Ənvər M ete Həmidov, Zəm urə Həmidova
birdir, O n u n hakimiyyəti də bir və bölünməzdir. Allah öz kita
bı Q u ran d a hökm verir və ona əməl olunmasım tələb edir. Bu
baxım dan, Q uran İslam da qanunvericiliyin birinci mənbəyidir.
Lakin insan cəmiyyətinin problem ləri çoxdur və bunların həlli
üçün m ötəbər mənbəyə ehtiyac vardır ki, bu da Peyğəmbər (s.)
sünnəsidir. B uradan d a İslam da qanunvericiliyin ikinci
mühüm m ənbəyi kimi sünnə qəbul edilir. Sünnə Peyğəmbər (s.)
dedikləri (Sünnə qəuliyyə), etdikləri (sünnə filiyyə) və görüb
eşitdikləri söz və işlərdən, razılaşdığı və razılaşmadıqları ilə
bağlı qanunvericilik dəlilləridir. Sünnə mötəbərlik dərəcəsinə
görə Q u ran d an sonra ikinci yerdə durur. Quranda bu və ya
digər məsələ barəsində aydm hökm olmadığı hallarda sünnəyə
müraciət edilir. Q urani-K ərim üm um i qaydalar, xülası xarak
teri daşıyan prinsiplər ehtiva edirsə, Peyğəmbər (s.) öz sünnə-
sində həm in qaydaların təfsilatını verir, xülasələrin mahiyyətini
açıqlayır. Eyni zam anda sünnə Qurani-Kərimdə verilmiş
hökmləri təsdiqləyən, şərh edən, aydınlaşdıran, burada öz əksi
ni tapm am ış qanunvericilik məsələlərini tamamlayan müstəqil
mənbədir. Peyğəmbər (s.) qanunvericilik haqqım Qurandan al
mışdır. Q urani-K ərim ə m üraciət edək: «Ey iman gətirənlər!
Allaha, Peyğəmbərə (s.) və özünüzdən olan əmr sahiblərinə ita
ət edin! Ə gər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiya
mət gününə inanırsınızsa, onu A llaha və Peyğəmbərə (s.) həva
lə edin! Bu, d ah a xeyirli və nəticə etibarilə daha yaxşıdır.» (ən-
Nisa surəsi, ayə 59)
«Peyğəmbərə itaət edən kimsə, sübhəsiz ki, Allaha itaət et
miş olur. K im üz döndərsə (qoy döndərsin)! Biz ki, səni onların
üzərində gözətçi olaraq göndərməmişik.» (ən-Nisa surəsi, ayə
80)
«...Peyğəm bər sizə nə verirsə, onu götürün; nəyi qadağan
edirsə, o n d an əl çəkin, A llahdan qorxun. Həqiqətən, Allahın
cəzası çox şiddətlidir.» (əl-Həşr surəsi, ayə 7)
İslam da qanunvericiliyin ikinci mühüm mənbəyi kimi
sünnə bütün İslam məzhəbləri tərəfindən qəbul edilir. Cəfəri
məzhəbi (şiəlik) ancaq əhli-beyt imamları tərəfindən ötürülən
82
İntellektual ekologiya
hədisləri əsas götürür. Şünasi Əhəd oğlunun məlumatına görə,
icma və qiyas da İslam da qanunvericiliyin mənbəyi sayılır. Cə
fəri məzhəbinə görə icma yalnız im am ların şəriət hökmü ilə
bağlı yekdil rəyi kimi başa düşülür. Cəfərilər qiyası qanunve
riciliyin mənbəyi saymırlar, çünki belə hesab edirlər ki, bir mə
sələ barəsində Q uran və hədislərə istinadən hökm çıxarmaq
mümkün olmayanda, mücərrəd ağıl işlədilməsi nəzərdə tu tu
lur, elə isə ağıl nəyi yaxşı hesab edirsə, o da götürülməlidir.
İslama görə, insanlara rəhbərlik ilahi əmanətdir, bu əma
nəti qəbul etmək, qorum aq və yerinə yetirmək lazımdır. R əh
bər şəxs ilahi əmanət yükünün bir qismini öz üzərinə götürmüş
olur. Kimin dövlət işlərində məqamı daha uca, mövqeyi daha
güclü, qüdrəti daha çoxdursa, əmanəti daha ağır olacaqdır.
İslama görə Peyğəmbər (s.) Allahın iradəsinin və əbədi ila
hi qanunun bilavasitə ifadəçisi idi. Bu səbəbdən onun bütün
dedikləri və etdikləri qanuni xarakter daşıyırdı. Peyğəmbərin
(s.) vəfatından sonra Əbu-Bəkr (ə.) xəlifə (632-634) seçildi.
O ndan sonra Ömər bin əl-Xəttab (ə.) (634—644), Osman bin əl-
ö ffa n (ə.) (644-656) və Əli bin Ə bu Talib (ə.) (656-661) xəlifə
oldular. Xəlifə İslamın ali hakimiyyət nəzəriyyəsinə tamamilə
yeni bir şəxs kimi daxil oldu. Xəlifəlik islam dövlətində
Peyğəmbər (s.) dövründəki dövlətçilikdən fərqli və yeni tip
dövlətçilik üsulu idi. Xəlifə yalnız Quranın hökmlərinin və
Peyğəmbərin (s.) sünnəsinin şərhinə əsasən hökm çıxarırdı. Bu
m ənada xəlifənin səlahiyyəti çox sadə görünə bilər. Bu səla
hiyyət və məsuliyyət insanların bu və ya digər fəaliyyətinin Al
lahın dəyişməz qanunlarına uyğun olub-olmadığına nəzarət et
məkdən ibarət idi. H ər bir xəlifə Peyğəmbərin (s.) köməkçisi və
özündən əvvəlki xəlifənin davamçısı, cəmiyyətin rəhbəri sayılır
dı.
Allah-Təala ən şirin buyruqlarında insanların tərbiyəsi
üçün həqiqi inamların təhlilindən əlavə, ilahi insanların həyat
yolu və sözlərinə istinad edir ki, onların ruhuna daha çox təsir
etsin. Qurani-Kərimdə peyğəmbərlər və saleh insanlardan bu
qədər danışılmasımn səbəbi elə budur. Onların mələk simaları
83
Əmər M ete Həmidov, Zərnurə Həmidova
təriflənir, həyat üsulu nüm unə göstərilir. Allah-Təala ən gözəl
buyruqlarında Həzrət Peyğəmbər (s.) bütün həqiqət ölçülərinin
nümunəsi kimi tanıtdırır, bütün insanları onun ilahi simasın
dan nümunə götürməyə çağırır. «Həqiqətən, Allahın Rəsulu
Allaha, qiyamət gününə üm id bəsləyənlər (Allahdan, qiyamət
günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl ör
nəkdir.» (əl-Əhzab surəsi, ayə 21)
Hörmətli oxucu! M əhəm m əd peyğəmbər (s.) elə bir ilahi
şəxsiyyətdir ki, 1400 ildən çox bir zam anda o, hər bir inanc tə
rəfdarı tərəfindən öyrənilir, qiymətləndirilir və qəlblərdə ya
şayır. Təkcə onu demək kifayətdir ki, Həzrət Peyğəmbərimiz
(s.) başqa dinə etiqad edən, alimlər tərəfindən tərtib edilən dahi
insanların siyahısında birinci yeri tutm uşdur. Bu haqda başqa
bölmədə m əlum at verilmişdir. Bəs hardandır bəşər övladının
sevimli Peyğəmbərimizə (s.) olan bu sevgisi, məhəbbəti? Bunun
üçün Həzrət Peyğəmbərimizin (s.) insanlara və insanlığa nümu
nə olan bəzi ilahi simalarını bir daha yada salaq. Məhz belə
ilahi xüsusiyyətlər bəşəri fəlakətdən xilas edəcək, müsbət intel
lektual ekoloji sferanın bərqərar olmasına səbəb olacaq.
Cəmiyyətin zəif insanlarının hüququ daim zorlular tərəfin
dən tapdalam r. M əzlumların hüquqlarının müdafiəsi insanla
rın öhdəsinə düşən insani bir fəzilət, ilahi bir dəyərdir. Həzrət
M əhəmməd (s.) həmişə haqqı müdafiə etmiş, Qüreyş böyüklə
rinin məclisində məzlumların haqqını qoruyacaqları barədə
müqaviləni imzalamışdır. H əzrət M əhəmməd (s.) özü də bu
müqavilə ilə fəxr etmiş və buyurm uşdur: «İndi də məni belə bir
müqaviləni imzalamağa çağırsalar, qəbul edərəm.»
Kitabın əvvəlində, qısa da olsa, müxtəlif bəşəri etiqadlar ha
qda m əlum at vermişdik. Bu d a danılmaz bir faktdır ki, cə
miyyətin etiqadının dəyişməsi heç də asanlıqla həyata keçmir.
İnsan öz əqidəsinə bağlı olur və istinad etdiyi istər fikir, istər
ideyalar və istərsə də inanc onun inkişaf səviyyəsindən, bilik
ehtiyatm dan asıbdır. İnsan öz məsləkinə bağlı olmaqla kifayət
lənməyib, başqalarını da bu yola gətirməyə çalışır. Tarixən
peyğəmbərlərin vəzifələri insanların düşüncəsində batil əqidələ
84
İntellektual ekologiya
ri dağıdıb, məhv edib, bəşəriyyəti Allaha qovuşdurmaq,
düzgün yola dəvət etmək olmuşdur. Bu silsilədə ən böyük mə
suliyyət son Peyğəmbərin (s.) öhdəsinə düşmüşdü. Qurani-Kə
rimin əl-Maidə surəsinin 3-cü ayəsində buyurulur: «...Bu gün
dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin
fəthi,
İslamın
mövqeyinin
möhkəmlənməsi,
cahiliyyət
dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i.a.)
tamamladım və sizin üçün din olaraq islamı bəyənib seç
dim ...»
İlahi peyğəmbərlik insan Yer üzünə qədəm qoyan gündən
başlamışdır. Həzrət Məhəmmədlə (s.) peyğəmbərlik silsiləsi so
na yetsə də, onun əməlləri, kəlamları dünya durduqca, duraca-
qdır.
Qurani-Kərimin əl-İsra surəsinin 15-ci ayəsində buyurulur:
«D oğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da
ancaq özünə zərər edər. Heç bir günahkar başqasının günahını
daşımaz, (hərə öz günahına cavabdehdir). Biz, peyğəmbər gön
dərməmiş (heç bir ümmətə) əzab vermərik!» Peyğəmbərin (s.)
ən əsas xüsusiyyəti onun ədalətidir. Digər bir xüsusiyyəti
müdriklik və rəhbərlikdir. Bütün bu xüsusiyyətlər fərdi qərarı
istibdaddan qoruyur. Başqa bir xüsusiyyət mütəxəssislərlə
müşavirədir və bu müşavirə istibdad üçün bütün qapıları
bağlayır.
Peyğəmbər (s.) hökumətində öz həqiqi əksini tapan dini
siyasət xalq üçün həqiqi azadlığın, tərəqqinin əsasını qoymuş
dur. Xalq heç zam an peyğəmbər siyasətindən yorulmamışdır.
M üasir dövrdə dini-siyasi rəhbərlər Həzrət Peyğəmbərin (s.)
üsulunu nümunə götürməlidirlər. Xalqın hüquqlarım məhdud
laşdırm aq olmaz. Q uran Peyğəmbərin (s.) xasiyyətlərini belə
tərifləyir: «Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!» (N un
və ya əl-Qələm surəsi, ayə 4) Peyğəmbər (s.) yaxşı xasiyyətin
ölçüsünü belə bəyan edir: «Yaxşı xasiyyətin ölçüsü Allah sifət
ləridir», yəni o şəxsin xasiyyəti yaxşıdır ki, ilahi əxlaqla bəzən
miş olsun. Çətinliklər zam anı dözümlülük, qüdrətli vaxtı onun
səxavəti, əfv və bağışlamağı hamını heyran qoyardı. Peyğəm-
85
Dostları ilə paylaş: |