ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə3/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   2   3   4   5   6   7   8   9   ...   50

Əbülfəz Əzimli
 _____________________________________  
 
 

I FƏSİL 
 
KAMRAN ƏLİYEVİN ROMANTİZMƏ DAİR 
TƏDQİQLƏRİNDƏ YENİ SƏHİFƏLƏR 
 
1.1. 
ƏDƏBİYYATŞÜNASLIQDA 
ROMANTİZMƏ 
MÜNASİBƏTİN  NƏZƏRİ-METODOLOJİ  QÜSURLARI 
HAQQINDA BİR NEÇƏ SÖZ 
  
Romantizm, əsasən, həyati gerçəkliklərin faciə inikası poe-
tikasıdır.  
Romantizmə  irad tutanların  bədii sənət bilgiləri  bəsit, mü-
nasibətləri  siyasi-ideoloji  məqsəd  güddüyündən  qeyri-ədəbidir. 
Sözsüz  ki,  ədəbə  tərs  münasibətdə  qeyri-ədəbilik  yaranar.  XX 
əsrin  sovet dövrü ədəbiyyatşünaslığı da romantizmə  münasibət-
də  qeyri-ədəbi  bir  hala  düşmüşdür.  Təəssüf  ki,  bu  hal  bəzi  mə-
lumat və izahlarda, kitab və dərsliklərdə bu gün də davam edir. 
Romantizm bədiilik strukturlarına məxsus qanun-qaydalara 
malikdir.  Romantizmi  həm  ümumbədii  yaradıcılığın,  həm  də 
onun özünün  məzmun və  forma, bədii  inikas strukturu  əsasında 
izah etmək olar. Bunun üçün, ilkin olaraq,  bədiilik üzrə qanun-
qaydaların məzmun və forma xüsusiyyətlərini anlamaq gərəkdir.  
Romantizm bədii gerçəkliklərin daha aydın və sərt lövhələrini 
təsvir  etmək  stilinə  görə,  daha  canlı  və  dinamik  strukturlara  ma-
likdir:  bu  mənada,  ortaya  belə  bir  estetik  meyar  çıxır:  Romantizm 
cəmiyyətin  insana  münasibətindəki  ədəbsizlikləri  daha  aydın  və 
gerçək məzmunlardan əks etdirən yaradıcılıq yoludur. Romantiklər 
həyata və cəmiyyətə, insan münasibətlərinə seyirçi kimi baxmamış, 
onu poetik coşğunluqla əks etdirmiş, söz ruhu ilə canlandımışlar.  
Ona  görə  də  qeyd  edə  bilərik  ki,  romantizm  poetikasında 
təsvir və inikasların, həyati gerçəkliklərin əsas ifadə üsulu bədii 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 

coşğunluqdur.  
Söz sənətində bütün bədii ifadələr təsvir, tərənnüm və inikas 
poetizmi vasitəsidir. Bu mənada, bədii ədəbiyyat təsvir, tərənnüm 
və  inikas  (əksetdirmə,  təcəssüm)  stilistikasından  ibarətir;  və  bu 
stilistikada hər söz özlüyündə bir təsvir vahidi, üslub rəngidir.  
Təsvir  və  tərənnüm  sözlərin  aktiv  ifadə  formalarının 
nəticəsi  olaraq  inikas  edir.  Bədii  ifadənin  metod  və  üslub 
təqti təsvir və tərənnümün məzmun və forma xarakterindən 
asılıdır. Sözlərin, bədii təsvir və tərənnümün aktivlik xarak-
terinə görə ədəbiyyatşünaslar ədəbiyyata metod, üslub təsni-
fatları  vermişlər.  Bu  təsnifatın  əsasında  romantizm  və  rea-
lizm yaradıcılıq metodları dayanırdı. 
İlk bədii söz insanın hiss və həyəcanının ifadə forması kimi 
təzahür  etmişdir.  Bütün  xalq  ədəbiyyatı  janrları  insanın  daxili 
coçğunluğunun ifadəsidir. Bunu hiss və həyəcanların ifadəsi kimi 
səciyyələndirə  bilərik.  Hiss  və  həyacanlar  daxili  coşqunluqların, 
təlatüm  və  fırtınaların  bazasıdır.  Xəyal  və  təsəvvürlər  də  burada 
müstəsna  rol  oynayır.  İnsan  nəfəs  almasından  başlayarak,  bütün 
hal və vəzyyətlərində xəyal, təsəvvür və düşüncələrinə söykənib.  
Bədii  ədəbiyyat  –  nəğmə,  bayatı,  atalar  sözü,  tapmaca  və 
qaravəllilər,  mərasim  deyimləri,  habelə  əfsanə  və  nağıllar,  das-
tanlar  da  bu  metod,  ifadə  üsulu  əsasında  yaranmışdır.  Bu  an-
lamda,  bədii  yaradıcılığın  əsas  ifadə  mənbəyi  xəyal,  hissiyyat, 
duyğu və düşüncədir. Xəyal və hissiyyat nə qədər coşğun olarsa, 
fikir, ideya da o qədər təsirli olar. Bu əlamətlər bədii yaradıcılıq 
qanunlarını  təsbit  edən  cəhətlərdir  və  hər  şeydən  əvvəl,  bu, 
sözün bədii ifadə psixologizminə xas olan Poetika Qanunudur.  
Poetika qanununa görə əsasən, söz qanadlı olmalı, mənalar 
ən  təsirli  sözlər,  bəzənmiş  deyimlər  şəklində  dilə  gətirilməlidir. 
Bədii ifadə poetikası məntiqindən yanaşsaq, bunu obrazlı deyim, 
obrazlıq  qanunu  kimi  anlamalıyıq.  Bədii  təhkiyə,  təsvir  və 


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
10 
tərənnümdə sözlər qanad açır, mənalar ləl-cəvahiratlarla bəzənir, 
həyati canlılıq ilə söz canlılığı bir-birinə müvazi-uyğun olur. Bu- 
sözün, mənanın poetikası deməkdir.  
Xəyal  coşqunluğundan,  dərin  hissiyyatdan  kənar  olan  söz 
poetik  libasdan  məhrumdur;  bu  cür  sözlərlə  təsirli  mənalar  ver-
mək  olmaz.  Söz  bəzəndikcə  daha  mənalı  və  təsirli  olur.  Bütün 
bədii  sözlər  ən  gözəl  bəzənmiş,  süslənmiş  xəyal  və  hissiyyatın, 
duyğunun,  düşüncənin  poetika  məhsuludur.  Ona  görədir  ki,  bü-
tün  xalq  ədəbiyyatları  poetik-nəzmli  deyimlər  şəklində  yaran-
mış,  zənginləşmiş  və  genişlənmişdir.  Xalqın  söz  zövqü  o  qədər 
yüksək  olmuşdur  ki,  insanlar  adi,  bəsit  deyimləri,  primitiv  fikir 
söyləməni  bacarıq  hesab  etməmişlər.  Bu,  ümumilikdə,  ədəbiy-
yat, poetika aləminin Şərq qanunudur. 
Romantizm də söz, təsvir və tərənnüm coşğunluğudur. Hə-
yatın ən tipik və gerçək məzmununu yalnız dramatik coşğunluq-
dan əks etdirmək olar. 
Və istər lirik, istər epik, istərsə də dramatik formada olsun 
–  fərqi  yoxdur,  bütün  hallarda  ədəbiyyat  öz  vəzifəsini  yerinə 
yetirir. Lakin, ümumilikdə, XX əsr Azərbaycan ədəbiyyatşünas-
lığı  nəzəri  və  bədii poetika baxımından  bunu düzgün aspektdən 
səciyyələndirə bilməmişdir.  
 Romantizm estetikasına məxsus əlamətləri yanlız bədii ya-
radıcılıq  psixologiyasına  xas  olan  qanunlar,  meyarlar  kontek-
stindən şərh etmək olar. Təsvir və əksetdirmənin forma və məz-
mun  kriterlərindən  asılı  olmayaraq,  bütün  hallarda  söz  yalnız 
xəyal, düşüncə və duyğu ilə qanad açır. Bu, romantizm üçün də, 
realizm üşün də eyni dərəcədə əhəmiyyət daşıyır.  
XX  əsr  ümumsovetet,  o  cümlədən  Azərbaycan  ədəbiyyat-
şünaslığında  romantizmə  nünasibətdə  nəzəri-metodoloji  qüsurlar 
var idi. Bunlar hər hansı eyibtutmadan irəli gələn qüsurlar deyildi; 
bu hər şeydən əvvəl, romantizm adı ilə azad sözə, azad təsvirə və 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə