6
Hafiz Rüstəm
xəzinəsi sayılan Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi
Əkrəm Bağırovun bir tədqiqatçı alim kimi başlıca xüsusiyyəti
hədsiz zəhmətkeşliyi və əziyyətə qatlaşmaq bacarığıdır. Hə-
yatda da belədir, yaşamaq, dolanmaq üçün Əkrəm heç vaxt
özünü, necə deyərlər, oda-közə atmaqdan çəkinmir. Kənardan
baxdıqda, o, gah əliqabarlı əsl zəhmət adamını, gah da alın
tərini silmək fürsəti belə olmayan, yorulmaq bilmədən çalı-
şan tədqiqatçı alim təsirini bağışlayır.
Əkrəmin elmi işçi kimi səciyyəvi xüsusiyyətlərindən biri
çoxlu mütaliə etməsi və oxuduğu hər bir kitaba tənqidi ya-
naşması, öz münasibətini bildirməsidir. Əkrəm hər hansı bir
mövzu ilə maraqlandımı, onun incəliklərini öyrənmədən əl
çəkən deyil...
Əkrəmlə (həm də daha iki tədqiqatçı: Arif Ramazanov və
Şəhla Abdullayeva ilə) bərabər dövlət sifarişinə əsasən “Far-
sca-azərbaycanca lüğət”i çox qısa müddətdə tərtib edə bildik
(2007). Bunun ardınca yenə də Əkrəmlə və gənc şərqşünas
Şəhla Abdullayeva ilə birgə “Azərbaycanca-farsca” lüğəti də
(əvvəlki lüğətdən ikiqat artıq həcmdə) tərtib edib qurtarmışıq.
İnşallah, bu yaxınlarda bu lüğət də işıq üzü görəcək və şübhə
etmirəm ki, uzun illər çoxlarının işinə yarayacaq. Hər iki ki-
tabı hazırlayarkən Əkrəmin hər bir söz üstündə necə deyərlər,
əsməsinin, həmin sözün bütün incəliklərini öyrənməsinin şa-
hidi olmuşam...
Əkrəm Bağırovun üç kitabını redaktə etmişəm. Onlar-
dan ikisi adı çoxlarına bəlli olmayan, lakin dövrünün iste-
dadlı və tanınmış şairi olmuş Rəhməti Təbrizinin (XVI-XVII
əsrlər) yaradıcılığı, daha doğrusu, lirik şeirlər “Divanı” ilə
bağlıdır. Bu kitablardan biri rus dilindədir və Rəhməti “Di-
van”ının tekstoloji-filoloji tədqiqinə həsr olunmuşdur (Bakı,
“nurlan” 2006, 160 s.). Əkrəm Bağırovun bu tədqiqatı,
7
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
onun, həqiqətən, klassik ədəbiyyata, əlyazmaşünaslıqla bağ-
lı mətləb və məsələlərə dərindən bələdliyindən xəbər verir.
Mətnşünas alimin Rəhməti Təbriziyə həsr etdiyi ikinci kitabı
birincini tamamlayır və şair haqqında tam, dolğun təsəvvür
yaratmağa imkan verir. Belə ki, Əkrəm Bağırovun “Rəhməti
Təbrizi və onun Divanı” adlı ikinci kitabında (Bakı, “Nur-
lan”, 2006, 364 s.) şairin həyatı və yaradıcılığının yığcam
təhlili verildiyi kimi, burada həm də sənətkarın farsca şeir-
lərinin filoloji tərcüməsi, az miqdarda olan türkcə şeirlərinin
isə transfoneliterasiyası təqdim olunur. Əkrəmin bu kitabı
tədqiqatçı alimin həm də klassik fars dilinə incəliyinə qədər
bələd olduğunu, yüksək tərcüməçilik qabiliyyətini də bu gün
əyani şəkildə sübut edir.
Üçüncü kitabın adı “Anonim Osmanlı təzkirəsi”dir (Bakı,
“Elm və Təhsil”, 2012). Osmanlı imperiyasının Sultan Sə-
lim və Sultan Süleyman dövrlərinin 138 Türk – Osmanlı şairi
haqqında məlumat verən bu kitabı türkdilli təzkirəşünaslığa
bir töhfə hesab etmək olar.
Filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovun bir tə-
dqiqatçı kimi elmi fəaliyyətindən söz açarkən ilk növbədə
onun Azərbaycan təzkirələrinin araşdırılması və nəşri sahə-
sində gördüyü işləri qeyd etmək lazımdır. Əlyazmaşünas alim
təxminən otuz ilə yaxındır ki, müəyyən fasilələrlə bu sahə-
də səmərəli elmi fəaliyyət göstərir. O, bir sıra klassik təz-
kirə nümunələri haqqında onlarca sanballı məqalə yazmaq-
la yanaşı, eyni zamanda Məhəmmədağa Müctəhidzadənin
“Riyazül-aşi qin”, Mirzə Yusif Qarabağinin “Məcmueyi-Vaqif
və müasirini-digər”, Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəv-
vab” və Sadiq bəy Əfşarın “Məcməül-xəvas” əsərlərini ilk
dəfə nəşrə hazırlamışdır. Tədqiqatçılar yaxşı bilirlər ki, bu
qaynaqların hər birinin ədəbiyyat tarixinin hərtərəfli araşdı-
8
Hafiz Rüstəm
rılması işində nə dərəcədə böyük əhəmiyyəti vardır. Əkrəm
Bağırov XVI-XVII əsrlərin görkəmli Azərbaycan şairi-ədə-
biyyatşünası və rəssamı Sadiq bəy Əfşarın “Məcməül-xəvas”
(“Seçilmişlərin məclisi”) adlı olduqca dəyərli əsərini nəşrə
hazırlarkən şəxsən özü Təbrizə getmiş və oradakı Milli Ki-
tabxanada saxlanılan əlyazmanın dəqiq surətini əldə edərək
sözügedən kitabı ərsəyə gətirmişdir. Orta əsrlər Azərbaycan
ədəbiyyatı tarixi üzrə elmi tədqiqat aparan mütəxəssislər
üçün olduqca dəyərli bir qaynaq olan bu kitab, eləcə də Mir
Möhsün Nəvvabın sanballı təzkirəsi məhz Əkrəm Bağırovun
nəşrlərindən sonra bir sıra qaranlıq mətləblərə işıq salmış,
ayrı-ayrı araşdırmaların yerinə yetirilməsində mötəbər və
sanballı mənbələr kimi mühüm rol oynamışdır. Heç şübhəsiz
ki, bu mötəbər qaynaqlar hələ uzun illər bundan sonra da
tədqiqatçıların, mütəxəssislərin işinə yarayacaq, onlara yar-
dımçı olacaqdır.
Əkrəm həm də bacarıqlı və istedadlı tərcüməçidir. Onun
fars dilindən tərcümə etdiyi XIV əsr müəllifi Ziyaəddin Nəxşə-
binin “Tutinamə” əsərini oxuyan hər kəs bu işdə mütərcimin
yüksək ustalıq və məharətinin şahidi olur. Bu kitabı ələ alan
oxucu ondan ayrıla bilmir. Əsərdəki həm təhkiyənin cəlbedi-
ciliyinə, həm də onun rəvan və axıcı, şirin və səlis bir dillə
çevrildiyinə valeh olur, sanki doğma ana dilində qələmə alın-
mış bir əsəri mütaliə edir. Məlum olduğu kimi, nəsrlə, özü
də qafiyəli nəsrlə –“səc”lə qələmə alınan klassik Şərq əsər-
lərinin bir çoxunda nəsrlə nəzm növbələşir, yəni əsərin əsas
hissəsini təşkil edən nəsr arasında nəzm parçaları da verilir
ki, bu da onun estetik təsir gücünü artırır. Nəxşəbinin “Tu-
tinamə”si də bu şəkildə qurulmuşdur, nəsrlə yazılan əsərdə
yeri gəldikcə nəzm parçaları da verilmişdir. Əkrəm Bağırov
bu şeir parçalarını da özü nəzmlə poetik tərcümə etmiş və
Dostları ilə paylaş: |