun başı boyunduruğa girən kimi əkinçi qayışları möh-
kəm bərkitdi və bəbirin belinə qamçı çəkməyə başladı. O,
qamçını çəkdikçə qışqırırdı:
-
Tez ol, torpağı şumla!
Bəbir yerindən sıçradı, özünü ora-bura atdı, buradan
Dostları ilə paylaş: |