122) Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan prekursor hansıdır?
A) Sulfat turşusu
B) Efedrin hidroxlorid
C) Etil efiri
D) Xlorid turşusu
E) Aseton
Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların siyahıları 2001-ci il 20 fevral tarixli 85 II Q Azərbaycan Respublikasının Qanununda təsdiq edilmişdir.Göstərilən Etil efiri maddəsi Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan prekursor sayılır.
Ədəbiyyat: “Narkotik vasitələr, psixotrop maddələr və prekursorlara nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu.
123) Apteklərdə narkotik dərmanlar üçün təbii itki norması necə hesablanmalıdır?
A) Fərdi hazırlanan dərmanların miqdarının 0,35 %-i mislində
B) Fərdi hazırlanan dərmanların miqdarının 0,65 %-i mislində
C) Fərdi hazırlanan dərmanların miqdarının 1,9 %-i mislində
D) Fərdi hazırlanan dərmanların miqdarının 0,95%-i mislində
E) Fərdi hazırlanan dərmanların miqdarının 0,45%-i mislində
Malın və maddi dəyərin saxlanmasında cavabdehliyi möhkəmlətmək və qeyri-istehsal itkiləri azaltmaq məqsədilə apteklər üçün təbii itki normaları təsdiqlənmişdir. Belə ki, zəhərli dərmanlar üçün fərdi hazırlanan dərmanların miqdarının 0,95 %-i təbii itkiyə hesablanır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 59
124) Aptekdə hazırlanan dəmləmə və bişirmələrin saxlanma müddəti nə qədərdir?
A) 1 sutka
B) 3 sutka
C) 2 sutka
D) 10 sutka
E) 7 sutka
Apteklərdə hazırlanan dərmanlar üçün onların tərkibindən, hazırlanma üsullarından asılı olaraq, saxlanma müddətləri müxtəlifdir. Dəmləmə və bişirmələr üçün belə müddət 2 sutka təsdiqlənmişdir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 47
Dostları ilə paylaş: |