Əbülfəz Bərəkət



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə13/57
tarix15.03.2018
ölçüsü192 Kb.
#31524
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

Əbülfəz  Bərəkət  (Qasımov)
lik,  sürətli  və  dinamik  inkişaf simvoluna  çevrilmişdir. 
Xalqımız  xoşbəxtdir  ki,  ümummilli  liderimiz  Heydər 
Əliyev  öz  siyasi  varisinin  seçimini  böyük  uzaqgörən­
liklə  müəyyən  edə  bilmişdir.  Heydər  Əliyevin  ailə­
sində  dünyaya  göz  açmış,  siyasət  aləmində  yetişmiş, 
diplomatiyanın  incəliklərini  qavramış  İlham  Əliyevin 
ölkəmizə  prezident  seçilməsini  dəstəkləmişdir.
İlham  Əliyev,  Heydər  Əliyevin  ləyaqətli  davamçısı 
olacağına  and  içmişdir.  Onun  dilindən  çıxan  dəyərli 
ifadələr  indi  xalqımızı  ruhlandıran,  dinamik  inkişafa 
doğru  istiqamətverici  kompasa  çevrilmişdir.
Cənab  İlham  Əliyevin  prezidentlik  dövründə  iqtisa­
diyyatımızın  sahələrində  dinamik  inkişafa  nail  olmuş­
dur.  Ölkəmizin  ÜDM-i  2003-cü  ildə  35  trilyon  ma­
natdan  2004-cü  ildə  41,9  trilyon  manata  çatmışdır. 
Ölkəmizin  sənaye  və  kənd  təsərrüfatı  məhsullarının 
artımı  da  diqqəti  cəlb  edir.
İqtisadiyyatın  bütün  sahələrində  çalışanların  orta 
aylıq  əməkhaqqı  və  təyin  olunmuş  aylıq  pensiyaların 
orta  məbləği  də  yüksəlməyə  doğru  gedir.
Prezidentlik  dövründə  cənab  İlham  Əliyevin  böyük 
səyləri  nəticəsində  respublikamızın  dövlət  büdcəsinin 
inkişafında  da  böyük  keyfiyyət  dəyişiklikləri  də  baş 
vermişdir.  Məhz  buna  görədir  ki,  2005-ci  ildə  dövlət 
büdcəsinin  gəlirləri  9  trilyon  422  milyard  manata  çat­
dırılması  nəzərdə  tutulmuşdur.  2005-ci  ildə  Dövlət 
Neft  Fondundan  daxilolmalar  750  milyard  manat 
olacağı  gözlənilirdi.  2005-ci  ildə  dövlətimiz  1  trilyon
76
ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
782  milyard  manat  təhsilə,  578  milyard  manat  sə­
hiyyəyə,  1  trilyon  499  milyard  manat  sosial  müdafiə 
və  sosial  təminata  vəsait  ayırmağı  planlaşdırmışdır. 
Elmə  ayrılan  xərclər  147  milyard  manat  təşkil  edəcək­
dir.  Beləliklə,  bu  il  Prezidentimiz  İlham  Əliyevin 
həyata  keçirdiyi  iqtisadi  tədbirlər  nəticəsində  ölkəmi­
zin  dövlət  büdcəsi  daha  da  artacaq  və  onun  sosial 
yönümlüyü  qüvvədə  qalacaqdır.
Bütün  bunlardan  belə  nəticəyə  gəlmək  olar  ki,  cə­
nab  İlham  Əliyevin  prezident  kimi  fəaliyyət  göstərdiyi 
dövrdə  ölkəmiz  istər  siyasi  aləmdə,  istərsə  də  sosi­
al-iqtisadi  sahələrdə  xeyli  irəliləmişdir.  Məhz  buna 
görədir  ki,  cənab  Prezidentimiz  İlham  Əliyev  qeyd 
edir:
7 7


Əbiilfəz  Bərəkət  (Qasımov)
«Oktyabrın  15-də  Azərbaycan  xalqı  seçki  m əntə­
qələrinə  gələrək  Heydər  Əliyev  siyasətinə  səs  verib­
dir.  Sülhə,  əmin-amanlığa,  tərəqqiyə,  inkişafa,  quru­
culuğa,  sabitliyə  səs  veribdir.  Bu  siyasətə  Azərbay­
canda  alternativ  yoxdur.  Azərbaycana  hörmət  edirlər. 
Azərbaycanda  demokratiya  daha  da  inkişaf  edəcək, 
siyasi  plüralizm,  söz  azadlığı  təmin  olunacaqdır. 
Ölkəmiz  müasir  dövlətə  çevriləcəkdir.  Bütün  bunları 
etmək  üçün  Azərbaycanda  çox  işlər  görmək  lazımdır. 
Ancaq  bütün  bunları  həyata  keçirmək və  Azərbaycanı 
qüdrətli  dövlətə  çevirmək  üçün,  ən  başlıcası,  ölkədə 
Heydər  Əliyevin  siyasəti  davam  etdirilməlidir.  Mən 
Azərbaycan  xalqına  söz  verirəm  ki,  bu  siyasətə  sadiq 
qalacağam,  heç vaxt  bu  yoldan  dönməyəcəyəm,  Heydər 
Əliyevin  siyasətini  davam  etdirəcəyəm».
Respublikamızın  Prezidenti  cənab  İlham  Əliyevin 
dediyi  bu  sözlər  indi  artıq  həqiqətə  çevrilir.  İndi  hər 
kəs  görür  ki,  prezidentimiz  vəd  etdiyinə  əməl  edir. 
Xalqın  ürəyindən  keçən  arzuları  böyük  həssaslıqla 
hiss  edir  və  onu  reallaşdırmağa  çalışır.
İlham  Əliyev  cənabları  dövlətimizin,  sözün  həqiqi 
mənasında,  əsl  qarantıdır.  Prezident ölkənin,  millətin  ta­
leyini  düşünən,  onun  qayğısına  qalan  həlledici  simadır.
2004-cü  il  yüksək  inkişaf  göstəriciləri  ilə  başa 
çatdı.  Respublikamızın  hər  yerində  qaynar  işgüzarlıq 
diqqəti  cəlb  edir.  Sosial-iqtisadi  həyatımızın  bütün  sa­
hələrində  insanı  heyran  edən  dirçəliş  gözə  çarpır.  Öl­
kə  Prezidenti  İlham Əliyevin Naxçıvan,  Qazax,  Tovuz,
78
Şəmkir,  Gəncə,  Astara,  Lənkəran,  Masallı  və  Cəlil­
abad  rayonlarına  işgüzar  səfərləri  bir növ  onun  öz  xal­
qı  qarşısında  əsl  hesabatına  çevrildi.  Prezidentimiz  bir 
daha  əmin  oldu  ki,  onun  islahatları,  həyata  keçirdiyi 
regional  siyasət  çox  dəyərli  bəhrələr verir.  İşsizliyi  və 
yoxsulluğu  aradan  qaldırmağa  səbəb  olur.  Hər  bölgə­
də,  hər  bir təhsil  ocağında  ümummilli  liderimiz  Heydər 
Əliyevin  siyasi  varisliyini  ləyaqətlə  həyata  keçirən 
Prezidentimiz  İlham  Əliyevə  bəslənən  xalq  m əhəb­
bəti  insanı  valeh  edir.  Çünki  o,  özünü  hər  bir  A zər­
baycan  vətəndaşının  prezidenti  hesab  edir.  Bu  ona 
görədir  ki,  biz  Azərbaycan  vətəndaşları  da  öz  Prezi­
dentimiz  cənab  İlham  Əliyevlə  fəxr  edir,  onun  yolu 
ilə  gedirik.
Ölkə  Prezidenti  İlham  Əliyev  Azərbaycan  dövləti­
nin  uğurlarını  artırmış,  siyasi  və  sosial-iqtisadi  əhə­
miyyətli  bir çox  sərəncamlar və  fərmanlar  imzalamış­
dır.  Beynəlxalq  aləmdə  ölkəmizin  nüfuzunu  artıran 
bir  çox  görüşlər  keçirmiş,  sazişlər  bağlamışdır.  Azər­
baycanın  ərazi  bütövlüyünün  bərpası,  Qafqaz  regio­
nunda  sülh  və  iqtisadi  əməkdaşlığın  genişləndirilmə­
sinin  təməli  qoyulmuşdur.  Bütün  bunlar  respublika­
mızın  beynəlxalq  aləmdə  imicinin  artmasına,  iqtisadi 
əməkdaşlıq  imkanlarından  daha  səmərəli  istifadə  edil­
məsinə  əsas  verir.  Bütün  sahələrdə  ölkəmizdə  uğurlar 
qazanılır.  Azərbaycan  beynəlxalq  aləmdə  özünə  la­
yiqli  yer  tutur.  Xalqımızın  maddi  rifahı  get-gedə  da­
ha  da  yaxşılaşır.
_________________________ ŞƏRQİN  QAPISI NAXÇIVAN DİYARI
7 9


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə