Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə114/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   110   111   112   113   114   115   116   117   ...   134

miş,  həqiqi  Т аппш п  yalnız  yaradan  Allah  olduğunu  b ildir­
mişdilər.  ib tid ai  inanclardan  başlamış,  islama  qədərki  bütün 
dinlər və onları təbliğ edən peyğəmbər və nəbilər həmişə in san ­
ları düz yola, əmin-amanlığa, iqtisadi dirçəlişə dəvət etmişdilər.
Hörm ətli  oxucu,  araşdırm alardan  məlum  olur  ki,  an tik  
dövrdən başlam ış  müasir  dövrə  qədər,  bəşəriyyətin  inkişafının 
bütün  mərhələlərində  cəmiyyətin 
mütərəqqi  simalarının 
intellektual bazası insanların rifahı uğrunda mübarizə aparmış, 
öz  müdrik  fikirlərini  gələcək  nəsillərə  miras  qoymuşdur.  Bu 
cəhətdən fəlsəfənin rolu danılmazdır.  Fəlsəfə  insanın potensial 
im kanlarının  inkişafına  kömək  edən  intellektual  bir  açardır. 
(Qoşqar Əliyev)
Fikirlərimizi əsaslandırmaq məqsədilə Ön və O rta Şərqdən 
kənarda  yaşayan  bəzi  mütəfəkkir  və  filosofların  yaradıcılığına 
müraciət etmək qərarına gəldik.
D em okrit 
(e.ə.  təqr.  460 -  e.ə.  370).  Qədim yunan filosofu. 
O,  bəşər  tarixinin  hərəkətverici  qüvvəsini  ehtiyac,  yəni 
insanların m addi tələbatı ilə əlaqələndirmişdir.
H erak lit 
(e.ə.  təqr.  544  -   e.ə.  təqr.  483).  Qədim  yunan 
filosofu.  Kiçik Asiyanın qərb sahilində yerləşən Efes şəhərində 
dünyaya gəlmiş H eraklit erkən yunan dialektika elminin banisi 
kimi  dünya  fəlsəfə  və  təbiətşünaslıq  biliklərinin  inkişafına 
müstəsna  təsir  göstərmişdir.  Özünün  siyasi  baxışlarına  görə 
aristokrat  olan  Heraklit  dem okratiyanı  qəbul  etməmişdir. 
Onun dövrümüzə gəlib çatmış yazılarının  104-cü fraqmentində 
Efes  şəhərinin  dem okratik  rəhbərləri  barədə  belə  deyilir: 
«Bunların 
ağıl 
və 
dərrakəsi 
nədir 
axı?  Onlar  xalq 
xanəndələrinə  inanırlar,  müəllimləri  isə  -   qara  camaat.  Onlar 
yaxşımn,  pisin  nə  olduğunu  bilmirlər.»  (Qoşqar  Əliyev. 
Təbabət fəlsəfəsi, Bakı, 2000, s.  56)
H aşiy ə. 
U nudulm az  ustad  Bəxtiyar  Vahabzadə  yaxşı 
deyib:
Bu dünyanın xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasm, axı, dünya fırlanır.
M əgər m üasir dövrdə m ahnı oxuyanlar (xanəndə,  müğən­
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
492
İntellektual ekologiya
ni sözlərini işlətmək günahdır) cəmiyyətin ən üzdə olan təbəqə­
si  deyillərini?  Bütün  günü  televiziyanın  kanalları  m ahnı  oxuy­
anların  (əgər  mahnı  demək  mümkünsə)  savadsız müsahibə və 
mübahisələrini,  əxlaq  norm alarından  çox-çox  uzaq  hərəkətlə­
rini,  açıq-saçıq geyimlərini,  maşınlarını,  villalarını  nümayiş  et­
dirmirmi? Bu insanlar, hətta televiziya ekranlarında xalqa ailə- 
məişət,  əxlaq  dərsi  keçir,  məsləhət  verirlər.  Hüseyn  Cavid  de- 
mişkən:
Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət düşkünüdür alçaqlar...
Hər gülən üzdə ölüm, qan görürəm,
Pək yaxın dostları düşmən görürəm.
Y urdu sarmış yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq...
P laton 
(e.ə.  428/7  -   348/7).  Qədim  yunan  filosofu. 
Platonun  prinsipinə  görə  dövləti  filosoflar  idarə  etməlidirlər. 
O nun dövlət modeli utopik xarakterdən xəbər verirdi.
A ristotel,  Ə rəstu 
(e.ə.  384  -   e.ə.  322).  Qədim  yunan 
filosofu  və 
alimi,  M akedoniyalı  İsgəndərin  tərbiyəçisi 
olmuşdur.  K .M arks  Aristoteli  «qədim  dünyanın  çox  böyük 
mütəfəkkiri»  (Kapital,  c.  1.,  Bakı,  1969,  s.  409),  onun  təlimini 
isə  qədim  yunan  fəlsəfəsinin  zirvəsi  hesab  etmişdir.  F.Engels 
Aristoteli  qədim  yunan  filosofları  içərisində  «ən  universal 
zəka»  adlandırmışdır  (Anti-Dürinq,  Bakı,  1967,  s.  15). 
Aristotel dövlətin altı formasını göstərmişdir.
A lkm eon 
(təqr. 
e.ə. 
500-ci 
il) 
həkim-mütəfəkkir. 
Pifaqordan  (təqr.  e.ə.  580-500)  yaşamaq  və  yaratmaq 
müdrikliyini,  insani  ünsiyyət  mədəniyyətini  öyrənmişdir. 
Alkmeonun  idrak  marağının  mərkəzində  mikrokosmos  kimi 
baxılan insan bədəni durmuşdur.
Alkm eon  tibb  təcrübəsində  ilk  dəfə  olaraq,  insan  beynini 
təfəkkürün  mərkəzləşməsi  yeri  kimi  müəyyənləşdirmişdir. 
(Qoşqar Əliyev, Təbabətin fəlsəfəsi, Bakı, 2000, s. 67)
493


Ənvər M ete Həmidov, Zəmurə Həmidova
B ütün  bu   deyilənlərdən  b u   qənaətə  gəlmək  olur  ki,  hər 
şeyin  m eyarı  adlandırılan  antik  dövr  fəlsəfəsi  korifeylərinin 
dəyərli  fikirləri  b u   gün  də  öz  aktuallığım itirməmişdir.  Filosof 
Q oşqar  Əliyevin  qeyd  etdiyi  kimi,  antik  dövr  fəlsəfi  fikirləri 
m üasir  dövrdə  də  insan  ruhunun,  onların  arzularının, 
bütövlükdə, onun rahatlığı üçün ən şəfaverici incidir.
M əlu m d u r 
ki, 
qədim 
Şərq 
ölkələrində 
quldarlıq 
quru lu şu n u n   yaranm ası  və  inkişafı  ilə  müxtəlif fəlsəfi  təlimlər 
zərdüştiliyin  müqəddəs  kitabı  «Avesta»da  öz əksini  tapmışdır: 
«Bütün  yaradılana,  hər  şeydən  əvvəl  sülh  və  əmniyyət 
diləyirəm.  Öz  içimi  nurlu  işıqla  dolmuş  gördüm.  Sən  məndən 
soruşanda:  «M ən  Zərdüştəm -  düzlük  carçısı!»  Sənin  «Sən  nə 
etm ək  istəyirsən?»  sorğuna  belə  cavab  verdim:  «Hər  dəfə 
sitayiş edəndə yaxşı şeylər fikirləşmək istəyirəm!»»
Ə rəb  fəlsəfəsi  adlanan  dövr  (VIII  əsr)  xilafət  daxilindəki 
bir  çox  xalqların,  o  cümlədən  Azərbaycan  xalqının  da  fəlsəfi 
fikrini əhatə edir.  O rta əsr ictimai fəlsəfi fikir tarixində Biruni, 
Fərabi,  İb n   Sina,  Nizami  Gəncəvi,  Bəhmənyar,  Nəsirəddin 
Tusi  və  b.-nın  xidmətləri  çoxdur.  O nlar  qeyri-elmi  vasitələrə 
qarşı  m übarizə  aparm ış,  yunan  fəlsəfi irsini geniş təbliğ etmiş, 
m üxtəlif elm  sahələrinə  dair  dəyərli  fikirlər söyləmiş  və  əsərlər 
yaratm ışlar 
(b u  
haqda 
əvvəlki 
bölmələrdə 
məlumat 
verilmişdir).
H örm ətli oxucu, Yer planetində yaşayan hər bir sakin ba­
şa düşməlidir  ki,  düşmənçilikdən,  ədavətdən,  nifrətdən,  qərəz- 
çilikdən,  riyakarlıqdan...  azad olmaq üçün maksimum səy gö­
stərməyin  vaxtı  çatmışdır.  Fəlakətlərdən  xilasın  yolu  xeyirxah 
olm aqdır.  Əgər  bəşəriyyət  bunu  anlamasa,  kainatın  amansız 
qanunları  insanları  buna  məcbur  edəcək,  fəqət  onda  gec 
olacaqdır.  Gələcək yalnız,  istər ümumi və istərsə də intellektu­
al, m üsbət  amillərə məxsus  olacaqdır:  mərhəmət,  şəfqət, yaxşı­
lıq,  sevgi,  məhəbbət,  ədəb-ərkan,  ədalət,  elm,  intellektual  mə­
dəniyyət,  insaniyyət,  inam ...  Əfsuslar  olsun  ki,  bunu  insanla­
rın çoxu qiymətləndirmir, Saleh bəyin qeyd etdiyi kimi,  əksinə, 
sanki  onların  əsas  məqsədi  öz  gözəl  dünyalarını  məhv  etmək­
494
İntellektual ekologiya
dir.
Gələcəyin  Tədqiqi  Ümumdünya  Federasiyasımn  fəxri 
üzvü,  akademik  İqor  Bestujev-Ladamn  «Bəşəriyyət  X X I  əsri 
yaşayacaqmı?»  («Trud»  qəzeti  7  may,  1996)  məqaləsindən  və 
Saleh  bəyin  «Dünyanın  taleyi»  (Bakı,  1998,  s.  534-536)  əsərin­
dən  bəzi  məqamlar:  «Bu  gün  Yer  əhalisinin  sayı  5,5 
milyarddan  çoxdur.  BMT-nin  proqnozu  üzrə  2000-ci  ildə  6 
milyard, 2025-də -  8,  2050-də -   10 milyard  olacaqdır.  Onların 
9 milyardını Asiya, Afrika və Latın Amerikasının əhalisi  təşkil 
edəcəkdir.  H ətta  bu  gün  (o  qitələrdəki)  3  milyard  əhalinin 
yarısı  həkimdən,  dərmandan,  hətta  təmiz  içməli  sudan 
m əhrum dur...  Əhalinin,  demək  olar  ki,  üçdə  biri  aclıq  keçirir, 
hər on  nəfərdən  biri acından ölür...  Bir tərəfdən də mafiyanın, 
terrorçuluğun təsiri.. .»
««Yoxsul 
Cənubun» 
«varlı 
Şimala» 
qarşı 
dünya 
m üharibəsi...  ola bilsin,  bütün  bəşəriyyətin özünü məhv etməsi 
ilə  qurtarsın.  Bunun  qarşısını  almaq  üçün  geridə  qalmış 
ölkələrin  həyat  səviyyəsi  qabaqcıllarla  bərabərləşdirilməlidir. 
Bu  isə  hər  5-10  ildə  enerji  istifadəsini  2  dəfə  artırm ağı  tələb 
edir.  Və  belə  olsa,  bütün  dünya  əhalisi,  məsələn,  ABŞ 
səviyyəsində yaşasa, onda neft ehtiyatı 3, təbii qaz 4, kömür  15 
ilə  qurtarar.  Yanacaq  ehtiyatından  əvvəl  isə  oksigen  tükənər, 
bəşər boğulardı...»
A kadem ik  insaniyyət  amilinin  rolunu  d a   qeyd  edir: 
«Antimədəniyyətin  -   zorakılığın,  seksin,  şərin  çoxlu  digər 
növlərinin  təntənəli  hücumu  başlamışdır».  Nəticədə,  demək 
olar  ki,  inkişaf  edən  ölkələrdə  gənclərin,  hərfi  mənada, 
əxlaqsızlaşdırılması,  ictimaiyyətin  diri-diri  korlanması  baş 
verir.
Bütün  bunlar  barədə  1970-ci  illərdən  alimlər  xəbərdarlıq 
edirlər. 
Yeni  elmi  istiqamət  -  
«qlobalistika» 
gələcəyi 
öyrənməklə  məşğul  olur.  Müəllif  təəssüflə  qeyd  edir  ki,  əhali 
alimlərin  qlobal  təhlükələr  barədəki  harayına  adət  edir,  hərə 
dnvəquşu  kimi  başım  qum a  basdırıb,  əvvəlki  qaydada  öz işini 
davam etdirməkdədir.
495


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə