Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə30/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   26   27   28   29   30   31   32   33   ...   54

83 
 
Mündəricat
 
 
Giriş 
............................................................................................................................. 84 
 
1. Böhranlar və onların təsnifatı
...................................................................................... 85 
 
2. Bank böhranın əvvələcədən müəyyən edilməsi və qiymətləndirilməsi indeksləri 
.............. 86 
 
2.1. 
Maliyyə sağlamlığı indeksi ....................................................................................... 87 
 
2.2. 
Bank sektorunda stress indeksi ................................................................................. 88 
 
2.3. 
Bank sektorunun kövrəklik indeksi........................................................................... 89 
 
2.4. 
Bank sektorunun maliyyə dayanıqlığı indeksi .......................................................... 90 
 
3. Azərbaycan üçün bank böhranı indekslərinin qiymətləndirilməsi 
.................................. 91 
 
3.1. Azərbaycan bank sisteminin kövrəklik indeksi (BSKİ) ................................................ 91 
 
3.2. Azərbaycan bank sisteminin maliyyə dayanıqlılığı indeksi (BSMDİ).......................... 93 
 
4. 
Nəticə
........................................................................................................................ 94 
 
Ə
dəbiyyat
...................................................................................................................... 94 


84 
 
 
Giriş
 
 
 
Maliyyə  sabitliyinin  qorunması  və  idarə  olunması  hazırda  dünyada  ən  çox  müzakirə 
olunan  məsələlərdəndir.  Son  qlobal  iqtisadi  böhran  bank  sektorunun  dayanıqlığının 
qiymətləndirilməsinə xüsusi zərurətin olduğunu bir daha təsdiq etdi. 
 
Bir  çox  inkişaf  etməkdə  olan  ölkələrin  maliyyə  sektorlarının  dünya  maliyyə  sisteminə 
inteqrasiyası  onların  iqtisadi  inkişafına  mühüm  töhfələr  vermişdir.  Bununa  belə,  maliyyə 
risklərinin  idarə  olunmasında  boşluqlar  bəzi  ölkələrdə  dərin  bank  böhranına  və  son  nəticədə 
resessiyaya gətirib  çıxarmışdır. 
 
Bir  sıra  tədqiqatlar  müxtəlif  ölkələrdə  baş  vermiş  böhranların  ortaq  elementlərə  malik 
olmasını  göstərir.  XX  əsrin  sonlarından  etibarən  potensial  böhranların  mümkün  səbəblərini 
aradan  qaldırmaq  məqsədilə  böhranları  öncədən  müəyyən  etməyə  imkan  verən  modellər  və 
indekslər iqtisadi ədəbiyyatda geniş yayılmağa başladı. 
 
Cari   tədqiqat   işinin   əsas   məqsədi   də   məhz   bu   indekslərin   Azərbaycan   timsalında 
qiymətləndirilməsindən ibarətdir. 
 
Sənədin   strukturu   aşağıdakı   kimidir:   birinci   fəsildə   böhranların   nəzəri   əsasları 
verilmişdir.  İkinci  fəsildə  bank  böhranlarının  əvvəlcədən  müəyyən  edilməsinə  imkan  verən  və 
iqtisadi  ədəbiyyatda  geniş  yayılmış  4  indeksin  xarakteristikası  öz  əksini  tapmışdır.  Üçüncü 
fəsildə  isə  bu  indekslər  içərisində  ən  münasib  olan  2  indeks  Azərbaycan  bank  sisteminin 
timsalında qiymətləndirilmişdir. 


85 
 
 
1. Böhranlar və onların təsnifatı
 
 
XX əsrin sonlarında informasiya texnologiyalarının inkişaf etməsi ilə məlumatların daha 
sürətli və ucuz şəkildə ötürülməsi dövrü başlandı. Bu dövr məlumatların daha səmərəli istifadəsi, 
maliyyə   bazarlarında   yeni   alətlərin   yaranması,   ölkələr   arasında   maliyyə   inteqrasiyasının 
artmasını  dəstəkləmişdir.  Xüsusi  qeyd  etmək  lazımdır  ki,  XX  əsrin  son  iyirmi  ilində  maliyyə 
alətlərinin  çeşidləri,  maliyyə  bazarları  iştirakçılarının  sayı  əhəmiyyətli  artmışdır.      Maliyyə 
bazarlarının  həcmi  isə  nəzərə  çarpacaq  dərəcədə  artaraq  qlobal  ÜDM-i  üstələmişdir.  Bütün  növ 
məlumatları  gün  ərzində  24  saat  əldə  etmək  imkanı  olan,  mərkəzləri  məhdud  saylı  ölkədə 
cəmləşmiş qlobal maliyyə sistemi yaranmışdır. 
 
XX  əsrin  sonlarında  dünya   iqtisadiyatına   ciddi  təsir  edən   böhranlar  sırasında  1992- 
1993-cu illərdə Avropada valyuta böhranı, 1994-1995-ci illərdə Meksikada, 1997-1998-ci illərdə 
Şərqi  Asiya  ölkələrində,  1998-ci    ildə    Rusiyada,  1999-cu    ildə    isə    Braziliyada  baş  vermiş 
böhranları  qeyd etmək olar. 
 
2000-ci   illərdən   başlayaraq,   maliyyə   sistemi   və  dünya  iqtisadiyyatının   inkişafında 
yüksək  artım  templəri  müşahidə  olunurdu.  Lakin,  ABŞ-da  baş  vermiş  ipoteka  böhranı  surətlə 
vüsət  alaraq  ilk  növbədə  iqtisadiyyatı  inkişaf  etmiş  ölkələrin  maliyyə  sistemlərinə  ciddi  zərbə 
vurdu  və  iqtisadi  tənəzzülə  nəticələndi.    Böhran  demək  olar  ki,  bütün  dünya  bazarlarına  təsir 
etmişdir.  ABŞ-da  baş  vermiş  və  bütün  dünyanı  təsir  dairəsinə  alan  ipoteka  böhranı  XX  əsrin 
sonlarında baş vermiş digər böhranlardan daha güclü və daha uzunmüddətli olmuşdur (Şəkil 1). 
 
Şə
kil 1.Böhranın davametmə müddəti, rüblərlə
 
 
12 
 
10 
 

 

4,1 



 

 
 
 
 

6,6 
 
 
 
 
 
5,1 

 
 
 
 
 
 
 
 

1,3 
 
 
 

 
4,1 
 
10   9,5 
Black Monday 
(1987) 
Junk Bond 
(1989-1990) 
Meksika 
(1994-1995) 
Asiya, Rusiya 
(1997-1999) 
Internet şirkətləri 
(2000-2001) 
İ
poteka böhranı 
(2007-2009) 
 
Böhrandan əvvəlki səviyyədə gəlirlərin əldə edilməsinə qədər böhranın davam etməsi 
Böhranın ümumi davam etməsi 
 
 
Mənbə: М.Ершов, «Кризис 2008 года: момент истины для глобальной экономики и новые 
возможности для России», “Вопросы экономики», N 12, 2008, Институт экономики РАН; 
 
Qeyd: İpoteka Böhranının 2009-cu ilin ortalarına qədər davam etdiyi ehtimal edilmişdir. 
 
ABŞ  banklarından  sonra  Avropa  banklarında  da  problemlər   yaranmağa  başlamışdır. 
Fortis,  Hypo  Real  Estate,  Bradford&Bingley  və  digər  maliyyə  təşkilatları  Böyük  Britaniya, 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə