CAHANGĠR ƏHMƏD HACIOĞLU. Böhtançılar
məğlub oldular
Əbülfəz Elçibəy həyata vida edən günədək imperiya nökərləri və simasız quldurlar ona
ağlasığmaz hücumlar edib. Ġstər-istəməz düĢünürsən: axı bunların səbəbi nəydi?
Ġlk cavab da sual kimi çıxır meydana - məgər Azərbaycanı imperiyaının əlindən qoparmaq
istiqamətində çarpıĢan Ģəxsi, Azərbaycanın müstəqilliyinə nail olan milli lideri, Dağlıq
Qarabağı qaytarmaq ərəfəsində olan Ali BaĢ Komandanı, xalqa xoĢbəxt günlər bəxĢ etməyə
baĢlamıĢ prezidenti imperiyapərəst qüvvələr və xalqın düĢmənləri sevməliydi ki? Əlbəttə, yox!
Elçibəyin böyüklüyü etiraf edilsəydi onun hakimiyyət zirvəsinə yolunu bağlamaqmı olardı?
Elçibəyi qəbul edə bilməmək vəzifə kürsülərini saxlamaq vasitəsi idi. Amma ağlı baĢında olan
hər kəs bilirdi ki, Elçibəy böyükdür, həqarətlərə layiq deyil. Amma mütəĢəkkil qüvvələrin
əlində olan məkr çarxı iĢindəydi.
Elçibəyə qarĢı hücumlarda istifadə olunan adamları dörd qrupa bölmək olar.
Birincilər imperiyanın hərbi-sənaye komplesiylə bağlı olan və milli qüvvələrin hakimiyyətə
gəlməsinə var gücüylə maneçilik törədənlərdi. Onların tipik nümayədəsi elmlər namizədiykən
1989-cu ildə Azərbaycan Elmlər Akademiyasına müxbir üzv seçdirilən və özünü “akademik”
adlandırmaqdan çəkinməyən Nizami Süleymanovdur. O, Elçibəyi düz 8 il ən ağır söyüĢlərlə
söydü, insanlığa ləkə sayılacaq üsullarla təhqir etdi. Ancaq 8 ildən sonra - daha “yuxarılar”ın
iĢinə yaramadıda Elçibəylə barıĢıq yolları axtarmağa baĢladı.
Ġkinci qrupa indiki iqtidardakı bəzi vəzifə sahibləri aiddir. Yüz dollardan aĢağı məvaciblə
milyonlar qazanmağın, çoxmərtəbəli möhtəĢəm villalar tikdirməyin ustası olan bu insanlar
iĢlərindəki fırıldaq, saxtakarlıq və cinayətlərini gizlətmək üçün guya hakimiyyətə sadiqliklərini
göstərmək məqsədiylə Elçibəyin üstünə olmazın iftiralar atırdılar.
Qəribəsi budur ki, vəzifədəykən Elçibəyi ən ləyaqətsiz ifadələrlə təhqir edən həmin Ģəxslər
kürsüdən qoparılan kimi demokrat cildinə bürünərək Elçibəyin ayağına yıxılaraq riyakarlıqla
ağlaĢma qurur, əməllərindən peĢman olduqlarını dönə-dönə bəyan edirdilər. Onların içində
nazirlər,
komitə sədrləri, idarə rəisləri az deyil.
Elçibəyin dəfni günü vidalaĢma mərasiminə gələn dövlət rəsmilərinin dünənədək onun
haqqında söylədikləriylə bugünkü xoĢ münasibətləri qətiyyən düz gəlmirdi. Həmin rəsmilər
Elçibəyin böyüklüyünü boyunlarına almağa məcbur oldular. Amma AzTV-nin bu gerçəkliyi əks
etdirməməsi o adamların öz etirflarından qorxduğunu göstərdi.
Üçüncü qrupdakılar, nə yazıqlar ki, Elçibəylə uzun müddət çiyin-çiyinə addımlayan bəzi iddialı
müxalifət nümayəndələridir. Bunlar Demokratik Konqresdə təmsil olunan bir sıra partiya
xadimləri, hətta AXCP-nin öz içində olan adamlardır (“Yurd”u nəzərdə tuturuq). Onların
məqsədi ümummilli mübarizəni zəiflədib heçə endirməkdi, buna da xeyli dərəcədə nail
oldular.
CAVANġĠR QULUYEV. Elçibəyin
əməllərindən biri də mənəm
Əbülfəz bəy çox sayda insanlarla ünsiyyətdə olmuĢ, bu insanların əksəriyyətinin düĢüncəsinə
təsir göstərmiĢ, onu formalaĢdırmıĢdır. Çox hallarda bu təsir onların təfəkkürünü,
dünyagörüĢünü, nəhayət, fəaliyyətini əsaslı surətdə dəyiĢmiĢdir.
Mənim peĢəm bəstəkarlıqdır, yəni yüzillərlə öz qanunauyğunluqları əsasında inkiĢaf etmiĢ,
ciddi və sərt qaydalara arxalanaraq qurulmuĢ qapalı bir musiqi fəaliyyəti sistemi. Bu sistemi
bilməyən kəs musiqi yaradıcılığına nüfuz edə bilməz. Ġstisna olaraq, bunu böyük dühalar edir.
Belə dühalardan biri də, Ģübhəsiz, Əbülfəz Elçibəy idi!
Mən aktiv bəstəkarlıq fəaliyyətinə 70-ci illərin əvvəllərində baĢlamıĢam. Ozamankı yazılarıma
qulaq asan heç vaxt deyə bilməz ki, bu musiqinin müəllifi türkdür, azərbaycanlıdır, çünki mən
rus təhsili görmüĢ “klassik” bir sovet gənci idim, gecə-gündüz maraqlandığım da ancaq
bəstəkarlığın quru, avanqard texnologiyaları idi - dodekafoniya, serializm, puantilizm,
minimalizm, aleatorika, musiqili-riyazi konstruksiyalar və bu yolda özümün struktur
axtarıĢlarım. Musiqinin canı olan bədiilik mənim gülüĢ obyektimə çevirilmiĢdi! Hətta tarımdan
belə canımı qurtarmıĢdım - onu bağıĢlamıĢdım. Mən snob idim!
Bu zaman, yəni 70-ci illərin əvvəllərində Bakı bulvarındakı çayxanada Əbülfəz Elçibəyin
məfkurəsi ilə rastlaĢdım! Onun tarix, bədii yaradıcılıq, musiqi haqqındakı fikirləri, nəhayət,
“azərbaycanlı milləti yoxdur - türk milləti var” ifadəsi məni ildırım kimi kəsdi, silkələdi və
yerimdən oynatdı! Mən sanki yuxudaydım - ayıldım! Və o vaxta qədər yazdıqlarımın adi quru
notlar yığını olduğu mənə çatdı. Əsərlər cansız, meyit kimi idi - ancaq forma və fakturası var
idi.
Elçibəylə ünsiyyətdən sonra artıq mənim vətənim Sovet Azərbaycanı deyildi - mənim Vətənim
bütün Türküstan oldu! M.Rəsulzadəni tanıdım! Türkün Ģanlı tarixi mənim tarixim oldu! Türkün
musiqisi də mənim musiqim oldu! Mən özüm də türk oldum! Döndüm özümə! Döndüm saza!
Döndüm Dədə Qorquda! Özümə yeni tar aldım!..
Mənə hava gəldi, mənə nəfəs gəldi, həvəs gəldi, arzu gəldi - təzə yazılar yazmaq istədim! Və
yazdım! Mənim musiqi taleyimdəki “çat xətti” 1972-ci ildə yazdığım “1-ci simli kvartet”in 2-ci
hissəsi ilə 3-cü hissəsinin arasından keçir! Çünki Əbülfəz bəy məni “yuxudan ayıldanda”
kvartetin iki hissəsini artıq yazmıĢdım. 3-cü hissə mənim sonrakı musiqi taleyimi həll etdi -
mənə uğurlar gətirdi, məni dünyada gəzdirdi! Və bütün sonra yazdıqlarım 1-ci kvartetin 3-cü
hissəsinin “Ģinel”indən çıxıb - Ə.Elçibəyin məfkurəsindən bəhrələnib! Beləcə, Elçibəy məndən
bəstəkar “yaratdı”!
Mənim nəslimdən olan bir çox yazıçı, Ģair, rəssam sənətdəki uğurları ilə Elçibəy ideyasına
borcludur və onlar bunu gizlətmirlər. Bu, siyasətçinin bədii sənətə münasibətinin və təsirinin
parlaq örnəyidir!
Sonralar Əbülfəz bəylə bir çox görüĢlərimizdə dəfələrlə musiqi yaradıcılığı barəsində söhbətlər
etmiĢik və hər dəfə də onun musiqi yaradıcılığının mahiyyətini dərindən anladığının Ģahidi
olmuĢam. Qara Qarayevin “3-cü simfoniya” kimi çox mürəkkəb və dərin əsərini o, asanlıqla