45
olmaqla 9 nəhəng planetin (hal-hazırda bu planetlərin sayı 8 qəbul olunub),
onların çoxlu sayda peyklərinin, müxtəlif kometlərin, asteroidlərin və s. onun
ətrafında fırlanmasını təmin edir.
Elektron, proton və neytron arasındakı cazibə qüvvəsinin hesabına
müxtəlif atomlar, atomlar arasındakı cazibə qüvvəsinin hesabına müxtəlif
molekullar, molekullar arasındakı cazibə qüvvəsinin hesabına isə müxtəlif
maddələr əmələ gəlmişdir. Göründüyü kimi, cazibə qüvvəsi kainatın
formalaşmasında mühüm rol oynayan qüvvədir.
Bəs görəsən nəyə görə cazibə qüvvəsi bir halda çox böyük, digər halda isə
nəzərəalınmaz dərəcədə kiçik olur? Bunu müəyyənləşdirmək üçün cazibə
qüvvəsinin nələrdən asılı olduğunu aydınlaşdırmaq lazımdır. Nyuton
müəyyənləşdirə bilmişdir ki, cisimlər arasındakı cazibə qüvvəsi həm cisimlərin
kütlələrindən, həm də onlar arasındakı məsafədən asılıdır. Daha dəqiq desək,
ümumdünya cazibə qanununa əsasən kainatın hər hansı iki cismi arasındakı
cazibə qüvvəsi cisimlərin kütlələrinin hasili ilə
düz, onlar arasındakı məsafənin kvadratı
ilə tərs mütənasib olur (şəkil 56).
Bu qanunun riyazi ifadəsi
şəklindədir. Şəkil 56.
Burada
– mütənasiblik əmsalı olub, qravitasiya sabiti adlanır.
və
cisimlərin kütlələri, isə – cisimlərin mərkəzləri arasındakı məsafədir.
– nin vahidini tapaq. Cazibə qanununun ifadəsindən
alınır.
Onda BS – də
, SQS – də isə
olar.
İndi də
– nin fiziki mənasını aydınlaşdıraq. Bunun üçün
ifadəsində
,
, yazsaq, onda
və ya
alarıq.
Deməli, qravitasiya sabiti - hər birinin kütləsi 1kq, aralarındakı məsafə
1m olan iki cisim arasındakı cazibə qüvvəsinə bərabər olan fiziki kəmiyyətdir.
46
olduğu müəyyən edilmişdir. Bu o deməkdir ki,
hər birinin kütləsi 1kq, aralarındakı məsafə 1m olan hər hansı iki cisim biri-birini
6,67·10
-11
N qüvvə ilə cəzb edir.
AĞIRLIQ QÜVVƏSİ.
Cisimlərin Yer (və ya planet) tərəfindən cəzb olunduğu qüvvə ağırlıq
qüvvəsi adlanır.
Ağırlıq qüvvəsinə uyğun ifadə çıxarmaq üçün Ümumdünya cazibə
qanununun düsturunda cisimlərdən birini Yer, digərini isə Yerin səthindən
müəyyən hündürlüyə qaldırılmış cisim kimi qəbul edək (şəkil 57). Əgər Yer və
cismin kütlələrini uyğun olaraq və ilə işarə etsək, onda Yer ilə Yerin
səthindən hündürlüyə qaldırılmış cisim arasındakı cazibə qüvvəsi üçün
şəklində ifadə almış
olarıq.
Şəkildən olduğu görünür.
Bunu nəzərə almaqla, sonuncu ifadəni
kimi də yazmaq olar.
(burada - Yerin radiusudur).
Şəkil 57.
Aldığımız bu ifadəni Yerin cazibə qüvvəsi və ya cismin ağırlıq qüvvəsi
adlandırırlar.
Yerin səthi üçün ( ) ağırlıq qüvvəsinin ifadəsi
şəklində olacaq.
İfadədən göründüyü kimi, ağırlıq qüvvəsi cismin kütləsindən, planetin
kütləsindən, planetin (Yerin) səthindən olan hündürlüyündən, verilmiş planet
üçün (məs. Yer üçün) həm də onun radiusundan asılı olur. Qeyd edək ki, hətta
verilmiş planet üçün belə (məs. Yer üçün) radius sabit kəmiyyət deyil. Bunun
47
səbəbi öz oxu ətrafında fırlanan planetin fırlanma ellipsoidi formasında
( qütblərdən basıq ) olmasıdır (şəkil 58).
Buna görə də Yerin səthində ən böyük
olan ağırlıq qüvvəsi müxtəlif en
dairələrində az da olsa fərqlənir. Daha
dəqiq desək, Yerin səthində ağırlıq
qüvvəsi şimal (N) və cənub (S)
qütblərində ən böyük (radius kiçik Şəkil 58.
olduğu üçün), ekvatorda isə ən kiçik
(radius böyük olduğu üçün ) olur.
Cisimlərin vakuumda (havasız mühitdə) cəzb olunma nəticəsində Yerə
düşməsi sərbəstdüşmə adlanır. Qaliley müəyyən etmişdir ki, havanın
müqaviməti olan mühitdə düşmədən fərqli
olaraq, sərbəst düşən cisimlərə kütləsindən
asılı olmayaraq Yer eyni təcil verir. Həmin
təcil sərbəstdüşmə təcili adlanır və « g » ilə
işarə olunur (şəkil 59).
Belə çıxır ki, sərbəst düşən cisimlərə
Yerin verdiyi təcil sərbəstdüşmə təcili
adlanır.
Şəkil 59.
Deyilənlərdən aydın olur ki, sərbəstdüşmə təcili düşən cismin
kütləsindən asılı olmur.
Qüvvənin kütlə və təcilin hasilinə bərabər olmasını (
) və bu
hal üçün
olduğunu nəzərə almaqla, ağırlıq qüvvəsini həm də
kimi yazmaq olar.
Ağırlıq qüvvəsinin
və
ifadələrinin
müqayisəsindən sərbəstdüşmə təcili üçün
şəklində düstur
almış olarıq.
Göründüyü kimi, cismin kütləsindən asılı olmayan sərbəstdüşmə təcili
planetin kütləsindən, hündürlüyündən və verilmiş planet üçün həm də onun
radiusundan asılıdır.
Dostları ilə paylaş: |