Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə33/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   29   30   31   32   33   34   35   36   ...   41

şairi Nəriman Həsənzadənin misraları canla ‐
nırdı:
İllər pillələrmiş bizdən ötəri,
Yollara gah bürkü, gah şaxta düşür.
Şöhrətin sevinci, yaşın kədəri 
Tərs kimi ikisi bir vaxta düşür.
Әzizim İmamverdi müəllim! 
Әminəm ki, «Ömrün və elmin romantika ‐
sı» memuarı ədəbiyyatımızın nadir və möh ‐
tə  şəm abidəsi kimi tarixə düşəcək, gələcək
nə sil lərə ən yaxşı ərməğan olacaq. Bu müna ‐
sibətlə Sizi ürəkdən təbrik edir, gümrah gün ‐
lər arzulayıram.
Dərin hörmət və ehtiramla, dostunuz
Qəzənfər Paşayev
181


182
FİLOLOGİYA ÜZRӘ FӘLSӘFӘ 
DOKTORU MÜŞFİQ BABAYEVӘ
MӘKTUB*
Әzizim Müşfiq, söz verdiyim kimi məzu ‐
niy yət vaxtı fəlsəfə və ədəbiyyatın qovşağın ‐
da qərarlaşan xeyir və şərdən, nihilizm, nəfs,
əxlaq, elm, bilik, elmdə ehkamçılıq, əsl alim ‐
lərdən, alimin məziyyətlərindən, sofistlərdən
bəhs edən, Qərb ədəbiyyatından bol‐bol bəh ‐
rələnərək yazdığın, faktlarla zəngin kitabının
əlyazmasını oxudum.
Sən hələ mənim rəhbərliyimlə ABŞ yazı ‐
çısı, Nobel mükafatı laureatı «Con Steynbek
yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə müqa ‐
yisəli kontekstdə» adlı namizədlik disser ta si ‐
yası üzərində işləyəndə ciddi şəkildə fəl sə fəyə
can atdığını görürdüm. Dissertasiyanın və
çap etdirdiyin monoqrafiyanın I fəsli – «Con
Steynbek yaradıcılığında Şərq fəlsəfəsi, sufi‐
lik və transsendentalizm» çox məsələlərə
aydınlıq gətirir. Sən Amerika transsenden ta ‐
liz mi və sufiliyin eyni olduğunu faktlarla
təsdiq etmiş oldun. Bu, ABŞ‐da böyük mara ‐
ğa səbəb oldu. Məqaləni çap etdilər...
_________________
* Bax: «Әdalət» qəzeti, 25.08.2015.


183
Mənə ünvanladığın üç səhifəlik məktubu ‐
na, fəaliyyətimə və şəxsiyyətimə verdiyin
qiy mətə görə təşəkkür edirəm. Sən, həqiqə tən
də, mənim ən çalışqan və dərrakəli disser tant ‐
 larımdan biri olmusan. Məsləhətlərimə ciddi
əməl etmisən.
Lakin bu əsərin daha çox fəlsəfə yönlü ol du ‐
ğundan sənə çox gərəkli məsləhətlər ver məkdə
çətinlik çəkirəm. Axı mən fəlsəfə ilə məş ğul
olmamışam. Doğrudur, bütün elm lərin açarı
fəlsəfədir. Heç şübhəsiz, elmi ter minlər filolo ‐
giya üzrə fəlsəfə doktoru, kimya üzrə fəlsəfə
doktoru və s. təsadüfən yaran mamışdır.
Müşfiq, qardaşım, əsərinin mənə görə ən
böyük məziyyəti ondan ibarətdir ki, Qərb fəl ‐
səfəsini Şərq fəlsəfəsi kontekstində tədqiqata
cəlb edibsən. Bu işdə ingilis dilini mükəmməl
bilməyin böyük rol oynayıb. Doğrudur, qə ‐
dim yunan filosofları Sokrat, Әflatun, Әrəs ‐
tun, Platon və başqalarının əsərlərini ingiliscə
oxumaq və tədqiq etmək üçün təkcə dil bil ‐
mək kifayət deyil, gərək bunun üçün içdən
gələn məhəbbət də olsun. 
Mən səndə fəlsəfəyə tükənməz məhəbbəti
sənin hələ aspirantlıq dövründə görmüş və
təqdir etmişdim.


Әzizim Müşfiq, insan kamillik zirvəsinə
çatmaq üçün şəriət, təriqət, mərifət, həqiqət
adlanan dörd mərhələ keçməlidir. Sonuncu
kamillik dövrüdür. Məhz buna görə də bə ‐
şəriy yətin keçdiyi tarixi yolda elm və biliyin
əxlaqla, insani keyfiyyətlərlə çox az əlaqədar
olduğunu iddia edənlər, hətta isbatlayanlar
həqiqətdən uzaqlaşırlar.
Bildiyin kimi ta qədimdən indiyə kimi
elm, bilik əxlaqi‐mənəvi kamilliyin açarı
hesab olunmuşdur:
Bağlı bir qapıya açar axtarsan,
Ancaq alimlərdə axtar, taparsan.
Әtraf mühit, külli kainat yalnız elmin sa ‐
yə sində dərk olunur. 
Yazdığın kimi kamillik yoluna çıxan insan
güclü iradə sahibi olmalı, nəfsinə, tamaha,
hərisliyə qalib gəlməyi bacarmalıdır. Çünki
bütün bəlaların mənbəyi tamahkarlıq, bütün
cəfaların səbəbi hərislikdir. Hardasa oxumu ‐
şam – üç adama üç şey yaraşmaz: padşaha –
xəbislik, varlıya – xəsislik, alimə – hərislik.
Әflatunun sofist alimləri həris elm dəllal ‐
ları adlandırması və bədnam etməsi bununla
bağlı olmuşdur. Yazdığın kimi sofistlər yük ‐
184


sək təmənna və tamahları ucbatından nüfuz‐
dan düşmüşlər.
Yazırsan ki, «Xəmsə»ni yazarkən Nizami
«Zənbur», «Tövrat», «İncil» və «Quran» mətn ‐
lərini, «Kəlilə və Dimnə»ni, «Siyasətnamə»ni
və s. dərindən öyrənibmiş.
Görürsənmi Nizami həm elm, bilik qaza nıb,
həm də əxlaqi‐mənəvi kamilliyin zirvə sinə yük ‐
səlib. Bütün zamanların şairi təsa düfi yazmırdı:
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
Әzizim Müşfiq, gəl etiraf edək ki, Nizami ‐
nin dövründə alim alim, kərpickəsən kərpic ‐
kəsən idi. Təəssüf ki, indi meyarlar o qədər
dəyişib ki, təsadüfi adamlar, istedadı olma ‐
yan bəzi kimsələr də alim adını daşıyır. Odur
ki həqiqi alimdən söz düşəndə mütləq əsl
alim ifadəsini işlətmək zorunda qalırıq.
Müşfiq, qardaşım, fəlsəfə və yunan filo ‐
sof  ları ilə bağlı bir çox məsələləri sənin əsə ‐
rindən öyrəndim. Sokrat necə də dəqiqliklə
göstərmişdir ki, ideal dövlətin tam gerçək ləş ‐
məsi heç vaxt mümkün olmayacaq. O, israrla
bəyan edirdi ki, cəmiyyət üçün narahat olan‐
lar, onun qayğısına qalanlar nizamlı dövlət
185


qurmalıdırlar. Әks təqdirdə anarxiya və des ‐
potizm baş alıb gedər. Həyat göstərir ki, bu
da bir həqiqətdir.
Әzizim Müşfiq, kitabında Sokratın, Aris‐
totelin, Әflatunun, Platonun bir çox əsərlə rin ‐
dən söz açdığın halda, Aristotelin «Poetika»
əsərinə toxunmayıbsan. Azərbaycan dilinə
tərcümə edilərək keçən əsrdə böyük tirajla
çap olunan bu əsərə Qərb aləmində münasi ‐
bəti bilmək maraqlı olardı.
Kitabında empirizm fəlsəfəsindən, bu sa ‐
hə də alman alimi Kantın fəlsəfə elminə töhfə ‐
lərindən bəhs edirsən.
Hər cür elmi bilik yalnız təcrübə yolu ilə
əldə edilə bilər. Әzizim Müşfiq, bu da Kantın
fikridir.
Kant yazırdı ki, Allah təcrübə fövqündə
durduğuna görə onun mövcudluğunu nə
təsdiq, nə də inkar edə bilirik. Eyni zamanda
Kant göstərirdi ki, Yaradanın mövcudluğuna
inamı bizim əxlaqi şüurumuz tələb edir.
Müşfiq, əslində, əsərində, filosoflara mə ‐
lum məsələlərdən söz açırsan. Lakin sənin
əsə rinin fərqi ondan ibarətdir ki, araşdırmanı
öz düşüncə tərzində, həm də Şərq‐Qərb fəlsə ‐
fəsi kontekstində aparırsan. 
186


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə