Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

36
İKİNCİ PƏRDƏ
Birinci şəkil
Gözəl və zövqlə bəzənmiş zinətli bir otaq. 
Otaqda böyük stol açılmışdır. Stolun üstündə hər cür 
ləziz yeməklər və içkilər nəzərə çarpır. 
Yekaterina Andreyevna: Sofi, əzizim səncə ziyafətimiz 
gələn qonaqların zövqünü oxşayacaqmı? İndi insanlar ara-
sında  əlaqələrin  daha  geniş  dairəni  əhatə  etdiyi  bir  za-
manda  onların  təlabatlarını  ödəmək  çox  çətindir,  bunu 
anlayırsanmı?
Sofiya Karamzina: Anacan, mənim əzizim, mən sizin 
zövqünüzün  hamının  xoşuna  gələcəyinə  inanıram.  İnanı-
ram ki, məşhur tarixçi Aleksandır Karamzinin həyat yoldaşı 
Yekaterina Andreyevnanın incə zövqü heç də öz gözəlliyini 
itirməmişdir (Sonra anasının boynunu qucaqlayaraq sözü-
nə  davam  edir).  Bütün  bu  düşündüklərim  bir  yana  ana-
can axı demək olar ki, biz paytaxtda bütün yüksək dairəli 
şəxslərin təşkil etdikləri ballarda iştirak etmişik. Elə orada 
gördüklərimiz və aldığımız təəssüratın özü bəs deyilmi. 
Yekaterina  Andreyevna  (Açıq  ürəklə):  Əziz  balam, 
bütün  söylədiklərinin  hamısı  ilə  razılaşıram,  ancaq  yenə 


37
də  nə  isə  hər  şeyin  yerində  ola  bilməyəcəyindən  qorxu-
ram.  Əksərən  belə  məclislərin  təşkilində,  özü  də  diqqətli 
və sözbaz paytaxt xanımlarının iştirak etdiyi bir məclisin 
təşkilində həyəcanlanmamaq mümkün deyildir, lakin yenə 
də  süfrəni  bir  daha  nəzərdən  keçirməliyik.  Ola  bilsin  ki, 
bizim  nəzarətimiz  altında  olsalar  da,  xidmətçilər  süfrəyə 
nəyi  isə  qoymağı  unudublar,  nəyi  isə  öz  yerində  qoyma-
yıblar. (Onlar süfrəni bir də nəzərdən keçirirlər və hər şeyin 
öz  yerində  olduğuna  əmin  olduqdan  sonra  mənalı-mənalı 
baxışırlar). 
(Bu vaxt xidmətçilər xəbər verir ki, artıq qonaqlar bir-
bir, iki bir gəlməkdədirlər. Buna gərə də Yekaterina və So-
fiya Karamzina, qonaqları qarşılamaq üçün tələsirlər. Qo-
naqlar qapıda görünür). 
Yekaterina Andreyevna: Ax mənim əzizlərim, hörmətli 
xanımlar və ağalar, siz təşkil etdiyimiz bu bala gəlişinizlə 
bizi çox sevindirdiniz. Buyurun, buyurun içəri. 
Sofiya  Karamzina:  Hörmətli  xanımlar  və  ağalar,  xoş 
gəlmisiniz, buyurun keçin, stol sizi gözləyir. 
B.A.Jukovski: Xanım Yekaterina Andreyevna və Sofi-
ya Karamzina, mənim bu sözlərimi qəbul edin. Doğurdan 
da çox gözəl deyiblər, ev sahibi qonağı açıq ürəklə qarşı-
layıbsa süfrə açmasa da olar. Çünki artıq ev sahibi belə bir 
vəziyyətdə qonağı qonaqlıqdan çıxarıb öz yaxın ev adamla-
rından birinə çevirə bilir. 
Yekaterina Andreyevna: Hörmətli şairimiz B.A.Jukov-
ski doğru buyurursunuz, mən sizi yaxın ev adamlarından 
belə ayırmıram, ancaq həm də siz mənim ən hörmətli və ən 
şəxsiyyətli qonaqlarımsınız. 
A.S.Puşkin (Zarafatla): Xanım Yekaterina Andreyevna, 
daha bu olmadı. Belə bir misal var. Qonaq qonağı sevməz, 


38
ev sahibi heç birin. Siz bizi həm öz yaxın adamınıza, ev 
sahiblərindən birinə, həm də qonağa bənzətməklə özümüzü 
özümüzə  qarşı  qoymuş  olursunuz.  Doğurdan  da  mən  çaş 
qalmışam, heç bilmirəm nə cür hərəkət edim, ev sahibi kimi 
ya qonaq kimi. 
Sofiya  Karamzina:  Əlbəttə,  hər  ikisi  kimi  (Hamı  gü-
lümsündü). (Sonra o, əlavə etdi) Anacan, hələ də biz qonaq-
larımızla qapı ağzında danışırıq, deyəsən onları qonaqdan 
çox yaxın ev adamına bənzətmisən. 
(Onlar  gülümsünə-gülümsünə  stol  ətrafına  keçirlər  və 
arabir söhbət edə-edə yeyib içməyə başlayırlar). 
N.N.Puşkina:  Xanım Yekaterina Andreyevna  sizin  bu 
süfrənin təşkilindəki quruluş doğurdan da məni tamamilə 
valeh etdi. Elə bil stol arxasında mən özümü Paris balların-
dan birində əyləşmiş hiss edirəm. Sizin və qızınız Sofiya 
Karamzinanın doğurdan da çox incə və gözəl zövqü varmış. 
Bugünkü ziyafət bunu bir daha təsdiq etdi. 
Yekaterina Andreyevna:  Xanım  Nataliya  Nikolayev-
na  xoş  sözləriniz  üçün  minnətdaram.  Lakin  bu  balın  ta-
mamilə  qüsursuz  və  Parisin  ən  yaxşı  ballarından  biri  ol-
duğunu  söyləməyə  cəsarət  etməyəcəyəm.  Axı,  mən  ev 
sa hi bəsi və balı təşkil edən şəxslərdən biriyəm. Əgər mən 
si zin sözlərinizi bütünlüklə təsdiq etsəm, bu bir növ təva zö-
karlıqdan uzaq olardı. 
N.N.Puşkina: İnsan övladı üçün sadəlik və təvazökarlıq 
ən başlıca məziyyətlərdən biridir. Ən təmiz ürəkli şəxslər 
də həmişə sadə və təvazökar olmuşlar. 
A.S.Puşkin: Bu belədir. Lakin hər şeyin bir həddi oldu-
ğu kimi sadəliyin və təvazökarlığın da bir həddi olmalıdır. 
B.Solloqub:  Əks  təqdirdə,  həddindən  artıq  sadəlik  və 
təvazökarlıq özü də insan üçün müəyyən naqisliyə çevrilə 
bilər. 


39
Hekkeren: Bizdə belə bir misal var. Dostun sadəcə tə-
miz  ürəklisə,  dostun  həm  də  təvazökarsa,  deməli,  ağıllı 
insansan. Çünki hər bir insan yalnız özünə tay insanlarla 
yaxınlıq edir. 
Y.Qonçarova: Bəzən özünə uzun müddət yaxın hesab 
etdiyin xarakterində sənə yad olan elə hisslərlə rastlaşırsan 
ki, həmin şəxsə qarşı olan hörmətin nifrətə çevrilir. 
J.Dantes: Bax bu, elə özü də həmin şəxsin naqis cəhətlə-
rindən biridir ki, özünə dost seçərkən dostunun xarakterində 
sonradan  ona  tamamilə  yad  olan  qeyri  keyfiyyətləri  əv-
vəlcədən görüb sezmişdir və sezsə də qarşısını almamışdır. 
Andrit:  Bəli,  həmin  şəxs  öz  həddindən  artıq  sadəliyi 
və  təvazökarlığı  nəticəsində  öz  ürək  sirlərini  açdığı  bir 
şəxsə sonradan nifrət etməyə başlamışdırsa, demək, hələ öz 
xarak terinə də yaxşı bələd deyildir. 
N.N.Puşkina:  Hər  halda  əzizimiz, Y.Andreyevanın  nə 
dər cədə  sadəlik  və  təvazökarlıq  göstərməyindən  asılı  ol-
mayaraq,  onun  təşkil  etdiyi  bu  bal  doğurdan  da  zövqlə 
düzəlmiş  və  tərifəlayiqdir.  (Hami  bir  ağızdan):  Buna  söz 
ola bilməz. 
(Beləliklə  də  onlar  yeyib  içir,  xumarlanır  və  xumar-
landıqcada  ürəklərindən  keçəni  zahirən  daha  çox  büruzə 
verirdilər). 
J.Dantes  (Pıçıltı  ilə):  Madam  Natali  Nikolayevna,  siz 
bu gün necə də gözəl və füsunkarsınız. İçdiyiniz al şərab 
yanaqlarınızın qızartısı yanında sanki xəcalət çəkir. Doğur-
dan da siz paytaxt gözəlləri içərisində birincisiniz, madam 
Natali. 
N.Puşkina (Eyni hiss və pıçıltı ilə): Söylədiyiniz sözlər 
üçün təşəkkür edirəm, cənab Dantes. Lakin mənim füsun-
karlığımla maraqlanan şəxsin yalnız bir nəfər o da siz oldu-
ğunu düşünməyin. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə