DüŞÜNƏN İnsan elmi-kütləvi, mənəvi-psixoloji jurnal



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix11.04.2018
ölçüsü0,61 Mb.
#36917
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

Düşünən İnsan, Dekabr 2013

41

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  #12

Əslində,  ilk  canlı  hüceyrəsinin,  hətta  bu  hü-

ceyrənin  içindəki  milyonlarla  zülal  molekulun-

dan bir dənəsinin belə öz-özünə əmələ gəlməsinin 

mümkün olmadığı, ağıl və məntiqlə bərabər, ehti-

mallarla riyazi cəhətdən də sübut edilmişdir. Yəni 

təkamül  nəzəriyyəsi  hələ  ilk  mərhələdə  ilk  canlı 

hüceyrənin əmələ gəlməsini açıqlama mərhələsin-

də çökmüşdür. 

Ən  kiçik  canlı  hissəsi  olan  hüceyrə  təkamül-

çülərin iddia etdiyi kimi, bəsit və nəzarətsiz dünya 

şərtləri altında, təsadüflərin nəticəsində əsla əmələ 

gələ  bilmədiyi  kimi,  XX  əsrin  ən  qabaqcıl  labo-

ratoriyalarında da sintez oluna bilməmişdir. Canlı 

hüceyrəsinin əsasını təşkil edən amin turşularına və 

onların əmələ gətirdiyi zülallara əsaslanaraq nəinki 

hüceyrə,  hüceyrədəki  mitoxondri,  ribosom,  lizo-

som, hüceyrə qılafı, holci kompleksi, endoplazma-

tik şəbəkə və s. kimi orqanoidlərdən bir dənəsi belə 

əmələ gətirilə bilməz. Ona görə də təkamül nəzə-

riyyəsinin təsadüfən əmələ gəldiyini iddia edən ilk 

hüceyrə  yalnız  xəyal  gücünə  əsaslanan  fantaziya 

səviyyəsində qalmışdır.

Hələ də açıqlanmamış bir çox sirri özündə sax-

layan  canlı  hüceyrəsi  təkamül  nəzəriyyəsinin  ən 

böyük müəmmalarından birini təşkil edir.

İstər  hüceyrə,  istərsə  hüceyrənin  əsasını  təşkil 

edən  zülallardan  bir  dənəsi  də  təsadüflər  nəticə-

sində əmələ gəlməsi mümkün olmayan mürəkkəb 

quruluşa malikdir. Laboratoriya təcrübələri və eh-

timal  hesablamaları  bunun  mümkün  olmadığını 

sübut etmişdir. Dövrümüzün ən qabaqcıl laborato-

riyalarında  ən  son  texnologiya  vasitəsilə  də  canlı 

hüceyrəsindəki oxşar məhsuldarlıqla və uğurla zü-

lal əmələ gətirə bilməmişlər. 

Təkamül nəzəriyyəsi baxımından digər müəm-

ma  da  canlı  hüceyrəsinin  nüvəsində  yerləşən  və 

təxminən 3.5 milyard vahidlik şifrləmə sistemi ilə 

canlıya aid bütün məlumatın kodlandığı DNT mo-

lekuludur. 1950-ci illərdə elektron mikroskopunun 

icad olunması ilə quruluşu kəşf edilən DNT möh-

təşəm bir nizam və yaradılışa malik nəhəng mole-

kuldur.  Uzun  illər  təkamül  nəzəriyyəsinə  inanan, 




42

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  # 12

Nobel  mükafatına  layiq  görülmüş  Frensis  Krik 

(Francis  Crick)  də  DNT-ni  kəşf  etdikdən  sonra 

həyatın  mənbəyinin  təsadüflərə  əsaslanmadığını 

bu cür etiraf etmək məcburiyyətində qalmışdır:

“Bu gün əlimizdə olan məlumatlara əsaslana-

raq düzgün insan ancaq bunu deyə bilər: hə-

yatın mənbəyi möcüzəli şəkildə ortaya çıxmış-

dır”. (Francis Crick, Life Itself: It’s Origin and 

Nature, New York, Simon & Schuster, 1981, 

s. 88)


Amerikalı  mikrobioloq  Homer  Ceykobson 

(Homer  Jacobson)  isə  həyatın  təsadüfən  əmələ 

gəlməsinin nə qədər mümkün olmadığını belə ifa-

də edir:


“İlk canlı əmələ gəldikdə çoxalmasına, ətraf-

dan  maddə  və  enerji  almasına,  böyümə  mər-

hələsinə  və  məlumatları  böyüməyə  çevirən 

mexanizmlərə əmr bir anda verilməlidir. Bun-

ların hamısının birləşməsi isə təsadüfən mey-

dana gələ bilməz”. (Homer Jacobson, “Infor-

mation, Reproduction and the Origin of Life”, 

American Scientist, yanvar 1955, s. 121)

Təkamül  nəzəriyyəsinin  digər  böyük  məğlu-

biyyəti də fosillərdir. İllərlə davam edən arxeolo-

ji  qazıntılarda  əldə  edilən  fosillər  arasında  təka-

mül  nəzəriyyəsinin  irəli  sürdüyü  kimi  canlıların 

primitiv  növlərdən  mürəkkəb  növlərə  mərhələli 

təkamülünü  göstərən  keçid  formalara  əsla  rast 

gəlinməmişdir.  Əgər  bu  cür  canlılar  keçmişdə 

yaşayıbsa, onların saylarını və növləri həddindən 

artıq olmalıdır. Daha vacib olan budur ki, bu cür 

əcaib  canlıların  qalıqlarına  fosillər  arasında  rast 

gəlinməlidir.  Çünki  bu  keçid  formaları  mövcud 

olsaydı, onların sayı bu gün bizə məlum olan hey-

van növlərindən daha çox olmalı və dünyanın hər 

yeri fosilləşmiş ara keçid formaları ilə dolu olma-

lı  idi. Təkamülçülər  XIX  əsrin  ortalarından  bəri 

dünyanın hər yerində apardıqları fosil araşdırma-

larında bu keçid formalarını axtarırlar. Əslində isə 

150 ilə yaxın müddətdə böyük səylə axtarılan bu 

keçid formalarından əsər-əlamət yoxdur. 

Qısaca desək, fosil izləri təkamülün iddia et-

diyi  kimi,  canlıların  ibtidaidən  aliyə  doğru  bir 

proseslə deyil, bir anda və ən mükəmməl şəkildə 

ortaya çıxdığını göstərir. 

Təkamülçülər  yüz  əlli  ilə  yaxın  müddətdir 

ki, böyük səylə nəzəriyyəlzərinə dəlil toplamağa 

çalışarkən öz əlləri ilə təkamül adlı prosesin baş 

vermədiyini  şəxsən  özləri  sübut  etmişlər.  Nəti-

cədə, müasir elm bu mübahisəsiz həqiqəti ortaya 

qoymuşdur: canlılar kor təsadüflər nəticəsində tə-

kamüllə əmələ gəlməmişdir.Bütün canlıları Allah 

yoxdan yaratmışdır.

www.fosilmuzeyi.com




T

əkamülçülər  tərəfindən  tez-tez  təkrarla-

nan bir iddia var: təkamül nəzəriyyəsinin 

elmin əsasını təşkil etməsi yalanı... Bu id-

dianı ortaya atanlar təkamül nəzəriyyəsi olmadan 

biologiya elminin inkişaf edə bilməyəcəyini, hət-

ta  mövcud  olmayacağını  iddia  edirlər.  Əslində, 

bu iddia çarəsizlikdən irəli gələn demaqoqluqdan 

ibarətdir. Türkiyənin elm sahəsində yetişdirdiyi 

tanınmış  simalardan  biri  olan  filosof  prof.  dr. 

Arda Denkel bu mövzunu belə şərh edir:

“Məsələn,  “Təkamül  nəzəriyyəsini  inkar  et-

mək  bioloji  və  geoloji  elmlərin,  fizika  və 

kimyanın  kəşflərini  də  inkar  etmək  demək-

dir” fikri tamamilə səhv nəzəriyyədir. Çünki 

iddia edilən növdən məna çıxarmaq (burada 

bir modus tollens) üçün əvvəlcə kimya, fizi-

ka, geologiya və biologiyanın kəşflərini ifadə 

edən bəzi nəzəriyyələr təkamül nəzəriyyəsini 

ehtiva etməlidir. Lakin kəşflər və ya onların 

ifadələri  nəzəriyyələri  ehtiva  etmir,  bundan 

əlavə  onları  sübut  etmirlər”.  (Arda  Denkel, 



Cumhuriyet Bilim Teknik Eki, 27 Fevral 1999)

Təkamülün elmin əsası olması iddiasının nə 

qədər  əsassız  və  boş  olması  sadəcə  elm  tarixi-

nin nəzərdən keçirilməsi ilə başa düşülür. Əgər 

bu  iddia  doğru  olsaydı,  təkamül  nəzəriyyəsinin 

ortaya atılmasından əvvəl dünyada elmi irəlilə-

yiş olmaz, bütün elmlər təkamül nəzəriyyəsinin 

ortaya atılmasından sonra meydana gələrdi. La-

kin  biologiya,  paleontologiya  (fosilləri  öyrənən 

elm) kimi elm sahələrinin hamısı təkamül nəzə-

riyyəsindən əvvəl meydana gəlmiş və inkişaf et-

mişlər. Təkamül isə bu elm sahələrinə sonradan 

aid edilmək, zorla qəbul etdirilmək istənilən bir 

fərziyyədir.

Təkamülçülərin  bu  metodunun  bir  bənzə-

ri  Stalin  dövründə  SSRİ-də  tətbiq  edilmişdi.  O 

dövrdə Sovet İttifaqının rəsmi ideologiyası olan 

kommunizm dialektik materializm kimi tanınan 

fəlsəfəni bütün elmlərin əsası hesab edirdi. Bu-

nun bir nəticəsi kimi Stalin bütün elmi fəaliyyət-

lərin dialektik materializmə uyğunlaşdırılmasını 

əmr  etmişdi.  Beləliklə,  SSRİ-də  yazılan  bütün 

biologiya, fizika, kimya, tarix, siyasət, hətta in-

cəsənət kitablarının əvvəlinə bu elmlərin dialek-

tik materializmə, Marksın, Engelsin, Leninin fi-

kirlərinə əsaslandığına dair giriş bölmələri əlavə 

edilirdi. 

Amma SSRİ süqut etdikdə bu məcburi şərh-

lər  kitablardan  çıxarılmış  və  kitablar  yenə  eyni 

məlumatlardan ibarət olan texniki, elmi kitablar 

şəklində  qalmışdır.  Dialektik  materializm  kimi 

bir  cəfəngiyatdan  əl  çəkilməsi  əsla  elmi  kölgə-

də qoymamış, əksinə, elmin üzərindəki təzyiq və 

məcburiyyətləri aradan qaldırmışdır.

Bu gün də müasir elmi təkamülə bağlı olmağa 

məcbur edən heç bir səbəb yoxdur. Elm müşahi-

də və təcrübəyə əsaslanır. Təkamül isə müşahidə 

edilə  bilməyən  keçmiş  haqqında  ortaya  atılmış 

bir fərziyyədir. Habelə, bu fərziyyənin iddia və 

teoremləri hər dəfə elmin və məntiqin qanunla-

rı tərəfindən təkzib edilmişdir. Bu fərziyyə tərk 

edilsə,  əlbəttə  ki,  elm  heç  bir  itki  verməyəcək. 

Amerikalı bioloq Harper bu mövzu barədə belə 

deyir:


“Tez-tez  darvinizmin  müasir  biologiyanın 

əsası  olduğu  iddia  edilir.  Lakin  əksinə,  əgər 

darvinizmə edilən bütün istinadlar aradan qal-

dırılsa,  biologiya  elmində  heç  bir  dəyişiklik 

olmayacaq...” (G. W. Harper, “Alternatives to 

Evolution”, School Science Review, cild. 61, 

sentyabr 1979, s. 26)

43

Düşünən İnsan, 

 Dekabr  2013

Sual  #13




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə