21
ÇĠL TOYUĞUN CÜCƏLƏRĠ
(һekayә)
Gülcaһan qarı eyvanda oturub üçkünlük çücәlәrә bişmiş yumurta sarısı
yedirirdi. Qarının nәvәsi, on yaşlı Gülüstan bu mәnzәrәyә maraqla tamaşa
edirdi. O, sarıdimdik cücәlәri çox sevirdi. An caq onların anası çil to yuqdan
acıqı gәlirdi. Bu dördillik toyuğu cücәliyi dә, fәrәli yi dә, yumurtlayanda
xeyli qaqqıldaması da Gülüstanın xatirindәdir. Ondan acığı gәlmәsinin isә
sәbәbi vardır.
...Qız һәlә birinci sinifdә oxuyanda nәnәsi fәtirin üstünә kәrә yaxıb
nәvәsinә vermişdi. Qız bir dişlәm almışdı ki, çil to yuq һoppanıb tikәni
dimdiklәmiş vә yerә salmışdı.
—
Acgöz!..
Balaca qızın toyuğa sözü ancaq bu olmuşdu. O vaxtdan çil toyuqla arası
dәymişdi.
* * *
Son günlәr çil toyuq qırtlayıb tövlә axuruna, eyvan taxçasına suvaşanda
Gülüstan onun dimdi yinә lәlәk taxdı. Toyuq isә öz әmәlindәn әl çәkmәd i.
Qız, nәnәsi evdә olmayanda toyuğu bulağın novuna basıb xeyli saxladı.
Yenә çarә olmadı. Axırda nәnәsinә üzünü tutub şikayәtlәndi:
22
—
Çil toyuğun sәsindәn dәnk olmuşam.
Gülcaһan qarı taxçaya saman yaydı, on iki yumurta düzüb çil toyuğu
üstünә qoydu. Bir һәftә nәnә toyuğa qulluq etdi. Nәvә isә gözünün ucu ilә dә
toyuğa baxmadı.
Bir dәfә Gülüstan taxçanın yanından keçәndә gözü çil toyuğa sataşdı.
Toyuq sanki su üzәrindә üzür, batmamaq üçün lәngәr vurur, özünü
tarazlayırdı. Qız maraqlanıb yaxınlaşdı. Toyuq һәrәkәt elәyib altındakı
yumurtaları çalxalayırdı.
İkinci һәftәdәn Gülüstan nәnәsinә kömәk elәdi. Çil toyuğun suyunu
dәyişdi, dәn verilәn qabı tәmizlәdi. Amma yenә toyuq, qızı görәn kimi
tükünü qabardıb zәһ mli şәkil alırdı. Buna baxmayaraq onların әlaqәsi
yaxşılaşırdı.
Üçüncü һәftә tamam oldu. Bir dәfә Gülüstan mәktәbdәn evә qayıdanda
toyuğu yanı cücәli gördü. Ancaq sevinmәdi. Çünki qızın gözünә yeddi cücә
dәyirdi. Nәnәsi dә һeyfsilәnә-һeyfsilәnә deyinirdi:
— Yazıq toyuğun zәһmәti һәdәr getdi. Yumurtanın üçü lax çıxdı.
Cücәnin biri taxçadan düşüb öldü. Sarı pişik onu yeyәndәn sonra dişindә şirә
qaldı. Hoppanıb taxçadan cücәnin birini dә götürüb qaçdı.
Gülüstanın indi dә çil toyuqdan deyil, sarı pişikdәn zәһlәsi getmәyә
başladı.
* * *
Elә һәmin günlәrdә mәktәbә belә bir xәbәr yayıldı ki, kolxozda uşaqlara
saxlamaq üçün inkubator cücәsi verilir; kim istәyir gedib alsın. Bu xәbәr
Gülüstanı fәrәһlәndirdi. Dәrһal kolxoza yollandı. On beş cücә alıb gәtirdi.
İndi o, özünün dediyi kimi, boş vaxtlarını «cik-cik»lәrlә keçirirdi...
Axşam olanda inkubator cücәlәri yatmaq üçün isti yer tapmadıqlarından
üçbir, dördbir boyun-boyuna verib bir-birinә sığınır, sәһәrә qәdәr
cikkildәşirdilәr. Çil toyuğun cücәlәri isә analarının qanadı altına sı ğınıb
buğlana-buğlana yuxulayırdılar.
23
Bir gün Gülüstanı mәktәbә yola salandan sonra, Gülcaһan qarı çil toyuğu
cücәlәri ilә bәrabәr inkubator cücәlәri olan dama saldı. Çil toyuq әvvәlcә
döyükdü, ona sarı gәlәn yad cücәlәri dimdiklәyib yanına buraxmadı. Öz
balalarını ayırıb gәzdirmәyә çalışdı. Ancaq bu mümkün olmadı. Çil toyuqla
balaları һara gedirdilәrsә, «qonaqlar» da arxalarınca düşüb onlardan әl
çәkmirdilәr.
Bunu görәn Gülcaһan nәnә bir kәlәk düşündü: cücәlәrin һamısının başına
qazan qarası sürtdü ki, anac toyuq onları bir-birindәn ayıra bilmәsin.
Elә ki, çil toyuq balalarını qanadı altına yığırdı, yad cücәlәr dә müxtәli f
sәmtlәrdәn toyuğun qanadı altına soxulur, ana һәrarәtindәn isinirdilәr.
Çil toyuq daһa yad cücәlәri dimdiklәmir, qabağa düşüb gedir, bir şey
tapan kimi dimdiyinә alıb yerә salır, arası kәsilmәdәn qırtıldayaraq cücәlәri
çağırırdı. Onun sәsinә cücәlәr başına toplaşır, ananın verdiyi payı һәr kәs
bacarığına görә qapır, yenidәn qaçır, eşәlәnirdilәr.
Bir sәһәr Gülcaһan qarı cücәlәri әtәyinә yığıb toyuğu әlinә aldı. Başqa
yerә — tövlәyә köçürdü. Gülüstan da onlara dәn verib qabaqlarına su
qoydu. Tövlә evd әn aralı tikilmişdi. Pәncәrәsi dә yox idi. Üç bacası vardı.
Daһa cücәlәrin sәsi baş-qulaq aparmırdı.
Cücәlәr gündәn-günә dәyişilirdi. Tüklәri durulur, qanadları dikәlirdi.
Ananın һәrarәti körpәlәrin böyümәsinә kömәk edirdi.
Bir һәftә sonra çil toyuq cücәlәri ilә bağçaya çıxdı. Nәnә nәvәsinә
bәrk-bәrk tapşırdı:
— Cücәlәri üç bәladan: birincisi sarı pişikdәn, ikincisi çalağandan,
üçüncüsü dә qonşunun ala itindәn qoru.
Çalağanla ala itdәn һәlәlik pislik görmәyәn Gülüstan sarı pişikdәn
intiqam almaq üçün girәvә axtarırdı. Ancaq sarı pişik gözә dәymirdi.
Pişiyin yoxa çıxması Gülcaһan qarını da tәşvişә saldı. Nәvә ilә nәnә pişiyi
axtardılar. Güman gәlәn yerlәrә dönә-dönә baxdılarsa da pişiyi tapmadılar.
Bir gün Gülcaһan qarı sәkini süpürdüyü vaxt leş i yi duydu. Ora-bura
baxdı, nәһayәt, tәndirә әyilәndә sarı pişiyin ölüsünü gördü. Külçıxardanla