Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə43/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   39   40   41   42   43   44   45   46   ...   54

119 
 
 
 
 
 
 
Manatın
 məzənnəsinin inflyasiyaya
 
 
 
ötürücülük qabiliyyəti
 
 
 
 
Xəqani Kərimov
 


120 
 
Xülasə 
 
Məqalədə  məzənnədə  dəyişmənin  qiymətlərə  ötürücülüyü  kəmiyyətcə  qiymətləndirilmiş 
və  Azərbaycan  şəraitində  müvafiq  xüsusiyyətlər  təhlil  edilmişdir.  Bununla  belə  müxtəlif 
ekonometrik  alətlərdən  istifadə  etməklə  nominal  effektiv  məzənnədə  baş  verən  dəyişikliklər 
nəticəsində istehlak qiymətlərinin necə təsirləndiyi müəyyən edilmişdir. 
 
 
Abstract 
 
The article presents the results of quantitative estimation of level with analysis of relevant 
specifications in the case of Azerbaijan. Furthermore, the impact of changes in nominal effective 
exchange rate to consumer prices was determined using econometric tools. 
 
 
 
Açar sözlər: məzənnə, nominal effektiv məzənnə, məzənnə ötürücülüyü, inflyasiya 
Key  words:  exchange  rate,  nominal  effective  exchange  rate,  exchange   rate  passthrough, 
inflation 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Müəllifin e-mail ünvanı: 
khagani_karimov@cbar.az
 


121 
 
Mündəricat
 
 
 
Giriş. ..................................................................................................................................... 122 
 
1. Məzənnə ötürücülüyünə nəzəri baxış ............................................................................ 122 
 
2. Ədəbiyyatların icmalı ...................................................................................................... 124 
 
3. Metodologiya .................................................................................................................... 125 
 
3.1 Modelin dəyişənləri ..................................................................................................... 127 
 
4. Emprik nəticələr .............................................................................................................. 129 
 
Nəticə..................................................................................................................................... 131 
 
Ə
dəbiyyat ............................................................................................................................. 132 


122 
 
Giriş
 
 
Hər  bir    ölkənin    makroiqtisadi   durumuna  təsir    edən   müxtəlif  amillər   mövcüddur.   Bu 
amillərdə  baş  verən  dəyişiklik  bütövlükdə,  makroiqtisadi  vəziyyəti  dəyişmək  gücünə  malik  ola 
bilər. Azərbaycan iqtisadiyyatında manatın məzənnəsi belə amillərdən biri hesab olunur. 
 
Azərbaycan  Mərkəzi  Bankının  (AMB)  qanunla  müəyyən  olunmuş  əsas  məqsədi  ölkədə 
qiymət  sabitliyini  təmin  etməkdir.  Bu  məqsədə  nail  olmaq  üçün  AMB  müvafiq  əməliyyat  və 
aralıq  hədəflərindən
27   
istifadə  edir.  Əməliyyat  hədəfi  hesab  olunan  manatın  ABŞ  dollarına 
nəzərən  məzənnəsi  tədqiq  edilən  dövr  ərzində  stabil  dinamikaya  malik  olmuşdur.  Məzənnənin 
qiymətlərə ötürücülüyü aralıq hədəf olan nominal effektiv məzənnə vasitəsilə həyata keçmişdir. 
 
2000-2009-cu  illər  ərzində  qiymətlər  səviyyəsinə  məcmu  tələbin  əhəmiyyətli  genişlənməsi 
və  partnyor  ölkələrdəki  inflyasiya  prosesləri  təsir  etmişdir.  2009-cu  ildə  baş  vermiş  qlobal 
maliyyə  böhranı  nəticəsində  isə  əks  tendensiya  müşahidə  olunmuşdur.  Belə  bir  şəraitdə 
məzənnənin  sabitliyi  AMB  üçün  prioritet  vəzifə  olaraq  qalmışdır.  Bu  baxımdan  ölkə 
iqtisadiyyatında  məzənnə  ötürücülüyünün  (transmissiyasının)  qiymətləndirilməsi  mühüm 
əhəmiyyətə malikdir. 
 
2000-2009-cu  illər  ərzində  Nominal  Effektiv  Məzənnə  (NEM)  volatil  olmuşdur  .  Belə  ki, 
2000-2004-cü  illər  ərzində  qeyri-neft  idxal  çəkili  NEM  10  %-dək  ucuzlaşmış,  2007-2009-cu 
illərdə  isə  30%-dək  möhkəmlənmişdir.  Dövr  ərzində  manat-dollar  məzənnəsinin  sabit  qalması 
ötürücülüyün  nominal  effektiv  məzənnədə  yaranan  dəyişikliyin  təsiri  altında  formalaşdığnı 
xarakterizə edir. 
 
Məzənnənin   istehlak   qiymətlərinə   təsiri   ilk   növbədə   onun   idxal   qiymətlərinə   təsiri 
vasitəsilə   ötürücülük   səviyyəsindən   asılıdır.   Bu   transmissiya   həm   makro,     həm   də   mikro 
səviyyəli  xarakterə  malikdir.  Ölkədə  həyata  keçirilən  pul  siyasəti  həm  qiymətlər  səviyyəsi,  həm 
də məzənnəyə təsir etdiyindən bu göstəricilər qarşılıqlı surətdə nəzərdən keçirilməlidir. 
 
Məzənnə ötürücülüyünin tədqiq olunması bir çox səbəblərdən vacib hesab olunur: 
 
     
Birinci,  ötürücülüyün  müəyyən  olunması  pul  siyasətinin  həyata  keçirilməsində,  xüsusilə 
inflyasiyanın proqnozlaşdırılması üçün mühüm rola malikdir. 
 
     
İki
nci,  məzənnə  ötürücülüyünün  tədqiq  olunması  istər  makro,  istərsə  də  mikro  səviyyədə 
müəssisələrin  və ümumilikdə,  ölkənin xarici ticarətdən nə dərəcədə təsirləndiyini  müəyyən 
etməyə imkan verir. 
 
Tədqiqat  işi  iki  bölmədən  ibarətdir.  Birinci  bölmə  ötürücülüyə  nəzəri  baxış,      məzənnə 
ötürücülüyü  istiqamətində  istifadə olumuş tədqiqat işlərini  və  metodologiyanı özündə  birləşdirir. 
İkinci bölmə  isə modelin qurulmasında istifadə olumuş statistik  məlumatların təhilili  və empirik 
nəticələrdən ibarətdir. 
 
 
1.   Məzənnə ötürücülüyünə nəzəri baxış
 
 
Məlum  olduğu  kimi,  məzənnə  ötürücülüyü  məzənnənin  dəyişməsi  nəticəsində  ticari 
məhsulların qiymətlərinin hansı həcmdə dəyişdiyini əks etdirir. Alıcılıq qabiliyyəti pariteti(AQP) 
 
 
 
27
Manat-dollar  məzənnəsi  AMB-ın  əməliyyat  hədəfi  hesab  olunur.Nominal  effektiv  məzənnə  isə  AMB-ın  aralıq 
hədəfinə daxildir. 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə