ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   22   23   24   25   26   27   28   29   ...   70

  Onun otağından çıxıb, evə tərəf getdim. Qaranlıq küçələrdə mətin addımlarla 
addımlayırdım. Çünki arxam-müqəddəs Qurani Kərim, Sultan Qiyasəddin Keyxosrov və 
bilikli Seyid Mustafa idi. 
 
  XII 
   
  Çöl sirli və anlaşılmaz bir dünyanın darvazasına bənzəyir. Atımın nallarının altından toz 
və xırdaca daşlar ətrafa səpələnirdi. Altımdakı Terek kazaklarının yəhəri yumşaq idi, elə 
bil onun içini yonqarla doldurmuşdular. Terek kazakları bu yəhərin üstündə yatır, uzanır, 
və həm də ayaq üstündə dayanırdılar. Kazakın varı da, yoxu da bu yəhərdən asılan 
heybənin içində olur: – bir kömbə çörək, bir şüşə arağ və Qabardin kəndlərindən 
oğurladığı qızıl sikkələr. Mənim isə heybəm boş idi. Çöl küləyinin vıyıltısı içində atımı 
çapırdım. Güclü küləyin qopardığı tozanaqdan göz-gözü görmürdü. Çiynimdəki yumşaq 
Qabardin yapıncısı məni küləkdən qoruyurdu. Quldurlar və cəngavərlər bu geyim 
növünü soyğunçuluq və gəzinti üçün ixtira etmişdilər. Yapıncıdan nə gün işıqları və nə də 
yağmır damcıları keçə  bilirdi. Bu qara  yapıncını bir an içərisində çadıra çevirmək və onu 
büküb basqın zamanı oğurlanmış şeyləri onun qatları içində gizlətmək də mümkündür. 
Qaçırılmış qızlar isə tutuquşu qəfəsdə oturan kimi yapıncının içində büzüşüb dinməz 
oturardılar.  
  Mən atımı qurd darvazasına doğru sürdüm. Bakı yaxınlığındakı çöllüyün tam ortasında 
yerləşən bu darvazanı lap qədim zamanların bahadırları düzəltmişlər. Bu darvaza, qum 
okeanının ortasında ucalan küləkdən kobudlaşmış iki boz qayadan ibarət idi. Türklərin 
əcdadı sayılan Boz qurd o zaman Osmanlı türklərinin qabağına düşərək, onları bu 
darvazadan keçirdib, Anadolunun yaşıl yamaclarına aparmışlar.  
  Aylı gecələrdə çaqqallar və çöl qurdları qayalıqların başında yığışıb cəsəd görmüş 
köpəklər kimi ulayırdılar. Onların cəsəd iyi barədə anlaşılmaz və qeyri-adi bir 
hissiyyatları vardır. Onların nəzərində Ay da bir cəsəddir. Hər hansı bir  evdə ölüm 
yatağında yatan adam varsa, itlər başlayırdılar ulaşmağa. Onlar cəsəd iyini hələ adam 
ölüm yatağında olan zaman hiss edirlər.  Bu itlər çöl qurdlarının cinsindən və 
nəslindəndirlər.  
  Çölün ucsuz-bucaqsız boşluğunda  atımı sürürdüm. Yanımda da atam atının belində 
oturub eyni sürətlə irəliləyirdi.  
  – Səfər xan! – deyə atamı səslədim. Səsim boğuq çıxırdı. Atamı çox nadir hallarda öz adı 
ilə çağırardım. 
  – Səfər xan, səninlə danışmaq istəyirəm.  
  – Atam çapa-çapa mənə çatıb, “danış oğlum” dedi. Atlılar həmahəngliklə birləşəndə 
danışmaq daha asan olur.  
  Görəsən atam məni ələ salırdı? Onun qaşları çatılmışdı.  
  – Buyur, oğlum, nə deyirsən? – Onun səsi mənə istehzalı göründü.  
  – Evlənmək istəyirəm, Səfər xan.  
  Araya uzun bir sükut çökdü. Küləyin vıyıltısı isə kəsilmirdi. Atın nalları altından çıxan 
xırdaca daşlar, tozla qarışıb ətrafa səpələnirdi.  
  Nəhayət atamın səsi eşidildi:  
 
51


  – Mən sənə dəniz qırağında imarət tikdirəcəyəm. Gözəl bir yer tanıyıram. Bəlkə imarətin 
həyətində bir tövlə də tikdirməli oldum. Yay aylarında Mərdəkanda da qala bilərsən. 
Birinci oğlunun adını isə əcdadımızın şərəfinə İbrahim qoymalısan. İstəsən sənə bir 
avtomobil də alıb verə bilərəm. Amma avtomobil üçün yararlı yollarımız yoxdur. Cins 
atlar saxlamaq üçün tövlə daha yaxşıdır.  
  Yenə sükut çökdü. Qurd darvazası artıq arxada qalmışdı.  
  Atlarımızı dənizə tərəf, Bayıl qəsəbəsinə tərəf sürürdük. Atamın səsi elə bil uzaqdan 
gəlirmiş kimi eşidilirdi. O dedi:  
  – Mən gərək axtarıb sənə layiqli gözəl bir qız tapım, yoxsa sən özün tapmaq istəyirsən? 
Son zamanlar gənclərin çoxu qızları özləri axtarıb tapırlar.  
  – Mən Nino Kipiani ilə evlənmək istəyirəm. 
  Atamın simasında heç nə dəyişmədi. O sağ əli ilə atın yüyənini tutmuşdu.  
  – Nino Kipiani ilə? – deyə o sözə başladı. – Nino Kipianinin incə beli var. Mənə elə gəlir 
ki, bütün gürcü qızları incəbeldirlər. Lakin buna baxmayaraq onlar sağlam uşaqlar 
doğurlar.  
  – Axı, ata! – deyə hirsləndim. 
  Ancaq  heç özüm də bilmirdim ki. nəyə görə hirslənmişəm. Atam mənə kənardan 
baxaraq gülümsəyirdi. 
  – Sən hələ çox gəncsən, Əli xan. Qadının beli onun xarici dillər bilməyindən daha çox 
önəmlidir. Sonra atam açıq bir laqeydliklə soruşdu.  
  – Nə vaxt evlənmək istəyirsən?  
  – Payızda, Nino məktəbi bitirəndə.  
  – Çox gözəl. Deməli  uşaq gələn may ayında dünyaya gələcək. May ayı çox xoşbəxt 
aydır.  
  – Ata!  
  Məni daha anlaşılmaz bir hirs bürüdü. Mənə elə gəlirdi ki, atam məni lağa qoyur. Mən 
Nino ilə onun belinə görə və yaxud xarici dilləri bildiyindən ötrü evlənmirəm. Onu 
sevdiyim üçün evlənirəm.   
  Atam gülümsəyirdi. Sonra atını saxlayıb dedi:  
  - Çöl ucsuz-bucaqsız və bomboşdur. Hansı təpənin yanında olursa-olsun, fərqi yoxdur, 
oturub çörək yeyək. Acmışam. Elə burada da bir az dincələk. 
  Atlardan düşdük. Atam yəhərinə asılmış heybəsindən təndir çörəyi ilə pendir çıxartdı və 
yarısını mənə uzatdı. Mən isə ac deyildim. Qumun üstündə uzanmışıq, atam yeyir və 
uzaqlara baxırdı. Birdən onun sifəti ciddiləşdi, dirsəklənib özünü düzəltdi. Sonra bardaş 
qurub oturdu: 
  - Çox yaxşı edirsən ki, evlənmək istəyirsən. Mən üç dəfə evlənmişəm. Amma arvadlarım 
payız milçəyi kimi ölüb gedirdilər. İndi isə bildiyin kimi evli də deyiləm. Amma sən 
evlənsən, bəlkə mən də evləndim. Sənin Ninon xristian qızıdır. Onun evimizə özgə dinini 
gətirməsinə imkan vermə. Bazar günləri onu kilsəyə göndərə bilərsən, amma evinə gərək 
keşiş ayağı dəyməsin. Qadın tez sınan incə qaba bənzəyir. Bunu bilmək sənə vacibdir. 
Hamilə olduğu vaxt ona əl qaldırma, ehtiyat elə. Amma heç vaxt yadından çıxartma ki, 
evin ağası sənsən, o də sənin kölgəndə  yaşamalıdır. Bilirsən ki, hər bir müsəlmana dörd 
qadına qədər evlənmək icazə verilir. Amma bir qadınla kifayətlənsən daha yaxşı olar. 
Əgər Ninonun uşağı olmasa, o başqa məsələdir. Arvadına sədaqətsizlik eləmə. Onunla 
 
52


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə