ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə17/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   ...   13   14   15   16   17   18   19   20   ...   55

46 
 
Məqalədəki  son  fikir:  "Bax  ümumi  cizgilərdə  budur  bizim  çöhrəmiz!  Öz 
milli  hakimiyyəti  uğrunda  və  müstəqilliyinin  bərpası  uğrunda  mübarizə  aparan 
xalqın çöhrəsi!" (63, v. 66). 
Jurnalın  biblioqrafıya  Ģöbəsində  Türkiyə  və  Azərbaycan  nəĢrləri  təhlil 
edilir. Azəri adlı müəllif illik "Türk ili" jurnalını təhlil edir və M. Ə. Rəsulzadənin 
Qafqaz  türkləri  və  polĢalı  mühacir  Mustafa  Cəlaləddinin  Türkiyə  Milli 
hərəkatındakı əhəmiyyəti ilə bağlı məqaləsinin izahını verir. 
Xronika  Ģöbəsi  isə  bu  baĢlıqlara  bölünüb:  Azərbaycanda,  Azərbaycanlı 
mühacirlər  arasında,  Türkiyə  həyatı,  Ġran  həyatı,  Ukrayna  haqqında  və  s.  (63,  v. 
66). 
Azərbaycan Milli Ġnformasiya Bürosunun  hazırladığı 1929-cu ilin yanvar 
ayına  aid  6  saylı  bülleten  də  PolĢa  arxivlərində  saxlanılır.  Bülleten  belə  adlanır: 
"Azərbaycanm  ümumi  vəziyyəti".  Bülleten  aĢağıdakı  bölmələrdən  ibarətdir:  1) 
Siyasi  vəziyyət;  2)  Ġqtisadi  vəziyyət;  3)  Ġctimai-mədəni  həyat;  4)  Xronika  (63,  v. 
23, 24, 25, 26, 27, 28, 29, 30). 
Bülletenin  birinci  bölməsində  (Siyasi  vəziyyət)  1929-cu  ildə  ölkədə 
keçirilən  seçkilərin  ümumi  təhlili  verilir.  Kommunistlərə  olan  inamsızlıq,  yerli 
əhalinin Sovet hökumətinin siyasətindən ciddi narazılığı xüsusi qeyd olunur. 
Göstərilir  ki,  azərbaycanlıların  çoxu 
Azərbaycan 
Kommunist 
Partiyasından  uzaqlaĢır.  Çoxları  isə  iclaslara  gəlmir,  üzvlük  haqqı  ödəmirlər. 
Bülletendə  Müsavat  Partiyasının  fəaliyyəti  xüsusi  vurğulanır.  Sovet  mətbuat 
orqanlarının  -  "Gənc  ĠĢçi",  "Kommunist",  "VıĢka",  "Yeni  el"  və  baĢqa  qəzetlərin 
Müsavatla bağlı yazılarının qısa xülasəsi verilir. 
Bülletendə "iqtisadi  vəziyyət"  baĢlığı  altında  nəĢr  edilən məlumatlarda 
sənaye və ticarət sahəsindəki acınacaqlı vəziyyət təhlil edilir. 
"Ġctimai-mədəni  həyat"  bölməsində  isə  azərbaycanlı  gənclərin, 
müəllimlərin Müsavat ideologiyasının və dinin təsirində olduqları göstərilir. 
"Xronika"  rubrikasında  isə  Azərbaycanda  müxtəlif  bölgələrdə  yerli  əhali 
ilə kommunistlər arasındakı gərgin münasibəti əks etdirən məlumatlar verilmiĢdir. 
Xarici  ĠĢlər  Nazirliyinə  məxsus  6689  saylı  qovluğun  33-cu  vərəqində 
Müsavat  Partiyasına  aid  bir  bəyannamə  saxlanılır.  Həmin  bəyannamə  ġəfi  bəy 
Rüstəmbəyliyə  və  Xəlil  bəy  Xasməmmədova  məxsusdur.  Müsavat  Partiyasının 
Divanına  ünvanlanmıĢ  bəyannamədə  onların  bundan  sonra  təĢkilatın  bütün 
direktivlərinə  və  Nizamnaməsinə  əməl  edəcəkləri  bildirilir.  Məlum  olduğu  kimi, 
1928-ci ilin noyabrın 16-da partiya rəhbərliyi hər iki Ģəxsin Müsavat əleyhinə olan 
mövqeləri ilə bağlı ciddi qərar qəbul etmiĢdi. 
PolĢanın arxivlərində Xarici ĠĢlər Nazirliyinə məxsus sənədlərdə Parisdən 
azərbaycanlı  mühacirlərin  göndərdiyi  çoxlu  məktublar  vardır.  Məktubların 
əksəriyyətini Azərbaycan Nümayəndə Heyətinin Versaldakı keçmiĢ rəhbəri Ə. M. 


47 
 
TopçubaĢov  göndərmiĢdir.  1923-cu  ilin  martin  14-dən  baĢlayaraq  VarĢavaya 
göndərilən  bu  məktubların  ayrıca  tədqiqinə  ehtiyac  vardır  (53,  v.  96,  97,  98,  99, 
100, 136). 
PolĢa  arxivlərində  saxlanılan  sənədlərdə  Sovet  Rusiyasında  və 
Zaqafqaziyadakı  siyasi  vəziyyətlə  bağlı  məlumatlar  da  çoxluq  təĢkil  edir. 
Məlumatlardan  Zaqafqaziyanın  yaradılması,  Sovet  dövlətinin  Kanada  ilə  radio-
teleqraf  əlaqələrinin  yaradılması,  "Eser"  partiyasının  9  minə  qədər  üzvünün 
Kommunist  Partiyasına  daxil  olmaq  istəyi,  Azərbaycanda  "Qırmızı  Aypara" 
cəmiyyətinin yaradılması və digər informasiyaları öyrənmək mümkündür (54, v. 2-
69; 146, 148). 
PolĢa  Xarici  ĠĢlər  Nazirliyinə  aid  olan  6685  saylı  qovluqda  isə  daha  çox 
qafqazlı  mühacirlərin  PolĢanın  ali  məktəblərinə  qəbulu  və  onlara  təqaüdlərin 
verilməsi qeyd olunur (55, v. 17, 24, 31, 76). 
Xarici  ĠĢlər  Nazirliyinin  "Yeni  Aktlar  Arxivi"ndəki  6690A  saylı 
qovluqdakı  sənədlər  əsasən  Qafqazdan,  Türküstandan,  Ukraynadan  olan 
mühacirlərin Avropada məskunlaĢmasına aiddir. Sənədlərdə ilk dəfə olaraq 1920-
ci  ildə  Fransada  təĢkilatlanan,  sonradan  Almaniyaya,  oradan  isə  Türkiyəyə  gedən 
tatar ziyalıları ilə bağlı da məlumatlar üstünlük təĢkil edir (56, v. 20-37; 137,206). 
Xarici  ĠĢlər  Nazirliyinin  6683  saylı  qovluğundakı  sənədlərdə  Ġranda  - 
xüsusən  Təbrizdə  məskunlaĢmıĢ  qafqazlı  mühacirlər  haqqında,  onların  sayı, 
fəaliyyətləri ilə bağlı oradakı PolĢa Konsulluğunun məlumatlan əsas yer tutur (67, 
v. 1, 2, 3,4, 5, 6,7, 8,9,10-15). 
Göründüyü  kimi,  PolĢa  arxivlərindəki  sənədlərin  istiqlal  mübarizəsi 
tarixini öyrənmək baxımından əhəmiyyəti böyükdür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


48 
 
III FƏSİL 
 
Polşanın bolşevizmdən müdafiə olunması. 
Marşal Pilsudskinin mühacirlərin 
fəaliyyətinə dəstək planı 
 
PolĢa xalqı öz müstəqilliyi uğrunda uzun illər boyu mübarizə aparmıĢdır. 
Son əsrlərdə - xüsusən XIX-XX əsrlərdə isə polyakların çar Rusiyasına qarĢı ciddi 
müqavimət  hərəkatı  olmuĢdur.  Car  Rusiyasının  imperiya  siyasəti  ilə  barıĢmayan 
polyaklar  müxtəlif  ölkələrdə  ağır  mühacirət  və  sürgün  həyatı  yaĢamaq 
məcburiyyətində qalsalar da, mübarizələrini dayandırmamıĢlar. 1831-ci ilin məĢhur 
noyabr  üsyanından  sonra  minlərlə  polyak  öz  vətənindən  didərgin  düĢdü.  Rus 
qoĢunlarının  amansızlığı  ilə  yatırılan  bu  üsyandan  sonra  polyaklar  Avstriya, 
Prussiya,  Fransa,  Almaniya,  Ġsveç  kimi  ölkələrdə  yaĢamaq  məcburiyyətində 
qaldılar.  Mühacirətdə  olan  polyaklar  aĢağıdakı  adlarda  təĢkilat  yaradıb  öz 
mübarizələrini  davam  etdirirdilər:  "PolĢa  Milli  Komitəsi",  "PolĢa  Demokratik 
Cəmiyyəti", "PolĢa insanlarının qromadı" və s. 
Bu təĢkilatlar mühacirətdən vətənə emissarlar göndərir, onların vasitəsi ilə 
əhali arasında jurnal, kitab, broĢur, vərəqələr yayırdılar. 
1863-cu  il  üsyanının  tanınmıĢ  Ģairi  Myaçislav  Romano-vskinin  məĢhur 
sözləri  də  polyakların  qəhrəmanlıq  rəmzinə  çevrilmiĢdi:  "Allahım,  bizə  böyük 
həmlələr  tərənnüm  edən  mürĢidlər  ver  ki,  milləti  qiyama  təĢviq  etsinlər;  qiyam 
edən millətə də özünə iman edən rəhbərlər gətir!". 
Polyaklar  müstəqillik  uğrunda  mübarizələrini  XX  əsrin  əvvəllərində  də 
davam  etdirirdilər.  1904-1905-ci  illərdə  Rus-Yapon  müharibəsində  Rusiyanın 
məğlubiyyəti ölkənin bütün  əyalətlərindəki  milli qüvvələri  hərəkətə  gətirdiyi  kimi 
PolĢa vətənpərvərlərində də bir canlanma yaratdı. Jozef Pilsudskinin təĢəbbüsü ilə 
ayrıca bir döyüĢ təĢkilatı  formalaĢdı.  Az sonra  təĢkilat üzvlərinin rus qoĢunları ilə 
ilk qanlı toqquĢması oldu. 
1905-1907-ci  illər  inqilabı  polyakların  da  ictimai-siyasi  həyatında 
müəyyən inkiĢafa səbəb oldu. Ən əhəmiyyətlisi o oldu ki, siyasi təĢkilatların açıq 
fəaliyyətinə imkan yaradıldı. 
Qeyd  edək  ki,  I  Dünya  müharibəsi  ərəfəsində  PolĢa  məsələsi  böyük 
dövlətlərin  müzakirəsində  idi.  Müttəfiq  dövlətlərin  -  Almaniya,  Avstriya-
Macarıstan-Ġtaliyanın, eləcə də Antantanın - Rusiya, Böyük Britaniya və Fransanın 
PolĢa  məsələsinə  müxtəlif  münasibətləri  vardı.  Bu  münasibətlərin  necəliyindən 
asılı olmayaraq xüsusən Avstriyada hərbiləĢmiĢ təĢkilatlar yaradılırdı. 1913-cu ilin 
yazında  artıq  "Atıcılar  birliyində"ki  qruplaĢmalarda  Pilsudskinin  baĢçılığı  altında 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə