Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə9/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
25 
deyildir.  İndiyə  kimi  güney  mühitləri  ilə  bağlı  sistemli  toplama  və  araşdırma 
işlərinin aparılmaması, uzun  müddət şimalla cənub arasında gediş-gəlişə  icazə 
verilməməsi,  hətta  dəmir  pərdələrin  qismən  aradan  qaldırıldığı  indinin  özündə 
də  Azərbaycan  alimlərinin  cənubu  sərbəst  şəkildə  öyrənmək  imkanından  məh-
rum  olması  səbəbindən  güneydəki  aşıq  mühitlərinin  dolğun  elmi  görüntüsünü 
yaratmaq çox çətindir. Bununla belə, əldə olan toplama, nəşr və tədqiq işlərinə, 
son illərdə Bakıya gələn cənub aşıqlarının yaratdıqları təsəvvürlərə, tarixi-ədəbi 
qaynaqlardakı  bilgilərə  və  1995-ci  ildən  başlayaraq  çeşidli  zamanlarda  elmi 
səfərlərimdən  əldə  etdiyim  qənaətlərə  əsaslanaraq  müəyyən  mülahizələr 
yürütmək  olar.  Sözsüz  ki,  güneydəki  aşıq  mühitlərinin  hər  biri  barədə  gec-tez 
irimiqyaslı araşdırmalar aparılacaq və türk mədəniyyətinin son dərəcə qiymətli 
olan  həmin  nöqtələri  öz  elmi-tarixi  dəyərini  alacaqdır.  İndilik  ortaya  çıxarılan 
fakt  və  mülahizələrin  zaman  keçdikcə  yeni  bilgilər  əsasında  dəqiqləşdirilməsi 
və inkişaf etdirilməsi zəruridir. 
 
TƏBRĠZ-QARADAĞ  AġIQ MÜHĠTĠ 
 
Güneydəki  aşıq  mühitlərinin  əhatə  dairəsi  və  mədəni-tarixi  zənginlik  baxı-
mından  daha  çox  diqqət  çəkəni Qaradağ-Təbriz  aĢıq  mühitidir.  Məşhur  Sa-
valan  və  Səhənd  dağları  dövrəsindəki  mahalları  əhatə  eləyən  bu  mühit  tarixən 
olduğu kimi çağdaş anlamda da güney aşıqlığının mərkəzi sayılır. Buraya Sava-
lan dağı ətrafındakı Əhər, Kəleyvər, Sərab, Şəbüstər mahalları və Səhənd dağı 
çevrəsindəki  Marağa,  Sərəskənd,  Mərənd  yaşayış  məskənləri  daxildir.  Təbriz 
aralıq-keçid regionu kimi Savalan və Səhənd çevrələri arasında yerləşmişdir.  
Adı  çəkilən  regionlardan  aşıqlığa  daha  sıx  bağlı  olanları  Təbriz,  Əhər, 
Kəleyvər,  Şəbüstər,  Meşkin  və  Sərəskənddir.  Qarabağ-Təbriz  aşıq  mühiti 
tarixən bu bölgələrdən çıxan istedadlı sənətkarlarla şöhrətlənmişdir. Tufarqanlı 
Abbasın,  Xəstə  Qasımın  burada  yetişməsi,  Qurbaninin,  Sarı  Aşığın  əslən 
Qaradağlı  olması,  bir  çox  klassik  xalq  dastanlarının  ("Xəstə  Qasım",  "Abbas-
Gülgəz",  "Nəcəf-Pərizad",  "Aşıq  Qərib"  və  s.)  yurd  yerinin  Qaradağa  bağlan-
ması  Təbriz-Qaradağ  aşıq  mühitində  saz-söz  sənətkarlığının  tarix  boyundakı 
yüksək səviyyəsindən soraq verir.  
Mühitin ənənəvi repertuarını 45-50 dastan təşkil edir. Digər mühitlərdə mü-
şahidə  olunanlarla  yanaşı,  "Qulam-Kəmtər",  "Əlişah",  "Xudadat",  "Güneyli 
Nəcib  usta",  "Molla  Əliynən  Rafi",  "Kəlbi-Səlbi",  "Hatəm  şah"  kimi  regional 
səciyyəli dastanlar da mövcuddur. Hətta "Əsli-Kərəm", "Abbas-Gülgəz", "Aşıq 
Qərib",  "Xəstə  Qasım",  "Alıxan-Pərixanım",  "Şah  İsmayıl"  sırasından  olan  bir 
çox dastanın da bu mühitdə olduqca kamil və tutumlu variantları vardır. Təbriz-
Qaradağ aşıqları "Abbas-Gülgəz" dastanının üç həftə boyu (hər axşam üç saat 
olmaqla)  söylənə  biləcək  tutumda  olduğunu  bildirirlər.  Mühitin  söz  reper-
tuarında  "Koroğlu"  dastanının  mühüm  yer  tutması  (burada  "Koroğlu"nun 
təqribən 14 qolu söylənilir) Təbriz-Qaradağın əsas "Koroğlu" ocaqlarından biri 
olduğunu  da  göstərir.  Xatırladaq  ki,  XIX  əsrdə  yazıya  alınmış  "Koroğlu" 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
26 
nüsxələri  ("Xodzko"  və  "Tiflis"  nüsxələri)  də  Təbriz-Qaradağ  aşıq  mühiti  ilə 
birbaşa bağlıdır.  
Söz repertuarındakı  əlvanlıq və zənginlik eynilə musiqi repertuarında da öz 
əksini  tapmışdır.  Ənənəvi  klassik  saz  havalarından  əlavə  bu  mühitə  məxsus 
"Qaradağ şikəstəsi", "Doxabəyi", "Qürbəti", "Narıncı", "Qaytarma", "Şəqayiqi" 
kimi  havalar  burada  saz  bəstəçiliyinə  xüsusi  diqqət  yetirildiyini  təsdiqləyir. 
Aşıq Əziz Şahnazi bölgəsəl səciyyə daşıyan Təbriz-Qaradağ havalarının iyirmi-
dən yuxarı olduğunu söylədi (1995-ci il). İfaçılıq və bəstəçiliyin yüksək səviy-
yədə olmasını səciyyələndirən əlamətlərdəndir ki, Təbriz-Qaradağda təkcə "Di-
vani" havalarının beş növü ("Şahxətayi divanisi", "Sadə divani", "Qoca divani", 
"Urmani  divani",  "Osmanlı  divanisi")  vardır.  Eyni  çoxsaylılıq  və  rəngarənglik 
"Koroğlu  havaları",  "Kərəm  havaları",  "Gözəlləmə"  silsilələri  üçün  də 
səciyyəvidir.  
İyirminci  yüzilliyin  ortalarından  etibarən  Təbriz-Qaradağ  aşıq  mühitində 
Bakı radiosundan səsləndirilmiş aşıq havalarının təsiri özünü göstərmişdir. Aşıq 
Şakir, Aşıq Əkbər, Aşıq Kamandar və Ədalət Nəsibov ifa tərzi Təbriz-Qaradağ 
aşıqlarında  nəzərəçarpacaq  iz  buraxmışdır.  Bunu  yuxarıda  sözü  gedən  saz  ha-
valarının siyahısından da sezmək mümkündür. Əli Kafkasiyalı Təbriz-Qaradağ 
aşıq mühitində ifa olunan 142 saz havasının adını müəyyənləşdirmişdir.  
Üçlük  halında  -  saz,  balaban,  qaval  müştərəkliyi  ilə  çalıb-oxuma  ənənəsinə 
malik  olan  Təbriz-Qaradağ  aşıqlarının  həm  Gəncəbasar  və  Göyçənin,  həm  də 
Şirvan və Dərbəndin çalğı və oxu tərzinə yaxınlığı qabarıqdır. İfa zamanı rəqsə 
və  çevik  gəzişmələrə  üstünlük  verilir.  Zil  və  yüyrək  oxu  biçimi  bu  çevrənin 
aşıqları üçün daha səciyyəvidir.  
Aşıqlıq  professional  sənət  səciyyəsi  daşıdığı  üçün  onun  daimi  fəaliyyətini 
təmin  və  təşkil  edən  mərkəz  rolunu  tarixən  karvansara  və  mədəni-ticari 
mərkəzlərdəki çayçı-qəhvələr oynamışdır. Sovet dövründə Qafqazlarda və Orta 
Asiyada sıradan çıxarılmış həmin ənənə bir qədər məhdud şəkildə olmuş olsa da 
İran  və  Anadoluda  indi  də  yaşamaqdadır.  Aşıqların  professional  səviyyələrini 
yüksəltmək  və  yaxud  nümayiş  etdirmək,  eləcə  də  toy-düyünə  getmək  üçün 
müştəri  cəlb  etmək,  qazanc  əldə  etmək  məqsədi  ilə  toplaşdıqları  "Aşıqlar 
qəhvəsi" ("Aşıq çayxanası") Təbriz-Qaradağ mühiti üçün də səciyyəvidir. İslam 
inqilabına  qədər  təkcə  Təbrizdə  doqquz-on  "Aşıq  qəhvəsi"  fəaliyyət 
göstərmişdir.  İndi  onların  sayı  beşdir:  AĢıq  Ġsmayıl  Qəmbərinin  çayçı-
qəhvəsi;  "Gülüstan"  çayçı-qəhvəsi;  Hacı  Rəhimin  çayçı-qəhvəsi;  Gəncəli 
çayçı-qəhvəsi;  Ayət Qəmbəri çayçı-qəhvəsi. Bunlardan başqa Əhər, Mərənd, 
Marağa və Sərabda da aşıqların toplaşdığı çayçı-qəhvələr vardır.  
Aşıqlığa  yiyələnmə  ustad-şagird  ənənəsinə  söykənir.  Təbriz-Qaradağ,  eləcə 
də  digər  güney  mühitlərində  aşıq  sənətinə  kütləvi  marağın  nəticəsidir  ki,  iri 
yaşayış  məskənlərində könüllülərdən ibarət saz sinifləri təşkil olunur və orada 
aşıq  şagirdlərə  çalmaq  və  oxumaq  qaydalarını  öyrədir.  Bu  üsul  klassik  ustad-
şagird  ənənəsi  qədər  effektli  olmasa  da  sazın  və  aşıq  ifaçılığının  geniş 
yayılmasında, kütləviləşməsində mühüm əhəmiyyətə malikdir.  


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə