EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

51

məsələ elektron xidmətlər portalımız olan Hesab.az-dır. Bu 

günlərdə onun re-brendinqini edəcəyik. Məqsədimiz bura-

da çoxlu xidmət təqdim etməkdir. Bu, səyahət məhsullarının 

satışından  tutmuş  hazırda  populyar  olan  kommunal 

ödənişlərə qədər xidmətləri əhatə edəcək. Biz artıq başqa 

ölkələrdə  də  Hesab.az  kimi  portal  yaratmağı  planlaşdırı-

rıq. Hesab.az-la bağlı plan və yeniliklər çox olacaq. Növbəti 

iki illə bağlı planlarımız var və zamanla istifadəçilərimiz bu 

yeniliklərin şahidi olacaq.



Plastik  kart  istifadəçilərini  narahat  edən  məsələlərdən 

biri  də  onlayn  ödəmələr  zamanı  qarşıya  çıxa  biləcək 

təhlükəsizliklə  bağlı  problemlərdir.  “GoldenPay”  ödəniş 

sistemlərinin təhlükəsizliyi nə dərəcədə etibarlıdır?

Ölkəmizdə  onlayn  ödəmə  xidməti  verən  bütün 

şirkətlərdə, habelə “GoldenPay”də təhlükəsizlik məsələləri 

qlobal  standartlara  cavab  verir.  Bu  işi  onsuz  da  başqa 

şəkildə  etmək  olur.  Biz  hamımız  müəyyən  vaxtdan  bir 

“Visa” və “MasterCard” tərəfindən tez-tez audit olunuruq. 

Ümumiyyətlə, onlayn ödəmələr zamanı kart informasiya-

sının oğurluğu mümkün bir şey deyil. Kart informasiyasını 

daxil etdiyiniz zaman sadəcə saytın real olub-olmadığına 

əmin  olun.  Əvvəllər  eşitmədiyiniz,  güvənmədiyiniz  və  ya 

haqqında  Google-da  və  s.  heç  bir  normal  məlumat  çıx-

mayan  saytlarda  kart  informasiyasını  daxil  etməmək  la-

zımdır. Bundan əlavə, kartınızda 3D təhlükəsizlik xidmətini 

aktivləşdirmək  çox  məsləhətdir.  Bunun  üçün  banklara 

müraciət etmək lazımdır.

Kart informasiyaları real həyatda oğurlana bilir. Adətən 

kart  məlumatlarının  oğurluğu  bank  və  ya  prossesinq 

mərkəzinin əməkdaşları və ya bank sisteminin sındırılma-

sı zamanı oğurlanır. Bankomatlarda skimmer sistemi qoy-

maqla və ya real həyatda istifadə zamanı ehtiyatlı olmaq 

lazımdır. Ümumiyyətlə, kartda pul saxlamaq pul kisəsində 

saxlamaqdan daha təhlükəsizdir. Məsələn, pul kisəsi itdi-

yi zaman bütün pulları itirə bilərsiniz. Kartı isə bloklatmaq 

mümkündür.  3D  təhlükəsizlik  sistemini  aktivləşdirməklə 

onlayn  ödənişlərdə  tam  təhlükəsizliyə  nail  olmaq  olar. 

Oxucularımıza  bundan  qorxmamağı  tövsiyə  edirəm.  Bu 

gün  onlayn  ödənişlərin  dünya  üzrə  dövriyyəsi  milyard-

lar,  ölkəmizdə  isə  15-20  milyon  AzN  arasındadır.  Baş 

verən  problemlər  isə  bu  rəqəmlərin  yanında  qəpiklər 

səviyyəsindədir.



Elektron  ticarət  zamanı  məhsul  və  xidmətlərin 

vaxtında çatdırılması da bu sahənin inkişafına təsir edən 

əsas  amillərdəndir.  Ölkəmizdə  çatdırılma  xidmətlərinin 

inkişaf  etdirilməsi  üçün  hansı  addımların  atılmasını 

zəruri  hesab  edirsiniz?  Necə  hesab  edirsiniz,  elektron 

ticarət  şirkəti  bu  xidməti  öz  üzərinə  götürməlidir,  yoxsa 

ayrıca  bu  sahədə  fəaliyyət  göstərən  peşəkar  şirkətlərlə 

əməkdaşlıq etməlidir?

Məncə,  bu  sarıdan  heç  bir  problem  yoxdur.  Şirkət 

özü  biznes  planına  və  ya  imkanlarına  əsasən  ya  kuryer 

xidmətindən istifadə edə və ya öz kuryerlərini saxlaya bilər. 

Elektron ticarət inkişaf etdikcə bu tip xidmətlər də inkişaf 

edəcək. Hazırda bu məsələdə heç bir problem görmürəm.



Fərid müəllim, elektron ticarət alıcıya və bu xidmətləri 

təşkil edən tərəflərə hansı üstünlükləri verir?

Alıcı  üçün  ən  böyük  üstünlük  rahatlıq,  çeşidlilik, 

qiymətlər və məhsullar barədə yalnız real həyatdakı kimi 

satıcının  verdiyi  məlumatla  deyil,  digər  insanların  da 

fikirlərini  öyrənmək,  məhsulları  rahat  şəkildə  müqayisə 

etmək kimi imkanların təklif edilməsidir.

Satıcı isə xərclərini azalda və bazarını birdən-birə qlobal-

laşdıra bilər. Detallara getsək, çoxlu xırdalıqlar tapa bilərik, 

amma  məncə,  bunlar  ən  əsas  məsələlərdir.  Ümumilikdə 

bu növ ticarətin üstünlükləri olmasaydı, bu gün elektron 

ticarət ən sürətlə böyüyən sahələrdən biri olmazdı.

Ölkəmizdə onlayn ticarəti inkişaf etdirmək üçün dövlət, 

iş adamı və vətəndaşın üzərinə hansı öhdəliklər düşür?

Dövlət olaraq yerli elektron ticarəti vergidən azad edə 

bilsəydik, yaxşı olardı. Bu, çox çətindir, başa düşürəm. Bun-

dan süni istifadə edilməməsi üçün proses və mexanizmlər 

qurmaq lazımdır.

Vacibdir  ki,  iş  adamları  onlayn  ödəniş  və  xidmətləri 

daha çox həm tətbiq, həm də təbliğ etsin. Əvvəlki sualda 

haqqında danışdığım telekom operatorları ilə artıq onlayn 

ödəmələrin təbliği barədə bəzi işlər gedir. Ümid edirəm ki, 

danışıqlar uğurlu alınacaq. 

Vətəndaşları  isə  onlayn  ödəniş  və  xidmətlərdən 

çəkinməməyə,  vaxtlarına  qənaət  etməyə  çağırıram.  Bu 

sahədə  maariflənsinlər.  Onlayn  ödənişlər  və  elektron 

ticarət artıq həyatımızın bir parçasına çevrilib və onsuz da 

bundan qaçmaq mümkün deyil. Vərdişlərini nə qədər tez 

dəyişsələr, daha çox rahat olarlar. 

 



52

EcoVision

ƏSAS MÖVZU 



Osman  müəllim,  öncə  “EcoVision”  jurnalına 

müsahibə  üçün  təklifimizi  məmnunluqla  qəbul 

edib  bizə  vaxt  ayırdığınız  üçün  Sizə  təşəkkürümüzü 

bildiririk.  Uzun  müddət  bu  sahədə  çalışan  ekspert 

kimi  ölkəmizdə  elektron  ticarətin  durumunu  necə 

qiymətləndirirsiniz?

Son  illər  aparılan  təhlillər  göstərir  ki,  internet 

ticarətindən  istifadə  edərək  alış-veriş  edənlərin 

sayında  və  bunun  nəticəsində  elektron  ticarət 

dövriyyəsində artımlar var. Bu dinamika müsbətdir. 

Amma bütün bunlara baxmayaraq, hələ də internet 

ticarət ümumi ticarət dövriyyəsinin cüzi bir hissəsini 

təşkil  edir.  Belə  ki,  Dövlət  Statistika  Komitəsindən 

verilən  məlumata  görə,  ötən  il  ərzində  ölkədə 

həyata keçirilən elektron ticarətin həcmi 6,4 milyon 

manat təşkil edib. Bu, 2013-cü ilə nisbətən 2,4 dəfə 

çoxdur.  Bu  baxımdan  deyə  bilərik  ki,  bu  tendensi-

ya müsbətə doğru inkişaf edir. Amma 2014-cü ildə 

istehlak  məqsədli  pərakəndə  ticarət  dövriyyəsinin 

22 milyard manat olduğunu nəzərə alsaq, elektron 

ticarət dövriyyəsinin bunun fonunda cüzi olduğunu 

görərik.

Mən düşünürəm ki, Azərbaycanda elektron ticarət 

sektorunda  potensial  imkanlar  var.  Bu  imkanlar 

nələrdir? İnternet istifadəçilərinin sayı, cibində plastik 

kart daşıyanların sayı, ölkənin iqtisadi inkişafı və s. Bu 

kontekstdən yanaşanda ölkəmizdə potensial imkan-

ların daha böyük olduğunu görürük. Hesab edirəm ki, 

bu potensial qarşısında elektron ticarət dövriyyəsinin 

həcmi daha böyük ola bilərdi. Bunun üzərində araş-

dırmalar aparmaq lazımdır ki, ümumilikdə inkişaf var, 

internet inkişaf edir, plastik kart istifadəçilərinin sayı 

əvvəlki illərə nisbətən artır, amma dövriyyə yoxdur. 



Osman  müəllim,  bir  çox  ekspertlər  hesab  edir  ki, 

ölkəmizdə  elektron  ticarətin  sürətli  inkişafına  əngəl 

olan  səbəblərdən  biri  də  vətəndaşın  almaq  istədiyi 

məhsula əli ilə toxunmaq istəyidir. Yəni alıcı gözü ilə 

görmədiyi,  əli  ilə  toxunmadığı  məhsulu  almaqdan 

çəkinir. Bu stereotipləri qırmaq üçün nə etməliyik?

Ümumiyyətlə,  elektron  ticarətin  inkişafına  əngəl 

olan bir çox faktorlar var. Bu faktorlardan biri də qeyd 

etdiyiniz məsələdir.  Bizdə belə bir düşüncə tərzi var 

ki, gərək əlin pula toxunsun, kredit kartına pul gələn 

azərbaycanda elektron ticarətin 

potensialı yüksəkdir

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “EcoVision” jurnalının suallarını cavablandırır 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə