ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə62/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   58   59   60   61   62   63   64   65   ...   79

226
Ə
li 
İld
ırı
m

lu
ocaq  söndüyündən  üşüyən  kimi  oldu.  Yarıyuxulu 
gözlərini  açanda  gördü  ki,  qaralmış  ocaq  daşlarının 
arasında  bir  ovuc  isti  kül  qalıb.  O,  yerindən  qalxıb 
üzünü bir vaxt atasının həvəslə hördürdüyü, anasının 
xalı­xalça asdığı divarın daşlarına sürtdü. Qapı­pən­
cə rənin uçuq tağlarını öpüb, ata­babasının izi olan xa­
raba  yurdu  ilə  xudahafizləşdi.  Köhnə  Həsənlinin 
ibadət yeri olan məscidin sükuta dalmış uçuq minarə­
lə rinə  baş  çəkdi.  Bir  vaxt  burada  “Allahu­Əkbər” 
səda ları  ucalırdı.  Nəcəf  ermənilər  tərəfindən  məhv 
edilmiş Allahın  evinə  yaxınlaşanda  onun  uçuqların­
dan  bir  neçə  bayquş  qalxıb  gecənin  dərinliyində 
gözdən itdi. Erməni cəlladlarının vəhşiliyi ucbatından 
camaatın  inam  yerində  bayquşlar  məskən  salmışdı. 
Nəcəf məscidin qarşısında diz çöküb, Allaha dua oxu­
du, Tanrıdan imdad dilədi. Sonra Köhnə Həsənlinin 
xarabazarlıqlarını  tərk  edib,  qənşər  bir  yerdə  ayaq 
saxladı,  üzünü  evlərinə  tərəf  çevirdi.  Təkrar­təkrar 
ata­anasını səslədi. Onun məşum səsi xarabalığa çev­
rilmiş  kəndin  uçuq  divarlarında  əks­səda  verdi. 
Nəcəfin  gözlərindən  leysan  kimi  yaş  süzülürdü.  O, 
axırıncı  dəfə  kədərli  baxışları  ilə  kimsəsiz  kəndinə 
nisgilli  nəzər  salıb,  valideynlərinin  yeri  bilinməyən 
məzarları ilə xudahafizləşdi.
Nəcəf  Təzə  Həsənliyə  qayıdanda  gecədən  xeyli 
keçmişdi.  Tək­tək  evin  pəncərəsindən  işıq  gəlirdi. 
Əmisi də çırağı keçirib arvad­uşağı ilə yatmışdı. Nəcəf 
qoyun arxacının bir kənarında düzəltdiyi “yumşaq” 
çarpayıda  uzanıb  birtəhər  gecəni  səhər  elədi.  Nəcəf 
əvvəlcə tövləyə girib alapaça madyanın boynunu qu­
caqladı. Ağzını atın qulağına tutub pıçıltı ilə: – Əlvida, 
dostum, əlvida, alapaça köhlənim, – dedi. Atın yonca 
ətirli  nəfəsi  Nəcəfin  üz­gözünə  toxundu.  Nəcəf  ona 


227
Daş y
ağan gün


228
Ə
li 
İld
ırı
m

lu
pənah gətirən alapaça madyandan ayrılanda, at sanki 
Nəciyə – yolun uğurlu olsun, sağ get, salamat gəl, – 
deyirmiş kimi fınxırıb kırıldadı..
Nəcəf həyətə çıxıb Qönçə xalanın axşamdan hazır­
layıb  dəhlizin  küncünə  qoyduğu  bağlamanın  ipini 
çiyninə keçirdi. Əmisi uşaqları hələ yuxudan durma­
mışdı.  Qönçə  xalanın  başı  ev  işlərinə  qarışdığından 
Nəcəf onun yadına düşmürdü. Zəriş geyinib­kecinib 
həyət­bacanı  sil­süpür  etmək  bəhanəsi  ilə  özünü 
Nəcəfə göstərmək istəyirdi. Əlindəki dəmir yabanın 
ucunu  qoltuğuna  keçirib  kənarda  çəpəki  dayanmış 
Mikayıl kişi irəli yeriyib Nəcəflə könülsüz əl tutdu və 
qardaşı oğluna ağızucu: – Get, yaxşı yol, – dedi. – Hər­
dən kağız yazarsan.
Nəcəf kənddən çıxanda əyilib ayağındakı yamaqlı 
çarığın bağını bərkitdi. Addımlarını yeyinlədib deyi­
lən  vaxt  Sovetliyin  yerləşdiyi  kəndə  çatdı.  İdarənin 
qabağında  dayanan  iyirmi­otuz  nəfər  çağırışçı  əllə­
rində  bağlama  Nəcəfi  gözləyirdi.  Sovet  sədri  onu 
görəndə atın belinə qalxıb:
– Gedək, – dedi. – Vayenkomatdan zəng vurmuş­
dular. Tez getməliyik ki, qatar ayağına vaxtında çataq. 
Kənd Sovetinin sədri arxada, dalı şələli çağırışçılar 
isə qabaqda gedirdi. Hamı bir­biri ilə danışır, gülür, 
zarafatlaşır, söhbət edirdi. Nəcəfin isə eyni açılmırdı. 
İlk dəfə gördüyü çağırışçı yoldaşlarına yovuşa bilmir­
di. Bəziləri ona söz atıb dilə gətirmək istəyirdi. Ancaq 
daşdan səs çıxırdı, Nəcəfdən yox. Bu dəfə kənd Sove­
tinin sədri:
– Nəcəf, gözümə bir təhər dəyirsən, – dedi. – Bəlkə 
əsgərliyə getməkdən qorxursan?
Nəcəf:


229
Daş y
ağan gün
– Xasiyyətim belədir, – dedi. – Bir də ki, müharibə 
yox, güllə qabağına getmirəm. Hər yerdə dinclikdir. 
Əsgərlikdən niyə qorxuram?
–  Yəqin  arxada  gözaltısı  var,  xiffətini  eləyir.  – 
İrəlidə gedən zarafatcıl oğlan ona söz atdı.
Hamı  gülüşdü.  Nəcəf  də  bir  balaca  qımışdı  və 
qəmli sifətini ani olaraq işıqlandıran təbəssüm tez də 
sönüb yox oldu.
* * *
Hərbi komissarlıq... O qədər də rahatlığı olmayan 
və hara isə baş alıb gedən qatar... Nəcəfin ilk dəfə gör­
düyü müxtəlif boy­buxunlu, müxtəlif xasiyyətli, özü 
kimi cavan­cavan oğlanlar... Onları aparan xüsusi qa­
tar neçə gün yol getdikdən sonra Ukrayna torpağına 
çatdı... Əsgərlər haylı­küylü stansiyada qatardan dü­
şüb,  kənarda  dayanan  maşınlara  əyləşib,  yaşayış 
yerlərindən xeyli aralıdakı hərbi düşərgəyə yollandı­
lar.
Yetim  Nəcəfin  həyatında  hər  gün  yeni  bir  səhifə 
açılırdı... Və Nəcəfin sıxıntılı günləri getdikcə arxada 
qalırdı.  Gözünü  açandan  çobanlıq  etsə  də,  əsgərlik 
həyatına şəhərdə böyümüş, təhsil görmüş həmkar la­
rından tez alışmışdı. Təlim vaxtı çevik hərəkətləri ilə 
hamıdan fərqlənirdi. Silahları söküb yığmaqda, atəş 
vaxtı hədəfi dəqiq nişan almaqda yoldaşları ona qibtə 
edirdi. İdman yarışlarında, hündürlüyə tullanmaqda, 
qaçmaqda, güləşdə hamını üstələyirdi. Əslən erməni 
olan Arsen adlı gənc komandir əsgərləri cərgəyə dü­
zən də  Nəcəfi  bir  neçə  addım  qabağa  çıxarıb  hərbi 
qayda­qanunlara  əməl etməkdə onu  nümunə  göstə­
rir di.  Arsen  Manukyan  onu  nə  qədər  tərifləsə  də, 
ermə ni olduğundan Nəcəfin ondan gözü su içmirdi. 


230
Ə
li 
İld
ırı
m

lu
Hər  dəfə  Arsen  Manukyanın  adı  çəkiləndə  Köhnə 
Həsənlinin  xarabalıqları,  ata­anası,  dünyadan  nakam 
gedən  bacı­qardaşları  gəlib  dururdu  gözünün  qaba­
ğında. Amma nə sirdisə, komandirdə özünə qarşı çətin 
izah olunan bir məhrəmlik hiss edirdi. Nəcəf intizamlı 
əsgər  kimi  neçə  dəfə  təşəkkür  almışdı.  Rus  dilini 
bilmədiyi üçün ilk günlər bəzən komandirini əsəbiləş­
dirirdi. Nəcəf vəziyyətdən çıxmaq üçün canına cəfa ba­
sıb az vaxt ərzində hərbidə işlənən sözlərin çoxunu öy­
rən mişdi.  Rus  dilində  səlis  danışa  bilməsə  də,  deyi­
lənləri az­çox başa düşürdü və fikrini çatdıra bilirdi. 
Nəcəf  asudə  vaxtlarını  hərbi  hissənin  klubunda, 
kitab xanasında, müxtəlif qəzet­jurnallar olan qırmızı 
guşələrdə keçirirdi. O, artıq hamı ilə doğmalaşmışdı. 
Sadə qəlbli insan, intizamlı əsgər, həm də komandirin 
tərif  etdiyi  hərbçi  kimi  əsgər  yoldaşları  onu  sayıb, 
hörmətini  saxlayırdılar. Ancaq  ən  çox  mesxeti  türk­
lərindən  olan  Rövzətə  ürək  qızdırıb  etibar  eləyirdi. 
Rövzət yeganə adam idi ki, Nəcəf onunla açıq­saçıq 
danışırdı. Onların bir­birindən gizli sirri yox idi. Hər 
dəfə qırmızı guşəyə və ya kitabxanaya yığışanda əs­
gərlər  vaxtaşırı  qələm­kağızlarını  götürüb  evlərinə 
məktub  yazırdılar.  Bircə  Nəcəf,  nə  evlərinə  məktub 
yazırdı, nə də ki, poçtdan ona paket gəlirdi. Bir gün 
qırmızı guşədə oturub söhbət edəndə Rövzət təəccüblə 
soruşdu:
– Nəcəf, fikir verirəm, gələndən bəri nə evə məktub 
yazırsan,  nə  də  məktub  alırsan.  Tənbəllik  eləyirsən, 
yoxsa  evdəkilərdən  bezmisən?!  Xətrinə  dəyməsin, 
qəlbi soyuq adama oxşayırsan.
Rövzətin belə bir sualı Nəcəfi daxilən sarsıtdı. Onun 
gözlərinin altı kölgələndi. Kədərli bir ah çəkdi və:


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə