28
Görkəmli nümayəndələri Varaz Qriqor və CavanĢirdir (VII əsr).
"Mehriban qonĢu" siyasəti
— ABġ prezidenti F. Ruzveltin Latın Amerikası
ölkələrinə münasibətdə yeritdiyi siyasət. Bu siyasətdə əsas məqsəd həmin ölkələri
ABġ-a tabe etmək, Ġngiltərə və Almaniya kapitalını oradan sıxıĢdırıb çıxarmaq,
maliyyə-iqtisadi və ticarət sahələrində təzyiq etmək mexanizmini iĢə salmaq yolu
ilə Amerika kapitalının həmin ölkələrə nüfuz etməsinə nail olmaq.
Memorandum
(latınca) — yadda saxlanmalı Ģey. Diplomatik yarıĢma forması,
sənəd. Xatırlatma notasına oxĢayır.
Metropoliya
— müstəmləkəsi olan ölkə.
Mezolit
(yunanca) — "Mezos"- orta, "Litos"- daĢ deməkdir. Orta DaĢ dövrü.
Mədrəsə
(ərəbcə) — məktəb, öyrənmək deməkdir. Yaxın və Orta ġərq ölkələrində
dövlət aparatı xidmətçiləri, din xadimləri və ibtidai məktəblər üçün müəllim
hazırlayırdı.
Məhsuldar qüvvələr
— əmək alətləri, torpaq, yeraltı sərvətlər, insanlar və s.
Məlik və ya xaqanbəyi
— Xəzər xaqanlığında xaqanın baĢ məsləhətçisi.
Məliküttüccar
— Cənubi Azərbaycan Ģəhərlərində tacir ittifaqının baĢında duran
tacirbaĢı.
Məmlüklər
(ərəbcə) — Əyyubilər dövründə türk və Qafqaz xalqlarından ibarət
döyüĢçü qullar olmuĢdular. 1250-ci ildə hakimiyyəti ələ alaraq Misiri 1517-ci
ilədək idarə etmiĢdilər.
Mərzban
(farsca) — "sərhəd qoruyucusu" deməkdir. Sasanilər dövlətində vilayətə
baĢçılıq edən caniĢin.
MərzləĢdirmə
— torpaq sahələrinin sərhədlərinin dəqiq müəyyənləĢdirilməsi.
MəĢrutə
(farsca) — konstitusiya deməkdir. 1905-1911-ci illər Ġran inqilabı məĢrutə
hərəkatı adlanır.
Mixi yazılar
— Mesopotamiyada Ģumerlərin e.ə. I minilliyin əvvəllərində yaratmıĢ
olduqları iĢarələrdən ibarət yazı növü. Bu iĢarələr mıx formalı olduğu üçün mixi
yazılar adlanır. Mixi yazılar gil lövhələr üzərində cızılırdı.
Mikrolit
(yunanca) — "mikro" – kiçik, "litos" - daĢ deməkdir. Mezolit dövründə
insanların iĢlətdikləri çox kiçikölçülü alətlər nəzərdə tutulur.
Milad
(latınca) — rəvayətə görə Ġsa peyğəmbər eramızın birinci ili dekabrın 24-də
anadan olmuĢdur. Bu hadisə xristian aləmində "milad" - anadanolma adlanır.
Xristian il hesablanması da Miladi təqvimi adlanır.
Millət
— müəyyən psixologiya və Ģüura malik olan insanların tarixən yaranmıĢ
sosial-iqtisadi və mənəvi birliyi. Dövləti təĢkil edən vətəndaĢların sosial cəmiyyəti.
Millətçilik
— bir millətin digər millətdən üstün tutulması siyasəti, millət
nümayəndələri tərəfindən onun rolunun həddindən artıq ĢiĢirdilməsi.
Miniatür
(latınca) — "minium" sözündəndir. Bu isə baĢ hərfləri yazmaq üçün
istifadə edilən qırmızı boyaq mənasını verirdi. Həcminin kiçikliyi və bədii
üsullarının xüsusi incəliyi ilə fərqlənən təsviri sənət əsəri.
Moratorium
(latınca) — bərkidici, təxirəsalıcı. Dövlətin öhdəliklərini yerinə
29
yetirilməsi vaxtının geri çəkilməsi, yaxud hər hansı bir hərəkətdən imtina edilməsi.
Monarx
(yunanca) — monarxiya dövlətində irsi dövlət baĢçısı (Ģah, sultan, çar,
imperator, kral və s.) Monarx bəzən seçilə də bilər. Məsələn, Monqolustanda XIII
əsrdə Çingiz xanın seçilməsi.
Monarxiya
(yunanca) — təkhakimiyyətlilik deməkdir. Burada ali dövlət
hakimiyyəti monarxın əlində cəmləĢir. Aristotel monarxın, yəni bir nəfərin idarə
etdiyi və hakimiyyətin atadan oğula keçdiyi dövləti monarxiya adlandırmıĢdır.
Feodalizm dövründə monarxiya müxtəlif inkiĢaf mərhələləri keçmiĢdir: 1. Ġlkin
feodal monarxiyası; 2. Feodal pərakəndəliyi dövrü monarxiyası; 3. Silki
nümayəndəli monarxiya; 4.
Mütləq monarxiya. Müasir dövrdə bir çox
dövlətlər üçün məhdud, konstitusiyalı monarxiya səciyyəvidir. Konstitusiyalı
monarxiyanın iki növü var: 1. Qeyri-məhdud monarxiya. Bu zaman monarx icra
hakimiyyətini öz əlində cəmləĢdirir. Hökuməti təĢkil etmək, veto hüququna,
parlamenti buraxmaq və s. hüquqlara malikdir; 2. Parlamentli monarxiya. Burada
monarxın hakimiyyəti əslində formal səciyyə daĢıyır (məsələn, müasir Böyük
Britaniyada).
Mozaika
— müxtəlif rəngli xırda-xırda daĢlar və Ģəffaf olmayan rəngli ĢüĢə
qırıntılarından ibarət təsvir, naxıĢ.
Möhrə
— palçıq və saman qarıĢığı.
Möhtəkirlik
— əhaliyə lazım olan məhsulların ucuz qiymətə alınıb saxlandıqdan
sonra baha qiymətə satılması.
Mövlalar
(ərəbcə) — Ġslam dinini könüllü qəbul etmiĢ yerli əhali.
Muxtariyyət
— ümumi dövlət konstitusiyası çərçivəsində dövlətin hər hansı bir
hissəsinin dövlət məsələlərini müstəqil həll etməsi, daxili özünüidarə hüququ.
Mukat
— pay. Orta əsrlərdə Misirdə iltizam sistemi ilə paylanan torpaq mülkiyyət
forması.
Multam
— Azərbaycanda məskən salmıĢ hind tacirləri.
Mumiya
— 1) qurudulmuĢ insan cəsədi. Meyitlərin və müqəddəs heyvan
cəsədlərinin mumiyalanması. Qədim Misirdə geniĢ yayılmıĢdı; 2) tərkibində 20-
70% Fe
2
0
3
oian qırmızı rəngli təbii piqment də elmi ədəbiyyatda mumiya adlanır.
Musey
— qədim yunan ilahələri, muzaların məbədi.
MuĢkenum
— Mesopotamiya padĢahı Hammurapinin öz mülklərini idarə etmək
üçün göndərdiyi səlahiyyətli məmur.
Muza
— yunan əsatirində elm və incəsənətə himayədarlıq edən ilahələr.
Mübadilə
— müxtəlif məĢğuliyyət növləri ilə məĢğul olan insan qruplarının
hazırladıqları məhsulları bir-biriləri ilə dəyiĢmələri.
MübaĢir
— Ġranda vergi və mükəlləfiyyətləri toplayan xan müvəkkili.
MüĢir
(türkcə) — hərbi rütbə, marĢal deməkdir.
Müctəhid
— ən istedadlı tələbələrlə məĢğul olan baĢ ruhani.
Müdərris
(ərəbcə) — dərs verən müəllim. ġərq ölkələrində, o cümlədən,
Azərbaycanda ali ruhani mədrəsəsini bitirmiĢ mədrəsə müəllimi.